Bədiüzzaman Risalələrin Təfsir Edilməsinə Hansı Baxımdan Yanaşır?
Bədiüzzaman Həyatda Olarkən Risalələri Təfsir Etmə Yanaşmasına İzn Vermiş Ola Bilərmi?

Bədiüzzamanın əsərlərinin geniş kütlələr üzərində əmələ gətirdiyi səmimi təsir olduqca aydındır. Buna görə də insanlar üzərində belə böyük miqyasda təsir oyandıran əsərlərin, başa düşülməyən və ya çıxış yolu tapılmayan məlumatlar ehtiva etdiyini iddia edə bilmək heç cür mümkün deyildir. Bu həqiqətlər Bədiüzzamanın risalələrdəki açıq-aşkar sözlərini yenidən təfsir və şərh etmək kimi cəhdlərə heç cür ehtiyac olmadığını da aydın şəkildə ifadə edir. Üstəlik, kitab boyunca da izah edildiyi kimi, risalələrin batini təfsir məntiqiylə ikinci dəfə təfsir edilməsi bir çox baxımdan təhlükəli bir yanaşmadır.

Bədiüzzaman belə bir təfsir anlayışına qarşı çıxdığını dəfələrlə ifadə etmiş və belə bir cəhdə maneə törədilməsi üçün bu dünyagörüşünü izah edən sözlərini risalələrə köçürtdürmüşdür. Risalələrin hər təbəqədən, hər yaşdan, hər peşədən olan insanlar tərəfindən asanlıqla aydın ola biləcəyini ifadə etmiş, buna görə də sözlərinin ayrılıqda təfsir edilməsinə ehtiyac olmadığını ifadə etmişdir. Belə bir təfsir məntiqi ilə sözlərinin həqiqi mənasından uzaqlaşacağını xatırlatmış, bunun əvəzinə mövzularla əlaqədar bir izah lazımdırsa, bunun eyni səhifənin kənarında qeyd edilərək izah edilməsinin daha doğru olacağını demişdir. Hətta bu cür yeniləmələrin qarşısı alınmadığı təqdirdə risalələrdəki sözlərinin sui istifadəyə yol verəcəyini ifadə etmişdir.

Buna görə də Bədiüzzamanın risalələrdəki bütün sözlərinin, onun bu xatırlatmaları istiqamətində və risalələrdəki aydın izahlarına əsaslanaraq dəyərləndirilməsi lazımdır. Bunun xaricində, “filankəsin yuxusu, filankəsin xüsusi söhbətlərdə eşitdikləri, filankəsə edilən xüsusi şərhlər” kimi izahların heç bir etibarlılığı yoxdur. Bədiüzzamanın yazısını şəxsən təshih və təsdiq etdiyi əsərlərindəki sözləri dayanarkən, bunların əvəzinə hamısı bir-birindən fərqli şəxslərin ağzından nəql edilən bir-birindən fərqli şərhlərin əsas götürülməsi heç bir baxımdan doğru bir yanaşma tərzi olmaz.

Bu vəziyyət Bədiüzzamanın risalələrdə izah etdiyi hər mövzu üçün məqbuldur və Bədiüzzamanın hər bir sözü bu baxımdan dəyərləndirilməlidir. Bədiüzzamanın tələbələrindən Mustafa Hulusi Bədiüzzamanın bu mövzudakı düşüncələrini belə dilə gətirir:

Ey müəllimlər və əhli qəlb! Soruşacağınız sualların cavabını Risalə-i Nurda tapa bilərsiniz. Əhli-kəşf (gözlə görülməyən qeybi həqiqətləri Allahın lütfü ilə kəşf edib bilən övliyalar) və ürəkdən biri, mənim kimi aciz bir insandan: -“nə vaxt gələcək...”-deyə Mehdini soruşar. Hələ ki, Mehdini anlaya bilməmişdi. Dabbətül-ərz kimlər olduğunu bilmir. Bunlara aid risalələrdə bir izah vardır. Hər çətin sualın cavabını o risalələrdə axtarsaz taparsınız. (Mustafa Hulûsi, Barla Lahikası, səh. 143)

Bədiüzzaman isə Əmirdağ Lahiqəsindəki bir sözündə hər mövzuda olduğu kimi bu mövzuda da ən doğru şərhlərin risalələrdə ola biləcəyini xatırlatmış, risalələrdə yazılanlar oxunduqda sanki özüylə görüşülmüş kimi ən doğru məlumatlara çatılacağını ifadə etmişdir:

Risalə-i Nurun hər bir kitabı bir Səiddir. Siz hansı kitaba baxsanız, mənimlə üz-üzə görüşməkdən on dəfə çox həm faydalanar, həm də həqiqi bir surətdə mənimlə görüşmüş olarsınız. Risalə-i Nur mənə heç bir ehtiyac buraxmır. (Emirdağ Lahikası, səh. 159)

...Çünki belə deyər: Əgər mənimlə axirət üçün, Risalə-i Nur üçün görüşmək istəyirsə; Risalə-i Nur qətiyyən mənə ehtiyac buraxmamışdır. Milyonlarla nüsxənin hər biri on Səid qədər fayda verir... (Emirdağ Lahikası-2, səh. 214)

Bu sözlər bir çox mövzu kimi, Axırzaman və Mehdi mövzularında da lazım olan hər cür cavabın və Bədiüzzamanın bu mövzudakı bütün fikirlərinin risalələrdə ola biləcəyini və başa düşülə biləcəyini göstərir. Bu həqiqətə baxmayaraq, təkidlə risalələrin yetərli olmadığını ya da təfsirə ehtiyac olduğunu irəli sürməyin heç bir məntiqi yoxdur. Bədiüzzamanın hər sözü risalələr içərisində dəyərləndirilməli, izah etdiyi bir mövzunun cavabı yenə onun risalələrdəki hikmətli sözlərində axtarılmalıdır.

Həmçinin, belə bir təfsir məntiqinin Risalə-i Nur Külliyatı üzərində necə bir təsir oyadacağının yaxşı düşünülməsi lazımdır. Çünki belə bir səhv yanaşma ilə istənilən hər kəs bunu qanuni görərək Bədiüzzamanın hər sözünə öz ağlına görə fərqli bir izah gətirə bilər və bu şəkildə Bədiüzzamanın heç bir izahını qəbul etməyə bilər. İstənilən adam öz ağlına görə uyğun görmədiyi hər izahı şəxsi qənaətlərinə ya da ətraf mühitdən eşitdiklərinə görə təfsir etməyə başlayar. Mənfəətlərinə zidd olan və öz düşüncələriylə ziddiyyət təşkil edən, öz ağlına görə edəcəyi batini təfsirlərlə özünə Bədiüzzamanın sözlərindən dəlil tapmağa çalışa bilər.

Halbuki, çox aydındır ki, bir əsrin mücəddidi olan Allahın özünə xüsusi bir hikmət və elm bəxş etdiyi belə bir şəxsin bütün dünya müsəlmanlarını yaxından maraqlandıran əhəmiyyətli izahlarının batini təfsir adı altında səhv izah edilməsi olduqca təhlükəlidir. Belə bir dünyagörüşü risalələrin orijinal halından uzaqlaşmasına və müsəlmanların səhv məlumatlandırılmalarına səbəb olacaqdır. Bu da Bədiüzzamanın hikmətli sözlərinin və dəyərli izahlarının gərəyi kimi təqdir edilməməsinə və bir çox insanın onun üstün elmindən, fərasət və bəsirətindən gərəyi kimi istifadə edə bilməməsinə gətirib çıxaracaqdır. Şübhəsiz ki, Bədiüzzamanın şəxsinə və əsərlərinə qarşı göstəriləcək ən gözəl sevgi, hörmət və sədaqət, onun bütün müsəlmanlara buraxdığı dəyərli mirası olan Risalə-i Nur Külliyatına sahib çıxıb qorumaqla və onun həqiqətdə demək istədiklərini tam başa düşüb onu dəstəkləməklə mümkün olacaqdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Hicri 13-Cü Əsrin Böyük Mücəddidi, Bədiüzzaman Səid Nursi
  • Aldadıcı Bir Cərəyan “Risalə-İ Nurda Batın Təfsirçiliyi”
  • Batin Təfsirçiləri Risalə-İ Nuru Necə İzah Edirlər?
  • Bədiüzzaman Risalələrin Təfsir Edilməsinə Hansı Baxımdan Yanaşır?
  • Nəticə