Batin təfsirçiliyi, Bədiüzzamanın sözlərinin risalələrin bütün oxucular tərəfindən aydınlaşa bilməyəcək bəzi gizli və şifrəli mənalar daşıdığını iddia edir. Bu dünyagörüşünə görə, Bədiüzzamanın düşüncələrini öyrənmək istəyən kəslərin, Bədiüzzamanın sözlərini risalələrdən deyil, batin təfsirçilərinin şərhlərindən başa düşməyə çalışmaları lazımdır.
Bədiüzzamanın risalələrdə yer alan sözlərinin, sadəcə bəzi xüsusi sirlərə vaqif, xüsusi təfsir gücü olan, xüsusi qabiliyyətlərə və hisslərə sahib bəzi xüsusi kəslərin “batini təfsir” edərək başa düşə biləcəkləri fikrini müdafiə edir. Buna görə də Bədiüzzamanın risalələrdə yazmış olduğu sözlərini də ancaq sadəcə bu məlum şəxslərin başa düşə biləcəyi iddia edilir.
Batin təfsirçiliyinə görə, aydınlaşa bilməsi üçün təfsir edilməsi lazım olan başlıca mövzular arasında Bədiüzzamanın Axırzaman, hz. İsanın və hz. Mehdinin gəlişi və İslam əxlaqını bütün dünyaya hakim etməsi ilə əlaqəli şərhləri yer alır. Bədiüzzamanın bu mövzulardakı izahları olduqca açıq və aydın olduğu halda, Bədiüzzamanın bu sözlərinin əslində aydın izahından tamamilə kənar xeyli fərqli mənalar ehtiva etdiyi və bunların da ancaq batini təfsir edə bilən kəslər tərəfindən izah edilə biləcəyi düşünülür.
Bədiüzzaman əsərlərində yüzlərlə səhifə boyunca hz. Mehdinin sahib olacağı xüsusiyyətlər haqqında məlumat vermiş, özünə mehdiyyət mövzusunda hüsnü-zənn ilə yaxınlaşan kəslərə isə özünün hz. Mehdidə olması lazım olan xüsusiyyətləri daşımadığını ifadə edərək cavab vermişdir. Ancaq Bədiüzzamana bu istiqamətdə hüsnü-zənn bəsləyən bəhsi keçən kəslər, Bədiüzzamanın bu sözlərinin əslində həqiqətləri əks etdirmədiyini, Bədiüzzamanın qənaətinin bunun tam tərsi istiqamətində olduğunu və bunları da sözlərindəki şifrəli izahatlarda gizli olduğunu düşünürlər. Halbuki, kitabın sonrakı hissələrində təfərrüatlı olaraq tədqiq olunacağı kimi, Bədiüzzaman əsərlərində özünün Mehdi olmadığını və bunun dəlillərini, yüzlərlə səhifə boyunca etdiyi izahlarla çox aydın və şərhə yer verməyəcək şəkildə izah etmişdir.
Milyonlarla adamın izah etdiyi mövzuları əsərlərindən öyrənəcəyini bilərək qələmə alan Bədiüzzaman Peyğəmbərimiz (s.ə.v)-in hədislərindəki mənaları cəmiyyətə nəql edərkən, həmişə olduğu kimi zərrə qədər də olsa doğrulardan kənara çıxmamışdır. Nəyin doğru olduğunu düşündübsə və həqiqi qənaəti nə isə onları yazmışdır. Buna görə də əsərləri tamamilə dolğun həqiqətləri əks etdirir.
Batini təfsir anlayışı isə Bədiüzzamanın sözlərinin əslində həqiqətləri əks etdirmədiyini, Bədiüzzamanın əsərlərində inandığı şeylərin tam əksinə məlumatlar verərək onlarla ildir ki, guya bütün İslam ümmətini aldatdığını, əsl inandığı həqiqətlərin isə sadəcə bəhs edilən batini təfsirçilər tərəfindən aydınlaşa biləcəyi fikrini müdafiə edir. Belə bir düşüncə tərzi isə hər nə qədər yaxşı niyyətlə irəli sürülsə də, şübhəsiz ki, Bədiüzzaman Səid Nursi həzrətlərinə qarşı çox qatı bir təhqir, böyük bir zülm və böhtan olar. Çünki bu, Bədiüzzaman kimi dəyərli və üstün əxlaqlı bir şəxsin bu mövzuda yüzlərlə səhifə boyunca yazdıqlarının “yalan” olduğunu iddia etmək mənasına gəlir ki, bu da belə dəyərli bir İslam aliminə qarşı edilən çox böyük bir böhtan və iftiradır.
Belə bir yanaşma tərzi, bu düşüncəylə hərəkət edən kəsləri töhmət altında saxlayır. Bədiüzzaman kimi dərin imanlı böyük bir mücəddidin, əsərlərində düşündüyü və inandığı şeylərin tam tərsinə şərhlər etməsindən heç cür söhbət gedə bilməz. Buna görə də, Bədiüzzamanın vəfatından illər sonra belə bir iddia ilə ortaya çıxmaq, hər nə qədər yaxşılıq adına, Bədiüzzamanı sevmə adına edilmiş belə olsa, Bədiüzzaman adına çox böyük bir ittiham olar. Onu yalançılıqla ittiham edən və yüzlərlə səhifə ilə ümməti aldatdığını iddia edən belə bir yanaşma isə heç bir vicdanın qəbul etməyəcəyi bir davranışdır.
Həmçinin bu, belə dəyərli bir mücəddidin qələmə aldığı risalələrin hamısını şübhəli hala gətirəcək olduqca təhlükəli bir cəhddir. Bunun kimi bir çox adam, bir-birindən fərqli iddialarla ortaya çıxıb “Bədiüzzaman Səid Nursi burada belə demişdir amma bunların hamısı bir taktikadır, yalandır, həqiqəti bizə dedi” desə, bu nə dərəcədə etibarlı olar? Belə olduğu halda bir müddət sonra Risalə-i Nurda yer alan hər mövzu üçün bir şey deyilə bilər və Bədiüzzamanın əsərləri həqiqi mənasından və hikmətindən getdikcə uzaqlaşar. Belə bir təhlükənin qarşısını almaq isə Bədiüzzaman kimi dəyərli bir İslam aliminin şəxsən yazıb təsdiq etdiyi açıq-aşkar sözlərini qorumaqla mümkün olacaqdır.
Bədiüzzamanın açıq-aşkar və hikmətli sözlərindən ibarət risalələrdə izah edilənlər oxucular tərəfindən asanlıqla başa düşülür. Bədiüzzamanın ifadəsiylə “sadə insandan ya da bir orta məktəb şagirdindən bir filosofa qədər oxuyan hər kəsin asanlıqla başa düşə biləcəyi” (Kastamonu Lahikası, səh. 70; Şualar, səh. 549) qədər aydın sözləri, batini mənası fərqli deyərək başqa şəkildə təfsir etmək və şərh etmək olduqca səhvdir. Bu cür bir dünyagörüşü risalələrin əslindən uzaqlaşmasına səbəb olacaq bir fəaliyyətdir. Belə olduqda, istəyən hər kəs Bədiüzzamanın sözlərinə öz dünyagörüşüylə yeni bir şərh gətirə biləcək və səhv çıxarışlara yol açacaqdır. Beləliklə də, risalələr Bədiüzzamanın həqiqi sözlərini deyil, bu sözləri öz bilik və anlayışı daxilində təfsir edən kəslərin düşüncələrini əks etdirən əsərlərə çevriləcəkdir. Belə bir təfsir məntiqinin Bədiüzzamanın yığcam və səmimi bir dillə qələmə aldığı Külliyyatı üzərində necə korlayıcı bir təsir meydana gətirəcəyi diqqətlə nəzər yetirilməsi lazım olan bir mövzudur.
Bədiüzzamanın şəxsən özü əsərlərində dəfələrlə bu mövzunun əhəmiyyətini ifadə etmiş, bu cür anlayışa qarşı olduğu istiqamətindəki fikirlərini bəyan etmişdir. Bu sözlərindən birində, Bədiüzzaman belə bir təfsir anlayışının necə sui-istifadə ediləcəyini və bu yolla risalələrdə izah edilən həqiqətlərin necə əslindən uzaqlaşıb dəyişəcəyini belə xatırlatmışdır:
Nurun mətninin izaha ehtiyacı olsa, ya sətirin üstündə, ya da kənarda haşiyəciklər (açıqlamalar) yazılması daha münasibdir (uyğundur). Çünki mətnin içərisinə girsə, çoxaldılan nüsxələr ayrı-ayrı olar, onları təshih (düzəltmək) lazım gələr. Həm sui-istifadəyə şərait yaranar, muarızlar (qarşı çıxanlar) da bundan istifadə edərlər. Həm hər kəs sənin kimi muhakkik (həqiqəti tədqiq edib tapan), müdakkik (ətraflı tədqiq edən, ən kiçik gizli şeyləri belə görməyə çalışan) olmaz, səhv məna verər, bir söz əlavə edər, əhəmiyyətli bir həqiqəti itirməyə səbəb olar. Mən təshihatımda (düzəltmələrimdə) belə zərərli əlavələri çox gördüm ... (Emirdağ Lahikası Elyazma, səh. 661)
Bədiüzzaman əsərlərində həmçinin, “Risalə-i Nurlar hər kəs tərəfindən başa düşülə bilməz” inancına sahib olanlara bu əsərlərin “qadın, kişi, məmur və tacir, alim və filosof kimi hər cür xalq təbəqəsinin oxuyub başa düşə biləcəyi” qədər asan başa düşülən olduğunu dəfələrlə vurğulamışdır. Şübhəsiz ki, Bədiüzzamanın şəxsən öz əsərləri haqqında ifadə etdiyi bu şərhləri, Risalə-i Nur Külliyatının batini olaraq təfsir edilməsi lazım olduğu düşüncəsinə yenə Bədiüzzamanın dilindən aydınlıq gətirir və bu dünyagörüşünün səhvini aşkar edir. Bədiüzzamanın bu mövzunu izah edən sözlərindən bəziləri belədir:
...Bütün bu risalələrdə, bütün dərin həqiqət, təmsilat (nümunələr) vasitəsiylə, ən ami (cahil) və ümmi (elmsiz) olanlara qədər dərs verilir. Halbuki, o həqiqətlərin çoxunu böyük alimlər “təfhim edilməz” (izah edilə bilməz) deyib, nəinki avama, bəlkə havassa da (elm sahibi kəslərə də) çatdıra bilmirlər. (Mektubat, səh. 373)
...Risalə-i Nur bu vəzifəni, ən dəhşətli bir dövrdə və ən lazımlı və nəzakətli bir vaxtda, hər kəsin başa düşəcəyi bir tərzdə, hakakik-i Quraniyyə (Quran həqiqətləri) və iman həqiqətlərinin ən dərin və ən gizlilərini çox tutarlı bürhanlar (dəlillər) ilə isbat edər. (Şualar, səh. 748)
Risalə-i Nur indiyə qədər heç bir elm adamının tam bir vuzuh (açıqlıq, dəqiqlik və başa düşülən) bir tərzdə isbat edə bilmədiyi ən muğlak (üstü-örtülü, başa düşülməsi çətin olan) məsələləri, çox asan bir şəkildə ən sadə insan təbəqəsindən başlamış, ən ziyalı insan təbəqəsinə qədər hər kəsin qabiliyyəti səviyyəsində başa düşə biləcəyi bir tərzdə, şübhəsiz ki, tam razı edici bir şəkildə izah və isbat etməsidir. Bu xüsusiyyət indi heç bir elm adamının əsərində yoxdur. (Gençlik Rehberi, səh. 240)
Risalə-i Nur, bütün təbəqə-i bəşərə (insan qruplarına) həm mədrəsə, həm məktəb, həm ərazi, həm həkim, həm hakim olaraq, ən ami (cahil) avamdan, ən əhass-ı havassa (ən xalis elm sahiblərinə) qədər təhsil verib, təlim və tərbiyə etməsi bizim fikrimizcə məşhuddur (aşkardır, aydın şəkildə görünür). (Kastamonu Lahikası, səh. 70)
...Risalə-i Nuru qadın, kişi, məmur və tacir, alim və filosof kimi hər cür xalq təbəqəsi oxuyub başa düşə bilər. Öz istidadları (qabiliyyətləri) səviyyəsində əldə etdikləri məlumatlar nəticəsində ona bir qat bağlanırlar. Orta məktəblilər, tələbələr, professorlar, dosentlər və filosoflar da oxuyurlar. Bu münəvvər (təhsil almış, elm sahibi) siniflər fövqəladə istifadə etdikləri kimi, Risalə-i Nurun ecazkarlığını və yazı sənətindəki üstünlüyünü təsdiq edib heyrətlər içərisində bütün külliyyatı oxumaq iştiyakına (şövqünə və arzusuna) yiyələnərlər. (Şualar, səh. 549)
Bu rəğbət və şiddətli maraq heç bir psixoloq, sosioloq və filosofun əsərində görülməmişdir. Onlardan ancaq təhsilli insanlar istifadə edə bilmişlər. Bir orta məktəb uşağı və ya oxumağı bacaran bir qadın, böyük bir filosofun əsərini oxuduğu vaxt ondan yararlana bilməmişdir. Lakin Risalə-i Nurdan hamı öz bilik səviyyəsinə görə istifadə edir. (Şualar, səh. 549)
Axırzaman ilə əlaqədar mövzular birbaşa Risalə-i Nurdan mı, yoxsa batini təfsirçilərdən mi aydın olar?
Hicri 13-cü əsrin böyük mücəddidi Bədiüzzaman Səid Nursi Risalə-i Nur Külliyyatında gələcəyə dair bir çox əhəmiyyətli xəbər vermişdir. Demək olar ki, yarım əsr əvvəl yaşamış olmasına baxmayaraq, Bədiüzzamanın əsərlərində vermiş olduğu bütün məlumatlar və gələcəyə istiqamətli işarələr Allahdan bir rəhmət və möcüzə olaraq həmişə doğru çıxmışdır. Bədiüzzamanın gələcəyə dair müjdələdiyi hadisələr arasında Axırzamana istiqamətli hikmətli şərhləri da yer alır. Şübhəsiz ki, Allahın üstün bir elmlə dəstəklədiyi belə fərasət və elm sahibi bir şəxsin verdiyi bu məlumatlar, bütün müsəlmanlar üçün əhəmiyyətli bir rəhbər və yol göstərici xüsusiyyətə malikdir.
Bədiüzzamanın əsərlərində, hz. İsa və hz. Mehdinin hansı tarixlərdə və necə bir mühitdə zühur edəcəklərini, nə kimi fəaliyyətlər göstərəcəklərini, köməkçiləri, mübarizələri, İslam əxlaqını bütün dünyaya necə hakim edəcəkləri mövzularında geniş şərhlər yer alır. Bədiüzzamanın bu mövzulardakı izahatları birbaşa oxumaqla, hər oxuyanın nəzərdə tutulan mənanı başa düşə biləcəyi qədər sadə və aydındır. Buna görə də, bu məlumatları “batini təfsir” adı altında yenidən şərh etməyə çalışaraq bu mövzulara müxtəlif şərhlər gətirmək, səmimi bir yanaşma tərzi olmayacaq və Bədiüzzamanın aydın şəkildə dediklərini rədd etmək mənasına gələcəkdir.
Necə ki, sonrakı bölmələrdə Bədiüzzamanın əlaqədar sözlərindən verilən nümunələrlə, Bədiüzzamanın bu mövzuları nə qədər dəqiq üslublarla, müzakirəyə və təfsirə yol verməyəcək qədər aydın bir şəkildə izah etdiyi asanlıqla görünəcəkdir.