Cənnətdəki Əbədi Həyat və Gənclik

İnsanın ömrü orta hesabla 60-70 ildir. Bu olduqca qısa bir müddətdir. Necə ki, Quranda axirət günü dünya həyatları haqqında açıqlama verən kəslərin ifadələri də bu istiqamətdədir.

Dedi ki: “Yer üzündə neçə il qaldınız?”. Dedilər ki: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən sayanlardan soruş”. (Muminun surəsi, 112-113)

Halbuki insanlar cənnətdə əbədi yaşayacaqlar. Allahın "Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar..." (Duxan surəsi, 56) ayəsində bildirdiyi kimi adam həm ölümsüz olacaq, həm də içində olduğu nemətlər əsla tükənməyəcək. Əbədi sözüylə asanlıqla ifadə etdiyimiz bu anlayış üzərində yaxşı şəkildə düşünmək lazımdır. Çünki nəzərdə tutulan yüz, min və ya milyon il deyil, sonu olmayan bir müddətdir. Başqa sözlə cənnətdə heç kimin dünyada olduğu kimi vaxtla əlaqədar bir hesabı, düşüncəsi olmayacaq. Bitən və ya azalan bir ömür də olmayacaq. Allah bu həqiqəti bir ayədə belə bildirir:

Xoşbəxtlərə gəldikdə isə, onlar cənnətdədirlər. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, tükənməz bir sovqatdır. (Hud surəsi, 108)

Başqa bir ayədə isə Allah cənnət əhli üçün "ətraflarında əbədi yaşayan gənclər fırlanar" (Vaqiə surəsi, 17) deyə buyuraraq gəncliyin və ölümsüzlüyün cənnətdə bir nemət olaraq yaşandığına diqqət çəkir.

Cənnətdəki əbədi həyat hədislərdə belə xəbər verilir:

Cəhənnəm əhlinə deyilsəydi ki, "dünyadakı daşların sayı qədər cəhənnəmdə qalacaqsınız" buna sevinərdilər. Cənnət əhlinə də deyilsəydi ki, "daşların sayı qədər qalacaqsınız" kədərlənərdilər. Lakin onlara əbədiyyət layiq görüldü. [Ramuz el-Ehadis-2, səh.358/6]

...Oraya girən adama nemətlər ehtiyacı olmadan gələr. Orada əbədi olaraq yaşayar. Ölməz, paltarı köhnəlməz və gəncliyi də əldən getməz. [Ramuz el-Ehadis-1, səh. 200/6]

...Ora girən xoşbəxt olar, ümidsiz olmaz, əbədi yaşayar, ölməz. Nə geydikləri köhnələr, nə də gənclikləri tükənər. [Büyük Hadis Külliyatı-5, səh. 408/10088]

İncildə isə əbədi həyatla bağlı olaraq belə yazılmışdır:

Canını sevən, onu itirər. Amma bu dünyada canını gözdən çıxaran, onu əbədi həyat üçün qoruyacaqdır. (Yuhanna, 12-ci hissə, 25)

...Özünüzü olduqca müqəddəs olan imanınız əsasında inkişaf etdirin... Sizi əbədi həyata qovuşduracaq olan mərhəmətini gözləyərkən özünüzü Allahın sevgisində qoruyun. Bəzi qərarsız kəslərə mərhəmət edin. Bəzilərini oddan çəkib xilas edin... Tək xilaskarımız Allahdır, sizi düşməkdən qoruyacaq, Öz uca hüzuruna böyük sevinc içində təmiz halda çıxaracaq gücdədir... (Yahuda'nın Mektubu, 20-24)

...Aranızda geyimlərini ləkələməmiş olan bir neçə adam var ki, onlar ağ geyimlər içində mənimlə birlikdə gedəcəklər. Çünki buna layiqdirlər. Qalib gələn, beləcə ağ geyimlər geyəcək. Beləsinin adını ömür kitabından heç silməyəcəyəm... (Yuhanna'ya Gelen Esinleme, 3-cü hissə, 4-5)

...Dünya yaranandan bəri sizin üçün hazırlanmış olan azadlığı miras götürün... Bunlar əbədi əzaba düçar olacaq, doğrular isə əbədi həyata qovuşacaqlar. (Matta, 25-ci hissə, 34-46)

landscape


Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən. Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.
(İnsan surəsi: 20-21)

Bir insan dünyada nə qədər gözəl, nə qədər zəngin, nə qədər sağlam olursa olsun ölümdən qaça bilməyəcəkdir. Buna görə də insan dünya şəraitində hər kəsdən çox hər şeyə sahib olsa da bunların yox olacağı onları əskik hala gətirər. Dünyadakı nemətlərin müvəqqəti olmasının bir hikməti də bu nemətlərin cənnətdəki əslini istəməyimiz üçündür. Dünyada gördüyümüz bütün gözəlliklər, aldığımız bütün zövqlər həm qüsurlu, həm də müvəqqətidir. Halbuki cənnətdəki bu nemətlər zamana və səbəblərə bağlı olmadan yaradılmışdır. Buna görə də cənnətdəki nemətlər daimi olacaq. Allah ayələrdə cənnətdə yaşanılan bu əbədiliyi belə müjdələyir:

Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələyir. Onlar orada əbədi qalacaqlar. Şübhəsiz ki, ən böyük mükafat Allahın yanındadır. (Tövbə surəsi, 21-22)

Onlar orada əbədi qalacaq, oranı tərk etmək istəməyəcəklər. (Kəhf surəsi, 108)

Cənnətdəki Əbədi Gənclik:

Quran əxlaqından uzaq yaşayan kəslər hələ gənclik illərindən etibarən yaşlanma qorxusu içində yaşayarlar. Bir tərəfdən yaşlılığın gətirdiyi xəstəlikləri, acizlikləri düşünər, digər tərəfdən də bu vəziyyətdə özlərinə baxacaq birinin olub-olmayacağı mövzusunda narahatlıq hissi keçirərlər. Bu və bənzəri narahatlıqlar keçirən çox sayda insan yaşlılıq mövzusuna çox bədbin baxar.

landscape

Qapıları onlar üçün açılmış Ədn bağları. Onlar orada taxtlara dirsəklənib çoxlu-çoxlu meyvələr və cənnətə məxsus içkilər istəyəcəklər. Onların yanında gözlərini ərindən çəkməyən həmyaşıdları olacaqdır. Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır..
(Sad surəsi: 50-53)

İnsan bədənində 20-li yaşlardan etibarən hüceyrələrin yenilənmə sürəti azalır və dəri əvvəlki elastikliyini itirməyə başlayır. Sonrakı illərdə də bu köhnəlmə gözlə görülən hala gəlir. Bu vəziyyət insanlarda ciddi bir narahatlıq meydana gətirir. Gəncliklərinin əllərindən getməsinə tamaşaçı qalmaqdan ötrü kədərlənərlər. Əlbəttə ki, iman etməyən kəslər bu vəziyyətə düşər. Çünki möminlər müvəqqəti dünya həyatında qarşılaşa biləcəkləri bütün çatışmazlıqlar, xəstəliklər və acizliklər qarşısında Allaha təvəkkül edərlər. Bir ibadət olaraq mümkün olan hər səbəbə sarılar, din əxlaqından uzaq yaşayan insanların əksinə hər cür qorxu və narahatlıqdan uzaq bir həyat yaşayarlar. Həmçinin dünyadakı gözəlliklərin xüsusi olaraq əskik və qüsurlu yaradıldıqlarını, əsl həyatın axirətdəki sonsuz həyat olduğunu bilər, cənnətə qovuşmaq üçün səy göstərər və bunu ümidi edərək yaşayarlar.

Dünya həyatı müvəqqəti bir yurddur. Allah bütün nemətlərin əslini axirətdə yaradacaq və səmimi qullarına verəcək. Cənnətdə insanlar həmişə gənc, gözəl, sağlam və dinc olacaqlar.

landscape

Ageless youths will circulate among them, serving them. Seeing them, you would think them scattered pearls.
(Surat al-Insan: 19)

Üstəlik bir insan dünya şəraitində nə qədər uzun yaşayırsa yaşasın, yaşlanma əlamətləri nə qədər gec başlayırsa başlasın və ya nə qədər sağlam olursa olsun bir gün mütləq öləcək. Halbuki həm Quran ayələrində, həm də Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, cənnət neməti olaraq gəncliyin əbədi olaraq davam edəcəyi vurğulanmışdır:

Cənnətə sürməli və saqqalsız halda Yusif (ə.s) kimi gözəl, Əyyub (ə.s) kimi mehriban və otuz yaşlarındakı gənclər olaraq girəcəksiniz. [Ramuz el-Ehadis-1, səh. 249/15]

Kiçik yaşlı uşaqdan başlamış yaşlılara qədər bütün insanlar, otuz üç yaşındakı övladları olaraq, Adəm (ə.s) yaradılışında və Yusif (r.ə) gözəlliyində, Əyyub (ə.s) əxlaqında sürməli və bəzəkli halda cənnətə girər. [Ramuz el-Ehadis-2, səh. 507/6]

Otuzlu yaşlar insanın yetkinləşdiyi, üz ifadəsi, danışıq, hal və rəftar baxımından gəncliyin mümkün ola biləcək ən gözəl dövrüdür. Ancaq unutmamaq lazımdır ki, cənnətdəki gümrahlıq və gənclik də dünyadakından çox fərqlidir. Çünki dünya şəraitində gənc bir adam da bir çox acizlik içində yaşayar. Allah cənnət əhlini axirətdə hər cür nöqsandan, qüsurdan uzaq yeni bir yaradılışla yaratmışdır. Allah bu cənnət nemətini bir ayədə belə bildirmişdir:

Ətraflarında daim gənc və gümrah olan cavanlar fırlanar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını güman edərsən. (İnsan surəsi, 19)

Cənnət Əhlinin Həmyaşıd Olması:

Cənnət əhlinin həmyaşıd olması Allahdan verilən böyük bir nemətdir. Yaş fərqi din əxlaqından uzaq yaşayan insanlar arasında çox vaxt bir yola getməzliyə və ünsiyyətsizliyə səbəb olur. Adətən bir-birləriylə eyni yaşda olan insanlar öz aralarında daha rahat olduqları üçün qruplar əmələ gətirirlər. Əlbəttə ki, bu vəziyyət müsəlmanlara aid deyil. Müsəlmanlar hansı yaşda olurlarsa olsunlar bir-birləriylə olduqca yaxşı yola gedər, özlərindən kiçik və ya böyük hər yaşdakı insanla asanlıqla dostluq əlaqəsi qura bilərlər. Müsəlmanların cənnətdə bir-birləriylə həmyaşıd olaraq yaradılmaları isə Allahdan verilən ayrı bir nemət və gözəllikdir. Peyğəmbərimiz (s.ə.v) bir hədisində cənnət əhlinin yaşlarının heç vaxt dəyişməyəcəyini xəbər verir:

Bir kəs cənnətə girəcək bir kimsə olaraq öldükdə, böyük və ya kiçik, yaşı nə olursa olsun, otuz yaşında bir kimsə olaraq Cənnətə girər və artıq bu yaş heç vaxt dəyişməz. Cəhənnəmə girəcək şəxslər üçün də vəziyyət belədir. [(Tirmizi), Kütüb-i Sitte-14, səh. 450/5]

Quranda cənnətdəkilərin həmyaşıd olduqlarına diqqət çəkilən digər ayələr isə belədir:

Onları bakirə qızlar etdik, ərlərini sevən, həmyaşıdlar. (Vaqiə surəsi, 36-37)

landscape


...Onlar üçün ağacları altından çaylar axan və içində əbədi qalacaqları Cənnət bağları hazırlanmışdır”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur.
(Maidə surəsi: 119)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allahin Cənnət Əhli Üçün Hazirladiği Nemətlər
  • Cənnətdəki Zənginlik və Bolluq
  • Cənnətdəki Gözəl Məkanlar
  • Cənnətdəki Qidalar
  • Cənnətdəki İnsan Gözəlliyi
  • Cənnətdəki Təbiət Gözəlliyi
  • Cənnətdəki Gözəl Qoxular
  • Cənnətdə Səs və Söhbətlərdəki Gözəllik
  • Cənnətdəki Əbədi Həyat və Gənclik
  • Cənnətdə İstənilən Hər Şeyin Olmasi
  • Cənnət Əhlinin Allaha Olan Yaxinliği
  • Cənnət Allahin Ədalətinin Bir Təcəllisidir
  • Cənnət Əhlinin Xüsusiyyətləri
  • Cənnət Sevincini Yaşamaq
  • Zamanin Nisbiliyi və Tale Həqiqəti
  • Maddənin Əslinin Göstərdiyi Böyük Həqiqət
  • Cənnətlə Əlaqədar Ayələr
  • Nəticə