Allahin Cənnət Əhli Üçün Hazirladiği Nemətlər

İnsanlar olmasını istədikləri, lakin, dünya şərtlərində mümkün olmayan şeyləri bəzən filmlər və romanlar üçün mövzu olaraq ələ alarlar. Bu cür fikirləri fantastik, qeyri-real kimi sifətlərlə xarakterizə edərək yalan olduqlarını vurğulayarlar. Əksər insanlar bu xəyal məhsulu mükəmməlliklərin real olmasını istəyər və bunları əldə etmək üçün yarışarlar. Ancaq dünya şərtlərində bunların reallaşmasının qeyri-mümkün olduğunu bilmək və bu gözəllikləri yalnızca xəyal etmək onların ruhunda dərin bir zövq meydana gətirməz. Əksinə yaşadıqları mühitdəki əskiklikləri bir qədər də görərək dünyanın həqiqi üzünü görmələrinə, bu da öz deyimləriylə "keflərinin qaçmasına" səbəb olar. Əlbəttə ki, təsvir etdiyimiz bu ruh halı iman etməyən kəslər üçündür.

Axirətin varlığına qəti bir məlumatla iman edən möminlər isə təxəyyülün sərhədlərini məcbur edən bütün ehtimalların Allahın "ol" deməsiylə reallaşa biləcəyini, axirətdə Cənnət neməti olaraq qarşılarına çıxa biləcəyini bilirlər. İnsan bu təqdirdə dünyada "olsa nə gözəl olar" deyə düşündüyü hər gözəllik və nemətə, Cənnətdə qovuşa bilməyi ümid edə bilər. Bunu ümid edən insan, istədiyi hər şeyə qovuşa biləcəyi Cənnətə layiq ola bilmək üçün ciddi bir səy göstərməyə başlayar.

Peyğəmbərimiz (s.ə.v) bir hədisdə, Allahın saleh bəndələri üçün axirətdə "heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın ağlına gəlməyən bəzi nemətlər" olacağından bəhs etmişdir. [Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, səh. 306/497]

Allah cənnəti təsvir edib tanıtdığı ayələrlə insanlara dünyadakılarla müqayisə edilməyəcək bir nemət üfüqü açır. “Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır” (Qaf surəsi, 35) ayəsiylə Cənnətdəki bu nemət bolluğu xəbər verilir. Peyğəmbərimiz (s.ə.v) bir hədisində möminlərə özlərini gözləyən Cənnət nemətləri haqqında bu ayəni xatırlatmışdır: Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərə sevinc gətirəcək nələr (saysız nemətlərin) saxlandığını heç kəs bilmir. (Səcdə surəsi, 17) [Tezkireti'l Kurtubi, səh. 306/498]

landscape

"Belə dediklərinə görə də Allah onları ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları ilə mükafatlandırdı. Yaxşı iş görənlərin mükafatı budur."
(Maidə surəsi: 85)

Allahın Cənnətdə bəxş edəcəyi nemətlər düşünülərkən unudulmaması lazım olan əhəmiyyətli bir məqam da insan ağlının çox məhdud olmasıdır. Bundan ötrü də adam, özünə vəd edilən nemətlərin bolluğunu, müxtəlifliyini, bənzərsiz gözəlliklərini zehnində tam şəkildə canlandıra bilməz. Quranda və hədislərdə bildirilən nemətlər, edilən təsvirlər insanların cənnət nemətlərini anlamaları üçün, dünyadakı gözəlliklərin bəhs olunduğu bənzətmələrlə təsvir edilir. Ancaq bunlar Cənnətdə olduqca mükəmməl hallarıyla mövcud olacaqlar. Çünki, Allah, sonsuz ağlının bir təcəllisi olaraq Cənnəti bütün çatışmazlıqlardan uzaq mükəmməl bir məkan olaraq yaratmışdır.

İnsanın məhdud düşünmə çərçivəsini belə bir nümunə ilə izah edə bilərik. İnsan, görmə duyğusuna sahib olmayıb, yalnız dadbilmə, iyləmə, eşitmə və toxunma duyğularıyla yaradılmış olsaydı; gözə xitab edən nemətlər özünə nə qədər təsvir edilib izah edilsə belə bunların nə olduğunu qavraya bilməzdi. Rəngdən, işıqlıqdan, estetikadan, simmetriyadan, ehtişamdan bəhs edildikdə, bu adam bütün bunları başa düşməyə bilərdi. Eyni şəkildə hal-hazırda bizim bilmədiyimiz amma Allahın cənnətdə yaradacağı və bizə yeni üfüqlər qazandıracaq başqa hislər da ola bilər. Bu səbəbdən də yalnız beş hissə malik olduğumuz bu dünyada nə cür nemətlərdən xəbərsiz olduğumuzu tam şəkildə qavramaya da bilərik.

landscape

Fikir, düşüncə və xəyal üfüqümüzdəki məhdudluğu, pəncərəsiz bir evin içindən heç çölə çıxmadığını fərz etdiyimiz bir kimsənin vəziyyətinə də bənzədə bilərik. Evin xaricindəki gözəlliklərdən (dağların, çayların, ağacların görünüşündən, bir-birindən estetik çiçəklərdən, sevimli heyvanlardan, aydın bir səmadan, Günəş şüasının parlaqlığından və sairədən) xəbərsiz olan bu adam, hansı nemətlərdən məhrum olduğunu da dərk edə bilməz. Üstəlik bu müqayisə dünyadakı gözəlliklər üzərində apardığımız bir müqayisədir. Dünyanın nemət və gözəllikləri isə Cənnət nemətləriylə müqayisədə olduqca əskik və qüsurludur. Bu baxımdan iman edən bir adam Cənnəti də sahib olduğu məhdud məlumatlar çərçivəsində, məhdud bir fikirlə qiymətləndirməkdən çəkinməli və aldanmamalıdır. Çünki, insan Rəbbimizin bildirdiklərindən başqa, Cənnətlə əlaqədar incəliklərin, Cənnət əhli üçün hazırlanmış sürprizlərin nələr ola biləcəyi haqqında fikir sahibi belə deyil. Quranda bu vəziyyətə diqqət çəkilən ayələrdən birində Allah: "Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı vardır" (Qaf surəsi, 35) deyə buyurur.

Bir rəvayətə görə isə Peyğəmbərimiz (s.ə.v) Cənnət nemətlərini belə təsvir etmişdir:

Cənnətə qaçan yoxdurmu? Çünki, cənnətdə ağla, xəyala gəlməyən nemət vardır. [Tezkireti'l Kurtubi, səh. 306-307/499]

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allahin Cənnət Əhli Üçün Hazirladiği Nemətlər
  • Cənnətdəki Zənginlik və Bolluq
  • Cənnətdəki Gözəl Məkanlar
  • Cənnətdəki Qidalar
  • Cənnətdəki İnsan Gözəlliyi
  • Cənnətdəki Təbiət Gözəlliyi
  • Cənnətdəki Gözəl Qoxular
  • Cənnətdə Səs və Söhbətlərdəki Gözəllik
  • Cənnətdəki Əbədi Həyat və Gənclik
  • Cənnətdə İstənilən Hər Şeyin Olmasi
  • Cənnət Əhlinin Allaha Olan Yaxinliği
  • Cənnət Allahin Ədalətinin Bir Təcəllisidir
  • Cənnət Əhlinin Xüsusiyyətləri
  • Cənnət Sevincini Yaşamaq
  • Zamanin Nisbiliyi və Tale Həqiqəti
  • Maddənin Əslinin Göstərdiyi Böyük Həqiqət
  • Cənnətlə Əlaqədar Ayələr
  • Nəticə