Allah, tarix boyunca yaşamış olan bütün cəmiyyətlərə Özünün razı olacağı əxlaqın nə olduğu, halal və haramlar, axirət həyatında həqiqi hüzura və xoşbəxtliyə necə çatılacağı kimi insan üçün zəruri olan hər cür məlumatı çatdıracaq rəsullar göndərmişdir. Quranda da xəbər verildiyi üzrə, bu rəsulların bütün davranışları, əxlaqi xüsusiyyətləri, möminlər üçün ən gözəl nümunədir. Bu səbəblə də hər mömin rəsulların yaşadıqlarını diqqətlə araşdırmalı və öyrənməlidir.
Rəsulların Quranda izah edilən mübarizələri də şübhəsiz bütün möminlər üçün işıqlandırıcı və yol göstəricidir. Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v) son nəbi və son peyğəmbərdir; Allah, Ondan sonra başqa peyğəmbər göndərməyəcəkdir. Quranda, bu mövzu belə xəbər verilir:
Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir. (Əzhab surəsi, 40)
Ancaq Qurandakı, "Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə kasıblıq və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt gələcək?” – dedilər..." (Bəqərə surəsi, 214) hökmünə görə, rəsulların yaşadıqlarının bənzərlərini onun ardından gələn qövmlər də yaşamağa davam edəcək.
Peyğəmbərimiz (s.ə.v)-ə və digər peyğəmbərlərə ağılsız şəkildə düşmənçilik bəsləyənlər, onların təbliğ etdiyi haqq dinin yayılmasına öz ağıllarına görə mane olmağa cəhd edənlər, onların yolunu izləyən möminlərə qarşı da hərəkətə keçəcəklər. Necə ki, "Allah sizə şəriət hökmlərini bəyan etmək, sizi özünüzdən əvvəlkilərin yollarına yönəltmək və tövbələrinizi qəbul etmək istəyir. Allah Biləndir, Müdrikdir." (Nisa surəsi, 26) ayəsinə uygun, bütün müsəlmanlar buna şahid olacaqlar. Məhz bu səbəblə, Quranda izah edilən rəsul mübarizələrini diqqətli şəkildə araşdırmaq bütün iman edənlər üçün çox əhəmiyyətlidir.
Bu kitabda verilən nümunələrlə peyğəmbərlərin gözəl əxlaqları və səmimi səyləri bir daha xatırladılır. Peyğəmbər hekayələrində iman edənlər üçün əhəmiyyətli dərslər olduğu Quranda belə xəbər verilir:
Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir. (Yusif surəsi, 111)