Allah, tarix boyunca yaşamış olan bütün cəmiyyətlərə Öz ilahi mesajını çatdıracaq rəsullar göndərmişdir. Quranda da diqqət çəkildiyi kimi, bu peyğəmbərlərin bütün davranışları, əxlaqi xüsusiyyətləri, möminlər üçün nümunədir. Bu səbəblə hər mömin rəsulların yaşadıqlarını diqqətlə araşdırmalı və öyrənməlidir.
Rəsulların Quranda izah edilən mübarizələri də şübhəsiz bütün möminlər üçün işıqlandırıcı və yol göstəricidir. Bu kitabda verilən nümunələrlə peyğəmbərlərin gözəl əxlaqları və səmimi səyləri bir daha xatırladılır. Peyğəmbər hekayələrində iman edənlər üçün əhəmiyyətli dərslər olduğu Quranda belə bildirilir:
Onların rəvayətlərində ağıl sahibləri üçün bir ibrət vardır. Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir.(Yusif surəsi, 111)