Qurani-Kərimin 113 surəsi Allahın “Rəhman və Rəhim” sifəti ilə başlayır. Rəbbimizin Rəhman və Rəhim sifətinin təcəllisinə möminlər həyatı boyu hər an şahid olurlar. Çünki Allahın Rəhman və Rəhim sifəti insanın doğumundan ölümünə, xəstəlikdən sağlamlığa, bütün acizliklərdən canlı və cansız varlıqlardakı bənzərsiz gözəlliklərə qədər bütün kainatı tamamilə əhatə etmiş vəziyyətdədir. Allahın bütün insanlara olan mərhəməti, şəfqəti, sevgisi, köməyi, qoruması, lütfü və bağışlayıcılığı Rəbbimizin “Rəhman və Rəhim” sifətinin ən gözəl təcəllisidir.
Yaradıcımızın bu bənzərsiz adlarındakı gözəlliyi, fərəhliyi, xeyirləri, nemətləri qavramaq və Rəhman və Rəhim adlarının İslam dininə hakimiyyətini fərq etmək, insanın imanda dərinləşməsinə, Allahı ən gözəl adları ilə tanımasında çox əhəmiyyətli addımdır. Bizim bu kitabdakı məqsədimiz də Allahın “Rəhman və Rəhim” sifətlərinin bir müsəlmanın həyatındakı yeri üzərində dayanmaqdır.
Kitabda Rəbbimizin “Rəhman və Rəhim” sifətlərinin həm Quran ayələrindəki həm də kainatdakı təcəllisi araşdırılacaq, insanların dünya həyatını bu sifətlərin işığında qiymətləndirmələrinin əhəmiyyəti vurğulanacaq.