Əvvəlki fəsillərdə ətraflı olaraq toxunduğumuz kimi, quşların dinozavrlardan təkamül keçirmiş olmaları imkansızdır, çünki bu iki canlı qrupu arasındakı böyük fizioloji fərqləri ortadan qaldıra biləcək təbii mexanizm yoxdur. Ancaq bu qeyri-mümkünlüyə baxmayaraq, təkamülçülər quşların dinozavrlardan təkamül keçirdikləri ssenarisini müxtəlif şəkillərdə gündəmə gətirirlər. Bunun üçün tez-tez müraciət edilən üsullardan biri, “quş tüklərinə malik dinozavrlar” mənasına gələn “dino-quş” xəbərləridir. Ötən 10 il ərzində Darvinist medianın ən əsas təbliğat vasitələrindən biri olan guya dino-quşlar lazımi rekonstruksiya (canlandırma) rəsmlərlə, istərsə də iddialı başlıqlarla bir həqiqət kimi təqdim edildilər. Aparılan bu kəskin bəyanatlar isə, bir çox insanı tarixdə yarı quş dinozavr canlıların yaşadığı mövzusunda inandırmağa razı salmaq məqsədi daşıyırdı.

 

Bu ssenarinin israrla gündəmə gətirilməsi; sübut olunmuş bir həqiqət kimi təqdim edilməsi; etiraz, tənqid və əleyhinə arqumentlərin tamamilə görməzlikdən gəlinməsi; dino-quş hekayələrini cəmiyyətə qəbul etdirməyə yönəlik, qərəzli təbliğat olduğunun açıq göstəricisidir. Sonrakı səhifələrdə bir-bir təhlil edəcəyimiz qərəzli fosil açıqlamaları, bu məsələdə ciddi olmayanı və aparılan təbliğatın yalan olduğunu gözlər önünə sərir.

 

Həqiqətdə quşların dinozavrlardan təkamül keçirdiyi iddiası, təkamül nəzəriyyəsini müdafiə edən bir çox paleontoloq və ya anatom tərəfindən qarşı çıxılan bir fərziyyədən ibarətdir. Məsələn, daha öncə də qeyd etdiyimiz kimi, dünyanın ən məşhur ornitoloqlarından (quş alimlərindən) ikisi, Alan Feduccia və Larri Martin bunun tamamilə səhv ssenari olduğunu düşünürlər. Bu vəziyyət, ABŞ-dakı universitetlərdə tədris olunan (Ali biologiya (Developmental Biology) adlı dərs kitabında belə deyilir:

 

Quşların dinozavr olduqlarına bütün bioloqlar inanmırlar... Bu qrup elm adamı, dinozavrlar və quşlar arasındakı fərqləri vurğulayırlar və bu fərqlərin çox böyük olduğunu və bu səbəbdən quşların özlərindən əvvəlki dinozavrlardan təkamül keçirmiş olmayacağını müdafiə edirlər. Məsələn, Alan Feduccia və Larri Martin, quşların məlum olan hər hansı dinozavr qrupundan təkamül keçirmiş olmayacağı qənaətindədirlər. Bəzi çox mühüm kladistik (nəsil əlaqəsi) məlumatlarına qarşı çıxırlar və öz iddialarını inkişafla bağlı biologiya və biomexanika ilə dəstəkləyirlər.172

 

Bəzi təkamülçü yayımlarda isə “quşların dinozavrlardan təkamül keçirdiyi” iddiasından, sanki, konkret dəlillərə əsaslanan və elm aləmində qəbul edilmiş bir iddia kimi bəhs edilir və “yeganə mübahisə mövzusunun hansı dinozavr növü olduğu” təəssüratı verilməyə çalışılır. Larri Martin əvvəllər dino-quş iddiasını müdafiə etdiyi halda, apardığı araşdırmalar nəticəsində bu iddianın əsassızlığını görmüş və bu fikirlərindən imtina etmişdir:

 

Öncədən tapılmış dəlillərə hər baxdığımda və sonra teropodların mənşəyi haqqında iddia edəndə, bunun doğru olmadığını gördüm. Çünki hər şey onun yetərsiz olduğunu göstərir. Məsələnin əsli isə... quşlarla eyni xüsusiyyətlərə malik olduqlarından ciddi şübhə duyuram və quşların teropod köklü olduğunu dəstəkləyən diqqətəlayiq dərəcədə xüsusiyyətlər olduğunu düşünmürəm.173

 

Alan Feduccia da təkamül nəzəriyyəsinin quşların mənşəyi məsələsində içində olduğu qeyri-müəyyənliyi qəbul edir və qərəzli olaraq davam etdirilən, həqiqətdə isə heç bir əsası olmayan “dino-quş” kampaniyasına etibar etmir. Alan Feduccianın “The American Ornithologists Union” (Amerikan ornitoloqlar birliyi) tərəfindən nəşr olunan və ornitologiyanın ən texniki mübahisələrinə zəmin olan “The Auk” jurnalında qələmə aldığı, oktyabr 2002-ci il tarixli “Birds are Dinosaurs: Simple Global to a Complex Problem” (Quşlar dinozavrdır: Mürəkkəb problemə bəsit cavab) başlıqlı yazıda çox mühüm məlumatlar verilir. Feduccia, 1970-ci illərdə Con Ostrom tərəfindən gündəmə gətirilən və o zamandan bu yana hərarətlə müdafiə edilən, quşların dinozavrlardan təkamül keçirdiyi iddiasının elmi sübutlardan məhrum olduğunu, belə bir təkamülün mümkün olmadığını təfərrüatı ilə danışır. Təkamülçülər arasında bu məsələdə Feduccia tək deyil. Pensilvaniya Universitetindən anatomiya professoru təkamülçü Piter Dodson da, quşların teropod dinozavrlarından təkamül keçirdikləri iddiasına şübhə ilə baxdığını açıqlayır:

 

İrsiyyət amillərinə və dinozavrların fəlakət şəkildə nəsillərinin tükənməsinə qarşı çıxıram; entodermik dinozavrlara qarşı tərəddüdlüyəm, quşların əcdadı kimi teropodlara qarşı şübhəliyəm.174

 

Bir təkamülçü olmasına baxmayaraq, təkamül nəzəriyyəsinin həqiqətdən uzaq iddiaları haqqında etiraflar edən Piter Dodson, təkamülçü həmkarları tərəfindən ağır dillə tənqid edilir. Dodson yazısında bu tənqidlərə cavab verərək, onları dilə gətirir:

 

Şəxsən, quşa ən çox oxşayan maniraptora dinozavrlarının, quşların ortaya çıxdığı dövr olaraq qəbul edilən tarixdən 25-75 milyon il qədər sonra tapılmasını problemli hesab edirəm. Heç bir fosil tapıntısına əsaslanmayan xəyali təkamül nəsil münasibətləri, əslində, yalana əsaslanan bir həll yoludur; Kladistiyin (canlıların guya təkamül nəsil ağaclarına görə təsnifat sistemi) məcburi qəbul etmək məcburiyyətində qaldığı bir anlayışdır. Təbaşir dövrünün sonlarında yaşayan maniraptoraların quşların həqiqi əcdadı olmadığı, bu iki canlı qrupunun təkcə “qardaş ailə” olduqları onsuz da qəbul edilmişdir. Yura dövründə yaşayan olduqca inkişaf etmiş və sürətlə təkamül keçirmiş maniraptoraların, Arxeopteriks nümunəsində də göründüyü kimi, quşlara çevrilməsi və inkişaf etməyə son dərəcə uyğun olan bu soyun daha sonra təkamülçü durğunluq içinə daxil olduğuna və milyonlarla il əsas xüsusiyyətlərinin dəyişmədən mövcud olduğuna inanmağımız tələb olunur? Yoxsa quşların həqiqi əcdadları morfoloji olaraq daha əsas canlı qruplarından gəlir və bunları təsnif etmək daha çətindir? Əgər belədirsə, o zaman problemin həll edildiyi barədə niyə israr edirik?175

 

Alan Feduccia isə, Çində tapıldığı irəli sürülən “dino-quşlar” haqqında çox əhəmiyyətli həqiqəti açıqlayır: Tüklü dinozavr olaraq irəli sürülən sürünən qalıqlarının üzərində yerləşən “tüklərin” quş tükü olduğu dəqiq deyil. Əksinə, “dino-fuzz” adlanan bu fosil izlərinin, quş tükləri ilə əlaqəsi olmadığını göstərən bir çox fakt var. “The Auk” jurnalında nəşr olunan bir məqaləsində Feduccia bunları ifadə edir:

 

İbtidai quş tüklərinə sahib olduğu irəli sürülən fosillərin çoxunu tədqiq etmiş adamlar kimi, mən və digər bir çox mütəxəssis, bu quruluşların ibtidai quş tükləri (protofeathers) olduğuna dair inandırıcı sübut görmürük. Bir çox Çin fosili, “dino-fuzz” olaraq adlandırılan qəribə hala malikdir, amma hər nə qədər bu material quş tükləri ilə homoloji (bənzər) sayılsa da, bu istiqamətdəki arqumentlər inandırmağa razı salmaqdan çox uzaqdır.176

 

Feduccia, dino-quş iddialarının müdafiəçilərindən Richard O. Prumu nümunə verərək bu məsələdə qeyri-obyektiv yanaşmaya belə toxunur:

 

Prumun görüşü bir çox paleontoloq tərəfindən paylaşılır: Quşlar dinozavrdır; Buna görə də Dromeozavrlar (teropod dinozavrlar) üzərində qorunmuş hər hansı ipli quruluş, mütləq ibtidai quş tükü olmalıdır.177

 

Feducciaya görə bu düşüncəni çürüdən səbəblərdən biri, quşlarla heç bir əlaqə qurula bilməyəcək fosillərdə də sözügedən “dino-fuzz” izlərinə rast gəlinməsidir:

 

Ən əsası, dino-fuzz indi artıq çox sayda kateqoriyada kəşf edilir. Bunların bəziləri hələ dərc olunmayıb, amma xüsusilə Çində tapılmış bir Pterosauriada (uçan sürünən) və bir Terizinozavrda (ətyeyən dinozavr qrupu) bunlar tapılmışdır. Ən təəccüblü hal isə, dino-fuzza çox bənzəyən dəri liflərinin Yura dövrə aid İxtiozavrda da tapılmış və təfərrüatlı olaraq izah edilmiş olmasıdır. (İxtiozavrlar, nəsli kəsilmiş dəniz sürünənləridir.) Sözügedən canlılardakı qol-budaq atmış liflərin bəziləri, morfologiya baxımından, “ibtidai quş lələkləri” (protofeather) adlanan və (Çinli paleontoloq) Xu tərəfindən tanınan quruluşlara çox oxşardır. Guya “ibtidai quş tüklərinin” Arxozavrlarda (Mezozoy dövrə aid sürünənlərdə) belə geniş bir bölgüyə malik olması, bunların quş tükləri ilə heç bir əlaqələri olmadığını təkbaşına göstərən dəlildir.178

 

Feduccia, keçmişdə də fosillərin ətrafında bəzi tikililər olduğunu, ancaq skeletə aid hesab edilən bu abidələrin, sonradan qeyri-üzvi maddələr olduğunun təyin olunduğunu xatırladır:

 

İnsanın ağlına, Solnhofen fosillərində tapılan və dendritlər kimi tanınan kola bənzər izlər gəlir. Bitkiyə oxşar formalarına baxmayaraq, bu formaların əslində, fosil yataqlarında, çatlaqlardan və ya fosillərin sümüklərindən oksidləşərək sızan manqan məhlulunun təsiri ilə yaranan orqanik quruluşlar olduğu artıq məlumdur.179

 

Bu məsələdə diqqət çəkən digər məqam isə, “tüklü dinozavr” olaraq gündəmə gətirilən fosillərin hamısının Çində tapılmış olmasıdır. Görəsən bu fosillər niyə dünyanın başqa heç bir yerində deyil də Çində ortaya çıxır? Həm də Çindəki fosil yataqları, sadəcə “dino-fuzz” kimi qeyri-müəyyən quruluşu deyil, eyni zamanda quş tüklərini də son dərəcə yaxşı şəkildə gizlədəcək bir quruluşa sahibkən? Feduccia bu şübhəli vəziyyətə belə diqqət çəkir:

 

Eyni zamanda, niyə orqanizmin xarici səthinin saxlandığı başqa yataqlarda tapılan başqa teropodların və digər dinozavrların heç bir “dino-fuzza” malik olmadıqları, əksinə, hər hansı bir quş tükü kimi quruluşdan tamamilə məhrum həqiqi sürünən dərisinə malik olduqları da açıqlanmalıdır. Və niyə dino-fuzza malik Çinli Dromeozavr fosilləri, normalda gözlənəcəyi şəkildə quş tükü sapı nümayiş etdirmirlər? Əgər bunlar həqiqətən mövcud olsa, asanlıqla qorunmuş ola bilərdi.180

 

Bəs Çində tapılan bütün bu sözdə “lələkli dinozavrlar” nədir? Sürünənlər ilə quşlar arasında ara keçid formaları kimi göstərilən bu canlıların həqiqi kimliyi nədir? Feduccia, “tüklü dinozavr” kimi göstərilən canlıların bir qisminin “dino-fuzz” sahibi nəsli kəsilmiş sürünənlər, bəzilərinin də həqiqi quşlar olduğunu belə açıqlayır:

 

Aydındır ki, əslində, Çinin Yixian və Jiufotang bölgələrindəki təbaşir dövrünə aid göl yataqlarında iki fərqli fosil faktı var; Biri “dino-fuzz” qalıqları nümayiş etdirən, (bunun yaxşı bir nümunəsi guya “tüklü dinozavrların” ilk tapılan nümunəsi olan Sinozavropteriksdir) qrupdur. Digəri isə həqiqətən quş tüklərinə sahib olanlardır; “Nature” jurnalının üz qapağında göstərilən və lələkli dinozavrlar kimi təqdim olunan, ancaq sonradan əhəmiyyətsiz, uçmayan quşlar olduğu anlaşılan fosillər kimi.181

 

Peter Dodson isə “Bunu əlavə etmək mövzusunda tələsirəm ki, məlum olan kiçik teropodların heç biri (bunlara Deinonychus, Dromeozavrus, Velociraptor, Unenlagia, Sinozavropteriks, Protarcheæopteryx, Caudipteryx də daxil olmaqla) quşların mənşəyinə aid deyil. Bunların hamısı təbaşir dövrünə aid fosillər...” deyir.182 Bunun mənası, bu canlıların quşların əcdadı ola bilməyəcəyidir, çünki məlum olan ilk quş olan Arxeopteriks, təbaşir dövründən çox əvvəllər yaşamışdır. 

 

Bir sözlə, bütün dünyaya “tüklü dinozavr” və ya “dino-quş” olaraq göstərilən fosillər, ya toyuqlar kimi uçucu olmayan bəzi quşlara, ya da “dino-fuzz” adlanan, lakin quş tükləri ilə əlaqəsi olmayan bir quruluşa sahib olan sürünənlərə aiddir. Ortada quşlar və sürünənlər arasında “ara forma” yaradacaq bircə fosil belə yoxdur. Beləliklə, “quşlar dinozavrdır” iddiasının fosillərlə sübut olunduğu iddiası tamamilə həqiqətdən uzaqdır. 

 

Yalançı ara keçid fosili mononik

 

Yalançı dino-quş halqasının məşhur fosillərindən biri, dinozavrlarla quşlar arasında ara keçid forması olduğu iddia edilən Mononikdir. 1993-cü ildə Monqolustanda tapılan bu fosildə ən kiçik tük izi belə tapılmamasına baxmayaraq, “Time” jurnalı, 26 aprel 1993-cü il tarixli sayının üz qapağında bu canlını tüklərlə canlandırmışdır. Daha sonra əldə edilən dəlillər Mononikin bir quş olmadığını, açıq-aydın fossorial (qazıcı) teropod olduğunu ortaya çıxarmışdır. 

 

Mononikin quşabənzər sinə və qol sümüklərinə malik olması, təkamülçülərin bu dinozavr fosilini ara keçid forması kimi izah etmələrinə səbəb olmuşdur. Qərəzli izahlar və medianın da dəstəyi ilə ortada bir dəlil varmış kimi təqdim olunmuşdur. Ancaq dəlil olaraq irəli sürülən bu xüsusiyyətlər, köstəbək kimi başqa heyvanlarda da var. Ona görə bu nəticələrin bir dəlil təqdim etmədiyi, əksinə, yanlış izahlara səbəb olduğu ortadadır. “Science News”ə yazan Richard Monastersky də bu fosilin təsnif edilməsinin mümkün olmadığını müşahidələrinə əsaslanaraq belə deyir: 

 

Monqol və Amerikalı tədqiqatçılar, 75 milyon yaşında və əli paleontoloqların açıqlama tələb etməsi lazım qədər qəribə olan quşabənzər canlı tapdılar. Çikaqo Universitetindən Pol Sereno, Mononikin yerqazan heyvanlarınkına bənzəyən qolları olduğunu bildirdi. Köstəbəklər və digər yerqazan heyvanlar da onurğa vəzifəsi yerinə yetirən sinə sümüyünə, quşabənzər qola malik olduqlarından dolayı Mononikin təsnifatı çətindir.183

 

Bundan başqa, sözügedən fosil həqiqi quş olan Arxeopteriksdən ən azı 80 milyon il cavandır. Bu, irəli sürülən ata-övlad əlaqəsini pozan böyük ziddiyyətdir. Ancaq bu vəziyyət də təkamülçü nəşrlər edən media tərəfindən göz ardı edilir.

 

Xəyali tüklərlə təsvir edilən bembiraptor

 

Bir başqa dino-quş iddiası da Bembiraptor adındakı fosillə 1994-ci ildə gündəmə gəlmişdir. Şimali Montanada Glacier Milli Parkında yerləşən bu fosilə, 75 milyon illik yaş verilmişdir. Bu, 95%-i mövcud olan fosildir. Təkamülçülər bu fosilin dinozavrlar və quşlar arasında ara keçid forması olduğunu iddia edir. Ancaq bir dinozavra aid olan fosil guya dino-quş olaraq adlandırılarkən, bir tərəfdən də “Tüklər hələ də tapılmamışdır”184 ifadələri istifadə edilmişdir. Bu şübhə verici vəziyyətə baxmayaraq, fosil media tərəfindən tüklü canlı olaraq çəkilmiş və lazımi detallar xəyal gücü ilə əlavə edilmişdir.

 

Bu sözdə itən halqaya qarşı ən açıq etiraz xüsusilə zamanlama xətasıdır. İrəli sürülən bu yalançı ara keçid fosili, onsuz da uçan quş növü olan Arxeopteriksdən 75 milyon il daha gəncdir; Ona görə bu fosil də təkamülçülərin iddia etdiyi ata-övlad münasibətlərini pozan məsələdir. Bu fosil təkamülə dəlil olmadığı kimi, yaşı etibarilə də təkamülçü iddiaları ziddiyyətdə qoyur. Alimlərdən biri Ohayo Dövlət Universitetinin zoologiya professoru Con Ruben bu məsələyə belə toxunur:

 

Bambiraptor və Velociraptor kimi ən çox quşa bənzəyən dinozavrların çoxunun ən qədim quş olan Arxeopteriksdən 70 milyon il sonra yaşadıqlarını bir çox insan hər zaman nəzərdən qaçırdı. Bu halda ilk quşabənzər dinozavrların təkamülündən əvvəl uçan quşlar olur. Bizim hazırda tüklü olub-olmadığı məsələsini güclü şəkildə mühakimə etməliyik. Tüklü dinozavr adı verilən heyvanlar yəqin ki, uça bilməyən quşlardır.185

 

Bu mövzudakı cəlbedici üsullardan biri də təkamülçülərin quşlara bənzər bir neçə xüsusiyyəti, qeyri-obyektiv şərhlərinə material kimi istifadə etmələridir. Halbuki oxşarlıqlardan yola çıxaraq canlılar arasında ata-övlad münasibəti qurmaq məsələsi, təkamülçülərin açıqlama verməsi mümkün olmayan nümunələrlə doludur. Təkamülçülər nə zaman çox oxşar quruluşa malik canlılar arasında təkamüllü əlaqə qura bilməsələr dərhal, “paralel təkamül” qiymətləndirməsi ilə mövzunu bağlamaq məcburiyyətində qalırlar. Təkamülçülər ortaq kompleks orqanlara malik, amma guya ortaq əcdada malik olmayan canlıların bir-birindən əlaqəsiz olaraq təkamül keçirdiklərini iddia edirlər. Ancaq bu kompleks orqanların tək bir canlı üçün belə mənşəyini açıqlaya, bu orqanların dəfələrlə müxtəlif canlılarda guya təkamül keçirdiyini ifadə etmələri ciddi müəmma yaradır. 

 

Alan Feduccia da quşlar və dinozavrlar arasındakı bəzi oxşarlıqların iki canlı qrupu arasında təkamülçü əlaqə göstərmədiyini belə ifadə edir:

 

Bambiraptor kiçik bir dinozavr, amma digər bir çox forma kimi quşa bənzər bir sıra xüsusiyyətə malikdir. Nə var ki, məməlilərdə və qurbağalarda da yerləşdiyi üçün içi boş sümüklərinin hər hansı fərqləndirici xüsusiyyəti yoxdur. Əlbəttə, əsl problem Bambiraptorun Arxeopteriksdən 80 milyon il daha irəlidə olması, ancaq yenə də hələ də quşların əcdadına ən yaxın dinozavr olduğunun iddia edilməsidir. Bu tək başına, vəziyyətin şübhə ediləndən daha çox mürəkkəb olduğunu göstərən qırmızı xəbərdarlıq bayrağı olmalıdır.186

 

Günümüzdəki quşlardan fərqi olmayan confuciusornis sanctus 

 

1995-ci ildə Çində Onurğalılar Paleontologiyası İnstitutunda araşdırmalar aparan Lianhai Hou və Zhonghe Zhou adlı iki paleontoloq, Confuciusornis sanctus olaraq adlandırdıqları yeni quş fosili kəşf etdilər. Confuciusornis ictimaiyyətinə ən qədim uçan dinozavr kimi təqdim edilib. Hətta dərk etmək üçün istifadə edilən əllərin, uçmaq üçün istifadə edilən əllərə necə çevrildiyinə dair bir dəlil olduğu iddia edilib. Ancaq Alan Feducciaya görə bu fosil tez-tez rast gəlinən dimdikli bir quşdur. Bu quşun dişləri yoxdur, dimdiyi və tükləri isə günümüzün quşları ilə eyni xüsusiyyətləri göstərir. Fosil quruluşu da günümüzdəki quşları ilə eyni olan bu quşun qanadlarında, Arxeopteriksdə olduğu kimi, pəncələr vardır. Həmçinin quyruq tüklərinə dəstək olan “pygostyle” adlı quruluş bu quşda da görülür. 

 

Bir sözlə, təkamülçülər tərəfindən bütün quşların ən qədim əcdadı sayılan və yarı sürünən qəbul edilən Arxeopteriksə çox yaxın yaşda bu fosil (təxminən 142 milyon illik), günümüzdəki quşlara çox bənzəyir. Bu həqiqət, Arxeopteriksin bütün quşların ibtidai əcdadı olduğu istiqamətindəki təkamülçü iddialarla açıq şəkildə ziddir.187

 

Bu vəziyyət, Arxeopteriks və digər arxaik quşların bir ara keçid forması olmadığını qəti surətdə sübut edir. Bu və bənzər fosillər, müxtəlif quş növlərinin bir-birindən təkamül keçirdiklərini göstərmir. Əksinə, günümüzdəki quşların və Arxeopteriks oxşar bəzi özünəməxsus quş növlərinin birlikdə yaşadıqlarını sübut edir. Bu quşların bəzilərinin, məsələn Confuciusornis və ya Arxeopteriksin nəsilləri kəsilmiş, günümüzə ancaq müəyyən sayda quş növü gələ bilmişdir.

 

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126)

 

Qərəzli şərhlərə material olan protarxeopteriks robusta və caudipteryx zoui

 

1996-cı ilin yaz aylarında Yixian Formasında çalışan fermerlər hinduşka böyüklüyündə üç ayrı fosil tapdılar, bunlar quş tüklərinə dəlil ola biləcək şəkildə yaxşı qorunurdu. Ji Qiang və iş yoldaşı Ji Shuan başlanğıcda bu fosillərin tək bir növə aid olduğu qənaətinə gəldilər və Arxeopteriksə qəribə bənzərlik göstərdiyini gördülər. Bu canlıya ProtArxeopteriks robusta adını verdilər. 1997-ci ilin payızında Filip Currie, araşdırması zamanı bu fosillərin iki fərqli növə aid olduğu və ikisinin də Arxeopteriksə bənzəmədikləri nəticəsinə gəldi. İkinci növə də Caudipteryx zoui adı verildi.188

 

ProtArxeopteriks robustaCaudipteryx zoui fosillərinin kəşfləri, quşların teropod dinozavrlardan təkamül keçirdiyinin dəlili olaraq göstərildi.189 Bu fosillər populyar mətbuatda guya quşların əcdadı kimi qəti ifadələrlə yer aldı. Hətta bir analitik, dinozavr-quş əlaqəsi haqqında “indi artıq qaya qədər möhkəm” deyə yazdı.190 Ancaq ortada belə bir qətiyyət olmadığı kimi, yenə də təkamülçülərin qərəzli izahları mövcud idi.

 

Təkamülçülərin iddialarına görə, “CaudipteryxProtArxeopteriks vücudlarının çoxu tüklərlə örtülü kiçik dinozavrlar idi, amma eyni zamanda qollarında və quyruqlarında günümüzdəki quşları kimi düzülmüş daha uzun və mürəkkəb quruluşda tüklər vardı”. Həqiqətən də ProtArxeopteriksCaudipteryx üzərindəki quş tükləri, günümüzdəki quşlarda tüklərlə eyni mürəkkəb formadadır. Ancaq bu canlıların günümüzdəki quşlara bənzər bir tük düzülüşləri olması təəccüblü deyil; Çünki onlardakı tüklər, günümüzdəki uça bilməyən quşlarda müşahidə edən simmetrik formalı tüklərdir.191 Buna görə, sözügedən canlılar da dinozavr deyil, uçmaq qabiliyyəti olmayan quşlardır. Belə ki, Larri Martin və Alan Feduccia da dino-quş yalanını ciddi şəkildə tənqid edərək, bu skeletlərin müasir dəvə quşları kimi uça bilməyən quş növləri olduqlarını ifadə etmişdirlər.192

 

Guya dino-quş nəzəriyyəsinin tərəfdarlarının bu həqiqəti qəbul etmək istəməmələrinin səbəbi, onları dinozavr kimi təsnif etmək istəmələridir. Ancaq bu fosil, heç bir şəraitdə təkamülçülərin iddialarına dəstək vermir. Hətta sözügedən fosil, təkamülçülərin guya ata-övlad əlaqələrində yeni ziddiyyətli vəziyyət yaradır.

 

Təkamülçü ssenariyə görə, bu dinozavrlarda günümüzün quşlarında olduğu kimi, topuqlarını əymələrinə imkan verən xüsusi sümük vardı. Bu xüsusiyyət yenə də təkamülçü iddiaya görə, onların əllərini geniş yelpik şəklində hərəkət etdirmələrini, uzun qolları və qavrayan barmaqları ilə, qaçan ovlarını tutmalarını təmin edirdi. Guya bu güclü çırpma hərəkəti, indiki quşların uçmaq üçün istifadə etdikləri cinah zərbələrinin əhəmiyyətli hissəsini təşkil edirdi. Ancaq bu izahlar elmi cəhətdən tutarlı deyil; Çünki uçuş yalnız qanad çalmaqdan ibarət deyil, daha çox kompleks hərəkətdir. Bu məsələ ilə bağlı problemlərdən bir qismi belədir:

 

İrəliyə doğru qanad çalma hərəkəti, quşu reaksiya olaraq geriyə doğru itələmə təsiri yaradır. Uçuş məqsədli qanad çalmasına isə əsas uçuş tükləri elə bir cəhətə görə düzmüşdülər ki, hava geriyə itələdiyində quşu irəli doğru itələyirlər. Qanadlar təyyarələrdə olduğu kimi aerofoil (xüsusi aerodinamika quruluş) şəklə malikdir, bu səbəbdən də irəliyə doğru hərəkət, havanın üst səthdən aşağıya doğru daha sürətlə axmasına səbəb olur. Bu vəziyyət, Bernoulli prinsipinə görə üst tərəfdəki təzyiqi salır və qalxmanı təmin edir. Bu, qalxman təmin edən əsas amildir, amma yenə də aşağıya doğru çəkilən havaya reaksiya olaraq edilən bir qalxış da söz mövzusudur (Nyutonun üçüncü qanunu).193

 

Bundan başqa, ovunu tutmaq üçün qanad çırpma hərəkəti etdiyi fərz edilən qanadların dizaynı, uçmaq üçün yaradılmış bir qanaddan çox fərqli olmalıdır. Tüklü bir qanad, ovunu tutmaq üçün qanad çalan quş üçün heç cür əlverişli deyil. Çünki geniş səthli və tüklü bir qanad, hava müqavimətini artıracaq və fərz edilən qanad hərəkətini çətinləşdirəcək. Əgər təkamülçülərin iddia etdiyi kimi, quş ovlamaq üçün qanadlarını çırpsaydı, qanadların dizaynı havanı geriyə doğru çəkərək, quşun irəli doğru hərəkətini təmin edəcək şəkildə olmalı idi. Bu səbəblə quşun qanadlarının havanı asanlıqla keçirən məsələn, deşik-deşik bir səthə sahib olması daha əlverişli olardı. Buna görə də təkamülçülərin gətirdikləri açıqlamalar, öz iddiaları ilə zidd olan məntiqsizliklərlə doludur.

 

Tükləri ilə yanaşı Caudipteryx, quş olduğunu göstərən bir sıra başqa xüsusiyyətə malikdir. Bunlardan biri Caudipteryxin otyeyən olmasıdır. Caudipteryx ilk ortaya çıxanda teropod olaraq irəli sürüldüyü üçün “otyeyən” olduğu düşünülürdü.194 Ancaq Caudipteryxin alt kəllə sümüyü və alt çənə sümüyündə dişləri yox idi; Eyni zamanda bu canlıya aid hər iki fosil nümunəsində, böyük ölçüdə bitkiləri üyütmək üçün udlaq vardı.195 Ot yemə xüsusiyyəti və udlaq kimi orqanlar yalnız quşlarda var və teropod familyasına aid heç bir növdə görülmür.196

 

Bu səbəblə ProtArxeopteriks ilə Caudipteryx bir dinozavr deyil, nəsli kəsilmiş quşlardır. Bu canlılara dinozavr deyilməsinin səbəbi təkamülçülərin onların belə olmasını istəməsidir.

 

Fərziyyəyə əsaslanan iddialar ilə xatırlanan fosil: Sinozavropteriks

 

Təkamülçülər məsələ ilə bağlı hər yeni fosil tapıntısında, dinozavr-quş əlaqəsi haqqında fərziyyələr irəli sürürlər. Ancaq hər dəfə (edilən ətraflı təhlillər nəticəsində) bu fosillərin təkamülə dəlil olması ilə bağlı iddialar yalanlanır.

 

Bu cür “dino-quş” iddialarının bir nümunəsi də 1996-ci ildə böyük media təbliğatı ilə gündəmə gətirilən Sinozavropteriks idi. Bəzi təkamülçü paleontoloqlar bu sürünən fosilinin quş tüklərinə malik olduğunu irəli sürdülər. Halbuki bir il sonra fosil üzərində aparılan araşdırmalarda, təkamülçü tədqiqatçıların həyəcanla “quş tükü” kimi tanıtdığı quruluşların tüklərlə heç bir əlaqəsi olmadığı ortaya çıxdı. 

 

“Science” jurnalında dərc olunan “Plucking the Feathered Dinosaur” (Tüklü dinozavrın tüklərini yolmaq) başlıqlı məqalədə, təkamülçü paleontoloqlar tərəfindən “tük” kimi qəbul edilən quruluşların həqiqətdə tüklərlə əlaqəsiz olduğu bildirilirdi:

 

Bir il əvvəl, paleontoloqlar “tüklü dinozavra” aid fotoların üzə çıxması ilə sevindilər. Çinin Yixian bölgəsində tapılan Sinozavropteriks adlı fosil, “New York Times” jurnalının ön səhifəsində dərc olunmuş və quşların mənşəyinin dinozavrlar olduğuna dair təsirli dəlil kimi təqdim edilmişdi. Amma ötən ay Çikaqodakı onurğalılar paleontologiyası iclasında verilən hökm daha fərqli oldu: Fosil nümunələrini araşdıran yarım düjün Qərb paleontoloq, bu quruluşların günümüzə aid tüklər olmadıqlarını dedilər... Kanzas Universiteti paleontoloqu Larri Martin, bu quruluşların köhnəlmiş kollagen lifləri olduğunu və quşlarla heç bir əlaqəsi olmadığını bildirdi.197

 

Konnektikut Universitetindən Alan Brush da Sinozavropteriks haqqındakı fərziyyəli tük iddiaları ilə bağlı belə deyirdi:

 

Fosillərin xarici xəttində yer alan sərt və qalın tükəbənzər liflər, müasir tüklərdə görülən təfərrüatlı quruluşdan məhrumdur.198

 

Çox mühüm bir məqam da Sinozavropteriksin sürünənlərinki kimi körüyəbənzər ağ ciyərlərə sahib olmasıdır. Körüyəbənzər ağ ciyərlərinin olması bir çox tədqiqatçıya görə, bu canlının, yüksək performanslı ciyərlərə sahib günümüzdəki quşların təkamül keçirmiş olmayacağını göstərir.

 

Təkamülçülər bu gün, sözügedən canlı quruluşların tük olduğu iddiasını tamamilə tərk ediblər. Təkamülü doqmatik yaxınlaşma və ön qəbulla düşünmək bu cür səhvlərin və xətalı şərhlərin edilməsini qaçılmaz edir. 

 

Günümüzdəki quşların qanad quruluşuna sahib eoalulavis hoyasi

 

Teropod dinozavrlarla bağlı təkamülçü iddiaları çürüdən bir başqa fosil isə, Eoalulavis hoyasi olmuşdur. 120 milyon yaşında olduğu hesablanan Eoalulavis hoyasi, əldəki bütün teropod nümunələrindən daha yaşlıdır. Ancaq buna baxmayaraq Eoalulavis hoyasinin qanad quruluşunun eynisi, günümüzə aid bəzi uçan quşlarda görülür. Bu da 120 milyon il əvvəl, dövrümüzün quşlarından bir çox cəhətdən fərqi olmayan canlıların uçmaqda olduqlarını sübut edir.199 Bu canlıdan sonra ortaya çıxan teropodları, “quşların əcdadı” kimi göstərməyin nə qədər ağılsız iddia olduğu aydındır.

 

Bu quşun qanadındakı tüklər “barmağa” bağlanmış duran kiçik bir tük dəstəsindən ibarətdir. Düzəltmə qanad ilə dərhal fərq edilə bilən bu quruluş, günümüzdə yaşayan bir çox quşun əsas xüsusiyyətidir; Amma indiyə qədər Mezozoy əsrdən fosilləşmiş bir quşda görülməmişdir. Bu yeni quşa (Eolalulavis hoyasiyə) “qanadcıq tapılan tarixi quş” deyilmişdir.200 (Qanadcıq, bir neçə tükdən ibarət olan və yavaş-yavaş uçuş zamanı, quşun müxtəlif manevrlər etməsinə imkan verən xüsusi tük örtüyüdür.) Bu kiçik tük dəstəsinin varlığı, alacəhrə böyüklüyündəki bu quşun günümüzdəki quşlar qədər uça bildiyini və manevr edə bildiyini göstərir. 

 

Qanadcıq, təyyarə qanadının hərəkətli hissəsi kimi funksiya yerinə yetirir. Bir quş sürətini ləngitmək, ya da yerə enmək istədikdə, qanadın aspektini üfüqə nisbətən azaldır. Bu qanad mövqeyi nəticəsində meydana gələn təsir, quşun ləngiməsinə kömək edir. Ancaq hava axını ilə qanadın səthi arasındakı bucaq çox dik duranda, qanadın üzərindəki turbulentlik artır və quşun uçmağını davam etdirmək üçün lazım olan hündürlüyü itirir. Oxşar şərtlər altında bir təyyarə kimi, quş da sürət itirib düşmə təhlükəsi yaşayır. Bundan sonra qanadcıq dövrəyə girir. Bu kiçik əlavə hissənin qaldırılması, qanadın əsas hissəsi arasında bir yarıq əmələ gəlir. Bu, bir pilotun təyyarənin qanad parçalarını yerləşdirəndə baş verənlərlə eynidir. Bu yarıq, havanın əsas qanadın üst səthindən axmasına, asan turbulentlik və quşun (və ya təyyarənin) düşmədən əyləc etməsinə imkan verir.201

 

120 milyon il əvvəl, günümüzdə istifadə edilən texnologiyaya malik quşların var olduğunun bilinməsi, təkamül nəzəriyyəsinin aşılmaz problemlərinə bir yenisini daha əlavə etmişdir.

 

Rəssamların xəyal gücünə əsaslanan yalançı dino-quş fosili: Unenlagia comahuensis

 

Buenos-Ayresdəki Argentina Təbiət Elmləri Muzeyindən Fernando E. Novas və Trelewdeki Paleontologiya Muzeyindən Pablo F. Puerta, “Nature” jurnalının 22 may 1997-ci il sayında “itmiş halqa” etiketi ilə, 90 milyon illik olduğu deyilən bir fosil deyilir.202 Bu fosilə, Mapuche Hindularının dilində “şimal qərb Pataqonyadan yarı quş” mənasını verən Unenlagia Comahuensis adını verdilər. Bu fosil, Argentinanın Pataqoniya bölgəsində yerləşən 20-dən artıq ayaq, qabırğa və bel sümüyünə məxsus hissələrdən ibarət idi. Bu sümük parçalarından yola çıxan rəssamlar, boynu, başı, çənəsi və quyruğu olan bir canlıya aid bədən çəkdilər. Sonra da bu fosili, dinozavrlardan quşlara keçid mərhələsinə aid guya ara keçid fosili olaraq çatdırdılar. 

 

Ancaq bir çox tərəfdən Unenlagia açıq-aşkar bir dinozavrdır. Xüsusən də kəllə sümüyünün bəzi xüsusiyyətləri, gözlərinin arxasındakı sümük formasiyaları quşlara deyil, çox yaxından teropodlara (kiçik, iki ayaqlı dinozavrlar) bənzəyir. Üstəlik, tüklərinin olduğuna dair heç bir dəlil yoxdur. Təkamülçü elm adamları isə, bu canlının əllərindəki sümüklərin dözə biləcəyini və ön qollarını qaldıraraq quşların uçuş üçün etdiklərinə bənzər bir hərəkət edə biləcəyini iddia ediblər. Ancaq təkcə ön mühakiməli bir sıra ehtimal və fərziyyələrlə bu iddiaların qəti dəlil kimi qəbul edilə bilməyəcəyi açıqdır. Alimlərdən biri Ohayo Universitetindən Lourens M. Witmer bu canlını, sahib olduğu fərqli xüsusiyyətlərə görə “həqiqi mozaika” kimi təsvir edir.203

 

Alan Feduccia da, Unenlagianın qətiyyən dinozavr və quş arasında itən halqa olmadığını bildirir və tam bir quş olan Arxeopteriksdən 55 milyon il sonra yaşadığını vurğulayır.204 Feduccianın 1996-cı ildə bir neçə yazarla birlikdə qələmə aldığı “Science” jurnalında nəşr olunan bir məqaləsində diqqət çəkdiyi kimi, quşa bənzədiyi söylənən demək olar ki, hər dinozavrın yaşı, ilk quşların ortaya çıxışından çox uzun müddət sonraya aiddir.205 Bu da elm adamlarının “zaman paradoksu” adlandırdığı problemi yaradır. 

 

Təkamülçülərin məcburən quşların əcdadı etmək istədikləri dinozavr: Dromeozavr

 

Quşların guya əcdadı olaraq qəbul edilən Arxeoraptor adlı fosilin saxta olduğunun ortaya çıxması ilə, təkamülçülər bu dəfə də yeni tapdıqları bir fosilə ümid bağladılar. Çində tapılan “Dromeozavr” adlı bu dinozavr fosili (quşlarla oxşar xüsusiyyətlər daşıdığı düşünülərək) quşların əcdadı kimi irəli sürülmüşdür. 

 

Halbuki quşların ibtidai əcdadı kimi göstərilən bu fosil, Dromeozavr təkamülçülərin də qəbul etdiyi kimi bir quş deyil, tipik sürünəndir. Qanadları yoxdur, pəncəli ön ayaqları var. Uzun arxa ayaqları və uzun quyruğu var. Təkamülçülərin bu canlını quşlarla bağlı kimi göstərməyə cəhd göstərmələrinin yeganə səbəbi, bədəninin üst hissəsində tüklərə bənzər quruluşların olmasıdır.

 

Halbuki Feduccianın qeyd etdiyi kimi, bütün bu “tüklü dinozavrlarda” yerləşən və tük hesab edilən quruluşlar, əslində “dino-fuzz” kimi tanınan və dərinin zaman keçdikcə parçalanıb dağılması nəticəsində ortaya çıxan formalardır. Quş tükləri ilə əlaqəsi yoxdur. Təkamülçülərin, sürünənlərin quşlara təkamül keçirdiyini iddia edə bilmələri üçün, Arxeopteriksdən daha əvvəl yaşamış bir qrup sürünənin, mərhələ-mərhələ quş xüsusiyyətləri inkişaf etdirdiyini göstərən fosillər olmalıdır. Halbuki, buna dair ən kiçik sübut belə yoxdur.

 

Jeholornis prima

 

Onurğalı Paleontologiya İnstitutunun və Pekində paleoantropologiya tədqiqatçısı olan Zhonghe Zhou və Fucheng Zhang, Çində tapdıqları bir fosilə Jeholornis prima adını verdilər. Bu quş fosilinin uzun quyruğa malik olması, bəzi təkamülçülərin bu fosili quşların dinozavrlardan təkamül keçirdiyi iddiasına dəlil kimi göstərmələrinə səbəb oldu. Halbuki, daha əvvəl də qeyd etdiyimiz kimi, təbiətdə fərqli canlı qruplarının xüsusiyyətlərini özündə əks etdirən “mozaik canlılar” var və bunlar təkamülçülər tərəfindən belə təkamül nəzəriyyəsinə dəlil olaraq təqdim edilmirlər.206 Milçəklərin də quşlar və yarasalar kimi qanadları var, ancaq bu növlərin heç biri arasında təkamülçülər üçün belə təkamülçü qohumluq olduğunu irəli sürmək mümkün deyil. Buna görə də dinozavrlarla quşlar arasında oxşar bəzi xüsusiyyətlər olması, dinozavrların guya quşların əcdadı olduğuna dəlil kimi göstərilə bilməz. Alan Feduccianın bu məsələdəki təsbiti belədir:

 

Əgər biri toyuq skeleti ilə dinozavr skeletinə durbinlə baxarsa, ikisinin oxşar olduğunu düşünə bilər. Ancaq yaxından və ətraflı araşdırma ilə, aralarında bir çox fərqi olduğunu ortaya çıxarır. Teropod dinozavrlarının məsələn, əyri və mişar kimi ucları olan dişləri var, ancaq ilk quşların düz və qarmaq kimi dişləri var və ucları mişar kimi deyil. Həmçinin hər iki növün dişləri fərqli şəkillərdə çıxır və bərpa olunurdu.207

 

Buna görə Jeholornis də bir ara keçid forması deyil, mozaik canlı xüsusiyyəti göstərən tam və güclü uçan quşdur.208

 

Protopteryx fengningensis

 

Protopteryx fengningensis adlı quş fosili, Çinin Hebei Bölgəsindəki 120 milyon illik Təbaşir qayalarında tapıldı. Pekindəki Çin Elm Akademiyasından Fucheng Zhang və Zhonghe Zhou adlı paleontoloqlar, “Science” jurnalının 8 yanvar 2000-ci il sayında bu fosili yeni dino-quş olaraq elan etdilər. 

 

Açıq şəkildə uça bilən bu kiçik quş, tüklərlə örtülüdür və uçmasına yardımçı olacaq şəkildə bilək sümüyünə malikdir. Bilək sümüyü, günümüzdəki yaxşı uçan quşları olan şahinlər və digər tarda oturan quşlar da daxil olmaqla bir çox quşda olan bir quruluşdur. Ancaq bu quş fosili də qərəzli şərhlərə məruz qalaraq, təkamülçülər tərəfindən ara keçid forması kimi irəli sürülmüşdür. Alan Feduccia da Protopteryxdə görülən izlərin quşların dinozavrlardan əvvəl yaşadığının göstəricisi olduğunu, buna görə də quşların dinozavrlarla əlaqəsi olmadığını ifadə edir.209

 

Sinovenator changiinin xəyali tükləri

 

Çində tapılan 130 milyon illik Sinovenator changii adlı dinozavr fosilində tüklərə rast gəlinməmiş olmasına baxmayaraq, bəzi təkamülçülər bu canlının “yəqin ki, tüklü olduğunu” hesab edirlər. Bu fərziyyəyə əsas olaraq isə, bu fosilin yerləşdiyi regiondakı digər dinozavr fosillərinin tüklü olduqları göstərilir. Fosildə tüklər olmamasına baxmayaraq, bu fosilin tükləri olduğunu düşünmək və bundan yola çıxaraq “dinozavrlar qəti olaraq quşların əcdadıdır” nəticəsini çıxarmaq, əlbəttə ki, elmi yanaşma deyil. Üstəlik, sözü edilən Yixian bölgəsində daha əvvəl olan dinozavr fosillərindəki tüklər mübahisəlidir. Daha əvvəl də qeyd etdiyimiz kimi, bir çox elm adamı, bu dinozavrlarda quruluşların tük olmadığı qənaətində birləşir. 

 

İrəli sürülən digər heç bir “tüklü dinozavr” namizədi də dəqiq deyil. Bu canlıların qalıqlarında bəzi “tüklü” quruluşlara rast gəlinsə də bunların həqiqətən tük yoxsa klassik sürünənlərin pulcuqlarının çıxıntıları olduğu qəti olaraq müəyyən oluna bilmiş deyil. Daha əvvəl də qeyd etdiyimiz kimi, Fedduccia kimi qabaqcıl təkamülçülər bu quruluşların, “kollagen lifləri” olduğunu və tük kimi qəbul edilməsinin böyük səhv olacağını müdafiə edirlər.210 Digər tərəfdən, 1996-ci ildə böyük media təbliğatı ilə “tüklü dinozavr” olaraq gündəmə gətirilən Sinozavropteriks fosilinin, həqiqətdə quş tükünə bənzər heç bir quruluşa sahib olmadığı, 1997-ci ildə aparılan araşdırmalarla məlum olmuşdur.211

 

Qaldı ki, “lələkli dinozavrlar” yaşamış olsa belə, bu vəziyyət heç vaxt quşların dinozavrlardan təkamül keçirdiyinə dəlil sayıla bilməz. Çünki quş tükləri tamamilə orijinal quruluşlardır və başqa quruluşdan təkamül keçirdiklərini göstərən heç bir dəlil yoxdur.

 

Microraptor gui və dörd qanadlı dinozavr iddiaları

 

2003-cü ilin yanvar ayında, Çinli paleontoloq Xu Xing tərəfindən tapılan Microraptor gui adlı fosil, bir çox fosil kimi təkamülçülər tərəfindən quşların “ibtidai əcdadı” kimi göstərilməsi tələb olundu. Bu fosilin dörd qanadlı və ağacdan-ağaca süzülən dino-quşa aid olduğu irəli sürüldü və bu tapıntının quşların dinozavrlardan təkamül keçirdiyi nəzəriyyəsinə dəlil olduğu iddia edildi. Ancaq çox qısa müddət sonra bu iddianı dəstəkləyəcək dəlil olmadığı elm adamları tərəfindən açıqlandı. 

 

Microraptor gui adlı fosillə bağlı dərc olunan məqalə və ya xəbərlərdə, Darvinizm təbliğatının əsassızlığını belə sıralaya bilərik:

 

1) Sözügedən fosilin yaşı 130 milyon olaraq hesablanmışdır. Bu tarix, ən qədim uça bilən quş Arxeopteriksdən 20 milyon il daha gəncdir. Bu vəziyyət, Microraptor guiyə təkamülçülərin yaraşdırdığı “quşların əcdadı” ünvanı adına açıq ziddiyyət yaratmaqda, dolayısıyla bunun tamamilə uydurma olduğunu göstərir.

 

2) Microraptor gui anatomik olaraq dinozavrlara bənzəyir. Barmaq sıraları da bu bənzərliklə uyğundur. Microraptor guidən təkamül keçirdiyi irəli sürülən quşların barmaq sıraları isə, dinozavrlarınkindən əhəmiyyətli dərəcədə fərqlidir. Barmaq sırasındakı bu fərqin ata-övlad münasibəti çərçivəsində açıqlanması mümkün deyil və bu vəziyyət Microraptor guinin, quşların əcdadı olduğu iddiasına çox ağır bir zərbə vurmuşdur.

 

Təkamülçülərə görə “Dörd qanadlı quş” olaraq təbliğatı aparılan Microraptor guinin dinozavr olduğunu başa düşmək üçün bir çox dəlil vardır. Hətta fosili tapan və səciyyələndirən paleontoloqun şəxsən özü, “Nature” jurnalında nəşr etdiyi hesabatında bu fosilin bir “dinozavra” aid olduğunu yazmışdır.212 Microraptor guinin əlindəki barmaq sıraları, quşlardakı kimi 2-3-4 düzülüşündə deyil, dinozavrlarda kimi 1-2-3 düzülüşündədir və arxa ayaqlarında, Dromeozavrların (144 milyon və ya 66.4 milyon il əvvəl yaşamış kiçik və orta boylu ətyeyən dinozavr qrupu) səciyyəvi xüsusiyyəti olan öldürücü pəncələr mövcuddur.213 Belə fərqli barmaq sıralarına malik Microraptor gui ilə quşlar arasında ata-övlad münasibəti qurmaq təkamülçü dünyagörüşü ilə belə mümkün deyil.214

 

Microraptor gui ilə dinozavrlar arasında anatomik fərqlər barmaq sırası ilə məhdud deyil. Ümumiyyətlə, quşların anatomiyası, əcdadları olduğu irəli sürülən dinozavrlardan (dolayısıyla Microraptor guidən) dərin fərqlərlə ayrılır.215

 

3) Microraptor gui ilə bağlı elmi irəliləyişlər, bu canlının havada süzülmə tutumunun əvvəlcədən təxmin edilən formada olmayacağını göstərmişdir. Microraptor guinin “Nature” jurnalında müəyyən edilməsindən qısa müddət sonra, bu canlı ilə əlaqəli ssenariyə elm dünyasından etirazlar yüksəlməyə başlamışdır. Microraptor gui, başlanğıcda geniş media təbliğatı ilə uça bilən canlı kimi göstərilmişsə də, bir çox elm adamı daha sonradan bu canlının əslində uça bilməyəcəyi istiqamətində şərhlər vermişdir. Microraptor guinin bu son şərhlər qarşısındakı vəziyyəti “National Geographic” jurnalında belə şərh olunur: 

 

Ancaq elm adamları M.guinin qanad açacaq qədər sürətli qaçdığını düşünmür. Həmçinin necə bir əlil idmançı uzun ətək geyib qaçmağa çalışsa büdrəyər, ayaq tükləri M. guini də eyni şəkildə büdrəmiş ola bilər. Elm adamlarına görə bu çoxlu tüklər bəlkə də uçan sincablarda olduğu kimi paraşüt təsiri yaradırdı.

 

Başqa elm adamları bu yeni fosildən tam olaraq nə nəticə çıxarmaları lazım olduğunu bilmir, ancaq bu heyvanların ağacdan-ağaca süzülərkən uçmağa başladığı variantına da etiraz edirlər: Daha asanı varkən, qanadlarınızı çalaraq niyə enerji sərf edəsiniz ki? Həmçinin bəzi tədqiqatçılar M.guinin ayaq tüklərinin süzülərək də olsa uçmağa əlverişli olmadığını irəli sürür.216

 

Qısaca yekunlaşdıracaq olsaq, bu etirazların elmi əsasları bu şəkildədir:

 

a) Quşların bilək sümüyü, Microraptor guinin havada süzüldüyü fərziyyəsini rədd edir.

 

Təkamülçülərin bu canlını uçmağın təkamülü ilə əlaqələndirməsinin görünən səbəbi ön və arxa ayaqlarında sahib olduğu lələklərdir. Bəzi təkamülçülər bunun, ağaclarda yaşayan və ön və arxa ayaqlarını yanlara açaraq ağacdan-ağaca süzülən canlı olduğunu irəli sürür. Microraptor guinin mediada dərc olunan rekonstruksiya portretində arxa ayaqların yanlara açıq olduğu və yerə üfüqi şəkildə dayandığı görülür. Halbuki Microraptor guinin arxa ayaqlarının yanlara açıla biləcəyini düşünməyin bir əsası yoxdur. Quşlarda arxa ayaqların yanlara doğru 180 dərəcə açılması bilək sümüyünün anatomiyasına görə imkansızdır. Məsələn, bir marketdən alınan toyuğun ayaqları, yanlara açılacaq olarsa, bud sümükləri dərhal qırılacaq.

 

b) Microraptor guinin ayaqlarında olduğu fərz edilən tüklərin ayağa bağlı olub-olmadığı müzakirə edilməlidir. Üstəlik bunlar quş uçmasını maneə törədici xarakterdədir və buna görə quşların uçmasının guya təkamülçü mənşəyini dəstəkləyəcək dəlil təşkil etmir.

 

Digər tərəfdən, Microraptor guinin ayaqlarının yanlara açıla bildiyi düşünülsə belə, bu fosildəki tüklərlə quşların uçuş tükləri arasında heç bir əlaqə yoxdur. Berklidəki Kaliforniya Universitetinin Paleontologiya Muzeyi rəhbəri Kevin Padian, “Bioscience” jurnalının may 2003-cü il sayında nəşr olunan bir məqaləsində Microraptor guinin uçmağın mənşəyi ilə əlaqəli olduğu iddiasına qarşı çıxmış və Microraptor guinin anatomiyasının bu ssenariyə yaratdığı əngəlləri sıralamışdır.217

 

Birincisi, K. Padian, Microraptor guidə tapıldığı iddia edilən arxa ayaq tüklərinin, ayağa həqiqətən əlaqəli olub-olmadığı mövzusunda razı olmadığını bildirir. İkincisi, bunlar ayağa əlaqəli olsa belə, Microraptor guinin iddia edilən süzülmə hərəkətinin, quşlarda güclü qanad uçmağına təkamül keçirmiş ola biləcəyinə dair heç bir əsas yoxdur. Çünki quşlar uçuş zamanı arxa ayaqlarını istifadə etmir və bunları təkərlərini çəkən bir təyyarə kimi, geriyə uzadıb sabit saxlayırlar. Padian bunları bildirdikdən sonra, “ayaq tüklərinin daha inkişaf etmiş quşların istifadə etdiyi uçmağın təkamülü ilə göstərilə bilən heç bir əlaqəsi yoxdur” şərhini edir.218

 

Təkamülçü “Nature” jurnalının redaktoru və eyni zamanda bir paleontoloq olan Henri Gee isə, “Dörd qanad, süzülmək üçün mükəmməl tərtibdir lakin qüvvətli, çırpmalı uçmaq üçün deyil” deyərək Microraptor guinin süzülmə hərəkəti ilə, quş uçmağınun əlaqəli olmadığını ifadə edir.219

 

Yaş problemi və “kladistik” səhvi

 

Dino-quş nəzəriyyəsini müdafiə edənlər, quşların guya əcdadının kiçik və yırtıcı dinozavr növü olan teropodlar olduğunu iddia edirlər. Xüsusilə Çinin Liaoninq bölgəsində tapılan bəzi fosil növlərinin təkamülçü əcdad kimi göstərən təkamülçülər, mühüm bir həqiqəti nəzərdən qaçırırlar: Hələlik quşların əcdadı kimi göstərdikləri teropod növü dinozavrlar ortaya çıxmamışkən düzgün şəkildə uçan quşlar yer üzündə vardı. 150 milyon il əvvəl yaşamış ən qədim quş növü olan Arxeopteriks, teropod növü dinozavrlardan on milyonlarla il daha yaşlıdır. Məşhur ornitoloq doktor Alan Feduccia, bu səbəblə, Arxeopteriksin təkamül baxımından “aşılmaz problem” olduğunu bildirmişdir: 

 

Bu nəzəriyyə ilə əlaqəli aşılmaz problemlər var... Bizim söylədiklərimiz xaricində, quşabənzər dinozavrların 150 milyon yaşındakı məlum olan ən qədim quşdan 25 milyon ilə 80 milyon il sonra ortaya çıxması ilə bağlı bir zaman problemi var. (David Williamson, "Scientist says ostrich study confirms bird 'hands' unlike those of dinosaurs", UNC News, sayı 425, 14 avqust 2002, www.unc.edu/news/newsserv ; David Williamson, "Scientist Says Ostrich Study Confirms Bird 'Hands' Unlike Those Of Dinosaurs", EurekAler, 14 avqust 2002, http://www.eurekalert.org/pub_releases/2002-08/uonc-sso081402.php

 

Feduccia, bir müsahibədə “Quşların dinozavrlardan gəldiyinə niyə inanmırsınız?” sualına belə cavab verir:

 

Birincisi zaman xətti səhvdir. Dinozavrların quşların əcdadı olduğu iddiası məlum olan ən qədim quş olan Arxeopteriksdən 25 milyon-80 milyon il sonra yaranır. İkincisi… Yerdən yuxarı doğru uçmanı təkamülləşdirmək biofiziki olaraq mümkün deyil. Üçüncüsü, quşların və dinozavrların bir çox xüsusiyyətləri (məsələn əllər və dişlər) bir-birinə uyğun deyil. Teropod dinozavr əli bir baş barmaqdan və qonşu olan iki barmaqdan ibarətdir. Quş əli ortadakı üç barmaqdan ibarətdir. Bir növ əldən digər növ ələ keçmək üçün sadəcə bir düyməyə toxuna bilməzsiniz. Təbii ki, əgər quşların dinozavr kökünə tərs bir şeylə gəlsəniz, avtomatik olaraq səhv olarsınız, hansı sübutla gəldiyiniz əhəmiyyətli deyil. (Alan Feduccia, "Plucking Apart the Dino-Birds", Discover, cild 24, sayı 2, fevral 2003)

 

Təkamülçülərin bu böyük problemi həll etmək, daha doğrusu həll etmiş kimi görünmək üçün istifadə etdiyi metodun adı isə “kladistikdir”. 

 

“Kladistik”, son 20-30 ildir ki, paleontologiya dünyasında tez-tez istifadə edilən yeni fosil şərh etmə üsuludur. Bu üsulu edənlər, tapılan fosillərin yaşlarının tamamilə əhəmiyyətsiz edilməsini, yalnız əldə olan fosillərin səciyyəvi xüsusiyyətlərinin bir-biri ilə müqayisə edilməsini və bu müqayisə nəticəsində ortaya çıxan oxşarlıqlara görə təkamülçü nəsil ağacları qurulmasını müdafiə edirlər. Kladistikin yaxşı xülasəsi olan bu açıqlama, sözügedən üsulun nə qədər böyük yanlışlıq olduğunu da göstərir. 70 milyon illik bir fosilin sahibi olan bir növün, əslində 170 milyon il əvvəl yaşadığını düşünün və buna görə bir təkamül qohumluq əlaqəsi yaratmağın, təhrif etmədən başqa bir mənası yoxdur.

 

Təkamülçü olmasına baxmayaraq, paleontoloq Larri Martin təkamülçülərin bu məsələdə nə qədər yalan, qeyri-obyektiv yanaşma içində olduğunu belə ifadə edir:

 

… bəzən bəzi şəxslər tərəfindən edilən “əgər kladistik analiz etsəniz həqiqəti əldə edərsiniz” şəklində işarələr ehtiva edən ehkamçı ifadələrə əsəbiləşirəm. Eksperimental olaraq bunun doğru olmadığını bilirsiniz, çünki əgər tam olaraq baxsanız, eyni qrup üzərində çalışan yaxşı kladistlərin (canlıları kladistik prinsiplərinə görə təsnif edən bioloq) hamısı fərqli kladiqramlar (hər biri bir növü təmsil edən ağac şəklindəki guya təkamül diaqram) əldə edir. Bilirsiniz, ən yaxşı halda bu kladiqramların yalnız biri düzdür. Bunun səbəbi yəqin ki insanların kladiqramlara girən xüsusiyyətləri nə qədər diqqətli araşdırdıqları və seçdikləri ilə bağlıdır. Əgər kladiqramınıza zibil qoysanız, zibil əldə edərsiniz. (Case of the Flying Dinosaur, NOVA, Boston Video, 1991)

 

Pensilvaniya Universitetindən anatomiya professoru Piter Dodson da, guya dino-quşların, ilk quşlardan sonra tapılmasının böyük problem yaratdığını və kladistik metod ilə gətirilən həllin “məcburi” həll olduğunu bildirir:

 

Mən şəxsən, quşabənzər maniraptoran teropodların quşların mənşəyindən 25-75 milyon il sonra tapılmasını problem olaraq görməyə davam edirəm. Xəyali əcdadlar, açığı, məcburi çözümdür, kladistik metod tərəfindən məcburi qılınan uyğun olmayan çözüm. Əlbəttə, gec təbaşir maniraptoranlarının quşların həqiqi əcdadları olmadığı, sadəcə qardaş sinif olduğu etiraf edilir. Yura dövrdə yüksək dərəcədə törəmiş, sürətlə təkamül keçirən maniraptoranların quşlara təkamül keçirdiyinə və sonra bu yüksək dərəcədə irəliləmiş nəslin təkamülçü ətalətə girdiyinə və milyonlarla il ərzində heç dəyişmədən qaldığına inanmağımız mı gözlənilir?... Zaman probleminin həll edildiyi barədə niyə israr edirik? (Peter Dodson, "Response by Peter Dodson", American Paleontologist, cild 9, sayı 4, 2001, səh.13-14)

 

Kladistik, təkamül nəzəriyyəsinin fosil qeydləri qarşısındakı məğlubiyyətinin gizli etirafı və yeni bir aspektidir əslində. Yekunlaşdırmaq lazım olsa;

 

1) Darvin; fosil qeydləri ətraflı təhlil olunduğu təqdirdə, bildiyimiz növlərin hamısının arasını dolduracaq “ara formaların” tapılacağını irəli sürmüşdür. Nəzəriyyənin gözlədiyi budur.

 

2) Ancaq 150 illik paleontologiya səyi, ara formaları ortaya qoymamış, bu canlıların izinə rast gəlinməmişdir. Bu, nəzəriyyə adına böyük məğlubiyyətdir.

 

3) Ara formalar tapılmadığı kimi, yalnız oxşarlarına görə bir-birilərinin əcdadı kimi elan edilə biləcək olan canlıların da yaşları ziddiyyətlidir. Daha “ibtidai” kimi görünən bir canlı, daha “inkişaf etmiş” kimi görünən bir canlıdan daha gec ortaya çıxır. 

 

Elə bu son nöqtə, təkamülçüləri kladistik deyilən əsassız üsulu inkişaf etdirməyə məcbur etmişdir.

 

Kladistiklə birlikdə, Darvinizm, elm maskasını açıq şəkildə itirməkdə, əksinə “elmi kəşfləri təhrif edən, bu tapıntıları öz mülahizələrinə görə dəyişən” doqma halına gəlir.

 

Nəticə

 

Elmi dəlillərin göstərdiyi kimi, dinozavrların quşlara təkmilləşmələri bir çox cəhətdən qeyri-mümkündür. Quşların ibtidai əcdadı olması iddiası ilə ortaya çıxarılan heç bir fosil, həqiqətdə belə bir xüsusiyyətə malik deyil. Məlum olan ən qədim quş Arxeopteriksdir və o da qüsursuz uçmaq sistemi ilə fosil izlərində birdən-birə üzə çıxır. Ondan əvvəl yaşamış heç bir “ibtidai quş” da yoxdur. Son dövrlərdə irəli sürülən “dino-quş” iddialarının elmi əsasdan məhrum olduğunu da öyrənmiş oluruq. Alan Feduccia, quşların mənşəyinin dinozavrlar olduğunu müdafiə edən nəzəriyyənin müdafiəçilərinin çarəsiz mövqeyini belə izah edir:

 

Heç bir sahə, paleontoloqları quşların dinozavr mənşəli olduğuna dair bu qədər uğurlu tələyə sala bilməzdi.220

 

Feduccia 1999-cı ildə nəşr olan kitabında bütün bu “dino-quş” iddiaları haqqındakı həqiqəti isə belə yekunlaşdırır: 

 

Nəticədə, müxtəlif regionlardan yaxşı qorunmuş dərilərə malik bir çox dinozavr mumiyası məlum olmasına baxmayaraq, indiyə qədər heç bir tüklü dinozavr tapılmamışdır.221

 

Əgər tüklü dinozavrlar haqqındakı mövcud nəticələr doğru olsaydı belə, bunun təkamül nəzəriyyəsinə qazandırdığı bir şey olmazdı. Təbiət tarixi boyu, çox geniş bioloji spektr içində on milyonlarla fərqli növün yaşadığı və çoxunun nəslinin tükəndiyi bilinən bir həqiqətdir. İndiki qanadlı məməli yarasa kimi, keçmişdə də qanadlı sürünənlər (pterosaurialar) yaşamışdır. Bir çox fərqli dəniz sürünəni (məsələn ixtiozavrlar) yaşamış və nəsilləri tükənmişdir. Ancaq bütün bu zəngin canlı spektrinin parlaq cəhəti, fərqli xüsusiyyətdəki canlıların və ya anatomik quruluşların ani və daha primitiv formaları olmadan yer üzünə çıxmasıdır. Məsələn, quş tüklərindən söhbət getdikdə, onların malik olduqları bütün mürəkkəb və orijinal formaların, bir anda Arxeopteriksdə olduğunu görərik. İbtidai quş tükləri və ya ibtidai uçuş yoxdur. İbtidai quş ağciyəri isə, onsuz da ağciyərin mürəkkəb kompleks quruluşu səbəbi ilə mümkün deyil. Beləliklə, fosil tapıntıları, canlıların təkamüllə deyil, yaradılışla yer üzünə çıxdıqları həqiqətini dəstəkləməyə davam edir. Bu səbəbdəndir ki, dino-quş kampaniyalarının bu həqiqəti dəyişmək ehtimalı yoxdur.

 

Quşların və digər bütün canlıların həqiqi mənşəyi “yaradılışdır”. Canlılar Allahın diləməsi ilə bir anda və qüsursuz olaraq yaradılmışlar. Bir ayədə belə buyurulur:

 

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117) 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • ÖN SÖZ
  • GİRİŞ
  • UÇMAĞIN MƏNŞƏYİ HAQQINDAKI TƏKAMÜLÇÜ SSENARİLƏR VƏ ÇIXILMAZ VƏZİYYƏTLƏRİ
  • QUŞLAR VƏ DİNOZAVRLAR ARASINDAKI ƏHƏMİYYƏTLİ QURULUŞ FƏRQLƏRİ
  • ARXEOPTERİKS ARA KEÇİD FORMASI DEYİL, NƏSLİ TÜKƏNMİŞ QUŞ NÖVÜDÜR
  • TƏKAMÜLÇÜ FANATİZMƏ NÜMUNƏ: SAXTA FOSİL ARXEORAPTOR
  • XƏYALİ DİNOZAVR-QUŞ ƏLAQƏLƏRİ
  • PTEROSAURİALAR (UÇAN SÜRÜNƏNLƏR) NİYƏ TƏKAMÜL NƏZƏRİYYƏSİ ÜÇÜN ÇIXILMAZ VƏZİYYƏTDİR?
  • HƏŞƏRATLARDA UÇMAĞIN MƏNŞƏYİ
  • NƏTİCƏ