Günümüzdə bir çox təkamülçünün qəbul etdiyi iddiaya görə quşlar, kiçik quruluşlu və yırtıcı teropod dinozorlardan, yəni bir sürünən qrupundan törəmişdir. (Teropod dinozavrlar, Tyrannosaurus rex və Velociraptor kimi yırtıcı dinozavr növlərinin ümumiyyətinə verilən addır.) Təkamülçülərin elmi dəlillərlə dəstəkləyə bilmədiyi bu iddia üçün, ABŞ-ın məşhur elm təşkilatı Smitsonian İnstitutu Quşlar Hissəsi sədri Storrs L. Olson, “dövrümüzün ən böyük yalanlarından biri” ifadəsini işlədir.35
Quşlar ilə sürünənlər arasında keçiriləcək bir müqayisə, bu canlı siniflərinin bir-birindən çox fərqli olduqlarını və aralarında bir təkamül baş vermiş olmayacağını bizlərə göstərəcək. Ancaq təkamülçü verilişlərə baxanda, bütün bu fərqlərin görməməzdən gəlmək və bunlar asanlıqla aşıla bilərmiş kimi ssenarilər yazıldığı görülür. Bu cür ssenarilərə nağıl üslubu hakimdir. Aşağıda məşhur sənədli film proqramı olan Discovery Channelin elmdən uzaq təkamülçü ifadələrindən bir nümunə yer alır:
Quşun təkamülü ən alovlu elmi mübahisələrin hələ də əsas mövzularından biridir. Quşların əcdadları iki yüz milyon il əvvəl sürünən olaraq ortaya çıxmışdı. Ağaclara çıxanlarda ibtidai qanad yaradacaq şəkildə pulcuqlu təbəqə yarandı. Bu qanadlar ağaclardan düşmələrinə yardımçı olurdu. Əlli milyon il sonra Arxeopteriks meydana çıxdı. Hələ də sürünənlər kimi dişləri və sərt sümükləri vardı. Amma bu heyvanları digərlərindən ayıran xüsusiyyət, tüklərinin olması idi. Tüklər də pulcuqlar kimi keratindən meydana gəlir. Amma daha yüngül və çevikdirlər. Arxeopteriks uçurdu. Sonrakı yetmiş beş milyon il ərzində uçmaq qabiliyyəti getdikcə daha çox inkişaf etmişdir və artıq olan hər qram yox oldu. Daha yüngül olmaq üçün dişlərini belə itirdilər. Araşdırılan sümüklər bal pətəyi şəklindəki toxumalarla gücləndirildi. Təxminən əlli milyon il əvvəl məməlilər artanda bunları ovlayacaq quşlar ortaya çıxdı və ovçu quşlar anadan oldu.36
Discovery Channel, Bu cür nağılı bir üsluba müraciət edərək, sürünənlərdən quşlara keçidin son dərəcə məqbul olduğu təsəvvürünü verməyə çalışır. Belə bir üsula ehtiyac duyulmasının səbəbi isə, təkamülçü iddiaların elmi əsasdan məhrum olması və əslində iki canlı növü arasında aşılmaz fərqlərin olmasıdır. Daha əvvəl də qeyd etdiyimiz kimi, elmi həqiqət kimi göstərilən quşun təkamülü ssenariləri, həqiqətdə tamamilə dəlilsizdir və bu ssenariləri dəstəkləyəcək heç bir ara keçid fosili yoxdur.
Əvvəla, quşlar və dinozavrlar arasında heç bir təkamülçü açıqlama ilə bağlanılmayacaq dərəcədə böyük “dizayn fərqi” vardır. Quşlar uçmalarını təmin edən xüsusi anatomiyaya malikdir. Təkamül nəzəriyyəsi isə bu iki fərqli canlı növü arasında bir keçid baş verdiyinə dair fosil qeydlərindən bir dəlil göstərə bilmir. Bu səbəbdəndir ki, “quşlar dinozavrlardan törəmişdir” nəzəriyyəsi, təkamül nəzəriyyəsini müdafiə edən bəzi bioloq və paleontoloqlar tərəfindən də qəbul edilmir. Məsələn, dünyanın ən öndə gələn ornitoloqlarından (quş alimilarından) Alan Feduccia (Şimali Karolina Universiteti) və Larri Martin (Kanzas Universiteti), quşların məlum olan hər hansı bir dinozavr qrupundan təkamül keçirmədiyi fikirdədirlər. Xüsusilə Feduccia, təkamülə inanmasına qarşı, dinozavrlar və quşlar arasındakı fərqlərin çox böyük olduğunu və bu səbəbdən quşların dinozavrlardan təkamül keçirmiş olmayacağını dəlilləri ilə göstərir. Məşhur onurğalı paleontologiya eksperti Robert Caroll isə bu barədə belə şərh verir:
Quşlar, bütün onurğalı sinifləri arasında açıq-aşkar ən orijinal qrupdur və ən yaxın qohumları olduğu irəli sürülən sürünənlərlə aralarında anatomiya və həyat tərzi baxımından böyük fərqlər vardır.37
Teropod dinozavrları ilə quşların fosil qeydləri və anatomiyaları araşdırılarkən, əslində ortada heç bir “təkamülçü əlaqə” olmadığı görülür. Alan Feduccia, teropodların təkamül keçirərək uçmalarının mümkün olmadığını belə açıqlayır:
Bu qədər böyük iki ayağı, qısaldılmış ön ayaqları və ağır quyruğu olan bir canlının təkamül keçirərək uçması biofizika baxımdan qeyri-mümkündür.38
Quşlar və dinozavrlar arasında dərin fizioloji ayrılıqlar vardır. Hər şeydən əvvəl, quşu quş edən ən mühüm xüsusiyyət, yəni qanadlar, təkamül üçün çox böyük çıxılmaz vəziyyətdir. Qanadların qüsursuz quruluşunun necə olub da təkamülçülərin iddia etdiyi kimi bir-birini izləyən təsadüfi mutasiyalar nəticəsində meydana gəldiyi sualı tamamilə cavabsızdır. Bir sürünənin ön ayaqlarının, genlərində meydana gələn bir pozğunluq (mutasiya) nəticəsində necə qüsursuz bir qanada çevrilmiş ola biləcəyini təkamülçülər qətiyyən açıqlaya bilmirlər. Bundan başqa, bir quru canlısının quşa çevrilməsi üçün yalnız qanadlarının olması da kifayət deyil. Quru canlısı, quşların uçmaq üçün istifadə etdikləri digər bir çox struktur mexanizmdən məhrumdur. Məsələn, quşların sümükləri quru canlılarına görə daha yüngüldür. Ağciyərləri çox fərqli bir quruluş və funksiyaya malikdir. Müxtəlif bir əzələ və skelet quruluşuna malikdirlər və daha xüsusiləşmiş ürək-qan-damar sistemləri vardır. Bu mexanizmlərin, təkamülçülərin iddia etdikləri kimi yavaş-yavaş, “toplanaraq” əmələ gəlmələri isə qeyri-mümkündür.
Fosillərə baxanda isə, onsuz da belə bir dəyişikliyin baş vermədiyini görürük. “New Scientist” jurnalının “Birds Do It… Did Dinasours?” (Quşlar bunu edirlər. Bəs dinozavrlar?) adlı məqaləsində təkamülçülər üçün problem yaradan bu vəziyyət belə yer almışdır:
Nə fərziyyəli ataları, nə də onları məlum olan fosil quşlara bağlayan keçid formaları tapılmamışdır.39
Bir sürünənin guya quş xüsusiyyətləri qazana bilməsi üçün (təkamülçülərin iddiaları əsasında düşünsək) saysız-hesabsız mutasiyaya məruz qalmalıdır. Məsələn, sürünənin yalnız ön ayaqlarının qanadlara çevrilməsi üçün, bu canlı çoxsaylı mərhələli dəyişikliyə məruz qalmalıdır. Ayağının genetik məlumatına isabət edən hər bir mutasiya ayaqda kiçik bəzi dəyişikliklər etməli, hər dəfə ayaq bir az daha çox qanad xüsusiyyəti əldə etməlidir. Məsələn, ayaqlarında mərhələ-mərhələ tüklər yaranmağa başlamalıdır. Tüklər də yenə mərhələ-mərhələ yaranmalıdır, məsələn əvvəl tükün sapı, sonrakı nəsillərdə isə digər faktorları görünməlidir. Ayaq barmaqları hər nəsildə bir az daha yox olmalı, ayaq getdikcə daha çox qanada oxşamalıdır. Bu çox yavaş, mərhələli dəyişikliklər isə fosil qeydlərində müşahidə olunmalıdır. Eyni vəziyyət canlının ağciyərləri, pulcuqlarının tüklərə dönüşməsi, sümüklərin quruluşundakı dəyişikliklər və digər xüsusiyyətləri üçün də keçərlidir.
Unutmamaq lazımdır ki, təkamülçülərin baş verdiyini iddia etdikləri bu mərhələlərin hər biri canlı üçün çatışmazlıqdır. Təkamülçülərin bir vaxtlar yaşadığını fərz etdikləri bu canlılar, tam bir canlı olmadıqları üçün, nöqsan, funksiyasını həyata keçirməyən orqanları ilə həyatlarını davam etdirməyəcək və yox olacaqlar. Bu vəziyyət isə daha ən başdan təkamül nəzəriyyəsinin irəli sürdüyü iddialarla zidd olmaqda; təkamül nəzəriyyəsi öz iddiaları ilə özünü əsassız edir.
Yuxarıda da qeyd etdiyimiz kimi, sürünənlərlə quşlar arasında həqiqətən bir təkamül olsaydı, əlimizdə bunu göstərən milyonlarla ara forma fosili olmalı idi. Ancaq, bu günə qədər tək bir yarı sürünən-yarı quş fosili belə tapılmamışdır. Tapılan skeletlər təkamülə dəlil olmadıqları kimi, yaradılışın isbatı olan ya nəsli kəsilmiş quşlara və ya sürünənlərə aiddirlər. Mediada tez-tez qarşılaşdığımız dino-quş hekayələri isə, sonrakı hissələrdə detalları təhlil olunacağı kimi göz boyamaqdan ibarətdir. Bunların heç birisi quşların təkamülündəki itkin halqa olma xüsusiyyətinə malik deyil. Özü də bir təkamülçü elm yazarı olan Qordon Teylor, təkamül nəzəriyyəsinin quşların mənşəyi ilə bağlı çarəsizliyini bu ifadələrlə deyir:
Quşların özlərini uçmağa adaptasiya edə bilmək üçün təsirlənməni bacardığı sürünənin quruluşundakı dəyişikliklərin sayı olduqca genişdir, belə ki, gerçək bir problem təşkil edir və bu məsələyə bir daha diqqət verməyimizi tələb edir. Əvvəla, bir çox dəyişiklik heyvanın çəkisini azaltmaq üçündür. Sümüklər dardır və kəllə sümüyü çox incədir. Dişlərlə silahlanmış ağır boğazdan imtina etmişdir və yüngül ancaq qatı bir dimdik gəlmişdir. Bədən sıxışdırılmış bir hala gəlmiş, sürünən quyruğu və uzun ön hissə tərk edilmişdir. Ağırlıq mərkəzi, əsas quruluşun altına əsl əzələlərin yerləşməsi ilə azaldılmışdır. Böyrək, yumurtalıq kimi cüt orqanların bir dənəsi fəda edilmişdir. Bilək isə yerə enərkən enmənin şokunu azaltması (əmməsi) üçün gücləndirilmişdir. Ayaqlar minimuma endirilmişdir, bədən içindəki əzələlər onları hərəkət etdirən əzələlərin yerini aldıqlarından, buradakı əzələlər itmişdir. Beyin də dəyişikliyə uğramışdır; tarazlıq və koordinasiya problemlərini həll etmək üçün daha geniş bir beyincik gəlmiş, daha geniş vizual korteksə malik olunmuşdur. İndi görmə, qoxu hiss etməkdən daha çox əhəmiyyət kəsb edir. Daha az aydın olan ancaq daha diqqətəlayiq olan isə bədən mexanizmindəki dəyişiklikdir.
Uçmaq üçün enerji istehsal etmək üzrə quş çox yanacaq sərf etməlidir və yüksək temperaturu qorumalıdır. Quşlar yalnız çox yeməklə qalmazlar. Meyvə yetişdirənlər bilirlər və ya görmüş ola bilərlər, qar quşu sistematik olaraq zəngin bir ağacdakı hər bir tumurcuğu yox edər. Eyni zamanda boğazlarında ehtiyat yanacaq toplayacaqları bir kisə yerləşir. Ürəkdəki hissələr tamamlanmışdır, beləliklə, daha çox qanı idarə edir. Ağciyərlər də təkcə genişlənməklə qalmamış, bədən içərisindəki hava boşluqları tərəfindən doldurulmuşdur. Bizim kimi quru canlılarında ağciyərlərdəki havanın çoxu sabit olaraq durur, normal bir nəfəsdə çox kiçik miqdarı mübadilə edirik. Quş, içinə çəkdiyi hava ağciyərlərdən hava kisəciklərinə keçirir, hər nəfəs ilə birlikdə bu miqdar mübadilə edilir. Bu sistem, uçmaq zamanı əzələlər tərəfindən istehsal edilən istiliyi dağıtmağa da faydalıdır. Uyğun dəyişikliyin belə gözəl şəkildə təsadüfən meydana gəldiyini... gözdə canlandırmaq, xəyal gücünü zorlayır.40
Qordon Teylor, quş təkamülünün nə üçün qeyri-mümkün olduğunu açıqlayır; amma buna baxmayaraq bir çox təkamülçü bu imkansız vəziyyətə inanmaqda israrlıdır. Bunun səbəbi sahib olduqları fəlsəfi düşüncələridir. Təkamülçülər, Allahın varlığını inkar etmək üçün iddialarına kor-koranə bir bağlılıq göstərərlər. Sözügedən iddialarını dəstəkləyən heç bir əsaslı dəlil olmamasına; tam əksinə, iddiaları dəfələrlə məhv edilməsinə baxmayaraq, yenə də yaradılış həqiqətini qəbul etmirlər.
Məsələyə təmənnasız baxan hər bir insan, elmin ortaya qoyduğu nəticənin “yaradılış” olduğunu görəcəkdir. Bu, eyni zamanda Quranda bildirilən bir həqiqətdir. Quranda “Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir...” (Şura surəsi, 29) və “Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır”. (Casiyə surəsi, 4) şəklində buyurulur. Başqa ayələrdə isə Allah canlılardakı müxtəlifliyi belə bildirir:
Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq? Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər. Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi? Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər. Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir. (Yasin surəsi, 71-75)
Quşlar və sürünənlər arasında bir çox quruluş fərqi olur. Bunların ən mühümlərindən biri sümüklərin formasıdır. Çünki uçmaq üçün sümüklərin quruluşu, quşlar üçün son dərəcə əhəmiyyətlidir. Sümüklərin həm sağlam həm yüngül olmaları lazımdır. Quşlarda (tam ehtiyaca görə sümüklər incə, içi boş və bu quruluşuna baxmayaraq) olduqca möhkəmdir. Bu şəkildə yüngül olan sümüklər quşların daha rahat uçmasını təmin edir. Bundan başqa, quş skeleti, hava müqavimətini minimuma endirən dar sümüklərdən ibarətdir. Bu sümüklər havaya qalxmaq və havada qalmaq üçün lazım olan enerji miqdarını da azaldır. Sürünənlərdə isə sümüklər ağır, qalın və içi dolu quruluşdadır.
Quş sümüklərinin içi boş olmasına baxmayaraq, skelet, heyvanın sahib olduğu qüvvəyə nisbətən çox güclüdür. Məsələn, 18 sm uzunluğundakı baltadimdik quşu, bir zeytun çəyirdəyini qırmaq üçün dimdiyi ilə ona 68.5 kg-lıq təzyiq tətbiq edə bilir. Quru canlılarınkından fərqli olaraq quş skeleti, çiyin, bud və sinə kəmərləri bir-birinə birləşmiş bir şəkildə birləşmişdir. Bu dizayn quşa daha möhkəm quruluş qazandırır. Həmçinin bu sayədə sümüklərin bir arada durması üçün istifadə edilən əzələ miqdarı azalır və quşun daha yüngül olması mümkün olur. Quş skeletinin bir başqa xüsusiyyəti, əvvəldə qeyd etdiyimiz kimi, digər bütün onurğalı canlıların skeletindən yüngül olmasıdır. Məsələn, bir göyərçinin skeleti, heyvanın bədən çəkisi ümumi həcminin yalnız 4.4%-ini yaradır. Bir freqat quşunun sümüklərinin cəmi isə 118 qram olur və bu miqdar, heyvanın tüklərinin ümumi ağırlığından daha azdır. Məşhur elm jurnalı “Nature”ın redaktoru Henry Gee, quşların bu xüsusiyyətini belə izah edir:
Quşların sinə sümükləri güclü əzələlər üçün dayaq nöqtəsi vəzifəsini görəcək şəkildə genişdir. Körpücük sümükləri sıx, bir-birinə bərkidilmiş və bükülməzdir. Hər nə qədər bir-birinə bağlanmış qabırğa sümükləri əyilməz, bükülməz bir qəfəsi yaratsalar da, sümüklərin çoxunun içi oyuqdur; Boru formasında polad kimi yüngül və eyni zamanda güclüdürlər. Ləyən və büzdüm sümükləri möhkəm quruluş yaradacaq şəkildə bir-birinə qaynamışdır. Nəticədə quşların bədəni, yüngüllük ilə gücü birləşdirir.41
Quşların bu özünəməxsus anatomiyası, sürünənlərdən tamamilə fərqlidir. Ancaq buna baxmayaraq, heç bir konkret dəlilə əsaslanmayan “dinozavr-quş təkamülü” ssenarisi israrla müdafiə edilir. (Bu məsələ ilə bağlı məsələlərə sonrakı fəsillərdə ətraflı danışılacaqdır).
Bu arada bəzi anlayışlar da səhv başa düşülərək nəzəriyyəyə dəlil zənn edilir. Məsələn, bəzi təkamülçü nəşrlərdə, dinozavrların bud sümüyündəki fərqlərdən yola çıxılaraq, quşların dinozavrlardan təkamül keçirdiyi irəli sürülür. Sözügedən bud sümüyü fərqi Saurischian (sürünən-bənzəri bud kəmərlilər) və Ornithischian (quş-bənzəri bud kəmərlilər) qruplarına bağlı dinozavrlar arasındadır. Məhz bu “quş-bənzər bud kəmərli dinozavrlar” anlayışı, zamanla “dinozavr-quş təkamülü” iddiasına dəlil kimi dərk edir. Halbuki sözügedən bud kəməri fərqi, quşların sözdə atalarının dinozavrlar olduğu iddiasına heç bir dəstək vermir. Çünki Ornithischian (quş-bənzəri bud kəmərlilər) qruplarına bağlı dinozavrlar, digər anatomik xüsusiyyətləri baxımından heç bir şəkildə quşlara bənzəməz. Məsələn, qısa ayaqlara, nəhəng bir gövdəyə, zirehə bənzər pulcuqlu bir dəriyə sahib olan (hətta döyüş tanklarına bənzədilən) Ankylosaurus, Ornithischian qrupuna bağlı quş-bənzər bud kəmərli bir dinozavr. Buna qarşılıq, bəzi anatomik xüsusiyyətləri ilə quşlara bənzədilə biləcək olan, uzun ayaqlı, qısa qabaq ayaqlara malik incə quruluşlu Struthiomimus isə Saurischian (sürünən-bənzəri bud kəmərlilər) qrupuna daxildir.42
Bir sözlə, bud kəməri quruluşu, heç bir şəkildə dinozavrlar ilə quşlar arasında təkamülçülərin iddia etdiyi kimi bir əlaqə olduğuna dair dəlil təşkil etmir. “Quş-bənzər bud kəmərli dinozavrlar” tərifi, sadəcə oxşarlıqdan irəli gələn bir tərifdir və iki canlı qrupu arasındakı digər böyük anatomik fərqlər, bu oxşarlığı təkamülçü bir dünyagörüşü ilə belə şərh etməyi mümkünsüz edir.
“Quşlar dinozavrlardan törəmişdir” nəzəriyyəsi ilə bağlı bir çox problem var. Teropodların ön ayaqları ən qədim quş olaraq qəbul edilən Arxeopterikslə müqayisədə, Bədənlərinə görə çox kiçikdir. Bu canlıların ağır vücudları da düşünüldükdə, ayaqların bir növ “ön-qanada” (proto-wing) çevrilməsinin mümkün olmadığı aydın görünür. Teropod dinozavrların çox böyük hissəsi (quşlarda olan) semilunatik bilək sümüyündən məhrumdur və Arxeopteriksdə heç bir bənzəri olmayan bəzi bilək hissələrinə malikdir. Bundan başqa, dinozavrların (quşların atası olmayacağına dair) qabaq ayaq quruluşlarında da çox güclü dəlillər vardır. Feduccia tərəfindən idarə olunan bir qrup, quş rüşeymlərini mikroskop altında tədqiq etmiş və bu işləri “Science” jurnalında nəşr olunmuşdur.43 Feduccia və qrupunun tapıntıları bu şəkildə məruzə edilmişdir:
Yeni araşdırma, quşların dinozavrların sahib olduğu embrional baş barmağa malik olmadığını göstərir ki, bu da bu növlərin yaxından əlaqəli olmasının qeyri-mümkün olduğunu göstərir.44
Bir sürünənin bədənindəki sümüklərin quruluşu, forması kimi bədən içindəki rejimi də quşlarınkından tamamilə fərqlidir. Bir dinozavr skelet quruluşunun uçmağa əlverişli bir quş skeletinə zaman içərisində, öz-özünə çevrilməsi qəbul edilə biləcək bir iddia deyil. Əvvəla, hər iki canlı növünün də (dinozavrlar və quşlar) sahib olduqları sümüklərin hər biri müəyyən bir məqsədlə olduqları yerdədir. Şəkilləri də hər canlının ehtiyacına görə yaradılmışdır. Kəllə böyüklüyü, fəqərələrinin sayı, ayaq uzunluğu, qatlanmağa uyğun qanad sümükləri, uçmaq üçün lazımi sinə sümüyü, dimdiyi və s. hər biri quşun həyat tərzinə uyğun olaraq yaradılmışdır. Əgər təkamülçülərin iddia etdiyi kimi, mərhələ-mərhələ dəyişiklik olsaydı, çoxsaylı deformasiyalı skeletə rast gəlməli idik. Məsələn, quşlarda tək qol əvvəl inkişaf etmiş, digər qol sonra inkişaf etmiş olardı; Ya da bir qol qısa bir qol uzun olardı; Kiçik bədənə böyük kəllə sümüyü olub tarazlığı poza bilərdi; Ayaq barmaqlarına aid sümüklər tərs istiqamətə baxa bilər və yenə tarazlıq pozula bilərdi. Boyun bölgəsindəki fəqərələr inkişaf etməmiş və ya hamısı bir-birindən fərqli böyüklüklərdə sinirlərə təsir edəcək şəkildə olardı. Bu ehtimallar hədsiz-hüdudsuzdur. Əgər təkamülçülərin iddia etdikləri kimi bir canlının sümükləri təsadüfi təkamül keçirmiş olsaydı, bu şikəst və ya natamam quruluşlar çox yüksək nisbətlərdə ortaya çıxmalı idi. Ancaq yer üzü təbəqələri həmişə düzgün quruluşa aid, həmişə qüsursuz, həmişə mükəmməl fosillərlə doludur. Bu məsələ (ara keçid forması əksikliyi) təkamülçülərin üzləşmək istəmədikləri çətinliklərin başında gəlir. Bu vəziyyət açıqca göstərir ki, canlılar bir-birlərindən törəməmişlər; Hər biri ayrı-ayrılıqda özünəməxsus quruluşları ilə yaradılmışdır.
Sürünən-quş təkamülü nəzəriyyəsi, tarixə Darvinizmin nə qədər böyük səhvlərə yol aça biləcəyinin bir nümunəsi kimi keçəcəkdir. Bunu indidən görən elm adamları həqiqəti dilə gətirir. Məsələn, Alan Feduccia deyir:
25 il boyunca quşların kəllə sümüklərini araşdırdım və dinozavrlarla arasında heç bir oxşarlıq görmürəm. Quşların dörd ayaqlardan əmələ gəlməsi nəzəriyyəsi, paleontologiya sahəsində 20-ci əsrin ən böyük utancı olacaqdır.45
Kanzas Universitetində qədim quşlar üzərində mütəxəssis olan Larri Martin isə bunu deyir:
Doğrusunu söyləmək lazım olsa, əgər dinozavrlarla quşların eyni kökdən gəldiklərini müdafiə etsəydim, bunun haqqında hər dəfə danışmaq məcburiyyətində olanda utanacaqdım.46
Quşların sürünənlərdən təkamül keçirdiyi iddiasını əsassız edən digər bir məsələ də quşların ağ ciyərlərindəki xüsusi dizayndır. Onurğalı quru canlıları ilə quşların tənəffüs sistemləri müqayisə edildikdə, bir-birindən tamamilə fərqli şəkildə çalışan strukturlar olduğu görülür. Quşların oksigen ehtiyacı, quru canlılarına görə daha çoxdur və hüceyrələrə oksigenin çatdırılması çox tez baş verməlidir. Beləliklə, bir quru canlısının ağciyəri, quşun ehtiyacı olan kifayət qədər oksigeni təmin edə bilməz. Belə ki, quşların ağciyərləri, uçmaq üçün lazımlı oksigeni təmin edəcək şəkildə xüsusi bir yaradılışa malikdir.
Onurğalı quru canlılarının ağciyərləri “cüt istiqamətli” bir quruluşa malikdir: Nəfəs alma zamanı, hava ağciyərdəki qol-budaq atmış kanallar boyunca irəliləyir və “alveol” deyilən kiçik hava kisəciklərində son tapar. Oksigen-karbon mübadiləsi burada həyata keçirilir. Ancaq daha sonra, istifadə edilmiş olan bu hava, tam əks istiqamətdə hərəkət edir və gəldiyi yolla gedərək ağ ciyərdən çıxır, əsas bronxlar yolu ilə də çölə atılır.
Quşlarda isə hava ağciyər kanalı boyu “tək istiqamətli” hərəkət edir. Ağciyərlərin giriş və çıxış kanalları bir-birindən fərqlidir və hava daimi olaraq ağciyər içində tək istiqamətli olaraq axır. Beləliklə, quş, havadakı oksigeni fasiləsiz olaraq ala bilir. Beynəlxalq elm jurnalı “Nature”in redaktoru olan təkamülçü yazıçı Henri Gee, quşlarda dizayndan bəhs edərkən, “Quşlar fövqəladə nəfəs alma rejiminə malikdir. Ağciyərlər, orqanizmdə başqa yerlərdəki və hətta oyuq sümüklərdəki geniş hava boşluqlarını da əhatə edən, tək istiqamətli hava işləmə sisteminin yalnız bir hissəsini yaradırlar.”47 deyir.
Quş nəfəs alanda, hava nəfəs borusundan həm ağciyərə həm də arxa hava kisəsinə axır və ağciyərlərdəki mövcud hava da qarşıdakı hava kisəsinə dolar. Quş aldığı nəfəsi verəndə, arxa hava kisəsində olan təmiz hava ağciyərə keçər və ön hava kisəsindən nəfəs borusu yolu ilə çölə çıxar. Nəfəs alıb-vermə əsnasında reallaşan hər iki dövrün, quşun aldığı tək bir nəfəs üçün də mütləq tam olaraq gerçəkləşməlidir. Quşların ağciyərlərində məməlilərin barmaqlarında olan “alveol” yerinə, ağciyər boyu uzanan milyonlarla kiçik borucuq olur.
Bu kompleks hava kisəsi sisteminin məqsədi, quş ağ ciyərlərindəki hava axınının eyni istiqamətdə (arxadan önə) fasiləsiz olaraq həyata keçirilməsini təmin etməkdir. Bu, ağciyərdəki hava axın istiqamətinin, nəfəs alıb-vermə zamanı tərsinə döndüyü sürünən və ya məməlilərdəki sistemdən fərqlidir. Quşlarda hava axınının yeganə bir istiqamətdə olması, havadakı oksigenin daha səmərəli istifadə edilməsini təmin edir.
Quşların özlərinə xas bu səmərəli tənəffüs sistemi, hava müqavimətini minimuma endirir; Havaya qalxmaq və havada qalmaq üçün lazımi enerji miqdarını azaldır. Uçmaq üçün lazımi orqanlardan biri olan furkulum sümüyünə yapışıq, yaxşı inkişaf etmiş sinə əzələləri da qanad çalma hərəkətinə güc təmin edir. Qanaddakı uzun tüklər, təyyarə qanadı kimi funksiya görərək uçmaq üçün lazım olan qaldırma qüvvətini əmələ gətirirlər.
Quşların diafraqması yoxdur, buna görə ağciyərlərdə havanı hərəkət etdirmək üçün, sümüklərin içinə doğru uzanan hava kisəciklərindəki təzyiq dəyişikliklərindən istifadə edirlər. Çox quşun səkkiz hava kisəciyi olur. Bu hava kisəcikləri tənəffüs yolu boyunca havanı hərəkət etdirmək üçün sanki bir körük sistemi kimi çalışırlar. Bir çox hava kisəciyi, “pnevmatika (təzyiqli hava ilə işləyən) sümüklər” kimi tanınan sümüklərin içinə doğru irəliləyər.48 Bu xüsusi yaradılış sayəsində, məməlilərin və sürünənlərin əksinə, quşların ağciyərləri hər zaman qabarıq olaraq qalır və ağciyərlərə mütəmadi olaraq təzə hava təmin edilmiş olur.49
Quşun ağciyər quruluşundakı bu sistem, yüksək enerji ehtiyacını qarşılayacaq ən mükəmməl quruluşdur. Yeni Zelandiya Otega Universitetindən molekulyar bioloq Maykl Denton, quşların bu xüsusi quruluşundan belə bəhs edir:
Quşlarda əsas bronx ağciyər toxumalarını təşkil edən borucuqlara ayrılır. Parabronşi deyə adlandırılan bu borucuqlar sonunda yenidən birləşərək, havanın ağciyərlər boyu tək bir istiqamətdə davamlı axınını təmin edəcək sistemi meydana gətirirlər. Quşlarda ağciyərlərin quruluşu və ümumi tənəffüs sisteminin işləməsi tamamilə özünəməxsusdur. Quşlardakı bu “avien” sistemi başqa heç bir onurğalının ağciyərində olmaz. Üstəlik bu sistem, milçək quşları, dəvəquşuları və qırğılar kimi çox müxtəlif quşlarda da bütün əsas detallar baxımından eynidir. Bu sistem bütün quş növlərində eynidir.50
Tək istiqamətli hava kanalı yalnız quş ağciyərində olan, özünəməxsus bir dizayndır. Belə mürəkkəb quruluşun mərhələlərlə meydana çıxması mümkün deyil. Çünki canlının həyatda qalması üçün bu tək istiqamətli hava kanalı sistemi və ağciyərlər qüsursuz bir şəkildə və hər an var olmalıdır. Əks təqdirdə ağciyəri işləməyən bir canlının bir neçə dəqiqədən artıq yaşaması mümkün olmayacaq. Maykl Denton quş ağ ciyərinin mənşəyinə təkamülçü açıqlama verməyin mümkün olmadığını isə belə bildirir:
Belə tamamilə fərqli bir tənəffüs sisteminin, üzərinə kiçik dəyişikliklərlə standart onurğalı dizaynından təkamül keçirmiş olduğu iddiası, düşünülmədən ortaya atılmış bir tezisdir. Tənəffüs fəaliyyətinin... heç dayanmadan qorunması, orqanizmin həyatını davam etdirməsi üçün lazımdır. Ən kiçik bir qüsur funksiya, ölümə səbəb olacaqdır. Quş ciyəri də, içində qol-budaq atmış olan parabronşlar və bu parabronşlara hava təmin edilməsini təmin edən hava kisəsi sistemi ən yüksək səviyyədə inkişaf etmiş olana qədər və bərabər, iç-içə keçmiş, mükəmməl bir şəkildə funksiyasını yerinə yetirənə qədər, bir tənəffüs orqanı olaraq vəzifəsini yerinə yetirə bilməz.51
Bir sözlə, quru tipi ağciyərdən hava tipi ağciyərə keçid iddiasının lazımi olan ara mərhələlərin heç biri, canlının həyatını davam etdirə bilməsi üçün uyğun deyil. Quruluşu tamamlanmamış bu ağciyərlər funksional olmayacağı üçün, belə bir ehtimal yoxdur. Çünki bir canlının, quru tipi ağ ciyərdən hava tipi ağciyərə keçməsi üçün lazım olan dəyişikliklərin, zamanla toplanaraq əmələ gəlməsini gözləyəcək vaxtı yoxdur. Əgər quş, iki ağciyər tipindən birinə tam olaraq sahib olmasa, öləcək. Bu vəziyyət quşlara xas bu anatomiyanın təbii seçmə və mutasiya kimi şüursuz mexanizmlərlə yaradılamayacaqlarını görmək üçün kifayətdir. Quş ciyəri, canlıları Allahın yaratdığının saysız-hesabsız dəlillərindən yalnız biridir.
Maykl Dentona görə, sürünən ağciyərinin, kiçik dəyişikliklər nəticəsində quş ağciyərinə çevrilmiş olması, bu proses boyu funksional qalması və hər mərhələdə canlını daha əlverişli hala gətirməsi xəyal gücünün xaricindədir. Belə ki, təkamülçülərin iddialarına görə sürünəndən quş ağciyərinə keçidin, diafraqması tamamlanmamış zəif bir canlı ilə başlamış olması və təbii seleksiyanın bu sözdə ara keçid canlısını seçməsi lazım idi. Denton da onunla aparılan bir müsahibədə, belə bir keçidin olmayacağını ifadə edərək, Darvinizmin iddialarını ağciyər nümunəsi üzərindən belə tənqid edir:
(Darvinizmin) açıqlaya bilmədiyi ən əsas model, başlıca orqanizm növlərinin çox açıq şəkildə bənzərsiz və digərlərindən ayrı xüsusiyyətlərdə olmalarıdır. Mənim bu nəzəriyyə ilə ən əsas problemim bu əslində; bir quşun ağ ciyərindən qaya xərçənginin gözünə qədər o qədər irəli dərəcədə kompleks orqanlar, sistemlər və qurğular var ki, bu şeylərin təsadüfi dəyişikliklər nəticəsində zamanla toplanaraq meydana gəlmiş ola biləcəyinə ehtimal vermirəm.
Bütün bu şeylərin kiçik təsadüfi dəyişikliklərlə yığılaraq inkişaf etdiyini bütün olaraq qəbul etmək, məncə ağlı çox açıq şəkildə inkar etmək mənasına gəlir. Bu, xüsusilə irəli sürülən halların çoxu üçün tamamilə absurd bir iddiadır. Çünki heç kəs bunun necə baş verdiyi haqqında etibarlı açıqlama düşünə bilmir. Və bu da hər kəsin toxunmadan keçdiyi, hər kəsin bir kənara atdığı və gözlərdən gizlətməyə çalışdığı, anlaşılması çox çətin bir sualdır.
Təbiətdəki bu kompleks uyğunlaşmaların bir sıra keçid forması ilə açıqlana bilməyəcəyi bir həqiqətdir. Bu da çox əsas bir problemdir. Ağıl, mənə bir şeylərin səhv olduğunu söyləyir.52
Yuxarıdakı ifadələrdən göründüyü kimi cüt istiqamətli hava axınına malik olan sürünən ağciyəri ilə tək istiqamətli hava axınına malik olan quş ağciyəri arasında təkamülçü əlaqə olması mümkün ola bilməz. Çünki bu iki ağciyər quruluşunun arasında qalacaq bir “keçid” modeli mümkün deyil. Bir canlı yaşamaq üçün daim nəfəs almaq məcburiyyətindədir və ağciyər quruluşunda başdan aşağı dəyişiklik olması isə mütləq ölümlə nəticələnəcəkdir. Qaldı ki, bu dəyişiklik təkamülə görə milyonlarla il mərhələ-mərhələ həyata keçirilməlidir; halbuki ağciyəri işləməyən bir canlı bir neçə dəqiqədən artıq yaşaya bilməz.
Bu barədə bildirilməsi lazım olan digər bir nöqtə, sürünənlərin diafraqmalı, quşların isə diafraqmasız bir tənəffüs sisteminə malik olmalarıdır. Bu fərqli quruluş da yenə iki ağciyər tipi arasında reallaşdığı irəli sürülən təkamül iddialarını mümkünsüz edir. Tənəffüs fiziologiyası sahəsində hakim sayılan Con Ruben, bu barədə belə şərh edir:
Teropod bir dinozavr quşlara təkmilləşməsi, diafraqmasında ciddi şikəstlik yaranmasını tələb edəcək, amma bu vəziyyət canlının nəfəs alma qabiliyyətini çox həlledici bir şəkildə məhdudlaşdıracaqdır. Buna səbəb ola biləcək bir mutasiyanın selektiv üstünlük təmin etməsi imkansız görülür.53
Quş ağ ciyərinin təkamülə meydan oxuyan digər bir xüsusiyyəti isə, heç vaxt havasız qalmayan və qalanda “dağılma” təhlükəsi ilə qarşılaşan xüsusi formasıdır. Maykl Denton, bu məsələni də belə açıqlayır:
Bu qədər fərqli tənəffüs sisteminin, standart onurğalı dizaynından necə təkamül keçirmiş ola biləcəyini düşünmək mümkün deyil. Xüsusən də tənəffüs sisteminin çalışan halda qorunmasının bir orqanizmin həyatı üçün nə qədər məcburi olduğu düşünüldükdə... Bundan başqa, “avien” ağ ciyərinin özünəməxsus forma və funksiyası, daha bir çox xüsusiləşmiş adaptasiyanı tələb edəcək... Çünki əvvəla, “avien” ağciyəri bədən divarlarına möhkəm bərkidilmişdir və həcm olaraq genişlənməsi mümkün deyil. Digər tərəfdən, ağciyərdəki hava balonlarının çox dar radiusları və bunların içindəki hər hansı bir mayenin yüksək səth gərginliyi səbəbi ilə, “avien” ağciyəri, başqa onurğalıların əksinə, öz içində dağılmış bir vəziyyətdən alınıb yenidən hava ilə doldurula bilməz. (Buna gorə) quşlarda, ağciyərin içindəki hava kisəcikləri, başqa onurğalıların əksinə, heç vaxt boşaldılmaz. Əksinə, ciyərlər ilk inkişaf etməyə başladıqları andan etibarən daima ya maye (rüşeym mərhələsində), ya da hava ilə doludurlar.54
Bu vəziyyət onu göstərir: quşların ağciyər kanalları o qədər dardır ki, bu ağciyərin içindəki hava kisəcikləri digər quru canlılarının ciyərləri kimi hava ilə dolub boşala bilməz. Əgər quş ağciyəri bir dəfə tam olaraq boşalsa, quş bir daha ciyərlərinə hava çəkə bilməyəcək, ya da bunu etməkdə çox böyük çətinlik çəkəcəkdir. Buna görə ağciyərin ətrafına yerləşdirilmiş olan hava kisəcikləri davamlı bir hava axını təmin edir və ciyərləri havasız qalıb sönməkdən qoruyur.
Əlbəttə ki, sürünənlərin və başqa onurğalıların ağciyərlərindən tamamilə fərqli olan və fövqəladə dərəcədə həssas tarazlıqlara əsaslanan bu sistem təkamül nəzəriyyəsinin iddia etdiyi kimi şüursuz mutasiyalarla, mərhələ-mərhələ inkişaf etmiş ola bilməz. Denton, quş ağciyərinin bu quruluşunun Darvinizmi təkzib etdiyini belə ifadə edir:
Quş ağciyəri, bizləri, Darvinin “əgər bir-birini təqib edən çox sayda kiçik dəyişikliklə kompleks bir orqanın əmələ gəlməsinin mümkün olduğu göstərilsə, nəzəriyyəm tamamilə dağıdılmış olacaqdır” şəklindəki meydan oxumasına cavab verməyə aparır.55
Quş ağciyərinə baxanda da çox sayda kiçik dəyişikliklə meydana gəlməsinin mümkün olmadığını görürük. Bu halda Darvinin nəzəriyyəsi öz ifadəsilə “tamamilə dağılmış” olur. Corvallisdeki Oreqon dövlət universitetində təkamül nəticəsində tənəffüs fiziologiyası mütəxəssisi olan Con Ruben də məsələ ilə bağlı bunları bildirir:
Son zamanlarda, ortaq fikir, quşların birbaşa teropod dinozavrlarının soyundan gəldiyini iddia edir. Ancaq, Mezozoy dövrü boyunca, teropodlardakı hepatik-piston diafraqmalı ağciyər tənəffüsünün qabarıq mühafizəsi, belə bir münasibət üçün əsas problem yaradır. Avien (quşlara aid) qarın hava kisəcik sisteminin, diyafraqmalı-havalandırmaya malik (sürünən) atadan törəməsinin ilk mərhələləri, diafraqma yırtığı üçün seleksiya tələb etmiş olmalıdır. Bu cür zəiflədici bir şəraitin, vaxt itirmədən bütün ağciyər tənəffüs sistemini zəifləməyə düçar etməsi lazım idi. Buna görə də hər hansı bir seçici üstünlüyə malik olmuş olması mümkün görünür.56
Qısası, sürünən ağciyərindən quş ağciyərinə doğru bir keçid mümkün deyil. Bu həqiqət, “quşların təkamülü” tezisinin əsassızlığını göstərən mühüm elmi sübutdur. Bu sübut, Uca Rəbbimizin quşları, sahib olduqları özünəməxsus bədən quruluşları yaratdığını göstərir.
Təkamülçü elm adamlarının çoxu, quşların dinozavrlardan təkamül keçirdiyinə inanırlar. Bu yanlış qanunun nəticəsi, bu iddia ilə zidd olan elmi dəlillərin tamamilə əhəmiyyətsiz edilməsidir. Bunun bir nümunəsi Corvallisdeki Oreqon əyalət universitetində tənəffüs fiziologiyası mütəxəssisi olan Con Rubenin öyrənməsidir.
Rubenin rəhbərliyindəki bir qrup, 120 milyon illik kiçik yırtıcı dinozavr olan Sinozavropteriksin daxili orqanlarının fosil layihələrini öyrənir. Nəticədə teropodların quşlarla yox timsahlarla oxşar olduğu meydana çıxar. Ruben belə deyir:
Teropodların, bir timsahda tapa biləcəyiniz ağciyər, qaraciyər və bağırsaqların yerləşim sisteminin eynisinə sahib olduqlarına dair ilk dəlilin yumşaq toxumalarda olduğunu fərq etdim. (Ann Gibbons, "Lung Fossils Suggest Dinos Breathed in Cold Blood", Science, cild 278, sayı 5341, 14 noyabr 1997, səh. 1229-1230)
Therepodlar iki əsas boşluğa malikdilər: Ağciyər, qaraciyər və ürəyi içinə alan sinə boşluğu ilə bağırsaq və digər orqanları əhatə edən qarın boşluğu. Bunlar, timsahlarda olduğu kimi, bir-birilərindən diafraqma ilə tam olaraq ayrılmışlar. Quşlarda isə belə bir ayrı-seçkilik yoxdur. Yaşayan timsahlarda bu ayrı-seçkiliyin funksiyası, boşluqlar arasında hava keçirməyən bir qapaq funksiyasını yerinə yetirməkdir. Diafraqma əzələləri yığılanda, qaraciyəri geri çəkərlər və havanın körük tipli ağciyərləri doldurmasını təmin edərək sinə boşluğunda tərs istiqamətdə təzyiq yaradırlar. Quşların boşluqlar arasında belə bir ayrıcalığa ehtiyacları yoxdur; Çünki kisəciklərin genişlənib yığılması, bədənlərindən çıxarılan hava tək istiqamətdə, milyonlarla kiçik hava dəhlizindən keçərək hərəkət edir.
Ruben eyni zamanda, teropod və timsahların (əzələlərə bağlı və havanın körük bənzər ağciyərlərə daxil olmasına köməkçi olan) fərqli bud quruluşuna malik olduqlarını da göstərmişdir. Ruben, bütün bu kəşflərin nəticəsində bunu deyir:
Bu, therepodların, günümüzə aid, yüksək performanslı avien tipi ağciyərlərə sahib ola bilməyəcəklərinin və dəyişdirilməz, körük bənzər ağciyərləri qoruduqlarının olduqca möhkəm dəlilidir. (Ann Gibbons, "Lung Fossils Suggest Dinos Breathed in Cold Blood", Science, cild 278, sayı 5341, 14 noyabr 1997, səh. 1229-1230)
Ruben, bir müsahibəsində isə quşlarda ağciyər sisteminin dinozavrlardan təkamül keçirə bilməyəcəyini belə bildirir:
Havanın davamlı ciyərlərə çəkildiyi quşun tamamilə fərqli tənəffüs sisteminin, teropod dinozavrlarda gördüyümüz hepatik-piston sistemindən inkişaf etmiş olmayacağı çox açıqdır. (Malcolm W. Browne, "Turning Dinosaur Theory on Its Paleobiological Tail", The New York Times, 26 yanvar 1999, Science Desk)
Beləliklə, Ruben və qrupu, körük bənzər ağciyərlərin müasir quşlarda yüksək performansa malik olan ağciyərlərə təkamül keçirmiş olmayacağını bir daha göstərmişlər. (Ann Gibbons, "Lung Fossils Suggest Dinos Breathed in Cold Blood", Science, cild 278, sayı 5341, 14 noyabr 1997, səh. 1229-1230)
“Science” jurnalında nəşr olunan “Lung Fossils Suggest Dinos Breathed in Cold Blood” başlıqlı (Ağciyər fosili dinozavrların soyuqqanlı olaraq nəfəs aldıqlarına işarə edir) məqalədə Rubenin bu araşdırmalarından belə bəhs edilir:
Ruben və ixtisas tələbələri, timsah və başqa sürünənləri hissə-hissə kəsdilər və ağciyər strukturlarının Çində yerləşən bir çox yastılaşmış dinozavr qalığına bənzərlik göstərdiyini ortaya çıxardılar... Ruben, ağciyərlərlə bağlı bu dəlilini, dinozavrların istiqanlı olmaq üçün ehtiyac duyulan yüksək nisbətlərdə qaz mübadiləsi üçün kifayət olduğunu və eyni zamanda körük bənzər ağciyərlərin günümüzdəki quşlarının yüksək performanslı ağciyərlərinə təkamül keçirmiş olmayacağını müzakirəyə təqdim etmək üçün istifadə etmişdir. Beləliklə, dinozavrlarla bağlı qəbul olunan iki fərziyyəyə meydan oxuyur: istiqanlı olduqları və quşların onların soyundan gəldikləri. Ancaq bir çox dinozavr mütəxəssisi, Rubenin yeni münasibətini məmnuniyyətlə qarşıladıqlarını desə də, indiyə qədər yalnız bir neçəsi onun nəticələrini qəbul etmə məsələsində istəkli davranmışdır. (Ann Gibbons, "Lung Fossils Suggest Dinos Breathed in Cold Blood", Science, cild 278, sayı 5341, 14 noyabr 1997, səh. 1229-1230)
Bəzilərinə görə Rubenin bu hesabatı “dinozavr mənşəli quşlar fərziyyəsinə atılan bir neçə yumruqdur”. (Ann Gibbons, "Lung Fossils Suggest Dinos Breathed in Cold Blood", Science, cild 278, sayı 5341, 14 noyabr 1997, səh. 1229-1230)
Ancaq diqqətçəkici bir haldır ki, dinozavr quşa təkamülün müdafiəçiləri, nəzəriyyələrinin əleyhinə olacaq bu dəlili hesaba qatmırlar. Dino-quş tezisinin tərəfdarları, digər bütün heyvanlardan fərqli və olduqca mürəkkəb olan quşlarda ağciyərlərin necə ortaya çıxdığına dair heç bir etibarlı açıqlama irəli sürmür, əleyhinə dəlillərə isə gözlərini yumurlar.
Ayrıca Ruben, kiçik bir yırtıcı olan Scipionyx Samnitucus növünü, ultrabənövşəyi işığının altında araşdırmışdır. İndiyə qədər tapılan dinozavrlar arasında, orqanları ən yaxşı qorunmuş olan bu xüsusi növün bəzi iç orqan tənzimlənmələri, ultrabənövşəyi işıq sayəsində ortaya çıxmışdır. Bu dinozavr bağırsaqları, qara ciyərinin, nəfəs borusunun (trakea) və əzələlərinin konturlarını müəyyənləşdirmişdir. Ruben, fosil iki ölçülü olsa da “heç bir şeyin yeri dəyişməmiş... Bütün (orqanlar) bir-biri ilə əlaqəli olaraq mühafizə edilir” deyir. "Turbocharged dinosaur", BBC News, 21 yanvar 1999; http://news.bbc.co.uk/2/hi/science/nature/259902.stm
Bu canlıda yer alan və qasıq sümüyündən qaraciyərə qədər uzanan əzələ isə, günümüzdə yaşayan timsahlarda ağciyərin genişlənməsinə və yığılmasına səbəb olacaq şəkildə, qaraciyərin eynilə bir piston kimi irəli və geri hərəkət etməsinə yardımçı olur. Hava keçirməyən bir toxuma təbəqəsi, yəni diafraqma, qaraciyər və ağciyərləri ayırır. Rubene görə, teropod dinozavrlarda “fərziyyəli (qaraciyər ilə əlaqəli) pirton diafraqma” olaraq adlandırılan bu formanın tapılması, onların quş ağciyərlərinə bənzər bir yolla nəfəs aldıqları ehtimalını tamamilə aradan qaldırır. Ruben və həmkarları, dinozavrların daxili orqanlarının quruluşunun quşlara bənzəmədiyi və bu canlıların soyuqqanlı olduqları nəticəsinə gəlirlər. (John A. Ruben, Cristiano Dal Sasso, Nicholas R. Geist, Willem J. Hillenius, Terry D. Jones, Marco Signore, "Pulmonary Function and Metabolic Physiology of Teropod Dinosaurs", Science, 22 yanvar 1999, səh. 514-516.)
Ruben və qrupunun işini görən Kanzas Universitetindən paleontoloq Larri Martin isə belə ifadə etmişdir:
Bu məsələdə (fosilin tam dinozavr olduğu barədə) səhv etmiş olmalarına imkan yoxdur. Scipionyx növü indiyədək qorunan ən yaxşı növdür. Bu on ilin ən böyük kəşflərindən biridir. Dinozavr nəfəs borusu müstəqil bir nəzarətə malik idi ki, bu, onun quş tənəffüs aparatına malik olmadığını göstərir. (Malcolm W. Browne, The New York Times, 26 yanvar 1999)
Larri Martin quşların guya dinozavrlardan inkişaf etdiyi istiqamətindəki iddialara qarşı çıxaraq, məsələni belə şərh edir:
İstiqanlı dinozavr fərziyyəsinə verilən dəstək, indi ancaq bir pambıq şəkərinin sərtliyi qədərdir. (Ann Gibbons, "Lung Fossils Suggest Dinos Breathed in Cold Blood", Science, cild 278, sayı 5341, 14 noyabr 1997, səh. 1229-1230)
Filadelfiyadakı Pensilvaniya universitetində paleontoloq olan Piter Dodsona görə isə Rubenin təhlili, “istiqanlı dinozavr nəzəriyyəsinin tabutuna vurulan yeni bir mismar olmuştur”. (Ann Gibbons, "Lung Fossils Suggest Dinos Breathed in Cold Blood", Science, cild 278, sayı 5341, 14 noyabr 1997, səh. 1229-1230)
Ruben, həmçinin, quş-tipi ağciyərlərin dinozavrlarda olmamasının, quşların onlardan təkamül keçirdikləri fikrinə kölgə saldığını vurğulayır.
Ancaq maraqlıdır ki, bütün bu araşdırma nəticələri, təkamül nəzəriyyəsinin oturaq fərziyyələri zidd olduğu üçün narazılıqla qarşılanır. Hətta təkamülçülər əks dəlillər heç verməmiş kimi, tənqidləri nəzərə almadan təlqin metodu istifadə edir və sensasiyalı istiqaməti əsas media xəbərlər ilə nəzəriyyələrini ayaqda saxlamağa çalışırlar. Bu vəziyyət təkamülçülərin baxış prizmasında ehkamçılığı və fosil mülahizələrindəki tərəfliliyi ortaya qoyan əhəmiyyətli bir nümunədir.
İngiltərədəki Bristol Universitetində mühəndislik dizaynı sahəsində dosent olan Stuart Burqres, tovuzquşu tükündəki dizaynı bariz bir şəkildə ortaya qoymuş və bu dizaynın heç bir şəkildə Darvinin “cinsi seçmə” nəzəriyyəsi ilə açıqlana bilməyəcəyi nəticəsinə gəlmişdir.
Tovuzquşunun quyruğu, böyük tükləri, parlaq rəngləri və özünə məxsus naxışları ilə qeyri-adi gözəlliyə malikdir. Tovuzquşunda cəlbedici rənglərin bir xüsusiyyəti də, danışıq tərzinə görə dəyişmələridir. Burada rənglər piqmentlərlə (canlıların toxumalarına rəng verən maddə) deyil, “incə-film” adı verilən və tükcüklərdə yaranan optik təsir sayəsində ortaya çıxır. Quş tükləri üzərindəki ən incə quruluşlar olan və ancaq mikroskop altında görünən tükcüklərdə ortaya çıxan incə-film təsiri, üç keratin təbəqədə baş verir. Şəffaf keratin təbəqələr işığı qırar və qırılan işığın bəzi komponentlərini tutarlar. Yumşaq iç hissənin qəhvəyi rəngdə olması, keratin təbəqələrə qaranlıq tonda bir arxa plan olaraq işığın arxaya keçib itməsinə mane olur. Beləliklə əks etdirilən işıq, rəngləri ortaya çıxara bilər. İncə-film təsiri üç təbəqədə eyni anda baş verir və ortaya fərqli rənglər çıxar. Keratin təbəqələrinin müəyyən bir rəngi istehsal etməsi ancaq son dərəcə incə olmaları sayəsində mümkün olur. Keratin təbəqələrin qalınlığı millimetrin yalnız iyirmi mində biri qədərdir və bu qalınlıq, ən parlaq rəngi istehsal etmədə ən ideal qalınlıqdır. Çünki təbəqə qalınlığı, gözlə görülə bilən işığın dalğa uzunluğunu keçməməlidir. Quyruqdakı göz naxışının fövqəladə parlaqlığı da quşun sahib olduğu bu xüsusi rəng istehsalat mexanizmindən irəli gəlir. (Stuart Burgess, "The beauty of the peacock tail and the problems with the theory of sexual selection", The in Depth Journal of Creation, cild 15, sayı 2, 2001, səh. 94-102.)
Göz şəklinin çox mühüm bir xüsusiyyəti də minlərlə tükcük birləşməsi ilə ortaya çıxan bir şəkil olmasıdır. Bir-birindən müstəqil olmasına qarşın qonşu tükcüklər qüsursuz bir ahənglə göz şəklini əmələ gətirirlər. Əgər bu tükcüklər təsadüfi və nizamsız şəkildə düzülmüş olsaydılar (burada detallarına girmədiyimiz) riyazi formullara əsaslanan həndəsi şəkillər ortaya çıxara bilməzdilər. Bu şəkilin təsadüflərlə ortaya çıxmış olma ehtimalı, quş baxışı nəzər salındıqda bağçadakı çiçəklərin təsadüf əsəri ətraflı göz naxışı yaratması qədər azdır.
Bir erkək tovuzquşu etdiyi dişini pərəstiş etmək əsnasında quyruq lələklərini nümayiş etdirərkən ortaya möhtəşəm bir yelpik çıxar. Yetkin bir tovuzquşunda hər il yenilənən təxminən 200 quyruq tükü var. Bunlardan təxminən 170-i “göz” fiqurunu təşkil edən tüklər, geri qalan 30-u isə “T” şəklini yaradan lələklərdir.
Yelpik kimi bu tük dizaynında gözlərin olduqca nizamlı yayılım göstərdiyi, T və göz tüklərinin də mikroskopik ölçüdə çox kompleks bir quruluşa sahib olduğu görülür. Gözlərin hər biri görünən vəziyyətdədir, çünki yelpikdə ön sıraya qısa tüklər, arxa sıraya uzun tüklər yerləşdirilmişdir.
Nümayiş etdirilən tüklərin gözəl görünməsinin səbəblərindən biri də, 180 dərəcədən daha böyük bucaq üzərindən yarı dairəvi yelpik təşkil etmələridir. Yelpiyin formalaşması (hər tük oxunun demək olar ortaq həndəsi mərkəzdən çıxmalarından dolayı) çox düzgündür. Nümayiş etdirilən tüklərin mərkəzdən çıxış tərzləri də müəyyəndir.
Tükdəki bütün fiziki strukturların informasiyanın DNT-də gizli olduğunu xatırlamaq, dizaynın qeyri-adiliyini bir daha vurğulayır. Keratin təbəqə sayı və qalınlığı, tükcüklərin sayı, qəhvəyi arxa plan, tüklərin arasındakı məsafələr. Bunların hamısı DNT-dəki məlumata görə istehsal olunur. Bu qüsursuz gözəlliyin, təkamülçülərin iddia etdiyi kimi, təsadüfi mutasiyalar nəticəsində ortaya çıxması qətiyyən mümkün deyil.
Bu həqiqət, ən başdan bəri təkamül nəzəriyyəsi üçün böyük bir problem olmuşdur. Canlılardakı yaradılış dəlillərini kor təsadüflərlə izah etmə səyindəki Darvin, dostu Asa Qrey yazdığı 3 aprel 1860-ci il tarixli məktubda, tovuzquşu tükləri haqqında belə izah etmişdir:
Bir tovuzquşunun quyruğundakı tükün görünüşü, nə vaxt baxsam, məni xəstə edir. (Francis Darwin, “Letter to Asa Gray”, 3 aprel 1860, “The Life and Letters of Charles Darwin”, John Murray, London, cild 2, 1887, səh. 296.)
Tovuzquşunun quyruğunun gözəlliyi, quyruğun funksiyası ilə bağlı deyil. Tovuzquşundakı bu xüsusiyyət, bir yaradılışın açıq bir işarəsidir. İnsanlara aid dizaynlarda da bir gözəllik gördükdə bunun bir dizaynerə aid olduğu dərhal anlaşılır. Məsələn, bir landşaft memarı bağa nizam gətirməyin və operativlik qazandırmaq ilə yanaşı, əlavə etdiyi gözəllik və estetik amillərlə, bu bağın bir memar tərəfindən təşkil olunduğuna dair işarələr də qoyur. Memarın bağın estetik gözəlliyinə əlavə etdiyi hər bir detal, eyni zamanda bu bağın təsadüf əsəri yaradılmadığını göstərən bir dəlildir. Optik elminin incəliklərini nümayiş etdirən tovuzquşu tükündəki gözəlliklər də, bu yaradılışın sahibinin, yəni Rəbbimizin varlığını ortaya qoyan estetik möcüzəsi nümunələrdən biridir.
Burada ümumilikdə yer verdiyimiz tovuzquşunun tüklərindəki hər detal, müəyyən bir məqsəd üçün olduqları yer, şəkil, quruluş və rəngdədir. Bu məqsəd bizlərə Allahın sənətini nümayiş etdirir, ətraflardakı elmini tanıdır və Allahın insanın xoşuna gələcək bənzərsiz gözəlliklər yaratmağa qadir olduğunu xatırladır. Bir Quran ayəsində, canlılardakı fərqli rənglərə diqqət çəkilərək, Allahdan qorxan insanların bu kimi həqiqətləri dərk edən “elm sahibləri” olduğu bildirilir:
İnsanlar, heyvanlar və mal-qara arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah Qüdrətlidir, Bağışlayandır. (Fatir surəsi, 28)
Quşların mənşəyi, Darvinizm üçün hər zaman mühüm bir problem olmuşdur. Hətta təkamülçülər hələ də bu barədə fikir birliyinə gələ bilməmişlər. Təkamülçülərin bu mövzudakı çətinliklərindən biri də, quş tüklərinin mənşəyidir. Quş tükləri, uçmaq üçün lazım olan olduqca mürəkkəb formalardır və yalnız quşlarda olurlar.
Bu gün bir çox təkamülçü, dinozavr pulcuqlarının milyon il içində günümüzün quşlarının tüklərinə çevrildiyini iddia edir. Quşların mənşəyi ilə bağlı ortaya atılan bu ssenariyə görə, sürünənlərin pulcuqları mutasiyalar və təbii seçmə ilə zamanla formalaşaraq quş tüklərinə çevrilmişdir. Ancaq fizioloji və anatomik cəhətdən imkansız olan bu dəyişikliyi (pulcuqlardan tüklərə keçidi) göstərən heç bir dəlil yoxdur. Bu vəziyyətin fərqində olan təkamülçülər də səthi izahlarla məsələnin üstündən keçmək istəyirlər. Ateist təkamülçü Riçard Doukins kitabında “Tüklər dəyişmiş sürünən pulcuqlarıdır” kimi tək cümləlik kobud bəyanatla kifayətlənir.57 İndi təkamülçülərin bu iddialarının mümkün olmadığını daha ətraflı toxunaq:
Tüklərin mənşəyinin təkamülçülər üçün məqbul açıqlamasının olmaması son dərəcə təbiidir. Çünki sürünənlərin pulcuqları və quş tükləri bir-birindən tamamilə fərqli strukturlardır. Connecticut Universitetində fiziologiya və neyrobiologiya professoru A. H. Brush, aşağıdakı ifadələri ilə sürünənlərin pulcuqları ilə quş tükləri arasındakı dizayn fərqini belə ifadə edir:
Tüklər və pulcuqlar... Genetik quruluşlarından inkişaflarına, morfologiyalarından toxuma quruluşuna qədər hər şeydə bir-birindən fərqlidirlər... Quş tüklərinin zülal quruluşu isə digər onurğalıların heç birində görülməyən, tamamilə orijinal bir quruluşdur. Tüklər fosil qeydlərində də təkcə quşlara xas bir xüsusiyyət kimi bir anda meydana gəlirlər.58
Pulcuqlar dəridəki yastı, buynuz sərtliyində təbəqələrdən ibarət olan qıvrımlardır. Dam kirəmitləri kimi üst-üstə minən, suyu kənarda tutmağa yarayan, heyvanın hərəkət etməsinə icazə verən və bədən temperaturunu qoruyan formalardır. Tüklər isə yüngül, güclü, aerodinamik şəkilləri ilə təkcə quşlara xas, tük, tükcük və qarmaqlardan yaranan, mərkəzi bir gövdəyə sahib çox mürəkkəb formalardır. Kənarlardakı kiçik tükcüklər qarmaqlara kilidlənən kiçik qarmaqlarla qorunmuşdur və tükün səthini hamar, güclü və elastik olacaq şəkildə qanada bağlayırlar. Bu quruluş eyni zamanda onları su-keçirməz edər və bu qarmaqlar sayəsində hər tükcük bir-birinə sanki bir zəncirbənd kimi tutur.
Məsələn, durnanın tək bir tükünün üzərində, tük yolunun hər iki tərəfində uzanan 650 incə tük vardır. Bunların hər birində 600 ədəd qarşılıqlı tükcük olur. Bu tükcüklərin hər biri isə 390 qarmaqla bir-birinə bağlanır. Qarmaqlar bir zəncirbəndin iki tərəfi kimi bir-birinə keçir. Bu qarmaqlar hər hansı bir şəkildə bir-birindən ayrılsa, quşun silkələnməsi və ya daha ciddi hallarda dimdiyi ilə tüklərini sığallaması, düzləşmiş tüklərin qədim aerodinamik şəkillərinə dönməsi üçün yetərli olur. Ornitoloq (quş alimi) Alan Feduccia, tüklərdəki dizaynı belə təsvir edir:
Tüklər yüngül, dözümlü, aerodinamik formaya malik, tükcüklərdən və qarmaqlardan ibarət olan geniş quruluşa sahibdirlər. Bu da onları su keçirməz edər və dimdiklə aparılan qısa bir düzəliş, düzləşmiş tükü anatomik formasına təkrar sala bilər.59
Tüklərin bu kompleks dizaynının, təsadüfi mutasiyalar nəticəsində sürünən pulcuğundan təkmilləşdiyini müdafiə etmək, heç bir elmi əsası olmayan, doqmatik inancdan başqa bir şey deyil. Belə ki, neo-darvinizmin banilərindən biri olan Ernst Mayr, bu barədə illər əvvəl bu etirafı etmişdir:
Duyğu orqanlarının, məsələn, bir onurğalı gözünün ya da bir quşun tükləri kimi qüsursuz tarazlaşdırılmış sistemlərin təsadüfi mutasiyalar nəticəsində inkişaf edəcəyini düşünmək, bir insanın inandırıcılığı üzərində ciddi bir məhdudiyyətdir.60
Tüklər, pulcuqlardan təkcə quruluşları baxımından fərqli deyil. İzlədikləri inkişaf yolları da bir-birindən tamamilə fərqlidir. Bir tükün inkişafı da son dərəcə mürəkkəb bir prosesi əhatə edir. Həmçinin pulcuqdan çox fərqli olaraq, tüklər eynilə saçlar kimi “follikul” adlanan kisəciklərdən inkişaf edirlər. Ancaq bir saç teli tükdən daha sadə quruluşdadır. İnkişaf edən tük bir örtük tərəfindən qorunur və konusşəkilli quruluşdakı bir nüvə ətrafında yaranır. Tük halına gələcək hüceyrələrin inkişafı da müxtəlif mürəkkəb fizioloji prosesləri əhatə edir. Hüceyrələr yarandıqdan sonra, tüklər üzərindəki qarmaqların və kənardakı kiçik tüklərin kompleks düzülüşlərini yaratmaq üçün, hüceyrələr köç edərək bir-birilərindən ayrılırlar.61
Həmçinin tüklər və pulcuqlar dərinin müxtəlif təbəqələrindən inkişaf edirlər. Əsasən zülal quruluşuna malik olan tüklər, “keratin” adı verilən bir maddədən hazırlanır. Keratin, dərinin alt qatlarındakı yaşlı hüceyrələrin, qida və oksigen ehtiyatlarının çatışmazlığından ölməsi və yerlərini gənc hüceyrələrə tərk etməsi nəticəsində yaranan bərk və dözümlü bir maddədir. Ancaq tük zülalları (b-keratinləri), dəri və pulcuq zülallarından (a-keratinləri) biokimyəvi olaraq da fərqlidir. Bu fərqlərdən ötrü Alan Brush bu nəticəyə gəlir:
Quş tükləri morfoloji (formal) səviyyədə sürünənlərin pulcuqları ilə homoloji (bənzər) olaraq güman edilir. Ancaq quş tükləri inkişaf, morfologiya, gen quruluşu və düzülüşü, lif əmələ gəlməsi və quruluşu baxımından fərqlidir.62
Doktor Karl Wielandın Vaşinqton Universiteti Tibb Fakültəsindən Dr. David Menton ilə müsahibəsindən, sürünənlərin pulcuqlarının quş tüklərinə təkamül keçirməsinin mümkünsüzlüyü ilə bağlı fraqment belədir:
Doktor Karl Wieland:... Təkamülçülər uzun müddətdir ki, quş tüklərinin sürünən pulcuqlarından təkamülləşdiyini, buna görə də ikisinin də əsas etibarilə eyni quruluşa malik olduqlarını, (çox bənzər) olduqlarını iddia edirlər.
Doktor Devid Menton: Bəli, onları müqayisə etməklə məşğul oluram. Vəhşi bir yatağan ilanına sahib, laboratoriya işçim vardı; Bu səbəbdən dəri dəyişən ilandakı pulcuqlardan bir qismini araşdırma imkanım oldu... Ən kiçik bir parçanın da tüklərə oxşarlığı yox idi əlbəttə ki... Yeganə oxşarlıq hər ikisinin də (saç, dırnaqlar və dərimiz kimi) keratin zülalından meydana gəlmiş olmalarıdır... İnkişafları da olduqca fərqlidir. Ən əsas fərq, tüklərin bir follikuldan ortaya çıxmasıdır. Bir follikul (dərindən inkişaf edərək dərinin xaricinə çıxan) epidermanın (xarici dəri) boru şəklindəki, aşağıya doğru sallanan davamıdır. Və xüsusiləşmiş canlı dərinin bu borusu, çox dərin bir böyümə matrisinin içərisində tük istehsal edir. Sürünən pulcuğunun qəti olaraq follikullarla əlaqəsi yoxdur. Pulcuqların hamısı bir yarpaq kimi tökülə bilər, çünki pulcuqlar heç bir şey deyil. Amma epidermanın içində bağlanırlar, tüklər isə öz follikullardan ortaya çıxarlar... əgər təkamülçülər, doğrudan da, bir dəlil göstərmək istəsəydilər, tüklərin saçlardan təkamülləşdiyini, ya da tam əksini iddia etmələri lazım idi. Əlbəttə, bu, məməlilər və quşların müstəqil olaraq sürünənlərdən keçirdikləri inancına uyğun gəlməyəcəkdi…63
Şüursuz hüceyrələrin, nə formada birləşsələr quşun uçmasını təmin edəcək bir tənzimləməyə malik olacaqlarını bilmələri, şübhəsiz ki, mümkün deyil. Təsadüfi mexanizmlərin (təbii seleksiya və mutasiya) uçmaq üçün əlverişli kompleks bir quruluş olan tükü hazırlamaları isə, ağıl sahibi heç kəsin qəbul edə biləcəyi bir ehtimal deyil. Canlıların hər biri Uca Rəbbimizin özləri üçün yaratdığı orqan və sistemlərlə, mükəmməl dizaynlara malikdir. Bu səbəblə Allahın sonsuz ağıl və elmi dəlillərindən bir hissəsini əks etdirirlər. Bir ayədə Allah belə bildirir:
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126)
Təkamülçülər, tüklərin sürünən pulcuqlarından təkamül keçirdiyini irəli sürərkən, fosil qeydlərində tüklərin mərhələ-mərhələ inkişafını göstərən heç bir ara forma göstərə bilməzlər. Halbuki tüklər və pulcuqlar arasında çox əsas morfoloji fərqlər vardır, bu vəziyyət təkamülçülərin iddialarındakı ara keçid formalarının çoxsaylı olmasını tələb edir. Ancaq fosil qeydlərində sürünənlərin pulcuqları, quş tükləri, dəri və ya məmə tükləri hamısı tam, nöqsansız halları ilə vardır. Quş tüklərinə mərhələli keçid olduğunu göstərən, qismən pulcuq qismən tük kimi quruluşlara malik, heç bir canlı yoxdur. Bu həqiqət, təkamülçü nəşrlərdən “Nature” jurnalında belə etiraf edilir:
Tüklər mürəkkəb formalardır. Quş fosili qeydlərində birdən meydana gəlməsinin açıqlaması çətindir, çünki fosil qeydlərində heç bir ara keçid quruluşuna rast gəlinməmişdir.64
Təxminən qırx beş il əvvəl “Quşların biologiyası və müqayisəli fiziologiyası” adlı kitabının “Quşların mənşəyi” başlıqlı hissəsində, təkamülçü W. E. Swinton sübut yoxluğundan belə bəhs edirdi:
Quşların mənşəyi son dərəcə genetik məsələdir. Sürünəndən quşlara doğru dəyişən mərhələlərin fosil dəlilləri yoxdur.65
Bu gün bu vəziyyət hələ dəyişməyib. Kolumbiya Universitetindən təkamülçü bioloq “Sürünənlərin pulcuqları və ən primitiv tük arasındakı ara mərhələlərə aid bütün fosillərdən kasıbıq”.66 ifadələri bu həqiqəti dilə gətirir. Təkamülçü paleontoloq Barbara J. Stahl isə bu məsələ ilə bağlı belə etiraf edir:
Tüklərin, sürünən pulcuqlarından təkamül keçirdikləri fərziyyəsi, analizlərlə təsdiq olunmur. Tüklərin mürəkkəb quruluşu göstərir ki, belə bir quruluşun sürünən pulcuqlarından təkmilləşməsi qeyri-adi dərəcədə uzun zaman və çox sayda ara keçid forması tələb edəcək. Bu vaxta qədər fosil izləri belə bir fərziyyəni dəstəkləməmişdir.67
Barbara J. Stahl, başqa bir ifadəsində ara keçid forması çıxılmaz vəziyyətindən belə bəhs edir:
...pulcuqlarla tüklər arasında məlum olan heç bir ara keçid forması yoxdur. Lələklərin pulcuqlardan necə meydana gəldiyi sualı, quşların sürünənlərdən təkamül keçirdiyi iddiasına qarşı çıxır.68
Bəzi təkamülçülər, quşların içi boş sümükləri olduğu üçün yaxşı fosil yaranmadıqlarını irəli sürərək məsələni ört-basdır etmək istəyirlər. Halbuki bu iddia əsla doğru deyil. Xüsusilə müəyyən şərtlərdə, məsələn göl ətraflarında, daxili bölgələrdəki bol sulu mühitlərdə və dənizə yaxın ərazilərdə, quşlar və tükləri çox yaxşı fosil yaranır. Belə ki, bu bölgələrdə quş qalıqlarına tez-tez rast gəlinir. Bu günə qədər minlərlə quş fosili tapılıb və bunların hamısı mükəmməl olaraq yaranmış tüklərə malikdir. Fosil qeydlərində, yarı tük-yarı pulcuq və ya yarı dəri-yarı tük quruluşlar olmadığı kimi, indiki tüklərdən daha az inkişaf etmiş bir tükə aid heç bir quruluşa da rast gəlinməmişdir. Larri Martin və S. A. Czerkas, “American Zoology” jurnaldakı məqalələrində “məlum olan ən qədim tüklər... forma və mikroskopik təfərrüat baxımından onsuz da müasirdirlər” deyirlər.69 Anatomiyaçı Devid Menton isə bu məsələyə belə toxunur:
… tükə az da olsa bənzəyən, canlıya və ya fosilə aid heç bir pulcuq nümunəsi yoxdur. Arxeopteriks, müasir quşlar kimi kompleks tüklərə malikdir.70
Məlum olan ən qədim quş olan Arxeopteriksin mükəmməl şəkildə qorunmuş və 150 milyon illik olaraq müəyyən olunan tüklərinin analizi nəticəsində, hər bir detalının günümüzün quş tükləri ilə eyni olduğu nəticəsinə gəlinmişdir.71 Hələ 1910-ci ildə, zooloq W. P. Pycraft, Arxeopteriks tükünün günümüzdə bilinən tam inkişaf etmiş quş tüklərindən heç bir cəhətdən fərqli olmadığını bildirmişdir.72 O tarixdən günümüzə qədər əldə edilən digər Arxeopteriks fosilləri də bu həqiqəti dəyişməyib. Mezozoy dövrünün (251-65 milyon il əvvəl) sonlarına aid, kəhrəba içində yaxşı qorunmuş bir çox quş tükü nümunəsi var. Bunlarla yanaşı, müasir dövrdə dinozavrların dəriləri ilə bağlı bir çox tapıntı da var. Həmin fosillərin qiymətləndirilməsi nəticəsində də, bunların, “tük daşıyan dərilərə qabaqcıl olma xüsusiyyəti olmadığı” məlum olmuşdur.73 Richard O. Prum və Alan H. Brushun “Scientific American” jurnalında dərc olunan “Which Came First: The Feather or the Bird”? (Hansı əvvəl yaranıb? Tük yoxsa quş? Adlı məqalələrində isə bu sətirlər yer alıb:
… tüklərin mənşəyi məsələsinin həllindəki irəliləyiş, indi səhv olduğu görülən istiqamətləndirmələr tərəfindən tapdalandı: Tükün sürünən pulcuqlarından uzanıb ayrıldığı fərziyyəsi və tüklərin uçmaq kimi xüsusi bir funksiya üçün təkamül keçirdiyi spekulyasiyaları kimi. İbtidai fosil tüklərinin olmaması da irəli getməni əngəllədi. Uzun illər ərzində ən qədim quş skeleti, Yura dövrünün sonunda (təxminən 148 milyon il əvvəl) yaşamış olan Arxeopteriks lithografica idi. Amma Arxeopteriks tüklərin necə çevrildiyinə dair heç bir yeni anlayış gətirmədi, çünki öz tükləri bu günün quşlarından demək olar ayırd edilə bilməzdi.74
Təkamülçülərin quş tüklərinin necə təkmilləşdiyi haqqındakı qeyri-obyektiv mövqeləri, “bir-birinə zidd olan nəzəriyyələrin”75 istehsal edilməsinə yol açmışdır. İddialara görə, sürünənlərin pulcuqları mərhələ-mərhələ uzanmış, saçaqlanmış və zamanla quşun uçmasını daha asanlaşdıracaq şəkildə quşu daşımağa əlverişli hala gəlmişdir.76 Cansız atomlardan yaranmış bir pulcuğun öz-özünə uzanmağa qərar verməsi, daha sonra bu pulcuğun quş tükündə təfərrüatlı dizaynı yaradacaq quruluşa çevrilməsi mümkün deyil. Bu ağılsızlığın sürünənin bədənini örtən digər bütün pulcuqlarda gerçəkləşməsi isə daha da imkansız bir haldır. Şüur sahibi olmayan pulcuqların belə bir qərar alması və elm adamlarını heyranlıq içində buraxan bir yaradılış möcüzəsi meydana gətirmələri mümkün deyil. Belə ki, təkamülçülərin iddialarını dəstəkləyən belə bir elmi sübut da yoxdur. Təkamülçü iddialar ancaq xəyal gücünə əsaslanan ssenarilərdir.
İndiyə qədər bir çox fosil üzərində “tüklü dinozavr” fərziyyəsi edilmiş, lakin ətraflı araşdırmalar bu iddiaları təkzib etmişdir. Məşhur quş alimi Alan Feduccia, “On Why Dinosaurs Lacked Feathers” (Dinozavrların niyə tükləri olmadığı haqqında) adlı məqaləsində belə yazır:
Tüklər tamamilə quşlara məxsus quruluşlardır və sürünənlərin pulcuqları ilə quş tükləri arasında keçid forması təşkil edə biləcək, məlum olan heç bir quruluş yoxdur. Longisquama kimi bəzi nümunələrdə rast gəlinən uzununa pulcuqların quruluşu haqqında aparılan fərziyyələrə qatılmıram. Bunların tük kimi quruluşlar olduğu istiqamətində heç bir konkret sübut yoxdur.77
Son 10 il ərzində “tüklü dinozavr” olaraq təqdim olunan fosillərin həqiqətdə hamısı mübahisəlidir. Ətraflı təhlillər, “tük” kimi göstərilən tikililərin, əslində dərinin altındakı tökülmüş kollagen lifləri (bağ toxumalarını təşkil edən əsas protein lifləri) olduqlarını göstərmişdir.78 Connecticut Universitetində quş tükləri mövzusunda mütəxəssis olan Alan Brush da, bunların müasir quş lələklərində olan formadan məhrum olduqlarına işarə etmişdir.79 Həmin tük izləri üzərinə edilən fərziyyələr, təkamülçü ön mühakimələrdən irəli gəlir. Alan Feduccianın da qeyd etdiyi kimi “bir çox dinozavr, heç bir dəlili olmamasına baxmayaraq, aerodinamik və tam uyğun tüklərlə örtülü kimi göstərilmişdir”.80 Ancaq zaman içərisində ortaya atılan “tüklü dinozavr” nümunələrinin həqiqətinin olmadığı və bu nəticələrin qərəzli şərhlərdən qaynaqlandığı ortaya çıxmışdır. (Mövzunun detalları üçün baxın: Təkamülçü fanatizmə bir nümunə: Saxta arxeoraptor; Xəyali dinozavr-quş əlaqələri hissələri) Feduccia məsələni bu sözlərlə yekunlaşdırır:
Nəticədə, müxtəlif regionlardan yaxşı qorunmuş dərilərə malik bir çox dinozavr mumiyası məlum olmasına baxmayaraq, indiyə qədər heç bir tüklü dinozavr tapılmamışdır.81
Qaldı ki, “lələkli dinozavrlar” yaşamış olsa belə, bu dinozavr-quş təkamülü iddiasına bir dəlil deyil. Çünki sözügedən dinozavrlarda var olduğu irəli sürülən “tüklər”, son dərəcə orijinal bir dizayna sahib quş tüklərinə heç bir oxşarlıq göstərmir. Bundan başqa, quş tüklərinin kompleks dizaynları ilə yanaşı, biokimyəvi strukturları da çox fərqlidir. Sözü gedən canlılarda isə quş tüklərinə bənzər bir quruluş qətiyyən yoxdur. Connecticut Universitetində fiziologiya və neyrobiologiya professoru A. H. Brusha görə “quş tüklərinin zülal quruluşu digər onurğalıların heç birində görülməyən, tamamilə orijinal” bir quruluşdur.82
Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Nəhl surəsi, 17-18)
Bəzi təkamülçülər də, dinozavrların izolyasiya üçün tüklər inkişaf etdirdiyini, bunların daha sonra uçmaq məqsədli formalaşdığını irəli sürürlər. Bəziləri də tüklərin suyu itələmək, artıq kükürd tullantısını toplamaq, istilik qalxanı kimi istifadə edilmək və orqanizmin daha yüksək sürətlərə çatması üçün səmərəliliyini artırmaq məqsədilə inkişaf etdiyini iddia edirlər. Ancaq bu iddiaların heç birinin, quşların aerodinamik quruluşunu açıqlamada bir etibarlılığı yoxdur. Kanzas Universitetindən Richard O. Prum, bu nəzəriyyələrə qarşı apardığı hərtərəfli tənqidində bunları yazır:
Hər kəsin dedikləri tüklərin mənşəyi və müxtəlifliyini izah etmək üçün kifayət deyil. Həqiqətən bunlar, yeni fosil tapıntılarını qiymətləndirmənin qarşısında bir maneədir.83
Təkamülçülər, tüklərin uçmaq xaricində məqsədlər üçün inkişaf etdiyini irəli sürərkən, dəridəki pulcuqların necə olur ki, tük kimi tamamilə başqa bir quruluşa çevrildiklərinə dair heç bir açıqlama gətirə bilməzlər. Daha əvvəl də qeyd etdiyimiz kimi, bu günə qədər, pulcuqların tükə və ya ön ayaqların qanada çevrildiyini göstərən hər hansı bir fosil izinə rast gəlinməmişdir.84 Quşların dinozavrlardan gəldiyi nəzəriyyəsinin ən tanınmış tənqidçi Alan Feduccia, dinozavrların tükləri olduğu haqqında heç bir dəlil görmədiyi kimi, bundan sonra görəcəyi barədə də ciddi şübhələri olduğunu dilə gətirir. Feduccia, tüklərlə örtülü qanadların, “onurğalılar tərəfindən yaranmış ən mürəkkəb çıxıntı orqanlar” olduğunu bildirməkdə və uçmayan bir canlının bədənində tük yaratmasının qeyri-mümkün olduğunu söyləyir.85
Təkamülçülər üçün digər bir problem isə istilik izolyasiyası üçün lazımlı seleksiyanın, uçmaq üçün lazım olan seleksiyadan olduqca fərqli olmasıdır. Çünki istilik izolyasiyası üçün lazım olan tük quruluşu, uçmaq üçün istifadə ediləndən daha çox fərqlidir. Ən yaxşı izolyasiyalar - qarmaqlar uçmaq tüklərini sərtləşdirdiyi üçün qarmaqları olmayan yumşaq tüklərdir. Bu səbəbdən, onsuz da yaxşı izolyasiya olan yumşaq tüklərin qarmaqlı bir quruluş qazanması üçün ehtiyac yoxdur. Buna görə də təkamülçülərin bu iddiaları ilə, təbii seleksiya mexanizminin fəaliyyəti bir-biri ilə zidd olur. Alan Feduccia da təkamülçü fikirlərinə baxmayaraq, bu iddialara belə etiraz edir:
Tüklərin hər xüsusiyyəti aerodinamik funksiyaya malikdir. Yüngüldür, qaldırma gücü var və asanlıqla əvvəlki vəziyyətinə qayıda bilirlər. Uçmaq üçün belə nizamlanmış bir orqanın, necə olub ki, ilk başda başqa bir məqsədə uyğun olaraq ortaya çıxdığını başa düşmürəm.86
Məsələn, toyuq kimi uça bilməyən quşların tükləri araşdırılarkən bunların, uçan quşlardakı tüklərdən fərqli olduğu görülür. Uça bilməyən quşlarda tüklər, uçan quşlardakı kimi aerodinamik quruluşda deyil, qıvrılmış quruluşdadır. Bu qıvrılmalar da məməlilərin bədənini örtən tüklərlə bənzərlik göstərir. Bu oxşarlıqla bağlı bilinməli olan şey, məməlilərdəki tüklərin istilik izolyasiyasını çox sağlam bir şəkildə təşkil etməsidir.87 Buna görə uçmanı mümkün qılmayan və qıvrılmış quruluşda olan tüklər istilik izolyasiyası baxımından üstünlük təmin edəcəkdir.
Bu üstünlük isə istilik izolyasiya edilməsindən uçuşa keçməni fərz edən təkamülçü ssenariyə inqilab təşkil edir. Çünki bu ssenariyə görə ilk başda istilik izolyasiyası üçün keçirdiyi fərz edilən tüklər qıvrılmış formada olmalıdır və bu halda yalnız daha yaxşı istilik izolyasiya təmin edən, yəni daha çox qıvrılmış tüklər təbii seleksiya ilə seçiləcəkdir. Beləliklə, qıvrılmış quruluşdan aerodinamik quruluşa doğru olduğu fərz edilən irəliləyişlər istisna ediləcəkdir.
Tük quruluşunun istilik izolyasiyasından sonra uçmaq üçün xüsusiləşəcəyini göstərən heç bir dəlil yoxdur. Hətta uça bilməyən quşlarda qıl kimi tüklər, bu xəyali prosesin əslində tam əks istiqamətdə işləməsini tələb edir. Nəticə olaraq bu vəziyyət göstərir ki: Təkamülçülər xəyal qururlar. Quş tüklərinin sürünən pulcuqlarından təkamül keçirdiyi fərziyyəsi həm öz içində əsassız bir iddiadır, həm də fosil izlərində bunu dəstəkləyən heç bir sübut yoxdur.
Tüklərin uçmaq xaricində, dişi quşa özünü bəyəndirməsi, kamuflyaj, istilik, siqnallaşma kimi çox müxtəlif funksiyaları vardır. (W. J. Bock, "Explanatory History of the Origin of Feathers," American Zoology, cild 40, 2000, səh. 479). Tüklər quşa eyni zamanda soyuq hava, yağış kimi mənfi hava şəraitinə qarşı çox mühüm qoruma təmin edir. Kirəmit kimi üst-üstə keçmiş və bir yağ təbəqəsi ilə örtülmüş tüklər, dam kirəmitlərinin bir evi qoruduğu şəkildə quşu, su və istilik itkisinə qarşı qoruyur.
Tükləri təşkil edən hissələrin (tük sapları, tükcüklər, qarmaqlar) formalarındakı fərqlər tüklərin istifadə məqsədinə istiqamətli xüsusi olaraq yaradılmışdır.
Pennaceous tüklər, sıx birləşmiş bir səth yaratmaq üçün qonşu tükcüklərə qarmaqlarla bağlanır. Bu cür bir tük quruluşu uçmaq üçün ideal bir dizayndır.
Plumulaceous tüklərdə isə tükün gövdəsini təşkil edən sap hissəsi yoxdur. Tük dəstələr halında qarışıq halda olurlar. Bu cür qabarıq quruluş da istilik izolyasiyası üçün idealdır.
Quş lələklərində olan qara, qəhvəyi və boz piqmentlər quşun qanında, qırmızı və sarı piqmentlər isə yağında olur. Lipokrom piqmentləri, qırmızı, narıncı və sarı rəngləri, melanin isə qara, qəhvəyi, qırmızı qəhvə və boz rəngləri istehsal edirlər. (C. Hickman, L. Roberts, A. Larson, Integrated Principles of Zoology, New York: McGraw-Hill, 2001, səh. 588). Quşlarda görülən rəng nəsli, boyun və quyruq lələklərində olan mavi parıltılar, bu iki piqmentdən və işığın fərqli tərkibindən irəli gəlir. Bundan başqa, tükün üzərində yerləşən və ancaq mikroskopla görünən çıxıntılar, sanki bir paylama mexanizmi kimi hərəkət edir və üzərinə düşən işığı, işıq spektrində bütün rənglərə paylayırlar. Bu və daha bir çox sistem, quşlarda canlı rəngləri yaratmaq üçün istifadə edilir.
Bir quş, sahib olduğu xüsusiyyətlərin, tüklərindəki bir-birindən gözəl rənglərin, estetik görünüşünün fərqində deyil. Məsələn, bir tovuzquşu, tüklərini açanda yaranan möhtəşəm mənzərənin, rəng və naxışlarındakı gözəlliyin şüurunda deyil. Bunu ancaq insan təqdir edə bilər və bu gözəllikdən ancaq insan zövq ala bilər. Allahın yaratdığı bu gözəlliklər qarşısında insanın vəzifəsi, Rəbbimizə şükür etmək, Onun sənətini və gücünü lazımınca təqdir edə bilməkdir.
Tüklərin mənşəyi ilə bağlı iddialar qiymətləndirilərkən, tüklərin quruluşunun mürəkkəbliyi xüsusilə nəzərə alınmalıdır. Nic Bishop, “The Secrets of Animal Flight” (Heyvanlarda uçmağın sirləri) adlı kitabında tüklər haqqında bunları deyir:
Tüklər bəsit görünə bilərlər ancaq əslində çox mürəkkəbdirlər. Hər birinin bir milyondan artıq çox kiçik hissəsi ola bilər. (N. Bishop, The Secrets of Animal Flight, Houghton Mifflin, Boston, 1997, səh. 9).
Tüklərin kompleks anatomiyası, tükün funksiyasına görə fərqi göstərir. Məsələn, uçmaq tüklərinin mürəkkəb şəkli, uzun, incə və möhkəm bir sapdan hər iki tərəfə doğru çıxan, toxuma şəklindəki qanadcıqlardan yaranır. Bu sap, içi boş, sərt quruluşdan ibarətdir və qarmaq olaraq adlandırılan çıxıntılara dəstək verən, möhkəm amma çevik bir quruluşdur. (W. J. Bock, "Explanatory History of the Origin of Feathers", American Zoology, cild 40, 2000, səh. 478-485).
Quş tükü üzərində tükcüklərin də həm qüvvətli, həm də küləkdə qırılmayacak qədər çevik olmalıdırlar. Quşlar bu xüsusi yaradılışları sayəsində, hava axınlarını mühəndislərin indiyə qədər hazırlamış olduqları ən yaxşı planerdən daha məharətlə istifadə edə bilərlər. Quşların tükləri üzərində qarmaqların olmadığı vəziyyətdə uçması mümkün olmaz. Qarmaqlar, küləyin qanada və tüklərə zərər verməsinin qarşısını alacaq şəkildə (müəyyən şərtlər altında ayrıla biləcək kimi) yaradılmışdır. Ancaq bunlar quşun dimdiyi ilə tüklərini yoxlaması da asanlıqla yenidən birləşirlər. Quş elmi mövzusunda mütəxəssis yazar Roger Tory Peterson bu məsələ ilə bağlı aşağıdakıları ifadə edir:
Tüklər təbii mühəndislik möcüzəsidir. Əvvəla, çox yüngül və struktur olaraq çox güclüdürlər; Bir yarasanın uçmaq əsnasında istifadə etdiyi qanadları gərilmiş dəridən və ya təyyarə qanadlarının bükülməz quruluşundan qat-qat daha çox yönlüdür. Zərər gördükləri zaman da təmirləri daha asandır... Demək olar ki, çəkiləri olmadığı halda qüvvələri vardır. Tükün sərt sapı, dəstək lazım olanda sərtlik təmin edir, ancaq uc hissəsinə doğru yumşaq olması, havada keçirilən çox ani manevrlər üçün lazım olan elastikliyi təmin edir. Yumşaq lakin möhkəm olan bu toxumanın düzgünlüyünü hiss edin. Qarmaqları ayırın, sonra bir quş dimdiyi ilə tüklərini düzəltdiyi kimi barmaq uclarınızla onları yenidən bir-birinə keçirin. Bunu təmin edən dizaynın heyrətamiz mürəkkəbliyi, bir quş tükünün mikroskopun altında öyrənməsi ilə təqdir edilə bilər. (R.T. Peterson, The Birds, Time, New York, 1963, səh. 33).
Tüklər, üst səthdəki havanın alt tərəfdəki havadan daha sürətlə axmasını təmin edərək quşun qanad açması üçün yaradılmışlar. Beləliklə, qanad üzərindəki hava təzyiqi də azaldılır. Qanadlar üzərindəki bu qaldırma təsirinə “Bernulli təsiri” deyilir. Təyyarələrdə da, qanadların üst tərəfi alt tərəfindən uzun və mailidir. Bu cür hava, qanadın üst tərəfindən daha sürətlə axır və burada təzyiq azalır. Qanadın alt tərəfindəki təzyiq üst tərəfdəkindən çox olduğu üçün, təyyarəni yuxarıya doğru qaldıracaq bir qüvvə yaranır və təyyarə cazibə qüvvəsinin təsirindən xilas olaraq havaya qalxır. Quşlarda isə bu təsirin olması üçün uçuş tükləri asimmetrikdir. Həmçinin uçuş zamanı hava ilə birbaşa təmasda olan ön tərəfdə, daha kiçik bir tük qanadı vardır. Quşun qanadındakı kompleks aerodinamik prinsiplər, təyyarə qəzalarının ən əsas səbəbi olan hava boşluğunun mənfi təsirlərini azaldan bir mexanizm ehtiva edir. (M. Denton, Evolution: A Theory in Crisis, Adler and Adler, Bethesda, 1986, səh. 202). Quşun qanad ucunda yerləşən və xüsusi yaradılmış yarıqlar da, hava axınının bir hissəsini keçirirlər. Bu, müasir təyyarələrdə mühəndislərin, qanad üzərində kiçik əlavə qanad ucları hazırlayaraq təqlid etdikləri bir yenilikdir.
Bundan başqa, quşlar qanad şəkillərini və cərəyan xüsusiyyətlərini, havaya qalxmağı, uçuş nəzarətini və yerə enməni asanlaşdıracaq şəkildə dəyişdirə bilərlər. Tüklərini isə, havaya olan müqavimətini dəyişəcək şəkildə bükə bilirlər. Bu son dərəcə mürəkkəb bir vətər sisteminin istifadə edilməsi ilə mümkün olur. (M. Denton, Evolution: A Theory in Crisis, Adler and Adler, Bethesda, 1986, səh. 202).
Quşun tükləri, dəri və alt dəri əzələləri, tirləri (sümükləri və orqanları bir-birinə bağlayan toxuma), beyin və duyğu orqanları bir-birinə bağlı quruluşu əmələ gətirirlər. Bu quruluş, tük sisteminin tam olaraq işləməsi üçün lazım olan, mürəkkəb komplekslikdə bir quruluşdur. Bunlardan birinin çatışmazlığı uçmaya mane olacaqdır. Tükün hissələrinin bucağı, qalınlığı, forması kimi detallarının, çox az dəyişkənlik göstərməsi də son dərəcə əhəmiyyətli və zəruridir. (S. F. Tarsitano, A. P. Russell, F. Horne, C. Plummer, K. Millerchip, "On the evolution of feathers from an aerodynamic and constructional point of viewpoint", American Zoology, cild 40, 2000, səh. 676-686). Çünki çox kiçik yayınma, uçuş sistemini tamamilə çalışmaz hala gətirə bilər.
Dəri üzərindəki xüsusi əzələlər, quşun, tüklərini ətraflı və nəzarətli şəkildə hərəkət etdirməsini təmin edir. Bu sistem quşun uçmasına və bəzən də qorunmasına yardımçı olur. Quşlar tüklərini bir çox fərqli səbəblə qabardır: Daha böyük görünərək düşmənlərini qorxutmaq, özlərini daha isti tutmaq və ya cütləşmə mövsümündə digər quşların diqqətini çəkmək bu səbəblərdən bir neçəsidir. (S. Burgess, "The Beauty of the Peacock Tail and the Problem with the Theory of Sexual Selection", The in Depth Journal of Creation, cild 15, sayı 2, 2001, səh. 94-102).
Uçmaq üçün başqa bir şərt də, quşun qanadları, quyruğu və digər hissələrindəki tüklərin olması lazım olan şəkildə təşkil edilməsidir. Tüklərin olması lazım olan quruluşda düzülmələri zəruriliyi, təkamülçülər üçün bir problem təşkil edir. Çünki onsuz da mənşəyini izah edə bilmədikləri tüklərin bir də uçmaya uyğun dizaynla düzülmələri lazımdır. Tüklərin hansı istiqamətlərdə düzüləcəyi, hansı miqyasdakı tüklərin hansı bölgədə yer alacaqları, hər iki qanadda simmetrik olaraq düzülmələri kimi şərtləri, şüursuz, təsadüfi təsirlərlə izah etmək mümkün deyil.
Tükdəki bütün fiziki strukturların məlumatı DNT-də gizlidir: Keratin təbəqə sayı və qalınlığı, tükcüklərin sayı, rənglər, tüklər arası məsafələr... Bunların hamısı DNT-dəki məlumata görə inşa edilir. Məlum olduğu kimi, canlının genetik məlumatındakı (DNA-dəki) ən kiçik düzülüş səhvi, son dərəcə ciddi və funksiya pozğunluqlarına səbəb olur ki, bu cür düzülüş səhvlərinin, yəni mutasiyaların tükləri ortaya çıxartdığına inanmaq, mümkün olmayana inanmaqdır. Qaldı ki, bir tükün inşası üçün lazım olan kodlaşdırma məlumatı, bir pulcuğunkundan son dərəcə fərqlidir. Təkamülçülərin iddia etdiyi kimi pulcuqların tüklərə çevrilməsi, quşun DNT-sində yeni genetik məlumatın ortaya çıxması mənasına gəlir. Tükün quruluşu, forması, rəngi və s. kimi hər cür detal (məsələn sağ tükcük sağ qarmağın üzərindəki keratin uyğun qalınlıqda olmalı) genetik koda əlavə olunacaq yeni təlimatlarla müəyyən olunmalıdır. Ancaq təkamül nəzəriyyəsinin şüursuz, təsadüfi təsirlərlə işlədiyini iddia etdiyi təbii seçmə və mutasiya mexanizmləri, mükəmməl dizayna aid genetik məlumatın, bir quşun DNT-sində necə ortaya çıxdığını açıqlaya bilməzlər.
Tüklərdəki dizayn ilə yanaşı, estetik gözəlliyin, müəyyən nizam içində naxışların və simmetriyanın da, təkamülçülərin iddia etdiyi kimi, təsadüfi mutasiyalar nəticəsində meydana çıxması mümkün deyil. Çünki laboratoriyalarda aparılan saysız-hesabsız mutasiya təcrübələri qəti olaraq göstərmişdir ki, mutasiyaların orqanizmin DNT-sinə “məlumat” əlavə etməsi mümkün deyil. Mutasiyalar təsirli olduqları zaman, həmişə morfoloji (formal) fəsadların ortaya çıxmasına səbəb olurlar. Təsadüfi mutasiyalarla, məsələn, bir tovuzquşu tükündə kompleks quruluşların və göz alıcı gözəlliklərin ortaya çıxa biləcəyini qəbul etmək; Bir daxmanın yağış, ildırım və küləklə zaman içində bir saraya çevrilə biləcəyini qəbul etmək qədər məntiqsizdir.
Bəzi təkamülçü nəşrlərdə, tovuz quşlarında və digər bəzi quş növlərində, erkəklərin daha rəngli və yaraşıqlı tüklərə malik olmaları, Darvinin 1871-ci ildə nəşr olunan “The Descent Of Man, And Selection In Relation To Sex” (insanın əmələ gəlməsi və cinsi seçmə) adlı kitabında ortaya atılan “cinsi seçmə” tezisi ilə əlaqələndirilir. Cinsi seçmə, bir heyvan birliyindəki daha güclü və cəlbedici fərdlərin, qarşı cins tərəfindən daha cəlbedici olması hesab edilməsi və bu yolla daha çox törəmələri mənasına gəlir. Məsələn, bu əyri məntiqə görə, bəzi erkək quşların cəlbedici rəng və naxışları, dişilərin daha gözəgəlimli erkəkləri üstün tutmaları nəticəsində, təbii seleksiya yolu ilə mərhələ-mərhələ qazanılmış bir xüsusiyyətdir. Ancaq Darvinin həmin tezisi ilə üst-üstə düşən hər hansı elmi tapıntı yoxdur. Ona görə bu cür şərhlər, canlıların xüsusiyyətlərinin təkamülçü bir düşüncə ilə şərh olunmasından başqa bir şey deyil. Bu cür şərhlərə qarşı çıxan təkamülçü elm adamının fikirləri “Nature” jurnalında belə bildirilmişdir:
“Bu çalışmada müzakirə olunmamış, ancaq cinsi fərqləri açıqlayacaq başqa mümkün səbəblər də var” deyir Trevor Price. Price, San Diyeqodakı Kaliforniya Universitetində quş növlərinin fərqləri üzərində çalışır. Məsələn, quruda yaşayan və davakar bəzi növlər böyük cinsi fərqlər göstərirlər; Çünki bəlkə də daha böyük və daha parlaq erkəklər, aqressivləri daha çox caydırırlar və daha çox döyüş qazanıb daha çox cütləşirlər. Yenə də, Pricea görə, bu populyasiyalar öz içində fərqləri qoruyurlar, çünki bəzən daha güclü erkəklər dava etməklə məşğul ikən, daha yaraşıqsız erkəklər cütləşmə üçün imkan tapa bilirlər. ("Sex Drives Birds Apart: Promiscuity Makes Females Dull And Males Flashy", Nature Science Update, 13 mart 2001; http://www.nature.com/nsu/010315/010315-5.html)
Quşların lələklərinin təkamül mexanizmləri ilə formalaşdığını iddia etmək üçün, bu tüklərdəki forma dəyişikliklərinə yol açacaq, ancaq bu arada canlıya zərər verməyəcək mutasiyaların tanınması lazımdır. Halbuki belə bir mutasiyanın mümkün olduğunu göstərən heç bir sübut yoxdur. Bundan başqa, bu kimi mutasiyaların təbiətdəki tezliyinin hesablanması, bunun populyasiya genetik məlumatlarına görə qiymətləndirilməsi və bu yolla həqiqətən bu cür “təkamül müddətinin” mümkün olub-olmadığının hesablanması lazımdır. Buna bənzər bir hesablama İsrailli biofizik, Li Spetner tərəfindən aparılmışdır. Spetner, populyasiya genetik məlumatlarına görə tək bir növün başqa bir növə çevrilməsinin əməldə qeyri-mümkün olduğu nəticəsinə gəlmişdir. (Lee Spetner, Not By Chance, The Judaica Press, New York, 1997)
Təkamülçülər isə bu kimi realist hesablamalarla yox, fantastik ssenarilərlə məsələni ələ alırlar. Təkamülün varlığını kor-koranə qəbul etdikləri üçün, qarşılarında sadəcə “hansı ssenari?” sualı qalır, onlar da bu suala xəyal güclərinin köməyi ilə cavablar axtarırlar. Quşların tükləri rənglidir; o zaman Darvinizm bunu “rəngarənglik təbii seleksiya ilə seçildiyi üçün belə oldu” deyə şərh edirlər. Bəzi quşların rəngləri daha solğun; o zaman Darvinizm bu “rəngləri solğun, çünki təbii seleksiya solğun olanları üstün qıldı” - deyə cavab verir. Hər bir vəziyyət üçün təbii seleksiya mərkəzli bir ssenari istehsal etmək mümkündür. Ancaq ssenarilər yalnız xəyal gücünə əsaslanır.
Bu səbəblə təkamül nəzəriyyəsi, elmi nəzəriyyə deyil; xurafatçı izahat şəklidir. Özünü Darvinist düşüncə ilə şərtləndirməyən, məsələyə ağıl və məntiq yolu ilə yaxınlaşan hər kəs, canlılardakı qeyri-adi yaradılış dəlillərinin şüursuz təbiət mexanizmlərinin məhsulu olmadığını asanlıqla fərq edəcəkdir. Bu dəlillər Allahın sonsuz qüdrətini və sənətini nümayiş etdirir.
Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 4)
İngiltərədəki Leeds Universitetində müəllim və aerodinamika sahəsində mütəxəssis olan tədqiqatçı Professor Harri Mclntosh, Avstraliyada keçirilən bir müsahibədə, quşlarda dizayn ilə bağlı bunları ifadə etmişdir:
Göründüyü kimi xurafatçı təkamül inancı ilə müəyyən düşüncə qəlibləri içərisində qalmayan hər bir şəxs, canlılardakı üstün yaradılışı asanlıqla görə bilər. Bunlara təsadüflərlə izah etməyə çalışmağın ağılsızlığını anlaya və Allahın canlılar üzərindəki dizaynını təqdir edə bilər. Bu şüura sahib olan insanlardan Quranda belə bəhs edilir:
Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Allah hər şeyə qadirdir. Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 189-191)
Quşlar və sürünənlər arasındakı ən bariz fərqlərdən biri quşların sahib olduqları qanadlardır. Qanadları yaradan tüklər əvvəlki fəsildə tədqiq etdiyimiz kimi təkbaşına bir araşdırma mövzusudur və elm adamlarını heyranlıq içində qoyacaq mürəkkəblikdə bir yaradılışa sahibdir. Ancaq bir quşun tüklərə malik olması, uçması üçün yetərli şərt deyil. Bu tüklərin qanad deyilən dam üzərində, hər iki tərəfə bərabər paylanaraq müəyyən düzülüşlə yerləşməsi lazımdır. Belə ki, tükləri təsadüfi düzəcək olsanız, quşun uçması mümkün olmaz. Məsələn, tüklər bir tərəfdə daha sıx olacaq olsa, balans itkisi olar və quş uça bilməz. Bundan başqa, qanadın qatlanıb-açılan olması, hər iki qanadın simmetrik olması, uçmaq texnikalarını tətbiq edəcək dizayna malik olması, uçmaq üçün xüsusi olaraq yaradıldığını göstərir.
Elm adamları qarşılarında təqlid edə biləcəkləri nümunə olmasına baxmayaraq quşlar qədər uğurlu quruluşlar meydana gətirə bilmirlər. Ağıl və şüur sahibi insanın hər cür texnologiyaya baxmayaraq quşların doğulduqları andan etibarən sahib olduqları qanadları təqlid edə bilmədikləri düşünülərsə, bu canlıların göy üzündə rahatca uçmalarının Allahın bir möcüzəsi olduğu daha yaxşı başa düşüləcəkdir.
Göz, ağciyər, qanadlar, hüceyrə kimi mürəkkəb formaların guya təkamül prosesində addım-addım necə inkişaf etdikləri sualı, təkamülçülərin ən böyük çətinliklərindən biridir. Bir-biri ilə bağlı, biri digəri olmadan işə yaramayan bir çox hissədən ibarət olan bu quruluşların, təkamülçülərin iddia etdiyi kimi, mərhələ-mərhələ əmələ gəlmələri mümkün deyil. Çünki hissələrdən hər hansı birinin olmaması, o orqanın funksiyasını yerinə yetirə bilməyən hala gəlməsinə səbəb olacaq. Elmi ədəbiyyatda bu xüsusiyyət “mürəkkəb komplekslik” kimi ifadə edilir. Yarımçıq bir qanadın orqanizmə heç bir faydası olmayacağına, bu faydasız orqan, təkamülün öz iddiasına görə həyat qabiliyyətini itirəcək və zamanla yox olacaqdır. Bu vəziyyət təkamül nəzəriyyəsi üçün keçilməz problemlər ortaya çıxarır. Ateist təkamülçü Riçard Doukins bu məsələ ilə bağlı etiraf xarakterli sözləri belədir:
Təkamül əlbəttə, hər zaman mərhələli olaraq inkişaf etməz. ...kompleks görünən şəkildə nizamlanmış obyektlərin meydana gəlməsində mərhələli təkamül prosesi olmalıdır. Əgər bu hallarda da mərhələli olaraq baş verməzsə, o zaman təkamülün izah gücü qalmaz. Əgər mərhələlər yoxsa möcüzə olması ehtimal edilir, bu da yenə bir izah olmadığını göstərir.88
Təkamülçülərin iddialarına baxarkən qanadların, sürünənlərin qabaq ayaqlarından inkişaf etdiyi kimi əsassız açıqlamalarına rast gəlirik. Bu ssenari qısaca belədir: “Bəzi sürünənlər ön ayaqlarında bir neçə tük inkişaf etdirdilər və bunları həşəratları tutmaq üçün istifadə etdilər. Ancaq həşəratların bir çoxu, onları ağızlarına aparana qədər qaçırdı(!) Bu şəkildə tarazsızkən, sistem yaxşı işləmirdi. Uça bilmir, ağaca dırmaşa və ya yerdəki hər hansı bir dəliyə qaçmırdılar. Bu şərtlər altında düşmənlərindən qaçmağa nail olmaları üçün bir dəyişiklik keçirmələri lazım idi. Təsadüflər də tam bu nöqtədə lazımi dəyişiklikləri bu canlılar üzərində həyata keçirib və onları uçan canlılara çevirdi”.
Nağıldan fərqsiz olan bu və bənzəri olan ssenarilər, bu dəyişikliklərin lazımi yerdə ehtiyacı qarşılayacaq şəkildə, bir plan daxilində necə birləşdiyini açıqlaya bilməzlər. Daniel C. Dennet, “Darwin's Dangerous Idea” (Darvinin təhlükəli fikri) adlı kitabında, Darvinin, şüursuz mexanizmlərin təbiətdəki mükəmməl canlıları meydana gətirə biləcəyi istiqamətindəki iddialarının “təhlükəli” olduğunu bildirir:
Məhz Darvinin təhlükəli fikri belədir: Alqoritm (bir problemin simvolik həlli) səviyyəsi bir antilopun sürətini, qartalın qanadını, səhləbin şəklini, növlərin müxtəlifliyini və təbiətdəki digər bütün möcüzələri ən yaxşı şəkildə açıqlayır. Alqoritm kimi düşüncə qabiliyyəti olmayan, mexaniki bir faktorun buna bənzər möhtəşəm şeylər istehsal edə bildiyinə inanmaq çox çətindir. Bir alqoritmin məhsulları nə qədər təsirli olursa olsun, altında yatan proses, hər zaman hansısa ağıllı bir nəzarətçinin köməyi olmadan bir-birini izləyən, bir sıra fərdi şüursuz addımdan meydana gəlir; Bunlar “avtomatik” olaraq tanınırlar: Bir robotun işləməsidir. Bir-biri ilə qidalanırlar və ya əgər xoşuna gəlsəniz kor təsadüflərlə və ya heç bir şeylə... Həqiqətən, bunlar təsadüflərlə qidalanan bir sıra alqoritm prosesinin mi məhsuludur? Əgər elədirsə, bu proseslər silsiləsini kim hazırlamışdır? Heç kəs. Özü də kor bir alqoritm prosesinin məhsuludur.89
Dennet, “təhlükəli” kimi səciyyələndirdiyi Darvinin bu fikrini açıqladıqdan sonra, Darvinin sözlərindən təbii seleksiya nəzəriyyəsini nəyin batil edəcəyini belə ifadə edir:
Darvinin özü də “Origin” kitabının nəşr olunmasından qısa müddət sonra geoloq Çarlz Lyelə bir məktubunda bunu ifadə etmişdir, “Əgər Təbii Seleksiya nəzəriyyəsi irsiyyətin hər hansı bir mərhələsində möcüzəvi əlavələr tələb edirsə, ona qətiyyən əhəmiyyət verməzdim... Əgər təbii seleksiya nəzəriyyəsinə bu cür əlavələr etmək lazımdır, razı olsaydım, onu bir axmaqlıq sayıb rədd edərdim”...90
Darvin yuxarıdakı sözləri ilə nəzəriyyəsini əsassız edəcək bir həqiqətə diqqət çəkmişdir: Canlıların mənşəyini açıqlayarkən möcüzəvi əlavələrə ehtiyac olması. O dövrdə elm, Darvinin iddialarının əsassızlığını ortaya qoyacaq bir səviyyədə deyildi. Ancaq 20-ci əsrdə elmin gəldiyi səviyyə, canlıların təsadüfi mexanizmlərlə olunmayacağını ortaya qoymuşdur. Canlılardakı qüsursuz layihənin, məsələn, bir quş qanadının heç bir ara mərhələ olmadan var olması lazım olduğu nəticəsinə gəlinmişdir. Bu vəziyyət Darvinin ehtiyat etməyində haqlı olduğunu və nəzəriyyəsinin əsassızlığını göstərən nümunələrdən sadəcə biridir.
Bir quşun uçması üçün əvvəlcə qanadların, quşun sinə çıxıntısına sağlam bir şəkildə bitişdirilmiş olmalıdır. Bundan başqa, qanadların həm quşu havaya qaldırmağa, həm də quşun havadakı tarazlığını və hərəkətlərini hər istiqamətə aparmasını təmin edən əlverişli bir quruluşda olması zəruridir. Quşun qanad və quyruq tüklərinin yüngül, çevik və bir-biri ilə mütənasib bir quruluşda olması, bir sözlə uçmaya imkan verən mükəmməl aerodinamik rejimdə işləməsi də şərtdir. Təkamülçü iddialar, bu məqamda da böyük bir müəmma içindədir: Bir sürünənin ön ayaqlarının, genlərində meydana gələn bir pozğunluq (mutasiya) nəticəsində necə qüsursuz bir qanada çevrildiyi sualı təkamülçülər baxımından tamamilə cavabsızdır.
Uçmağın təkamül keçirdiyini düşünmək, müəyyən mərhələlərdə qanadların kifayət olduğunu qəbul etməyi tələb edir. Ancaq “qeyri-kafi bir qanadla” uçmaq mümkün deyil. Uçmağın həyata keçməsi üçün, canlıda qanadların və qanadlara dəstək verən strukturların, nöqsansız və qüsursuz olaraq olmalıdır. Bu vəziyyəti təkamülçü bioloq olan Engin Korur belə etiraf edir:
Gözlərin və qanadların ortaq xüsusiyyəti ancaq tamamilə inkişaf etmiş olduqları təqdirdə vəzifələrini yerinə yetirə bilmirlər. Başqa sözlə, əskik gözlə görülməz, yarımçıq qanadla uçulmaz. Bu orqanların necə yarandığı təbiətin hələ yaxşı işıqlanmamış sirlərindən biri olaraq qalmışdır.91
Yuxarıdakı sitatda da qeyd edildiyi kimi, “yarımçıq qanadla uçulmaz”. Beləliklə, əgər hər hansı bir mutasiyanın bir sürünün ön ayaqlarında bir dəyişiklik etdiyini fərz etsək belə, bunun üzərinə yeni mutasiyalar əlavə olunaraq “təsadüfən” bir qanad əmələ gəldiyini proqnozlaşdırmaq tamamilə ağılsızlıqdır. Çünki qarşı ayaqlarda meydana gələcək bir mutasiya, canlıya çalışan bir qanad vermədiyi kimi, onu ön ayaqlarından da məhrum edəcəkdir. Bu isə, canlının digər öz növlərinə görə daha əngəlli, yəni şikəst bədənə sahib olması mənasına gəlir. Təkamül nəzəriyyəsinin iddialarına görə də, təbii seleksiya bu şikəst canlını təmizləyəcəkdir. Harvard Universitetinin paleontoloqu Ceyms Quld da yarımçıq qanad kimi natamam quruluşların faydasının olub olmadığını belə mühakimə edir:
Mərhələ-mərhələ təkamülə inananlar, əksəriyyətlə özlərini bu dilemmadan fosil izlərindəki inanılmaz səhvlərə əl ataraq xilas etməyə çalışırlar, əgər minlərin arasından tək bir mərhələ, fosil kimi qorunsa, geologiya davamlı dəyişikliyi qeyd etməyəcək. Mənim bu iddianı rədd etməyimə baxmayaraq... Ənənəvi qaçış yolunu qəbul edək və fərqli bir sual verək. Qüsursuz keçidlər üçün bilavasitə bir sübutumuz olmasa da, müəyyən struktur dəyişikliklər üçün əcdadlar və nəsillər arasında müstəqil olaraq yaşayan funksional orqanizmlərdən yaranmış keçid formalarından ağlabatan bir düzülüş icad edə bilərikmi? Faydalı quruluşların qüsurlu mənbələri necə bir işə yarayır? Yarımçıq bir çənə və ya yarımçıq bir qanad nə fayda verir? Ön-adaptasiya anlayışı bizim bu qüsurlu mərhələlərin müxtəlif funksiyalar həyata keçirdiyini iddia etməyimizə imkan yaradan ənənəvi cavab xarakteri daşıyır... Amma ağlabatan bir hekayə doğru olmaq məcburiyyətində deyil... çoxu ya da bütün hallar üçün bizim bir davamlılıq nağılı quraşdırmağımıza icazə verirmi? Bəlkə də sadəcə mənim təxəyyülümün çatışmazlığını əks etdirəcək olsa da, cavabın xeyr olduğunu deyirəm …92
Biofiziki araşdırmalara görə, mutasiyalar çox nadir baş verən dəyişikliklərdir. Beləliklə, milyonlarla il tam inkişaf etməmiş qanadlara malik bu xəyali sürünənlərin, xırda mutasiyalarla qanadlarının qurtarmasını gözləmələri hər cəhətdən qeyri-mümkündür. Üstəlik, mutasiyalar praktikada həmişə zərərli təsir yaradarkən... Bütün bu elmi həqiqətlər dinozavr-quş təkamülü ssenarilərini əsassız edir.
Təkamülçü izahlarda ən çox qarşılaşdığımız iddialardan biri, təsadüfi təkamül mexanizmlərinin canlılara faydalı orqanlar qazandırdığı şəklindədir. Bəzi heyvanların yerimə ehtiyacı duyaraq ayaq inkişaf etdirdikləri, bəzilərinin uçmağın üstünlük verəcəyini düşünərək qanad qazandıqları, bəzilərinin bəslənmə ehtiyacı duyaraq zamanla, ağız boşluğuna malik olduqları və bunlar kimi yüzlərlə ssenari izah edilir. Bir sözlə Darvinistlər heyvanlarda gördüyümüz hər bir xüsusiyyətə təbii seleksiya və mutasiya mexanizmləri ilə açıqlama gətirmək istəyirlər; Amma təkcə bir elmdən kənar iddia bu bəyanatlar əslində canlıların kompleks formalarının mənşəyini heç cür izah edə bilməz.
Guya təsadüf əsəri yaranmış şüursuz hüceyrələrin, öz aralarında razılaşıb, “nə şəkildə birləşsək, bir qanad yaradarıq və parçası olacağımız bədənin uçmasını mümkün qıla bilərik” kimi bir plan qurmaları, sonra planları əsasında, uyğun ölçü və forma əldə edənə qədər işləmələri ağıldan kənar bir gözləmə olacaqdır. Üstəlik, belə bir vəziyyətdə qanadları təşkil edən hüceyrələrin digər orqanların vəzifələrindən xəbərdar olmaları, onlarla lazımi koordinasiyanı təmin etmələri də vacibdir. Hüceyrələrin ən uyğun quruluşu qazandıqlarında isə “bu ən mükəmməli, artıq dayanaq” kimi kütləvi qərar almaları məsələsi olmalıdır. Şübhəsiz, belə bir açıqlamaya ehtimal verən bir kimsənin ağlından hər kəs şübhə edəcəkdir. Bu dizaynın təsadüf əsəri bir canlıda yarandığını iddia etməksə, ən azı bu gözləmə qədər ağıl və məntiqdən kənardır. Ancaq təkamülçülər yaradılış həqiqətini qəbul etmək əvəzinə belə ağılsız bir ehtimala etibar etməyi, hətta bundan müzakirə apara bilməyən bir üslubla bəhs etməyi daha uyğun görürlər.
Halbuki təsadüfi təkamül ssenarilərinin qarşısında cavablandırmağı gözləyən saysız-hesabsız sual var. Məsələn, qanad kimi bir quruluşun varlığından, ya da uçmaq kimi bir qabiliyyətdən xəbərsiz olan təsadüflərin canlı üçün uçmaq ehtiyacı müəyyən edərək, bunu qüsursuz bir şəkildə hazırlaması necə mümkün ola bilər? Sonra hüceyrələrin quruluşunu, böyüklüyünü, formasını, qısacası, hər növ detalını düşünməsi, digər hüceyrələrlə aralarında iş bölgüsü etmələri, belə mürəkkəb bir orqan kimi qanad inşa etməsi mümkündürmü? Əlbəttə ki, təsadüflərin belə bir xəyalı həyata keçirməsi mümkün deyil.
Həqiqət ortadadır: Tək başına bir qanad belə, təkamül iddialarını əsassız etmək üçün yetərli bir nümunədir. Təkamülçülərin bu həqiqəti qəbul etməməkdə israr etmələri, nəzəriyyənin kor-koranə müdafiə edilən bir iddia olduğunu ortaya qoyur.
Anna-Mariya McGowan tərəfindən idarə olunan və NASA (National Aeronautics and Space Administration) Langley Araşdırma Mərkəzində aparılan “Morphing layihəsində”, dəyişən hava şəraitinə görə, eynilə bir quş kimi qanadlarını hərəkət etdirən bir təyyarə istehsalı məqsədi güdür. Bu gün, səs sürətindən daha yavaş olan (subsonik) təyyarələrin qanadları, müəyyən bir yüksəklik, sürət və yükə görə ən uyğun şəkildə istehsal olunur. Ancaq şərtlər dəyişəndə qanad şəkillərinin də dəyişməsi lazımdır. McGowanın ifadəsiylə “Çox aşağı sürətdə ehtiyacınız olan qanad tipi ilə yüksək sürətlərdə ehtiyacınız olan qanad tipi tamamilə fərqlidir”. (Patrick Barry, "Bionic Research Points To Smart Flexible Aerospace Materials", Space Daily, 5 mart 2001; http://www.spacedaily.com/news/materials-01f.html) Əks təqdirdə artıq yanacaq istehlakı, arzuolunmaz sarsıntılar (turbolentli), həddindən artıq səs-küy kimi problemlərlə qarşılaşır.
Ancaq günümüzün şərtlərində belə bir qanad dəyişikliyi mümkün deyil; Çünki qanadlar çox sərt maddədən istehsal edilir. Bu səbəblə NASA, ağıllı qanad layihəsi üzərində çalışır. DARPA (Defence Advanced Research Project Agency) və AFTL (Air Fors Tədqiqat Laboratory)-nın köməyi ilə həyata keçirilən bu layihədə hədəf, canlılarda olduğu kimi təyyarə qanadlarının bir növ mərkəzi sinir sistemi ilə əlaqəli işləməsidir. NASA Langley Araşdırma Mərkəzindən Bill Uher bu layihə ilə bağlı bunları deyir:
Alıcılar, eynilə quşların qanadlarındakı sinirlər kimi olacaqlar və səth təzyiqini davamlı ölçəcəklər. Buna qarşılıq olaraq, hərəkətə keçiricilər də təyyarənin qanad quruluşunu gərəcəklər və ya boşaldacaqlar. Beləliklə, eynilə əzələlər kimi qanadların şəklini dəyişdirəcəklər. ("Uçaklar Kanat Çırptıkları Zaman", Science et Avenir, yanvar 2003, səh. 74)
Hazırda üzərində çalışılan qanad modelində, tətbiq olunan qüvvələrin mexaniki enerjisi elektrik enerjisinə çevrilir və ortaya çıxan enerji də, bir növ oynaqlı qollara bənzəyən quruluş ilə, qanad çırpmasına bənzər hərəkət ortaya çıxarır. Aparılan testlər qanadın 20 dərəcəyə qədər əyildiyini göstərir. Morphing layihəsinin, quşların uçmaq üsullarından alınan ilham ilə yeni qanad strukturlarının nizamlanmasında daha da irəliləyəcəyi güman edilir.
Gələcəyin təyyarələri üçün hədəflənən, hərəkətli parçaları olmadan quşlar kimi özündən bükülən qanadların hazırlanmasıdır. Beləliklə, sürtünmə azalacaq və yanacaq qənaət edilməsi mümkün ola biləcəkdir. Bu idealın həyata keçirilməsi üçün alınan ən əhəmiyyətli model isə yenə quşlardır; Onlardakı kimi əsnəyən və şərtlərə görə forma alan, əyiləndə öz-özünə düzələn qanadlar...
Günümüzə aid bəzi təyyarələr (ordunun F-14, Tomcat və B-1 səsdən sürətli bombardmançı təyyarələri kimi) qanadlarını istiqamətləndirir. Ancaq bu təyyarələr, təyyarənin gövdəsinə yerləşdirilmiş geniş, ağır dirəklərə bərkidilmiş bükülməz qanadlar istifadə edirlər. Morphing Layihəsində çalışan elm adamları isə “şəkil-hafizəli” metal xəlitələr, ya da “ağıllı” olaraq ifadə etdikləri materiallar istifadə edərək, pultla açılan qanadlar planlaşdırırlar. Nəzəriyyəyə görə, bu qanadların müəyyən miqdarda istilik tətbiq edəndə, böyük bir qüvvə ilə orijinal formasına birdən geri qayıtması hədəflənir.
Bu qanadların yaranmasında istifadə edilən maddələr (piroelektrik (təzyiq yaradan elektrik) materiallar) elektrik cərəyanı hərəkətə bağlayırlar. Əgər bir piroelektrik materialı əysəniz cərəyan istehsal olunar. Bunun əksində də, əgər cərəyan istifadə etsəniz material əyiləcəkdir. Morphing Layihəsinin rəhbəri McGowan sözügedən texnologiya ilə bağlı bunları deyir:
İyirmi il sonraya baxanda öz-özünə qiymət verən və bu müddət ərzində özünü yenidən bərpa edən təyyarələr görürük… Bu texnologiya imkan vermək üçün bu çıxış mexanizmini və qəbulediciləri, qanadlar boyunca verməyiniz lazımdır. Bu, insan bədəninin işinə çox bənzəyir. Bütün bədənimizdə əzələlər və sinirlər vardır; Elə isə bədənlərimizə nə olduğunun fərqindəyik və bir çox yolla ona reaksiya verə bilərik. (Patrick Barry, "Bionic Research Points To Smart Flexible Aerospace Materials", Space Daily, 5 mart 2001; http://www.spacedaily.com/news/materials-01f.html)
Morphing Layihəsi araşdırmasında istifadə edilən üsullardan biri də təbiətdə onsuz da mükəmməl olaraq mövcud olan sistemləri tədqiq etməkdir. Elm adamları öz layihələrini inkişaf etdirmək üçün, təbiətdəki bu nümunələrdən taktika öyrənə biləcəklərini ümid edirlər. McGowan bu məsələ ilə bağlı bunları ifadə edir:
Təbiət (dəki bütün canlılar) bizim etməyə belə cəhd göstərməyəcəyimiz şeylər edir. Quşların bugünkü təyyarələrimizdən daha çox manevr qabiliyyəti vardır. Quşlar havadan asılı qala, arxaya və yana uça bilirlər. Və həşəratlar... baş aşağı dayana, yuvarlana, hər cür şeyi edə bilirlər. Belə bir şeyin yanına belə yaxınlaşa bilmirik… (Patrick Barry, "Bionic Research Points To Smart Flexible Aerospace Materials", Space Daily, 5 mart 2001; http://www.spacedaily.com/news/materials-01f.html)
“Biomimetik” deyilən təbiətdən öyrənmə texnikasındakı uğurlar, elm adamlarını təyyarə qanadları üçün quş sümüyün quruluşunu təqlid etməyə yönəltmişdir. Sümüklər həm çox yüngül və güclüdür, həm də məsaməli, içindən hava keçən xüsusi quruluşa malikdir. NASA-nın Langley Araşdırma Mərkəzindən McGowan əldə etmək istədikləri sümüyə oxşar quruluşu belə təsvir edir:
Əgər bu bəhs etdiyimiz sümüyə oxşar strukturlarda gücə və yüngüllüyə nail olsanız, içinə sinir hüceyrəsinə bənzər olan sensorları və hərəkətə keçirən bu elastik quruluşları da əlavə edin, gələcəyiniz nəticə son dərəcə yüngül, çox güclü, öz-özünə hiss edə bilən və öz-özünə hərəkətə keçə bilən bir quruluş olacaqdır. (Patrick Barry, "Bionic Research Points To Smart Flexible Aerospace Materials", Space Daily, 5 mart 2001; http://www.spacedaily.com/news/materials-01f.html)
Bütün bunlar, elm adamlarının quşlardan ilham alaraq müəyyən etdikləri hədəflər, ideallardır. Əgər bir quş bir elm adamına ilham qaynağı ola bilirsə; dizaynı ilə, quruluşu ilə məlumat verə bilirsə; bir layihənin yolgöstərən modeli ola bilirsə və bu model tam olaraq təqlid ediləndə uğur qazanacağına qəti gözü ilə baxılırsa; Quşun dizaynında düşünülməsi lazım olan qeyri-adilik olduğu ortadadır. Belə mükəmməl bir yaradılışın kor təsadüflərin, şüursuz təsadüfi proseslərin məhsulu olması mümkün deyil. Bu gün elm adamlarının quşu təqlid edərək istifadə etməyə çalışdıqları və heyranlıq duyduqları ağıl, Allahın sonsuz ağlının, elminin və yaratma sənətinin saysız-hesabsız nümunələrindən biridir.
Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. Allah sizin gizli saxladıqlarınızı da, aşkara çıxartdıqlarınızı da bilir. Allahdan başqa tapındıqları bütlər heç bir şey yarada bilməzlər. Çünki onlar özləri yaradılmışlar. (Nəhl surəsi, 17-20)
Quşlardakı dizaynın və bu layihəyə əsaslanan uçmaq hərəkətinin təkamüllə izah olunması bir çox cəhətdən qeyri-mümkündür. Əvvəlki hissədə açıqladığımız qanadların quruluşu bunlardan yalnız biridir. Quşlarda uçmaq çox mürəkkəb bir sistemə əsaslanır və uçmaq nəzarəti üçün canlının, əzələlərini qüsursuz olaraq nəzarət edə bilən bir sinir sisteminə də malik olmalıdır. “Sinir-əzələ nəzarəti” adı verilən bu sistemdə sinir hüceyrələri ilə əzələ hüceyrələri hər an xəbərləşmə halındadır. Əzələlər sinir hüceyrələrindən aldığı əmrlə yığıldıqdan sonra, mövqelərini bildirən geri siqnal göndərirlər. Bir quş yüksəldiyi, havada süzüldüyü ya da eniş etdiyi vaxtlarda, bu quruluş lazımi aerodinamik sistemi yaratmaq üçün işə başlayır.
Heyvanların, içində olduqları şəraitlərə necə harmoniya ilə uyğunlaşdıqlarına baxdıqda, bir çox heyvanın bədənində, insanların öyünərək verdikləri texnoloji nailiyyətlərdən daha üstün mexanizmlər olduğunu dərk edirik. Bunun ən parlaq nümunələrindən biri “uçmadır”. Əgər kiçik bir təyyarə, bir yağış quşu qədər səmərəli olmuş olsaydı, bir litr benzin ilə 56 km uçması mümkün olardı. Ancaq belə səmərəli uçmaq hazırda təyyarə dizaynerlərinin və mühəndislərin “idealını” yaratmaqdan o tərəfə gedə bilmir.
Quşlar elm adamlarını heyranlıq içində qoyan mükəmməl bir aerodinamik quruluşa sahibdir. Bu quruluş bədənlərinin hər təfərrüatında görülür:
Uzanıb gedən bu xüsusiyyətlərin heç biri təkbaşına uçmaq üçün kifayət deyil, ancaq hamısı bir yerdə olanda quşlar uça bilir. Hər bir xüsusiyyətin digərlərindən asılı olaraq tədricən inkişaf edib, sonra da bir-biri ilə uyğun hala gəlmələri mümkün deyil. Çünki bu xüsusiyyətlərin hamısı quşun uçmasını mümkün qılmaq üçün var olan xüsusiyyətlərdir və bir-birindən müstəqil, təkbaşına bunu həyata keçirmək üçün kifayət deyillər.
BBC və NBC kanalı üçün sənədli film hazırlayan, Geologiya Birliyinin üzvü, tədqiqatçı yazıçı Riçard Milton quşun uçmasındakı dizayn üçün bunları deyir:
Amma bu nümunənin, insanların (darvinist olsun, ya da olmasın) olduqca böyük bir qisminin bölüşdüyü bir inancı təmsil etdiyinə inanıram: İnsan və digər bütün növlərin dizaynında bir qaçılmazlıq var. Quşun uçmasında, daha səmərəsiz uçmaq layihələrinin sahib olmadığı bir gözəllik və zəriflik vardır və bu, quşların yalnız havanı fəth etməsini deyil, eyni zamanda orada hakim olmasını da təmin edir.
Həmçinin bu mükəmməl forma, avtomobil və reaktiv təyyarələri kimi süni insan planlarında da aydın görünür: Onlarla il boyu keçirilən bir çox sınaq dizaynı, təcrübə süzgəcindən keçərək tək bir optimal quruluşa çatır... Bir qartalın uçması və gepardın sürətli qaçışı... Bu heyvanlar genetik sahədə istəklə bir nöqtəyə gəlməyiblər; Bunlar, yaşadıqları mühitdən ən yaxşı şəkildə istifadə edəcəkləri misilsiz bir mövqeyə çatmışdırlar.93
Quşlar uçmaq formaları və qanad quruluşları etibarilə bir yaradılış möcüzəsidir. Quşlarda bu bənzərsiz xüsusiyyətlər illərdən bəri təyyarə mühəndislərinin ilham mənbəyi olmuşdur. Ancaq quşun, bütün bu hissələrini özünün meydana gətirmədiyi çox açıq bir həqiqətdir. Eyni şəkildə, təsadüfi təsirlərlə işləyən təkamül mexanizminin bütün canlılarda mükəmməllikləri şüursuz şəkildə yaratdığını düşünmək də bir o qədər ağılsızlıqdır. Bu tikililər çox açıq bir şəkildə bir quşun uçması məqsədilə yaradılmışdır. Bu yaratma “alnından tutub nəzarət etmədiyi heç bir canlı” (Hud surəsi, 56) Uca Rəbbimiz Allaha aiddir. Allah bir Quran ayəsində belə buyurur:
Məgər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq Mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür. (Mülk surəsi, 19)
Aerodinamika elmi, bərk cisimlərin hava kimi maye qarşısındakı davranışını öyrənir. Məsələn, bir təyyarə hava içində hərəkət edərkən, hərəkətinə təsir edən müxtəlif qüvvələr ortaya çıxır. Bu “aerodinamik qüvvətlər” qarşısında, təyyarənin külək içərisində daha rahat hərəkət edə biləcəyi şəkildə dizayn edilməsi də “aerodinamik dizayndır”.
Hava içində hərəkət edən cisimlərin biri, məsələn bir təyyarənin planlaşdırıldığı şəkildə hərəkət etməsi və gözlənilməz bir qüvvə ilə, ya da müqavimətlə qarşılaşmaması üçün, havanın göstərdiyi müqavimət qanunlarına qarşı təyyarə əvvəlcədən test edilir. Bu, təyyarəyə aid bir modelin hava içində hərəkət etdirilməsi ilə və ya hərəkətsiz halda laboratoriya şəraitində üzərinə hava axını yollanması ilə baş verir. Hesablamalar, ölçülər, təcrübələr nəticəsində cismin hava içindəki hərəkəti planlaşdırılır.
Aerodinamikada ən mühüm təcrübə vasitəsi “külək tunelidir”. Test ediləcək təyyarə, raket, avtomobil, hətta, körpü və bina modelləri əvvəlcə külək tunelində sınanılır. Model cisimlər külək tunelində, sınaq sürətinə görə şiddəti tənzimlənən bir hava axınına tutulur. Bu modellərin axın içərisindəki davranışı müşahidə edərək lazımi tədbirlər görülür və modelə aerodinamik forma verilməyə çalışılır.
Aerodinamik aviasiya, kosmos işləri ilə yanaşı, avtomobil sənayesindən inşaat mühəndisliyinə qədər çox geniş sahələri əhatə edir. Məsələn, yeni inkişaf etdirilən bir avtomobil modelinin sərfəli olması (digər sözlə, az yanacaq sərf etməsi) üçün, bu model əvvəlcə külək tunelində sınanılır və hava axınına ən az müqavimət göstərəcək aerodinamik forma tapılmağa çalışılır. Quşlar isə aerodinamika elminin prinsiplərini nümayiş etdirən qüsursuz yaradılışları ilə elm adamlarını heyranlıq içində qoyurlar. Bu canlılar heç bir eksperimentlər etmədən, sonradan heç bir tənzimləməyə ehtiyac duymadan mükəmməl şəkildə uçurlar.
Quşlar və təyyarələr ümumilikdə baxdıqda eyni səbəblərdən uçurlar. Quşlar da havada süzülərkən, eynilə təyyarələr kimi havadan asılı qalırlar və qanadlar onlara itələmə gücünü təmin edir. Bununla yanaşı, quşlar qanadlarını çalaraq göy üzündə aşağı enib yüksələrkən, təyyarələrin bu hərəkət üçün güclü mühərriklərini və nəzarət sistemlərini birlikdə istifadə etmələri lazımdır. Təyyarənin qanad ucları da quş qanadlarında olduğu kimi mailidir. Amma insanların əksinə, quşlar heç bir test tətbiq etməzlər və doğulduqları andan etibarən, uçmaq əsnasında ehtiyac duyacaqları gücü təmin edən, qüvvətli qanad əzələlərinə və aerodinamika layihələrinə malikdir.
Uçmaq texnologiyasındakı fövqəladə hadisələr, uçuş mexanikası və aerodinamik sahələrində istehsal olunan nəzəriyyələr, quş uçmalarında istifadə olunan analizləri ilə mümkündür.94 Ancaq quşlar bu məlumatlara malik deyil; Həmçinin quşlar nə təhlil, ya da hesab edə bilər, nə də test uçuşları... Buna nəzərən quşlar qüsursuz şəkildə havada manevrlər edir, süzülür, sürətlənir, alçalır, birdən dayanırlar. Çünki Allah onları elmindən bir nümunə olaraq ən mükəmməl uçmaq sistemi ilə, ən yüksək texnologiya ilə yaratmışdır.
Məgər onlar Allaha tabe olub havada uçan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır. (Nəhl surəsi, 79)
Quşlarda mükəmməl uçmaq sistemləri mühəndislərə ilham mənbəyi olur. Ən münasib material və ən aşağı xərclərlə ən səmərəli layihələri hazırlamağa çalışan mühəndislər, təbiətdəki bu üstün dizaynı çox uzun zamandır təqlid edirlər. Məsələn,
Hazırda təyyarələrin havadakı qəfil manevr qabiliyyəti, quşlardakından çox geridədir. Daha yüksək manevr qabiliyyətinə malik təyyarələrin istehsal edilə bilməsi üçün, quşların havadakı aerodinamik sistemlərinin daha yüksək səviyyədə başa düşülməsi lazımdır. Amerika Beynəlxalq Elm Qurumundan Uilyam Zamer, quşlarla bağlı aparılan bir araşdırma üçün bunları deyir:
Bu araşdırma insanlara, gələcəkdə bir gün daha yaxşı quru və hava nəqliyyatı təmin edəcək vasitələr inkişaf etdirməkdə yardımçı ola bilər.96
“Reader's Digest” jurnalında dərc olunan və mövzu olaraq quşları ələ alan elmi məqalədə isə aşağıdakı ifadələrə yer verilir:
Aerodinamik möcüzə olan quşla müqayisə olunduğu zaman, ən inkişaf etmiş hava vasitəsi də yalnız kobud bir nüsxəsindən qabağa keçməz.97
Dinozavrlar və quşlar arasındakı fərqlər əvvəlki səhifələrdə toxunduğumuz istiqamətlərlə məhdudlaşmır. Bunlardan başqa, diş və caynaq quruluşları, metabolizm, kəllə sümükləri, yumurtaları kimi daha bir çox baxımdan dinozavrlarla quşlar arasında aşılmaz fərqlər vardır. Bu vəziyyət bunu göstərir: Quşlar və sürünənlər tamamilə başqa quruluşlara malikdir. Hər biri öz həyat tərzinə görə xüsusi olaraq yaradılmışdır. Əgər sürünənin bir quşa çevrilməsi iddia edilirsə, bu, nağıllardakı dəyişiklikləri xatırladacaq şəkildə birdən-birə olmalıdır. Əks təqdirdə təkamülçülərin iddia etdiyi kimi, mərhələ-mərhələ dəyişiklik canlını daha da mükəmməlləşdirməz, əksinə, mükəmməl bir canlını daha da səmərəsiz hala gətirər. Ancaq mükəmməl bir canlının genetik quruluşunun təsadüf əsəri yenidən bərpa olunaraq, bir sonrakı nəsildə bir başqa mükəmməl canlı olaraq ortaya çıxması mümkün deyildir. Alan Feduccia da dinozavrdan quşa çevrilmə iddialarında bir çox problem olduğuna bu ifadələrlə diqqət çəkir:
Uçmağın, uçmaq üçün qətiyyən səhv anatomiyaya sahib olan, qısaldılmış qabaq ayaqları və tarazlayıcı ağır quyruqları olan, belə böyük iki ayaqlılardan təkmilləşməsi, biofiziki olaraq qeyri-mümkündür.98
Alan Feduccia və özü kimi Şimali Karolina Universitetindən olan Doktor Julie Nowickinin birlikdə etdiyi son bir tədqiqatda dəvə quşu yumurtalarının inkişafını təhlil edildi. Açdıqları dəvə quşu yumurtalarında rüşeymlərin əllərinin inkişafını araşdıran Feduccia və qrupu, quşlar və teropod növü dinozavrların fərqli barmaq sıralamasına malik olduqlarını, bu səbəbdən quş “əllərinin” dinozavr əllərindən təkamül keçirməsinin qeyri-mümkün olduğunu ortaya qoydu. Amerikan Elmi İnkişaf Etdirmə Cəmiyyətinin xəbər saytında, Feduccianın ifadələri və bunun təkamülçülər üçün yaratdığı problem belə açıqlanır:
“(Feduccia) Quşların atası hər nə isə, bunun teropod dinozavrlarının üç barmaqlı əlləri yerinə beş barmaq olmalıdır” dedi... “Elm adamları dinozavrların bir, iki və üç barmaqlı “əllər” inkişaf etdirdikləri mövzusunda həmfikirdir... Bizim, dəvə quşu yumurtaları üzərində apardığımız araşdırmalar isə nəticədə quşlarda, insanlarda orta və üzük barmaqlarına bənzər yalnız iki, üç və dörd barmaq inkişaf etdiyini göstərdi, həmçinin bunu sübut edəcək, şəkillərimiz də var” dedi. “Bu, dinozavrların hazırkı quşların atası olduğunu iddia edənlər üçün yeni bir problem yaradır. Məsələn, iki, üç və dörd barmaqlı bir quş əli necə olur ki, yalnız bir, iki və üç barmaqlı bir dinozavr əlindən təkmilləşir? Bu demək olar ki imkansızdır.”99
Dəvə quşu yumurtalarının inkişaf mərhələlərini araşdıran Feduccia və Nowicki, bu araşdırmalarının nəticələrini Almanyanın qabaqcıl bioloji jurnalı “Naturwissenschaften”in avqust 2002 sayında nəşr etdilər. Araşdırmalarının sonunda quşların dinozavrlardan təkamül keçirmədiyinin dəlillərini tapdıqlarını bildirən Feduccia, əldə etdikləri nəticəni belə izah etdi:
Quşların atası hər nə idiysə, beş barmaqları vardı, teropod dinozavrları kimi üç barmaqlı deyildi.100
Alan Feduccia və A. C. Burke, “Science” jurnalında da etdikləri araşdırmalar sonunda quşların dinozavr mənşəli olduqlarını müdafiə etmənin imkansız olduğu nəticəsinə gəlmişdirlər:
Yeni araşdırma göstərir ki, quş rüşeymlərində, dinozavrlarda olan rüşeym baş barmağı gözə dəymir. Bu, hər iki cinsin bir-birinə yaxın əlaqəsinin qeyri-mümkün olduğunu göstərir.101
Bu nəticələr daha sonra məşhur elm jurnallarından “New Scientist”də “Dinosaur theory put to flight: Birds may not be descended from the ancient reptiles after all” (Dinozavr nəzəriyyəsi iflasa uğradı: Quşlar qədim sürünənlərdən gəlməmiş ola bilərlər) başlığı ilə bu sətirlər yer alırdı:
Quşların atası haqqındakı ənənəvi düşüncəyə Amerikadakı bioloqlar meydan oxuyublar. Onlara görə, dinozavr pəncələri ilə quşların qanad və ayaqları arasında edilən qarşılaşdırma, son quşların 150 milyon il əvvəl yaşayan kiçik, ət yeyən dinozavrlardan təkamül keçirdikləri nəzəriyyəsi ilə ziddir. Quşların, sürünənlərin və məməlilərin (hər birində ən çox beş (barmaq) xanası olan) dörd qolu var... Ancaq dinozavr fosilləri fərqli bir hekayə izah edir. Teropodlarda, dördüncü və beşinci xanalar böyük ölçüdə kiçilmiş ya da tamamilə yox olmuşdur. Feduccia, bu xanaları itirən heyvanların, birinci və beşinci xanalara sahib olmayan quşlara təkamül keçirməyəcəklərini iddia edir.102
Filadelfiyadakı, Pensilvanya universiteti baytarlıq məktəbində dinozavr paleontoloqu olaraq işləyən Peter Dodson da, uzun illər boyunca quşların teropodların soyundan gəldiklərini müdafiə etməsinə baxmayaraq olmasına, əks dəlillərin haqlılığına qənaət gətirir:
Son iyirmi ildir ki, geniş yayılmış olan inam bu idi. Bəzi şeyləri yaxşıca qarışdırmaq və bizi də dəlilləri yenidən baxmağa məcbur etmə məsələsində birinci dərəcəli bir iş görürlər.103
Göründüyü kimi, bir dinozavrın quşa çevrilməsi üçün barmaqlarına qədər bədəninin hər bir nöqtəsinin dəyişməsi və bir quş uçmasına imkan verəcək xüsusi dizayna malik olmalıdır. Bir dinozavrın uçan bir quşa çevrilməsi, sadəcə təbii seçmə və mutasiya kimi şüursuz mexanizmlərin, ağıl və şüur sahibi bir insanın belə görməyəcəyi bir dəyişiklikdir. Beləliklə, təkamül (qarşısındakı konkret dəlillər olmasaydı belə) ağıl və məntiq yolu ilə əsassızlığı dəfələrlə sübut edilmiş bir nəzəriyyədir. Ağlını ön mühakimələri ilə örtməyən hər kəs, bir quşa aid xüsusiyyətlərin öz-özünə ortaya çıxmayacağını, bunun ancaq yüksək ağıl və elm sahibi bir Yaradıcının əsəri olduğunu anlayacaqdır. Bu xüsusiyyətləri meydana gətirən ağıl, yerdə və göydəki hər şeyin hakimi olan Allaha məxsusdur.
Dişlər, quşlar ilə sürünənləri bir-birindən ayıran xüsusiyyətlərdən biridir. Quşlar, dişlər yerinə dimdiklərə malikdir. Ancaq keçmişdə yaşamış bəzi quşların da dimdiklərində dişlər olduğu məlumdur. Uzun zaman təkamülə dəlil kimi göstərilən bu vəziyyətin heç də zənn edildiyi kimi olmadığı, çünki quş dişlərinin çox orijinal quruluşa sahib olduğu zamanla başa düşülmüşdür. Feduccia bu mövzuda aşağıdakıları ifadə edir:
Bəlkə də teropodlarla quşlar arasındakı ən əhəmiyyətli fərq, dişin quruluşu və yerleşdirilmə forması ilə bağlıdır. Xüsusilə məməli paleontologiyasının əsasını ən çox diş morfologiyasının təşkil etdiyi qəbul edilərsə, quş və therepod dişləri arasındakı böyük fərqlərə niyə daha çox maraq göstərilmədiyi təəccübləndiricidir. Qısaca, quş dişi (Arxeopteriks, Hesperornis, Parahesperornis, Ichthyornis, Cathayornis və bütün dişli Mezozoy quşlarda görüldüyü kimi) bir-birinə olduqca oxşardır və teropod dişlərindən çox fərqlidir... Dişin tərzi, çıxış və yenilənmə forması daxil olmaqla, quşlarla teropod dişləri təməldə heç bir cəhətdən ümumi xüsusiyyətə malik deyil.104
Chapell Hilldəki Şimali Karolina Universitetindən David Williamson, 14 avqust 2002-ci il tarixli “Scientist Says Ostrich Study Confirms Bird Hands Unlike Those of Dinosaurs” (Elm adamlarına görə dəvəquşu araşdırmaları quş əllərinin dinozavrlara bənzəmədiyini təsdiq edir) başlıqlı xəbərində bunları bildirir:
Feduccia, əgər bir insan mikroskop altında bir toyuq və dinozavr skeletini müşahidə edərsə, təfərrüatlı və incə bir gözdən keçirmənin bir çox fərqi ortaya çıxardacağını söylədi. Məsələn, teropod dinozavrların qıvrılmış, mişar dişləri vardı, lakin ən qədim quşların düz, mişar
kimi olmayan mismar bənzəri dişləri vardı. Həmçinin diş implantasiyası və yenilənməsi barəsində müxtəlif bir üsulları vardı.105
Sürünənlər və quşlar arasındakı başqa bir fərqi də metabolizmləridir. Sürünənlər, heyvanlar arasında ən yavaş metabolizmə sahib olduqları halda, quşlar bu sahədəki ən yüksək rekordları əllərində tuturlar. Başqa sözlə, sürünənlər təbiətdəki ən az enerji sərf edən canlılar ikən, quşlar ən çox enerji sərf edən canlılardır. Məsələn, bir sərçənin bədən temperaturu sürətli metabolizmi səbəbi ilə bəzən 48°C-yə qədər çıxa bilər. Bir quru onurğalısına ancaq ölüm gətirəcək olan bu bədən temperaturu, quşlar üçün (enerji istehlakını, bu səbəbdən gücü artıran bir amil olaraq) həyati əhəmiyyət daşıyır.
Quşlar yorucu uçmaq hərəkəti üçün çox enerji sərf edirlər. Bu səbəblə quşlar, bədən kütlələrinə nisbətən ən çox əzələ toxumasına sahib canlılardır. Metabolizm da əzələlərin sərf etdiyi güclə doğru mütənasib olaraq nizamlanmışdır. Digər tərəfdən sürünənlər öz bədənlərinin hərarətini özləri istehsal etməz, bunun əvəzinə bədənlərini Günəşdən gələn istiliklə qızdırarlar. Bu səbəblə bədən temperaturları dairələri ilə bərabərdir və “soyuqqanlı” heyvanlar kimi qiymətləndirilirlər.
Quşlar və məməlilər isə istiqanlıdır. Bədən quruluşları, özlərini soyuqdan qoruyacaq şəkildə istilik istehsal edə biləcək, çox isti olanda da özlərini sərinlədəcək bir dizayna malikdir.
Quşların istiqanlı, sürünənlərin isə soyuqqanlı canlılar olmaları, bir-birindən son dərəcə fərqli metabolizmə malik olduqlarını göstərir. Bir canlının soyuqqanlı quruluşunun istiqanlı bir metabolizmə çevrilməsi isə qeyri-mümkündür. Bəzi təkamülçülər bu mühüm fərqlərə görə, dinozavrların istiqanlı olduqlarını iddia etməyə başlamışdılar. Ancaq hər hansı bir dəlilə əsaslanmayan bu tezisin əsassızlığını göstərən bir çox dəlil vardır.106
Əvvəla, dinozavrların bütün digər sürünənlərdən fərqli olaraq istiqanlı olduqlarını düşünmək üçün heç bir səbəb yoxdur. Fosil qeydlərində (ya da başqa bir yerdə) dinozavrların istiqanlı olub olmadıqlarını sübut edən hər hansı dəlil olub olmadığı sualına, New Mexico Təbiət Tarixi və Elm Muzeyindən Tomas E. Williamson belə bir cavab vermişdir:
... dinozavrların istiqanlı olub-olmadığını qəti olaraq sübut edən bir dəlil yəqin ki, yoxdur. Elm adamları bu sualı cavablandırmaq üçün saysız-hesabsız dəlili araşdırmışlar. Günümüzə aid soyuqqanlı və istiqanlı heyvanlar arasındakı sümük quruluşunda çox aydın bir fərq var.107
Günümüzün tanınmış paleontoloqlarından Piter Dodson təkamülçü fikirlərinə baxmayaraq, dinozavrların istiqanlı olduqları tezisinə və quşların dinozavr mənşəli olduğu fikrinə olan inamını itirmişdir:
… endotermik (istilik saxlayan) dinozavrlara qarşı soyuqluq hiss edirəm, quşların əcdadı kimi teropodlara qarşı şübhəliyəm.108
Dinozavrların istiqanlı olduqlarına dair heç bir “dəlil” yoxdur, əksinə, dinozavrlarda soyuqqanlı heyvanların bədən hərarətini keçirmək üçün istifadə etdikləri xarici mexanizmlər var.109 Lakin Darvinistlər təkamülə olan xurafat inanclarına görə, sübut varmış kimi iddialarında israr etməyə, əks dəlilləri isə görməməzlikdən gəlməyə davam edirlər.
Quşlar çox enerji sərf etdikləri üçün, yedikləri qidaları çox yaxşı həzm etməlidirlər. Belə ki, quşların həzm sistemi, qəbul olunan qidanın ən səmərəli şəkildə istifadə edilməsini təmin edən xüsusi quruluşa malikdir. Məsələn, böyüməkdə olan bala leylək, yediyi 3 kq qidayla 1 kq ağırlıq qazanar. Bu nisbət, eyni qidalarla qidalanan məməlilərdə 10 kg-a qarşılıq 1 kq çəkidir.
Quşların qan dövranı sistemi də, yenə yüksək enerji ehtiyacına uyğun olaraq yaradılmışdır. İnsanın qəlbi dəqiqədə orta hesabla 78 dəfə çırpınanda, bu say sərçədə 460, kolibridə 615-dir. Aktiv uçmaq çox yüksək enerji tələb etdiyi üçün, qan dövranı da quru canlılarına görə daha sürətli baş verir. Bu yüksək metabolik sürət və enerji sərfiyatı üçün lazım olan oksigen, xüsusi “hava tipi” ağciyərlər vasitəsilə orqanizmə alınır. Digər tərəfdən quşların dörd kameralı ürək quruluşları, sürünənlərin üç kameralı ürək quruluşlarından da olduqca fərqlidir.
İki canlı qrupunun kəllə sümükləri arasında aparılan müqayisələr də, oxşarlığa malik olmadıqları nəticəsini ortaya qoymuşdur. Polşa Zoologiya İnstitutunda Onurğalı Zoologiyası rəhbəri doktor Anjey Elzanowski, 1999-cu ildə apardığı araşdırma nəticəsində “teropod dinozavrlarının çənə və damaqlarında quşlarınkı ilə oxşar xüsusiyyətlər olmadığı” nəticəsinə gəlmişdir.110
Quşlar, sürünənlər və digər dörd ayaqlılarla müqayisədə; Kəllə sümüyü və arxa qollardakı sümüklərin çoxunun olduqca fərqli olduğu, bir-birinə qovuşmuş vəziyyətdə olduqları və ya bir qisminin heç olmadığı görülür.111
Digər yandan bütün teropodlarda V1 (oftalmik) sinirləri, digər bəzi sinirlərlə birlikdə kəllənin yanından keçirlər. Quşlarda isə eyni sinirlər kəllə sümüyünün ön tərəfindəki özlərinə aid bir dəlikdən keçirlər. Buna görə də oxşarlıq axtarmaq səyləri hər mərhələdə təkamülçülər üçün xəyal düşkünlüyüdür.
Həmçinin bir quşun üz quruluşu da sürünəninkinə heç bir şəkildə bənzəməz. Balıqlar, sürünənlər, həm suda həm də quruda yaşayan heyvanlar və bütün məməlilər ağızlarını alt çənələrini aşağıya endirərək açırlar. Üst çənələri oynamaz; Çünki üst çənələri sifətlərinin sabit hissəsidir. Ancaq quşlar çənə yerinə dimdiyə malikdir və digər heyvanlardan fərqli olaraq alt dimdiklərini aşağıya doğru endirdikləri kimi üst dimdiklərini da qaldıra bilirlər.
Quşların və sürünənlərin yumurtlamaları, təkamülçülər tərəfindən (digər bütün aşılmaz fərqlər istisna edilərək) bir oxşarlıq dəlili kimi irəli sürülmüşdür. Ancaq burada da qərəzli fikirlərin səbəb olduğu yanlış qənaətlər var. Həşəratlar, suda-quruda yaşayanlar, bir çox balıq və iki məməli növü eyni şəkildə yumurtlayır. Amma fərqli növlərdəki canlıların yumurtaları bir-birindən fərqlidir.
Quş yumurtalarının kövrək qabıqları var. Sürünən yumurtalarının isə qabıqları sərt olur. Bütün quşlar yumurtlayır, amma bütün sürünənlər yumurtlamır. Bəzi sürünən balaları (kərtənkələ və ilanlar) isə bala məməlilər kimi doğurlar. Beləliklə “dinozavrlar və quşlar yumurta qoyurlar, elə isə bir-birindən törəmişlər” şəklindəki səhv bir nəticə ilə, düzgün nəticəyə gəlmək mümkün deyil.
Həmçinin quşlar kəlləsinə və fəqərələrdən əmələ gələn bir onurğaya malik olmalarına görə “onurğalıdır”. Quşların ayaqları ilə birlikdə qanadları da sayılarsa 4 oynaqları var, buna görə quşlar “dörd ayaqlıdır” (tetrapod). Quşlar yumurta qoyduqdan sonra bala quş, amnion ehtiva edən bir pərdə sistemi ilə qidalanır. Buna görə quşlar, eyni zamanda “amniotesdir” (quş, sürünən və ya məməli kimi embrionik inkişaf zamanı bir amnion və koryana malik olan hər hansı bir onurğalı heyvan).112 Quşlar bu xüsusiyyətləri baxımından da dinozavrlardan tamamilə ayrılırlar.
Allah bütün canlılar kimi quşları da qüsursuz şəkildə yaratmışdır. Bu həqiqət, hər detalda özünü müəyyən edir. Quşların orqanizmləri uçmadakı tarazsızlığı əngəlləmək üçün xüsusi yaradılışla var edilmişdir. Heyvanın uçuş zamanı önə doğru əyilməsinə mane olmaq üçün, başı xüsusi olaraq yüngül yaradılmışdır: Bir quş kəlləsinin orta hesabla çəkisi, bədən çəkisinin yalnız 1%-ni yaradır.
Tüklərin aerodinamik quruluşu da quşların tarazlıq sistemindəki əhəmiyyətli xüsusiyyətdir. Xüsusilə qanad və quyruq bölgələrindəki tüklər, quşa çox təsirli tarazlıq sistemi təmin edir. Tüklərin qanadlarda tərkibindəki simmetriya da bu tarazlığı təmin edən amillərdən biridir. Bütün bu xüsusiyyətlər, məsələn, bir şahinin (falcon pereginus) saatda 300 km sürətlə ovuna gedərkən, heç bir şəkildə tarazlığını dəyişməməsini təmin edir.
Quşları quru canlılarından ayıran bu xüsusiyyətlərin heç biri təsadüfi mutasiyalarla meydana çıxmaz. Əgər təsadüf əsəri bu xüsusiyyətlərdən hər hansı birinin mutasiyalarla meydana gəldiyi fərz edilsə belə (bu imkansızdır) bu xüsusiyyət tək başına heç bir məna ifadə etməyəcək. Uçmaq üçün lazım olan yüksək miqdarda enerjini təmin edən metabolizmin yaranması, hava surəti bir ağciyər olmadan heç bir işə yaramayacaq, əksinə, kifayət qədər oksigen qəbulundan dolayı canlının boğularaq ölməsinə yol açacaqdır. Əvvəlcə hava tipi ağciyərin yaranması vəziyyətində isə, canlı həddindən çox oksigen alacaq, bunun nəticəsində yenə də zərər görəcəkdir.
Bir başqa imkansızlıq isə skelet quruluşundan qaynaqlanır: Quş, bir şəkildə hava tipi ağciyərə və uyğun metabolizmə malik olsa belə, yenə də havaya qalxmayacaq. Çünki canlı nə qədər güclü olursa-olsun, bir quru canlısının ağır və nisbətən istisna skelet quruluşu ilə havaya qalxması mümkün deyil. Qanadların yaranması isə, əvvəldə də dediyimiz kimi, ayrı və yenə qüsursuz “yaradılış” tələb edir. Məşhur mütəfəkkir və yazıçı Artur Koestler, Darvinist təkamül nəzəriyyəsini tənqid edən “Janus: A Summing Up” (Janus: Qısa analiz) adlı kitabında, bu mövzu ilə bağlı belə şərh etmişdir:
Eyni şəkildə soyuqluq doğuran bir fikir də, keçmiş zamanlara aid bəzi sürünənlərin, müxtəlif orqanları təsir edən təsadüfi mutasiyaların səbəb olduğu kiçik, dərəcə-dərəcə dəyişikliklərlə quşlara çevrilməsidir. Həqiqətən də insan, sadəcə zamanlı olaraq pulcuqların tüklərə, qatı sümüklərin içi oyuq orqanlara çevrilməsi, bədənin fərqli bir çox hissəsində hava kisələrinin inkişaf etməsi, atletik nisbətlərdə çiyin əzələləri və sümüklərinin inkişafı üçün Monodun çarxının neçə dəfə dönməsi lazım olduğunu düşünsə, tükləri ürpənər. Və fiziki quruluşunun belə viran edilməsi, ifrazat kimi daxili sistemlərdəki əsas dəyişiklikləri də bərabərində gətirir. Quşlar... azotlu tullantı maddələrini ağır bir yağın içində sulandırmaq əvəzinə, bunu kloaka yolu yarı-qatı bir vəziyyətdəki böyrəklərdən bayıra atırlar. Eyni zamanda kor təsadüflə soyuqqanlılıqdan istiqanlılığa kiçik(!) keçid problemi var. Havada uçan sürünən meydana gətirmək... üçün lazım olan xüsusiyyətlərin sonu yoxdur.113
Bütün bunlar bizi tək bir nəticəyə çatdırır: Quşların dinozavrlardan təkamül keçirmiş olmaları imkansızdır, çünki belə bir təkamülü meydana gətirəcək və iki canlı qrupu arasında böyük fərqləri aradan qaldıra biləcək bir mexanizm yoxdur. Bunu təkamülçü elm adamları belə qəbul edirlər. Bu dəlillər bir daha “dino-quş” fərziyyəsinin Darvinist əfsanələrdən biri olduğunu göstərir.
Quşların uçmasında itələyici gücün təmin edilməsi, canlılardakı ən təsirli istiqamətlərdən biridir. Quşların uçmasında texnoloji olaraq təqlid edilə bilməyən bir çox çözüm var. Bir təyyarə havada qalmaq üçün olduqca yüksək uçuş sürətinə malik olmalıdır. Lakin quşlar daha yavaş uçmaq üçün qanad çalmasından qaynaqlanan yuxarı hava axınından da istifadə edirlər. Quşun qanadları bir tərəfdən pərvanə kimi hərəkət edərkən, bir tərəfdən də daşıyıcı səth vəzifəsi görər. Bu funksiyanın səmərəsi olduqca yüksəkdir və texnoloji imkanlarla hələ də əldə edilə bilmir.
Quşların uçuşları zamanı uğurla öhdəsindən gəldikləri çox sayda problemdən biri enerji istifadəsidir: Fiziki, texniki və bioloji hər cür əməliyyatın həyata keçirilməsi üçün, enerji qanununa əsasən müəyyən miqdarda enerjiyə ehtiyac var. Miqrasiya edən quşların da səyahətlərini reallaşdırmaları üçün kifayət qədər enerjini yağ kimi bədənlərində saxlamaları lazımdır. Ancaq eyni zamanda quşların bədənlərinin mümkün qədər yüngül olması lazım olduğu üçün hər cür lazımsız yükdən də təmizlənməsi zəruridir. Bu səbəblə yanacaq istehlak sahələrində dolayısıyla uçuş surətlərində son dərəcə həssas tarazlıq var. Əgər quş çox ləng uçsa, hərəkətverici qüvvə yaranması üçün həddindən çox yanacaq sərf edəcəkdir. Əgər çox sürətlə uçarsa, o zaman da havanın sürtünmə qüvvəsinin öhdəsindən gəlmək üçün daha çox enerji sərf edəcəkdir. Bu səbəblə ən az yanacaq istifadəsi üçün ən uyğun sürətin nizamlanması lazımdır və quş ancaq bu xüsusi sürəti əldə etdiyi təqdirdə qənaətcil uça bilər. Bədəninin və qanadlarının aerodinamik quruluşuna bağlı olaraq hər quşun özünəməxsus ən münasib (optimal) uçuş sürəti var. Bu bir Aztek dəniz göyərçini üçün saatda 45 km, Parakeet tutuquşu üçün isə saatda 41.6 km-dir. Həmçinin quşlar enerji sərfiyatı təmin edən bu ideal uçuş sürətlərini davamlı olaraq qoruyurlar. (http://www.100megsfree4.com/farshores/nflight.htm). Bunu necə etdikləri, quş alimlərin hələ də həll edə bilmədikləri suallardan biridir.
Məsələn, bir Çovdarçıkimi quşu çox həssas hesab tələb edən yanacaq istifadəsi ilə uçur. Çovdarçıkimi quşları (Pluvalis dominica fulva) qışı keçirmək üçün Alyaskadan Havay adalarına köç edirlər. Bunun üçün okean üzərindən dincəlmədən fasiləsiz uçmaları lazımdır, çünki marşrutları üzərində ada yoxdur və üzən quşlardan da deyillər. 4.000 kilometrlik yolu 88 saatda qət edərkən, qanadlarını 250.000 dəfə dayanmadan çalırlar. Bədən çəkiləri olan 200 qramın 70 qramı yanacaq kimi istifadə edilir.
Aparılan hesablamalara görə bu quş uça bilməsi üçün lazım olan hərəkətverici qüvvəsini və istiliyi əldə etmək üçün saatda bədən çəkisinin 0,6%-ni istifadə edir. Bu vəziyyətdə 72 saat sonunda (yol üçün lazımlı zamanın 81%-də) bütün yanacağı olan 70 qram yağı tükənəcəkdir. Bu da quşun bitiş nöqtəsinə gəlmədən 800 km əvvəl, okeana düşəcəyi mənasına gəlir. Ancaq çovdarçıkimi quşları belə bir vəziyyətlə üzləşməzlər. Çünki bu quşlar “V” düzülüşü yaradaraq kütləvi surətdə uçurlar, beləliklə 23%-lik bir enerji qənaəti əldə edirlər. 88 saatın sonunda, geriyə 6,8 qram yağları qalır. (http://www.100megsfree4.com/farshores/nflight.htm) Ancaq bu qalan yağ da lazımsız deyil; Küləklərin tərs istiqamətlərdən əsəcəyi çətin vəziyyətlər üçün tədbir kimi saxlanır. Göründüyü kimi, kiçik bir quş minimum yanacaqla son dərəcə çətin bir yolu həyata keçirir. Alman Federal Fizika və Texnologiya İnstitutunda rəhbər olan professor Verner Gitt, bu quşların yanacaq istifadəsindəki qənaətləri qarşısındakı heyranlığını belə dilə gətirir:
Fövqəladə dərəcədə aşağı yanacaq istifadəsi var ki, saatda öz ağırlığının sadəcə 0,6%-ni yandırır. Bu, insan istehsalı hava vasitələri ilə müqayisədə çox parlaqdır. Eyni nisbət vertolyot üçün 5% və bir reaktiv təyyarəsi üçün də 12%-dir. (http://www.100megsfree4.com/farshores/nflight.htm)
Bu rəqəmlərin əldə edilməsi üçün mövzusunda mütəxəssis insanların mürəkkəb hesablar etmələri lazım olduğu düşünülsə, bir quşun belə xətasız bir yanacaq hesabını öz-özünə əldə etməsinin mümkün olmadığı mövzusunda hər kəs həmfikir olacaq. Həmçinin buradakı diqqətçəkən digər bir məqam da quşun uğursuzluqla nəticələnən hər uçmağının, onun ölümü anlamına gəlməsidir. Bu uçuş üçün ən ideal yanacaq istifadəsini sınama-yanılma ilə öyrənməsi, təcrübələrini özündən sonrakı nəsillərə ötürməsi kimi bir vəziyyət də yoxdur. Ona görə bu quşun həyatı təhlükə daşıyan belə uzaq və çətin bir uçuşu həyata keçirməsi üçün, doğulduğu andan etibarən ən ideal uçuşu həyata keçirə bilən olmalıdır. Bir quşun aşağıdakı məlumatlara öz-özündən malik olması və bu məlumatları istifadə etməsi də əlbəttə ki, mümkün deyil:
Heç bir təsadüfi, şüursuz mexanizm bir quş üçün ən ideal uçuş formasını, sürətini, nə qədər yanacağa ehtiyacı olacağını müəyyən edə bilməz. Şüur və ağıldan məhrum, qərar vermə, mühakimə kimi qabiliyyətləri olmayan bu canlıların son dərəcə ağıllı plan və texnikalarla uçmaları, buna uyğun bədən quruluşuna malik olmaları tək bir həqiqətlə izah oluna bilər: Bu canlılar yaradıldıqları ilk andan etibarən onlara verilən ilhamla hərəkət edirlər. Onlar hər şeyi yaradan Rəbbimizin əmri və nəzarəti ilə həyatlarını davam etdirirlər.
Xüsusilə arxeoloji qazıntılar sahəsinə baxanda çox konkret bir həqiqətlə qarşılaşırıq: Təkamül heç vaxt baş verməyib; Bütün canlılar, özlərinə xas bədən quruluşları, heç bir təkamül əcdada malik olmadan fosil izlərində birdən-birə çıxmışlar. Yəni fosillər, təkamülün heç bir zaman baş vermədiyini göstərir. (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, Təkamül aldatması və Həyatın həqiqi mənşəyi) Xüsusilə də quşlar, fosilləri çox yaxşı qorunduğu üçün, təkamül iddialarını çürüdən dəlillər baxımından olduqca zəngindir.
150 ildir aparılan geniş miqyaslı araşdırmalara və geniş imkanlara baxmayaraq, təkamül nəzəriyyəsini dəstəkləyən tapıntılar heç cür ortaya çıxmır. Halbuki, əgər təkamül deyilən bir proses baş vermiş olsaydı, bu məsələdə sayılmayacaq qədər çox dəlil olmalı idi. Belə ki, Darvindən bu yana bir çox elm adamı, çox sayda dəlil olmalı olduğunu, amma bunların heç cür olmadığını qəbul edir. Molekulyar bioloq Maykl Denton bu məsələ ilə bağlı bunları ifadə edir:
Əgər təkamül həqiqətən keçmişdə baş vermiş olsaydı, qayaların arasında gizlənmiş çoxsaylı ara keçid forması olmalı idi. Bunun əvəzinə təkamülçülər, milyardlarla məlum olan skelet içindən yalnız az sayda namizədi nümunə olaraq göstərə bildi. Bunlar əksəriyyətlə hava tənəffüs edən balıqlar, məməliyə bənzəyən sürünənlər, Arxeopteriks, atlar və yaxın zamanda tapılan guya yeriyən balinalardır. Bunlar daha yaxından tədqiq edildiyində, dəlil olmadıqları aydın olur. Ya geoloji zamanda yerləri yoxdur, ya da öz başlarına ayrı-ayrı növlərdir və ya hər ikisi də keçərlidir. (Michael Denton, Evolution: A Theory in Crisis, Burnett Books, London, 1985, səh. 368)
Təkamül nəzəriyyəsinə görə milyonlarla yarı-sürünən yarı-quş canlı yaşamış olmalıdır. Sadəcə bu canlı qruplarının arasında deyil, təbiətdəki milyonlarla fərqli canlı qrupu arasındakı bütün fərqlərin də, yarım canlılarla mərhələ-mərhələ bağlanmış olmalıdır. Beləliklə, əgər təkamül prosesi baş vermiş olsaydı, bu keçid formalarından yüz minləri, hətta milyonu fosilləşərək günümüzə çatmış olmalı idi. Çünki bu ara formalar, hazırda yaşayan növlərdən sayı və növ olaraq daha çox zəngin olmalıdır.
Ancaq bir əsrdən çoxdur ki, hərarətlə davam etdirilən “ara keçid forması tapmaq” səylərinə baxmayaraq, istənilən fosillərdən biri də tapılmamışdır. Təkamülçülərin bu məsələdə apardıqları “etiraflardan” bəziləri olduqca heyranedicidir. Bu etirafların başında nəzəriyyənin qurucusu Çarlz Darvinin sözləri gəlir. Darvin, “Növlərin mənşəyi” adlı kitabında ara keçid formaları mövzusundakı ümidsizliyini belə ifadə edir:
Növlər başqa növlərdən bilinməyən mərhələlərdən keçərək artdısa, niyə hər yerdə saysız-hesabsız keçid formalarına (ara keçid formalarına) rast gəlmirik? Bu gün gördüyümüz növlər yerinə təbiətdə niyə formaların qarmaqarışıqlığı ilə qarşılaşmırıq? (Charles Darwin, Türlerin Kökeni, səh. 18)
Darvindən sonra, 19-ci əsrin son rübündə və 20-ci əsr boyunca böyük bir hərarətlə davam edən ara forma tapmaq cəhdləri isə uğursuzluqla nəticələnmişdir. Məşhur təkamülçü paleontoloq Derek W. Ager isə, “Problemimiz budur: Fosil izlərini tədqiq etdikdə növlər və ya siniflər səviyyəsində olsun, davamlı olaraq eyni həqiqətlə qarşılaşırıq; Mərhələli təkamüllə inkişaf edən deyil, birdən-birə yer üzündə əmələ gələn qruplar görürük” deyərək, fosil qeydlərinin təkamülə qarşı olduğunu etiraf edir. (Derek A. Ager, "The Nature of the Fossil Record", Proceedings of the British Geological Association, cild 87, 1976, səh. 133)
Bir başqa təkamülçü paleontoloq Mark Czarnecki də, fosil izlərinin təkamülü deyil, yaradılışı dəstəkləyir xüsusiyyətində olduğunu belə etiraf edir:
Nəzəriyyəni (təkamülü) sübut etməyin qarşısındakı ən böyük maneə, hər zaman üçün fosil izləri olmuşdur... Bu izlər heç vaxt Darvinin fərz etdiyi ara formaların izlərini ortaya qoymamışdır. Növlər ani əmələ gəlir və yenə ani yox olurlar. Bu gözlənilməz vəziyyət, növləri Allahın yaratdığına dəstək təmin etmişdir. (Mark Czarnecki, "The Revival of the Creationist Crusade", MacLean's, 19 yanvar 1981, səh. 56)
Bu günə qədər təkamülçülərin təkamülün dəlili olaraq təqdim etdikləri fosillərin bir çoxunun ya saxta olduğu başa düşülmüşdür, ya da təkamülçülərin fosillər üzərində qərəzli və elmi üsullara uyğun olmayan izahlar etdikləri ortaya çıxmışdır. (Bu təhriflər sonrakı fəsillərdə ətraflı danışılacaqdır). Bu gün təkamülçülərin təkamülün dəlili olaraq irəli sürəcəkləri bircə fosil nümunəsi belə yoxdur. Belə ki, məşhur təkamülçü alimlərdən və Oksford Universiteti zooloqlarından olan Mark Ridley, təkamülçü alimlərə belə bir tövsiyə verir:
Həqiqi təkamülçü heç bir zaman, yaradılışa qarşı təkamül nəzəriyyəsinə əsas olaraq fosil qeydlərini istifadə etməz. ("Who Doubts Evolution?", New Scientist, cild 90, 25 iyun 1981, səh. 831)