Darvin 1859-cu ildə “Origin of Species” (Növlərin mənşəyi) adlı kitabını nəşr etdikdən sonra, onun iddialarını təsdiqləyəcək keçid forması axtarışı başladı. 1861-ci ildə Bavariyadaki Solenhofen əhəngdaşı tapılan ilk Arxeopteriks fosili də, Darvinistlər üçün nəzəriyyəni yaşadacaq xilaskar fosil olaraq görüldü. “Qədim zamanlardan qalma qanad” mənasına gələn Arxeopteriksin skeleti, nadir tapılan, çox qiymətli skelet olaraq bir bank kassasında qoruma altına alınıb. 30 sm uzunluğunda, bir qarğa böyüklüyündə olan bu fosilin Darvinistlər üçün əhəmiyyəti, fosil üzərindəki quş və sürünənə aid olduğu iddia edilən xüsusiyyətlərdən irəli gəlirdi. Bir növ həvəs və düşüncə ilə bu fosil ara keçid forması kimi təqdim olundu və təkamül nəzəriyyəsinə qəti dəlil kimi əks etdirilərək bir çox muzey sərgisində və dərs kitablarında yerini aldı. Ancaq bu fosilin yozumu haqqında edilən iradlar və ortaya qoyulan ziddiyyətlər görməzlikdən gəlindi.
Arxeopteriksin özünəməxsus bir sıra xüsusiyyətləri, onun təkamülçülər tərəfindən sürünənlərdən quşlara bir keçid canlısı olaraq şərh olunmasına səbəb oldu. 150 milyon illik, nəsli kəsilmiş bir quşa aid olan bu skeletin, quşlardan çox uzun zaman əvvəl yaşamış, yarı-sürünən yarı-quş xüsusiyyətləri daşıyan bir canlıya aid olduğu irəli sürüldü. Arxeopteriksin ön ayaqlarındakı tüklü pəncələr, ağzındakı dişlər və sümüklü sürünən bənzəri olan quyruğu, təkamül nəzəriyyəsinin qərəzli şərhlərinə məruz qaldı. Sözügedən oxşarlıqlar səbəbi ilə Arxeopteriksin dinozavrlardan törədiyi fikri, ilk dəfə 1870-ci ildə Darvinin fikirlərinin müdafiəçilərindən olan Tomas Haksli tərəfindən ortaya atıldı.114
Təkamül nəzəriyyəsinə görə Velociraptor və ya Dromeozavr adı verilən kiçik quruluşlu dinozavrların bir qismi, ağacların hündür sahələrindən ovlarının üstünə tullanarkən, zamanla qanadlanıb uçar hala gəlmişdi. Arxeopteriks, guya dinozavr atalarından ayrılan və yeni-yeni uçmağa başlayan ilk növ idi. Bu hekayə hər təkamülçü nəşrdə yer alır. Halbuki Arxeopteriks fosilləri üzərində aparılan son tədqiqatlar bu canlının qətiyyən bir ara keçid forması olmadığını, sadəcə, dövrümüzün quşlarından bir az daha fərqli xüsusiyyətlərə sahib, nəsli tükənmiş bir quş növü olduğunu isbat edir. Arxeopteriksin indiki quşlardan fərqsiz skeletə, tük quruluşuna və uçuş əzələlərinə sahib olduğu və uğurlu şəkildə uçduğu, bu gün elm dünyasının ortaq qəbuludur. Həmçinin elmi dəyərləndirmələr sübut etmişdir ki, Arxeopteriks sahib olduğu sinə sümüyü115 və asimmetrik tük quruluşu ilə116 tam olaraq uçucu quşdur. Ümumiyyətlə, təkamülçü iddiaların əksinə, dişlərinin olması isə onun bir dinozavr olduğunu göstərməz.117
Qısacası Arxeopteriks bir sıra özünəməxsus xüsusiyyətlərindən dolayı, yarı-sürünən yarı-quş bir “ara forma” ola bilməz. Xüsusilə 1992-ci ildə tapılan yeddinci Arxeopteriks fosili, bu məsələni dəqiqləşdirmiş, daha əvvəl “sürünən oxşarlığına” əsaslanaraq ortaya atılan təkamülçü iddiaları çürütmüşdür. Elm yazarı Riçard Milton da Arxeopteriks haqqındakı iddiaların əsassızlığına belə toxunur:
Şübhəsiz Arxeopteriks kəşf edilən mühüm fosil olsa da, hazırda bu önəmin tam olaraq nə olduğunu demək çətindir. Daha da əhəmiyyətlisi; Darvinistlər üçün bunun, təbii seçmə ilə yanaşı yeriyən təsadüfi genetik mutasiya mexanizmini dəstəklədiyini irəli sürmək mümkün deyil. Arxeopteriks bu mexanizmlərin heç biri üçün dəlil təşkil etmir, çünki fosil izlərində, eynilə Eohippus kimi tanınmayan, birbaşa atası və nəsli olmayan, tamamilə təcrid bir fosildir.118
Günümüzdə Arxeopteriksin bir keçid forması olmadığı başa düşüldüyündən, bir çox təkamülçü artıq yeni bir dəlil axtarışına girmək lazım olduğu haqqında həmfikirdir. Alan Feduccia Arxeopterikslə bağlı təkamülçü iddiaların yanlışlığını belə ifadə edir:
Paleontoloqlar Arxeopteriksi yerdəki tüklü dinozavrlara çevirməyə çalışdı. Amma çevrilmədi. O bir quş, yüksək yerdə oturan bir quş. Heç bir şayiə bunu dəyişdirməyəcək.119
Yale Universiteti, Geologiya Kafedrasının professoru Con H. Ostrom bir təkamülçü olmasına baxmayaraq, iddiaların dəlilsiz olduğunu özü də qəbul edir:
Zdenek Burian, quşlardakı uçmağın təkamülündə Arxeopteriks əvvəli pillənin, ki ümumiyyətlə Pro-avis (uçmaq əvvəli) olaraq adlandırılır, yenidən düzənlənməsini etmişdir. Hər hansı bir Pro-avisə aid heç bir fosil dəlili yoxdur.120
Bir başqa təkamülçü elm adamı Kolin Patterson, bu cür iddiaların elmdən uzaq olduğuna bu ifadələrlə toxunur:
Arxeopteriks bütün quşların əcdadıdır mı? Bəlkə hə, bəlkə də yox: Bu suala cavab verməyin heç bir yolu yoxdur. Bir növün digərini necə ortaya çıxardığı və mərhələlərin təbii seleksiya ilə necə yaradıldığının səbəblərini tapmaq üçün hekayələr uydurmaq kifayət qədər asandır. Lakin bu cür hekayələri testə tabe tutma imkanı olmadığından elmin parçası deyillər.121
Sonrakı səhifələrdə incəliklərinə toxunacağımız bu səbəblərə görə, Arxeopteriksi “ibtidai quş” kimi təsvir edən təkamülçü fikir yanlışdır. Amma bu fosilin Darvinistlər üçün əvəzolunmaz əhəmiyyəti var: Bu əhəmiyyət, xəyali təkamül prosesinə bir dəlil olmasından deyil, üzərində rahatlıqla spekulyasiya edilə bilməsindən irəli gəlir. Əsassızlığı dəfələrlə sübut edilməsinə baxmayaraq, bu fosil mümkün olan hər fürsətdə çox mühüm bir dəlil kimi gündəmə gətirilir. Çünki təkamül nəzəriyyəsinin təməl iddiasını təşkil edən ara keçid fosilləri heç cür tapılmır. Sanki bir “xilaskar” kimi görülən və təkamülçülərin istifadə edəcəklərini güman etdikləri yeganə nümunə olması baxımından Arxeopteriksin gözdən çıxarılması, təkamül nəzəriyyəsinə ağır zərbə olacaq. Buna görə də Arxeopteriksin hələ də bir dəlil kimi təqdim olunması, elmi deyil, doqmadan əl çəkməmə vəziyyətidir.
Təkamülçülər 19-ci əsrdən bu yana Arxeopteriks haqqında spekulyasiya edirlər. Ağzında dişlərin, qanadlarında pəncəyə bənzər dırnaqların var olması və uzun quyruğu, fosilin bu aspektlərdən sürünənlərə bənzədilməsinə səbəb olmuşdur. Bir çox təkamülçü Arxeopteriksi “ibtidai quş” kimi təsvir etmiş, hətta bu canlının quşlardan çox sürünənlərə yaxın olduğunu iddia etmişdir. Ancaq bu əfsanənin çox səthi olduğu; canlının qətiyyən “ibtidai quş” olmadığı, əksinə skelet və tük quruluşunun uçmağa son dərəcə əlverişli olduğu, sürünənlərə bənzədilən xüsusiyyətlərinin tarixdə yaşamış və hətta dövrümüzdə yaşayan digər bəzi quşlarda da olduğu zamanla ortaya çıxmışdır.
Günümüzdə tanınan ornitoloqlardan (quş alimlərindən) biri olan Alan Feduccia da bu fikri müdafiə edir, Arxeopteriksin quşların ibtidai atası olduğu fikrinə qarşı çıxır.122 Feduccianın bildirdiyi kimi; “Arxeopteriksin müxtəlif anatomik xüsusiyyətlərini araşdıran yeni tədqiqatçıların bir çoxu, bu canlının daha əvvəl xəyal ediləndən daha çox quşabənzər olduğunu göstərmişdir “və “Arxeopteriksinteropod dinozavrlara olan oxşarlığı çox böyük dərəcədə şişirdilmişdir.”123
Arxeopteriks dövrümüzün quşlarından fərqli bəzi xüsusiyyətlərə malikdir, ancaq uçucu quş olduğunu göstərən xüsusiyyətləri ilə həqiqi bir quşdur. Arxeopteriksin bir sıra özünəməxsus xüsusiyyətlərə malik olması, bu canlının “ara forma” olduğunu göstərmir. Arxeopteriksin yalnız nəsli kəsilmiş bir quş növü olduğunun və yarı-dinozavr yarı-quş kimi ara keçid forması olmadığının dəlilləri qısaca belədir:
Dinozavrlar körpücük sümüyünə malik deyil, ancaq bütün quşlar kimi Arxeopteriks də kiçik körpücük sümüyünə malikdir. Anatom Devid Menton, Arxeopteriksin körpücük sümüyündən bu ifadələr ilə söz edir:
Arxeopteriks güclü körpücük sümüyünə (furkula sümüyünə) malikdir. Quşlar uçduqca hərəkət edən X-ışığı üsulu istifadə edilərək, yaxın zamanda edilən bəzi təsirli işlər, (quşun) çiyin kəmərinin uçuş zamanı, cinah zərbələrinin inanılmaz qüvvəsinə qarşı qoymaq üçün, necə çevik olması lazım olduğunu göstərir. Həqiqətən də hər qanad zərbəsində körpücük sümüyünün necə əsnədiyini görə bilərsiniz.124
1990-cı illərə qədər Arxeopteriksin “sternum”unun, yəni sinə sümüyünün olmaması, canlının uça bilməyəcəyinin ən əhəmiyyətli dəlili kimi göstərilirdi. (Sinə sümüyü, uçmaq üçün lazım olan əzələlərin yapışdığı, sinə qəfəsinin altında olan sümükdür. Hazırda uça bilən və ya uça bilməyən bütün quşlarda, hətta quşlardan çox ayrı sinifə aid olan uça bilən məməli yarasalarda belə bu sinə sümüyü vardır.)
Ancaq 1992-ci ildə tapılan yeddinci Arxeopteriks fosili, bu mübahisənin yanlış olduğunu göstərdi. Çünki bu son tapılan Arxeopteriks fosilində, təkamülçülərin çox uzun zamandır yox saydıqları sinə sümüyü var idi.125“Nature” jurnalında bu yeni tapılan fosil belə izah edilir:
Axırıncı tapılan yeddinci Arxeopteriks fosili, uzun zamandır varlığından şübhə edilən, lakin heç bir zaman sübut oluna bilməyən dördtərəfli sinə sümüyünün varlığına işarə edir. Bu canlının uzun məsafələrə uçuş bacarığı hələ də şübhə altındadır, ancaq sinə sümüyünün varlığı, güclü uçuş əzələlərinin olduğunu göstərir.126
Alan Feduccia isə bu məsələ ilə bağlı bu şərhi verir:
Arxeopteriksin sağlam körpücük sümüyü (furkulası), yaxşı inkişaf etmiş bir sinə əzələsi (pectoralis) üçün uyğun çıxış nöqtəsi yaradacaqdı. Buna görə də Arxeopteriksin bir quru heyvanı olduğu iddiası etibarsız olmuşdur. Arxeopteriksin sinə kəmərində, onun qüvvətli uçucu olmasını əngəlləyəcək bir şey yoxdur.127
Bu tapıntı, Arxeopteriksin tam uça bilməyən yarı-quş olduğu istiqamətindəki iddiaların ən əsas dayağını etibarsız etmişdir.
Arxeopteriksin həqiqi mənada uça bilən bir quş olduğunun ən əhəmiyyətli dəlillərindən biri də heyvanın tüklərinin quruluşu oldu. Arxeopteriksin hazırkı quşlarınkından fərqsiz olan asimmetrik tük quruluşu, canlının mükəmməl olaraq uça bildiyini ortaya qoydu. Məşhur paleontoloq Karl O. Dunbarın qeyd etdiyi kimi, “Tüklərinə görə bu məxluq (Arxeopteriks) tam bir quş xüsusiyyəti göstərirdi”.128 Paleontoloq Robert Carroll isə mövzu haqqında belə şərh edir:
Arxeopteriksin uçuş tüklərinin həndəsəsi, müasir uçucu quşlarınkı ilə tamamilə eynidir, uçucu olmayan quşların isə tükləri simmetrikdir. Tüklərin qanad üzərindəki sistemi də müasir quşlarınkı ilə oxşardır. Van Tyne və Bergerə görə Arxeopteriksin qanadlarının ölçüsü və forması, toyuq cinsindən quşlar, vəhşi göyərçinlər, ağacdələnlər, cüllütlər və oxuyan quşların çoxu kimi, bitki örtüyünün məhdud açıqlıqları boyunca hərəkət edən quşlarınkına oxşardır. Uçuş tükləri ən az 150 milyon ildən bəri dəyişməzdir (dəyişməmişdir).129
Alan Feduccia da, Arxeopteriksin uça bilən bir quş olduğunu bildirərkən canlının asimmetrik tüklərinə diqqət çəkir:
Asimmetrik tüklərin mənası, bu canlıların uçmaq qabiliyyətinə malik olmalarıdır. Dəvəquşu kimi uça bilməyən quşlar, simmetrik tükləri olan qanadlara malikdirlər.130
Anatom David Menton isə, Arxeopteriksin tüklərinin mürəkkəbliyini vurğuladıqdan sonra, bəzi təkamülçülərin canlını qismən pulcuqlu kimi göstərmə səylərinin aldadıcılığına belə diqqət çəkir:
... Tüklər yalnız quşun səthinə tətbiq olunmamışdır. Tüklərin liflərlə sümüklərə bağlandıqları yerlərdə, kiçik “çıxıntılar” görürük. Buna görə Arxeopteriksdə əsas və ikinci qanad tükləri müvafiq sırası ilə “el”ə və “ulna”ya bitişdirilmişdir. Və quyruqdakı tüklər 20 fəqərənin hər birinə diqqətlə bağlanmışdır. Bu quşun ayaqlarında və bədənində çoxsaylı xırda tüklər var və başının da tüklərlə örtülü olduğuna dair güclü sübutlar var. Ancaq Arxeopteriksin və ya onun xəyali atalarının rəsmlərinə baxanda, rəssamların əksəriyyəti pulcuqlu baş göstərdiklərini görərsiniz.131
Bəzi təkamülçü alimlər, Arxeopteriksin tük quruluşundakı bəzi xüsusiyyətləri irəli sürərək, bu canlının “ağaclara dırmaşıb oralardan planer kimi süzülən və ya qanad çalaraq yerdən qısa müddətdə havaya qalxan bir dinozavr” olduğunu iddia etmişlər. Halbuki Arxeopteriksin mükəmməl quruluşda və asimmetrik tüklərinin olduğu, geridə qoyduğu bütün qalıqlardan başa düşülür.
Arxeopteriksin qanadlarının və qanad tüklərinin şəkli və ümumi nisbəti dövrümüzün quşları ilə eynidir. Arxeopteriksin sahib olduğu qanad quruluşunun 150 milyon ildir (Yura dövründən bəri) bir dəyişikliyə uğramamış olması, Arxeopteriksin qanadlarının uçuşa uyğun olaraq yaradıldığını göstərir. Arxeopteriksin uça bilmədiyini söyləyənlər, onun qanad tüklərindəki asimmetrik quruluşa açıqlama gətirə bilməzlər.132
Bu canlı, qüsursuz uçuş əzələləri və uçuşa uyğun tükləri ilə, tam uçan quşdur. Daha əvvəl yaşamış yarı-sürünən yarı-quş heç bir canlının qalığına rast gəlinməmişdir. Buna görə də Arxeopteriks dövrümüzün quşları qədər “uçma” quruluşu ilə təkamül nəzəriyyəsi əleyhinə mühüm dəlildir.
Təkamülçülər Arxeopteriksin qanadlarında pəncələr olmasını, Arxeopteriksin dinozavrlardan təkamül keçirdiyinə və bu canlının bir ara keçid forması olduğuna dəlil olaraq istifadə edirlər. Halbuki bu xüsusiyyət canlının sürünənlərlə hər hansı bir şəkildə əlaqəsi olduğunu göstərməz. Belə ki, günümüzdə yaşayan iki növ quşda, Touraco corythaix və Opisthocomus hoazində də budaqlardan yapışmaq üçün pəncələr vardır. Bu canlılar, heç bir sürünən xüsusiyyəti olmayan, tam bir quşdur. Buna görə də Arxeopteriksin qanadlarında pəncələri olduğu və bu səbəbdən də ara forma olduğu istiqamətindəki iddia əsassızdır.
Həmçinin 1983-cü ildə İngilis Təbiət Tarixi Muzeyində, qanadlarında caynaqları olan 9 ayrı quş ailəsinə aid bir çox növün nümunələri sərgilənmişdir.133 Buna görə də, qanadlarındakı pəncələr Arxeopteriksi ara keçid forması etməz. Bu, günümüzdə də yaşayan bəzi quşlara aid xüsusiyyətdir.
Təkamülçü bioloqların, Arxeopteriksi ara keçid forması kimi göstərərkən əsaslandıqları ən mühüm nöqtələrdən biri, ağzındakı dişləridir. Ancaq bu xüsusiyyət, canlının sürünənlərlə hər hansı bir şəkildə əlaqəsi olduğunu göstərməz. Təkamülçülər bu dişlərin bir sürünən xüsusiyyəti olduğunu irəli sürərək yanılırlar. Çünki dişlər sürünənlərin tipik xüsusiyyəti deyil. Günümüzdə bəzi sürünənlərin dişləri var, bəzilərinin yoxdur. Daha da əhəmiyyətlisi, dişli quşların Arxeopteriks ilə məhdud olmamasıdır. Günümüzdə dişli quşların nəsli kəsilmişdir. Ancaq fosil izlərinə baxdığımız zaman, gərək ki Arxeopteriks ilə eyni dövrdə lazım gəlsə daha sonra, hətta dövrümüzə olduqca yaxın tarixlərdə “dişli quşlar” kimi ayrı bir quş qrupunun həyat davam etdirdiyini görərik. Doktor Karl Viland bu məsələni belə şərh edir:
Arxeopteriksin dişləri olduğu həqiqəti çox şişirdilmişdir. Arxeopteriks, qavrayıcı dişlərə sahib olan yeganə quş fosili deyildi. Bəzi quş fosillərinin dişləri var idi, bəzilərinin də yox idi. Lakin bir çox sürünən dişlərə sahib deyilkən, dişlər necə olur ki, sürünənlərlə olan bir qohumluğu sübut edir? Bəzi məməlilərin dişləri vardır və bəzilərinin isə yoxdur.134
Bu barədəki çox mühüm ancaq çox vaxt əhəmiyyətsiz edilən bir həqiqət, Arxeopteriksin və digər dişli quşların diş quruluşlarının, dinozavrların diş quruluşlarından çox fərqli olmasıdır. L. D. Martin, J. D. Stüart və K. N. Whetstone kimi məşhur quş alimlərin apardıqları ölçülərə görə, Arxeopteriksin və digər dişli quşların dişlərinin üstü hamardır və geniş kökləri vardır. Halbuki bu quşların əcdadı olduğu iddia edilən teropod dinozavrların dişlərinin üstü mişar kimi çıxıntılıdır, diş kökləri də dardır.135 S. Tarsitano, M. K. Hecht və A. D. Uolker kimi anatomların gördükləri işlər də, Arxeopteriks ilə dinozavrlar arasında irəli sürülən bəzi “oxşarlıqların” tamamilə şərh edilmə səhvi olduğunu ortaya çıxarmışdır.136
Bütüm bunlar, Arxeopteriksin bir ara keçid forması olmadığını; sadəcə, “dişli quşlar” kimi ayrı kateqoriyaya aid olduğunu göstərir. Bu canlını teropod dinozavrlarla əlaqələndirmək isə son dərəcə elmdən kənar yanaşmadır.
Arxeopteriksin çənə sümüyünün dinozavrlara bənzədiyi iddia edilmişdir, ancaq Haubitz və qrupu tərəfindən kompüter tomoqrafiyası istifadə edilərək aparılan təhlillərdə, Arxeopteriksin çənə sümüyünün əslində günümüzün quşları ilə eyni olduğu ortaya çıxmışdır.137 Çənə hərəkəti də təkamülçü iddianı çürüdən mühüm dəlildir: Sürünənlər də daxil olmaqla çox onurğalılarda yalnız alt çənə hərəkət edir; Amma quşlarda (Arxeopteriks də daxil olmaqla) üst çənə də hərəkət edir.
Arxeopteriks haqqındakı təkamülçü iddiaya bir zərbə də, barmaq quruluşundan gəlir. Teropod dinozavrlarla quşların qabaq ayaq sümüklərinin embrional proses zamanı inkişaf surətinin bir-birindən tamamilə fərqli olduğu aşkar olunmuşdur.
Teropod dinozavrların əlləri, birinci, ikinci və üçüncü sıradakı barmaq sümüklərindən, quşların qanadları isə ikinci, üçüncü və dördüncü sıradakı barmaq sümüklərindən inkişaf edir. Bu həqiqət, dinozavrları quşlardan ayıran son dərəcə əhəmiyyətli dəlildir və 1997-ci il tarixli “Science” jurnalındakı bir məqalədə bu mövzuya belə diqqət çəkilmişdir:
Əslində quşların mənşəyi məsələsində asan bir həll yolu tapılmamışdır. (...) Bu fikirdəki problem təkamülçü bir boşluğun olması, inandırıcı heç bir keçidin olmamasıdır. Ehtiyacımız olan şey, müxtəlif post-Arxeopteriks tapıntılarını tamamlamaq üçün, proto-Arxeopteriks tapıntıları tutmaqdır. Amma zamanla ortaya çıxan dinozavrların I-II-III rejiminin əksinə, quşların II-III-IV barmaq formulu, dinozavr mənşəli (orthodoxy)-ə inanmaq üçün ən mühüm baryer mövqeyindədir.138
Wales Universitetinin Biologiya Elmləri İnstitutundan J. Richard Hinchliffe, bu nəticəyə rüşeymlər üzərində müasir izotopik texnika istifadə edərək gəlmiş; quşların əllərinin II, III və IV-cü barmaqlardan formalaşarkən, teropod dinozavrlarının I, II və III-cü barmaqlardan ibarət olduğunu müəyyən etmişdir. Bu isə Arxeopteriks-dinozavr əlaqəsini müdafiə edənlər üçün böyük problemdir.139 Hinchliffenin araşdırma və müşahidələri, “Science”in eyni məqaləsində belə izah edilir:
Teropodlarla quş sümükləri arasında homoloji, “dinozavr-mənşəyi” hipotezi ilə bağlı digər bəzi problemləri ağla gətirir. Onlardan bəziləri bunlardır:
- Arxeopteriks qanadı ilə müqayisə olunanda, (bədən böyüklüyünə görə) teropodun daha çox kiçik olan qabaq qolu. Bu tip xırda qollar, olduqca böyük dinozavrın yerdən yuxarıya doğru qanad açması üçün inandırıcı bir ön qanad deyildir.
- Teropodlarda bilək sümüyünə, çox nadir olaraq (sadəcə dörd növdə) rastlanır. Teropodların çoxunda, topuğu yaradan sümük parçalarının sayı daha çoxdur və Arxeopteriksin bilək sümüyü ilə oxşarlıq qurulması çox çətindir.140 Bundan başqa, L. D. Martin, J. D. Stüart və K. N. Whetstone kimi məşhur quş alimlərin apardıqları araşdırmalarda, Arxeopteriks ilə teropod dinozavr kəllə sümüklərinin bilək sümükləri müqayisə edilmiş və aralarında heç bir oxşarlıq olmadığı ortaya qoyulmuşdur.141
Anatom David Menton bir müsahibə əsnasında, “Arxeopteriksin ayaqları, onun quruda qaçan bir dinozavr olduğu fikrini dəstəkləyir mi”? sualına belə cavab vermişdir:
Xeyr. Arxeopteriksin bütün tarda oturan quşlar kimi arxanı işarə edən qavrama ayaq barmağı, ya da arxa ayaq barmağı var. Arxaya doğru baxan barmaqlar bəzi dinozavrlarda da var; Amma bunlar tarda oturan üçün istifadə edilən qıvrım pəncəli, qavrama ayaq baş barmağı kimi deyil.142
Arxeopteriksin skelet quruluşunun, qabağa əyilmiş olaraq dayanmasına səbəb olduğu və bunun da dinozavrlara aid bir xüsusiyyət olduğu şəklindəki şərhlər elmi kəşflər tərəfindən təsdiqlənmir. A. D. Uolker bu istiqamətdə edilən fikirlərin yanlış olduğunu və Arxeopteriksin skelet quruluşunun quşlarda olduğu kimi canlının geriyə doğru dayanmasına əlverişli olduğunu açıklamışdır.143 Doktor Devid Menton quşların skelet quruluşundan belə bəhs edir:
… sürünənlər, məməlilər və yaşayan quşlar arasında dizayn oxşarlığı var. Quşlar özlərinə məxsus, xüsusiləşmiş skeletə sahibdirlər. Eyni zamanda bir ornitoloq olan məşhur təkamülçü belə deyir: “Quşlar uçmaq üçün yaradılmışdırlar. Arxeopteriks da elə.”144
“Scientific American” jurnalının 6 avqust 2004-ci il sayında, “İlk quşların uçmaq üçün beyinləri var” başlıqlı xəbərdə məlum olan ən qədim quş növü Arxeopteriksin uçmaq üçün lazım olan xüsusi sinir sistemi mexanizmlərinə malik olduğu bildirilir. 1861-ci ildə paleontoloqlar bu quş növünə aid fosili tapanda bunun qısa müddət əvvəl ortaya atılan təkamül nəzəriyyəsinə dəlil olacağını düşünmüşdülər. Ancaq zamanla aparılan elmi tədqiqatlar nəticəsində bunun həqiqətdən uzaq iddia olduğu ortaya çıxdı.
Texas Universitetindən Timoti B Rowe və qrupu 147 milyon illik Arxeopteriks skeletində uçma xüsusiyyətləri araşdırmağa başladılar. Rentgen görüntülərindən istifadə edərək təşkil etdikləri üç ölçülü kəllə üzərindəki işlərində, inkişaf etmiş görmə mərkəzi və daxili qulaq kanallarının uçma quşlardakına çox oxşar olduğunu ortaya qoydular. Bu formaların nəticəsində mövcud olduğu anlaşılan tarazlıq bacarıqları də uçmaq üçün lazım olan xüsusiyyətlərdir.
Ohio Universitetindən Lawrence M. Witmer, “Quşların sadəcə tüklərdən ibarət olduğunu düşünürdük,” deyir və davam edir, “uça bilmək üçün böyük bir kompüter də yerləşdirməlisiniz”.145 Yura dövrünə aid Arxeopteriks quşunun kəlləsini yüksək texnikalarla araşdıran elm adamları da, “Nature” jurnalında nəşr olunan araşdırmalarında, Arxeopteriksin beynində uçmaq və tarazlıq üçün dövrümüzün quşlarına bənzər quruluşlar olduğunu, 150 milyon illik quşun açıq şəkildə uça bildiyini deyirlər.146
Londondakı Təbiət Tarixi Muzeyindən Doktor Angela Milnerin ifadəsi ilə, Arxeopteriksin beyni tamamilə quşlarınkı ilə eynidir. Kompüterli tomoqrafiya yolu ilə kəllə sümüyünün üç ölçülü quruluşunu və kompüterlə daxili qulağı yenidən təşkil edən Doktor Milner, “Dinozavra oxşar bir beyinlə qarşılaşacağımızı gözləyirdik. Amma tamamilə quşlarınkı ilə eyni idi” deyə bildirir. Aparılan tədqiqatda Arxeopteriksin beyin anatomiyasının günümüzün uçan quşları ilə çox yaxın quruluşda olduğu ortaya çıxmışdır; daxili qulaqda tarazlıq üçün istifadə edilən inkişaf etmiş kanallar və görmə üçün daha böyük optik lob vardı. Bunların hər ikisi də səmərəli uçmaq üçün zəruri xüsusiyyətlərdir. Doktor Milner, “Beyin müşahidələri Arxeopteriksin əslində quşların uçmasına imkan verən bütün quruluşlara malik olduğunu göstərdi” deyə əlavə edir.147
Arxeopteriksin dinozavr-quş arasında bir canlı ola bilməyəcəyinin ən əhəmiyyətli dəlili, teropod dinozavrı fosillərinin, tapılan Arxeopteriks fosillərindən çox sonrakı dövrlərə aid olmasıdır. Quşların atası olduğu iddia edilən dinozavr fosillərinin, Arxeopteriksdən təxminən 75 milyon il sonraya aid Təbaşir dövrünə aid olmaları, belə bir keçidin tamamilə xəyali olduğunu açıq şəkildə göstərir.
Bu “zamanlama uyğunsuzluğu”, Arxeopteriks haqqındakı təkamülçü iddialara dağıdıcı zərbə endirir. Amerikalı bioloq Conatan Uels “Icons of Evolution” (Evrimin ikonaları) adlı kitabında, Arxeopteriksin təkamül adına sanki bir “ikona” (müqəddəs simvol) halına gətirildiyini, lakin, dəlillərin bu canlının “quşların ibtidai əcdadı” olmadığını açıqca göstərdiyini vurğulayır. Uelsə görə bunun göstəricilərindən biri, Arxeopteriksin əcdadı olaraq göstərilən teropod dinozavrların Arxeopteriksdən daha gənc olmalarıdır; çünki əsasən dinozavrlar “(fosil qeydlərində) Arxeopteriksdən daha sonra ortaya çıxarlar.”148
Wales Universitetinin Biologiya Elmləri İnstitutundan Riçard Hincliffe, “Science” jurnalında yer alan bir məqaləsində bu məsələyə belə toxunur:
Həqiqətən də bir çox teropod dinozavr, xüsusilə də quşa bənzəyən dromaesaurlar fosil izlərində Arxeopteriksdən daha sonra yerləşirlər.149
Digər tərəfdən, Arxeopteriks ilə yaxın dövrlərdə yaşamış quş fosillərinə rast gəlinmiş olması da, Arxeopteriksin bir ara keçid forması olmasını mümkün edən bir başqa əhəmiyyətli dəlildir. Bütün bunlar, Arxeopteriksin bir ara keçid forması olmadığını; sadəcə, “dişli quşlar” kimi ayrı bir kateqoriyaya aid olduğunu göstərir. Bu canlını teropod dinozavrlarla əlaqələndirmək isə, son dərəcə əsassızdır. Amerikalı bioloq Riçard L. Deem də “Demise of the 'Birds are Dinosaurs' Theory” (“Quşlar dinozavrdır” nəzəriyyəsinin sonu) adlı məqaləsində, quş-dinozavr təkamülü iddiası və Arxeopteriks haqqında bunları yazır:
“Quşlar dinozavrdır” nəzəriyyəsi ilə bağlı başqa problemlər də var. Teropodların ön ayaqları Arxeopteriks ilə müqayisədə, bədənlərinə görə çox kiçikdir. Bu canlıların ağır bədənləri də düşünüləndə, bir cür “ön-qanad” (proto-wing) inkişaf etdirmələri mümkün deyil. Teropod dinozavrların çox böyük hissəsi (quşlarda olan) semilunatik bilək sümüyündən məhrumdur və Arxeopteriksdə heç bir bənzəri olmayan bəzi bilək hissələrinə malikdir. Bütün teropodlarda V1 sinirləri (gözə aid oftalmik sinirlər) digər bəzi sinirlərlə birlikdə kəlləni yan tərəfdən tərk edir, quşlarda isə eyni sinirlər kəlləni qarşı tərəfdən özlərinə aid bir dəlikdən keçərək tərk edir. Bir başqa problem isə, teropodların çox böyük qisminin Arxeopteriksdən daha sonra ortaya çıxmalarıdır.150
Bu məlumatların işığında Arxeopteriks və ya ona bənzəyən digər quşların bir ara keçid forması olmadıqları qəti şəkildə sübut edilmiş vəziyyətdədir. Fosillər, quşların sürünənlərdən (və ya bir başqa qrupdan) təkamül keçirdiklərini göstərmir. Əksinə, özünəməxsus quruluşları birdən-birə ortaya çıxdığını sübut edir.
Görüldüyü kimi Arxeopteriksin bir quş olduğunu göstərən çox açıq xüsusiyyətləri var. Üstəlik Arxeopteriksin yaxşı uçan quş olmasını əngəlləyəcək heç bir xüsusiyyəti yoxdur.151 Arxeopteriksin orqanlarının teropod dinozavrları ilə heç bir oxşarlıq göstərmədiyi, elm jurnallarından “Science” jurnalında da belə bildirilir:
Heç bir dinozavrın ayrılmış ayaq baş barmağı yoxdur, lakin bütün quşların var, bu onların qonmaq üçün istifadə etdikləri ayaqlarıdır. Bütün dinozavrlar mişar dişlidir, sivri azı dişləri var. (142 milyon illik quş fosili olan) Confuciusornisin dişi yoxdur. Arxeopteriksin dişləri olmasına baxmayaraq, mişar şəklində deyil, mismara bənzər bir şəkildə altda alır. Bütün dinozavrların sümüklərinin arxasında iki geniş açılım vardır. Quşların isə yoxdur. Ən incə detalına qədər aralarında heç bir əlaqə yoxdur.152
Bütün elmi tapıntılar, Arxeopteriksin dinozavrlarla quşlar arasında bir keçid canlısı olmayacağını ortaya qoymaqda, bəzi təkamülçülərin bu barədə irəli sürdükləri iddiaların əsaslı olmadığını göstərir. Arxeopteriks fosilinin niyə ara keçid forması olmadığı və təkamülçülərin bu canlının bəzi xüsusiyyətlərini necə daşındırdıqları məsələsində Doktor Maykl Denton belə şərh edir:
1984-cü ildə Almaniya, Eichstattda quşların mənşəyi mövzusunda mütəxəssis elm adamları Beynəlxalq Arxeopteriks Konfransına qatılmışdı. Bu canlı ilə əlaqədar olaraq orada danışılan hər məsələdə münaqişə içində idi, amma Arxeopteriksin həqiqi quş olduğu fikri üzərində çox geniş fikir birliyi vardı.. Bu onların həqiqətdə Arxeopteriksin ara keçid forması olan ibtidai quş olduğuna inanmadıqları mənasına mı gəlirdi? Özlərini bu bəyanatı hazırlamaq məcburiyyətində hiss etmələri maraqlıdır... Gəldikləri nəticələrin, bir adamın Arxeopteriksin həqiqətdə təkamüllə bağlı olaraq heç bir şey ifadə etmədiyini düşünməsinə səbəb olacağını aydın şəkildə bilirdilər. Ona görə hamısı bu bəyannaməni imzaladı. Əlbəttə ki, əgər (Arxeopteriks) həqiqi quş isə, çox zaman eşitdiyimiz kimi yarı inkişaf etmiş, yarı sürünən-yarı quş bənzəri bir canlı deyildi.153
Qısaca, quş təkamülü bioloji və ya paleontoloji dəlilləri olan tutarlı iddia deyil, Darvinist ön mühakimələrdən doğan tamamilə xəyali və həqiqətdən uzaq iddiadır. Bəzi mütəxəssislərin elmi həqiqət kimi bəhs etməsi sevdikləri quş təkamülü məsələsi, fəlsəfi səbəblərlə yaşadılan bir nağıldan ibarətdir. Elmin göstərdiyi həqiqət, quşlarda qüsursuz yaradılışın sonsuz ağlın əsəri olduğu, yəni quşları Uca Allahın yaratdığıdır.