Buraya qədər üzərində dayandığımız məlumatlar, satanistləri təsiri altına alan şeytanın əsl üzünü bizə göstərmiş oldu. Bu mərhələdə həmçinin satanizmin tarixi keçmişi üzərində qısaca dayanmaq yerində olacaq.
Satanistlər Orta əsr və sonra Kabalistlər, Gül-xaçlar kimi sirli təşkilatlar və cadugərlik təriqətləri ilə birlikdə anıldılar. Modern satanizm olaraq adlandırılan və dövrümüzdə təsirli olan satanizm isə 1960-cı illərdə Amerikanın Kaliforniya əyalətində ortaya çıxdı. Anton Szandor Lavey adlı adam 1966-cı ildə “Church of Satan” (Şeytan Kilsəsi)-ni qurduğunu açıqladı. Ancaq Laveydən çox daha əvvəl, 1900-cü illərin əvvəlində yaşayan Alister Krouli dövrümüzdəki satanizmin ilk təməllərini atmışdı. “Böyük Canavar” (The Beast 666) ləqəbi ilə xatırlanan Krouli, etdiyi cadular və heyvanların qətl edildiyi, narkotikin çox istifadə edildiyi qanlı ayinləriylə məşhur idi.
Sağdaki resimde Gül-Haçlar'ın ritüellerinde giydikleri önlüklerden biri soldaki resimde bir başka ritüel kıyafeti. Sapkın törenlerin önemli bir parçası görülmektedir. |
Kroulinin fəlsəfəsinin təməl nöqtəsini, “nə istəyirsənsə onu et” düsturu meydana gətirirdi. Bu fəlsəfə, Krouliyə görə şeytan tərəfindən ona yazdırılmış olan, “The Book of Law” (Qanun Kitabı) adlı kitabda təfərrüatları ilə izah edilirdi. Bu azğın inanca görə insan, içindən keçən hər nə isə, bunun səbəb olacağı fəlakətləri və pislikləri düşünmədən, onu dərhal etməli idi. Məsələn, canı azğınlıq istəyirsə hər cürünü etməli, birinə hirsləndisə hirsini dərhal üzə vurmalı, hətta içindən qarşısındakını öldürmək keçirsə bunu dərhal yerinə yetirməli idi.
Cəmiyyətdə bərabərlik və qayda-qanun buraxmayacağı açıq şəkildə bəlli olan bu anormal fikirləri Krouli bu sözlər ilə müdafiə edirdi:
Mən müqəddəs şeyləri söymək, cinayəti, təcavüzü, inqilabı istəyirəm. Yaxşı, ya da pis hər hansı bir şeyi, yetər ki, güclü olsun. 3
Şübhəsiz, güclü olmanın pis olmaqla və pislikləri müdafiə etməklə təmin ediləcəyini düşünən Krouli böyük səhvin içində idi. Çünki pislik hər şeydən əvvəl insanın özünə zərər verən xüsusiyyətdir. Bununla yanaşı, pisliyə əsaslanan güc əldə edilsə belə bu güc hər zaman qısa ömürə məhkumdur. Zülm, haqsızlıq, vicdansızlıq üzərinə qurulan hər sistem mütləq yıxılmış, məğlubiyyətə uğramışdır. Alister Kroulinin “insanın canı nə istəyirsə onu etməlidir”' fəlsəfəsiylə izah etdiyi isə, insanın içindən keçən hər cür pis düşüncə, duyğu və qərarlara heç bir məhdudiyyət olmadan yerinə yetirməsidir. Başqa sözlə, nəfsi insana nə əmr edirsə, insanın ona uyması, nəfsinə hakim olmağı buraxması mənasını daşıyar.
Satanizmin tarihi Ortaçağ'ın sapkın büyü ve masonik tarikatlarına kadar uzanmaktadır. Bu tarikatlardan biri de ünlü Gül-Haç tarikatıdır. Pek çok sapkın tören ve ritüelin yapıldığı Gül-Haç tarikatının en belirgin özelliklerinden birisi de şeytana tapanlarla olan yakın ilişkisidir. |
Bu da son dərəcə təhlükəli vəziyyətdir. Allah Quranda insanın nəfsinin həmişə pisliyi əmr etdiyini (Yusif surəsi, 53), ancaq eyni zamanda insana bu pislikdən necə qorunub çəkinəcəyinin də ilham edilmiş olduğunu bildirir. (Şəms surəsi, 8) Həmçinin Quranda, "... Kim şeytanın izi ilə getsə, (bilsin ki) həqiqətən o (şeytan) çirkin və yaramaz işlər görməyi əmr edir ..." (Nur surəsi, 21) ayəsiylə buyurulduğu kimi, şeytanın da əsl məqsədi insanları pisliyə təhrik etməkdir. Şeytanın istifadə etdiyi ən əhəmiyyətli silahlarından biri insanın öz nəfsidir. Nəfs həmişə pisliyi əmr etdiyi üçün, nəfsinə və şeytana uyan adam böyük bir müsibət içindədir. İnsanın qurtuluşu və xoşbəxtliyi ancaq nəfsinin əmr etdiklərindən çəkinməsi və qeyd-şərtsiz vicdanına tabe olması ilə mümkündür. Pisliyə uyaraq qurtuluşa çatacaqlarını sananların sonu isə qorxunc məyusluqdur:
O gün insan törətdiklərini xatırlayacaqdır. Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir. Kim həddi aşmışsa, dünya həyatını axirətdən üstün bilmişsə, həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır. (Naziat surəsi, 35-39)
Həqiqətdə satanizm insanın öz mənliyini demək olar ki, ilahlaşdırdığı, öz istək və arzularını həyatın tək məqsədi halına gətirdiyi fəlsəfədir. Bu mənada satanizm humanist fəlsəfəyə də yaxınlıq göstərir. Bu nöqtədə, humanizmin çox insanın düşündüyü kimi, “sevgi, sülh, qardaşlıq” kimi mesajlar ehtiva edən fəlsəfə deyil, “insanlıq” anlayışını insanlar üçün tək məqsəd və mərkəz nöqtəsi halına gətirən dindənkənar cərəyan olduğunu xatırlatmaq lazımdır. Humanizm, öz müdafiəçiləri tərəfindən də açıq şəkildə ifadə edildiyi kimi, ateist cərəyandır. Humanizmə görə “kainat və insan yaradılmamışdır”, “insan öz başına var olmuşdur” və “kimsəyə qarşı məsul deyil”. “Əsl olan insanın özüdür və insandan daha əhəmiyyətli heç bir varlıq yoxdur”. Üstəlik, humanizmə əsl sahib olan olan “faydalılıq” düşüncəsidir. Buna görə insan dünyaya bir dəfə gəlmişdir və burada nə qədər fayda təmin edə bilərsə, o qədər qazancda olacaq. O zaman insanın rəftar və münasibətlərini təyin edən ana element də öz istək və ehtirasları olmalıdır. Ancaq bütün bu düşüncələr insanlığı böyük fəlakətə sürükləyəcək fikirlərdir. Birincisi, kainat humanistlərin iddia etdiyi kimi, kor təsadüflərin əsəri deyil. Kainatı üstün güc və qüdrət sahibi olan Allah yaratmışdır. Və insan da, "Mən, cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım." (Zəriyət surəsi, 56) ayəsiylə buyurulduğu kimi özünü yoxdan var edən Rəbbimizə qarşı qul olmaqla, Onun əmr etdiyi əxlaqı göstərməklə məsuldur. Bu gerçək unudulmamalıdır ki, insanlara həqiqi hüzuru və xoşbəxtliyi gətirəcək tək əxlaq Rəbbimizin Quranda əmr etdiyi əxlaqdır. Din əxlaqından uzaq yaşayıb, humanizm kimi ideologiyaların təsiri altında qalanların müdafiə etdiyi fikirlər nəticəsində ortaya yalnız öz maraqlarını düşünən, mərhəmətsiz, vəfasız, sevgisiz, mərhəmətsiz şəxslər çıxacaq.
Göründüyü kimi, humanizm insanlıq üçün son dərəcə təhlükəli fikirlərə malikdir. Humanizmin fikri dayaqlarından biri olaraq istifadə edilən satanizm isə, daha çox azğın və təhlükəli baxış aspekti meydana gətirmiş, şiddəti, qəzəbi, qanı və vəhşiliyi təməl dəyəri halına gətirmişdir.
Günümüz satanizminin kurucusu olarak kabul edilen Anton LaVey ve sapkın kitapları. |
Alister Kroulidən sonra Anton Szandor Lavey, dövrümüzdəki satanizmin banisi olaraq ortaya çıxdı. Cadu və əsrarəngiz rituallara duyduğu dərin maraq ilə tanınan Lavey əvvəllər, xristianlığa qarşı çıxan “Magic Circle” (Cadu Dairəsi) adlı qrup meydana gətirdi. Daha sonra içində məşhur “doqquz şeytani qanun”un da olduğu “Satanic Bible” (Şeytan İncili)” ni yazdı və yaratdığı qrupu “Şeytan Kilsəsi” olaraq adlandırdı. Bu kilsənin fikirləri, yenə Anton Szandor Lavey tərəfindən yazılan “The Satanic Rituals”, “The Satanic Witch”, “The Devil's Notebook” və “Satan Speaks” (Şeytan ritualları, Şeytani Cadugər, İblisin Dəftəri və Şeytan Danışır) adlı kitablara əsaslanır. Yalnız Şimali Amerikada təxminən 10 min izləyicinin olduğu təxmin edilən Şeytan Kilsəsi, son dərəcə azğın fikirlərə malikdir. “Amerika Dinlər Ensiklopediyası” nda Laveyin azğın dini belə izah edilir:
Laveyin satanizm ssenarisindəki təməl mövzular, müəyyən bir kilsəyə aid olmama və insanın fiziki, ya da zehni quruluşundan zövq almaqdır. Şeytan, insanın bir növ heyvan olduğu fikrini, fiziki və zehni zövq almanın əsasını təşkil edən günahı təmsil edər. Laveyə görə şeytan bu dəyərlərin qaynağını təmsil edir. Rituallar, ənənəvi cadu ayinlərində olduğu kimi psixokinetik güc üzərində diqqəti cəmləyən fəaliyyətlər düşünmək olar. Satanist fəlsəfə Alister Kroulenin “The Book of the Law” (Qanun Kitabı) kitabındakı təlimlərinə olduqca yaxındır. Hər insan öz qaydalarına görə yaşayır kimi qəbul edilir. 4
Şübhəsiz satanizmin təməl ünsürlərindən biri din əxlaqına və bu əxlaqa dair hər şeyə qarşı olmasıdır. Üstəlik, bu ziddiyyət sadəcə fikri sahədə qalmaz. Satanistlər həm ateistdir, həm də hər cür dini dəyərlərlə mübarizə apararlar. Laveyin satanizmi də xristianlıqla mübarizəni əsl hədəf olaraq görür. Lavey din düşmənliyini bu şəkildə ifadə edir:
Satanizm sadəcə ateist formalaşma deyil, eyni zamanda, anti-teizm (Allaha qarşı) olan qruplaşmadır. İnsanoğlu sürətlə bu kainatı kirlədir; varlıq səbəbi olaraq dini görmək artıq qəbul edilən vəziyyət deyil ... Həyatda qala bilmək üçün 2000 ildir davam edən bu passivliyi və ölüm ehtirasını yıxmalıyıq. Dərhal tətbiq oluna biləcək realist həll yolları qarşımızda var. Xristianlıq hər zaman olduğu kimi, tərəqqinin önündəki ən böyük maneə olaraq dayanır. 5
Diqqət yetirilsə, Laveyin bu sözləri 19-cu əsrdə inkişaf edən materializm qaynaqlı dünya görüşü ilə böyük paralellik göstərir. Və bu vəziyyət, dinin cəmiyyət həyatından çıxarılmağa çalışılmasının nə qədər böyük bir təhlükə olduğunu və belə bir cəhdin cəmiyyətləri necə böyük fəlakətlərin içinə sürüklədiyini bir daha bizlərə göstərməsi baxımından ibrət vericidir. Dinin olmadığı yerdə hər cür azğınlığın və vəhşiliyin yaşanacağı, Allah qorxusunu bilməyən insanların qan tökməkdən zövq alan canavara belə çevrilə biləcəyi satanizm nümunəsində ən parlaq şəkildə görülür. Bu gün başda gənclər olmaqla bir çox insan satanizm bəlasının içinə sürüklənirsə, bunda dindən kənar bir həyatı nəzərdə tutan ideologiyaların birbaşa payı vardır. Bu səbəblə, “pisliklərin azad və sərhədsiz olaraq yaşanmasını” müdafiə edən, “qayda tanımazlığı və qanunsuzluğu” təməl qanun halına gətirən, əxlaqi hər cür dəyərə savaş açmış olan satanizmin nəzərdə tutduğu həyata nəzər salmazdan əvvəl, satanizmin ideoloji əlaqələrini araşdırmaqda fayda vardır.
Satanizm her ülkede farklı isimler altında faaliyet göstermektedir. Bunlardan biri de Yezidiliktir. Mezopotamya'nın en eski batıl dinlerinden biri olan Yezidilikte, Meleke Tavus'a -yani şeytana- tapılmaktadır. Yaklaşık 200 bin kişi oldukları tahmin edilen Yezidiler, Irak ve Suriye'nin kuzeyinde, Türkiye'nin doğu bölgesinde, Almanya, Gürcistan ve Ermenistan'da yaşamaktadırlar. "Ş" ve "t" harfleri ile başlayan kelimeleri kullanmayan Yezidiler, taptıkları şeytanın adını hiç anmazlar. Onlar için şeytanın adı, Meleke Tavus'tur. Bu sapkın dine göre Ay, Güneş ve yıldızlar da kutsaldır. Yezidilerin Kitabu'l-Cilve (Vahiy Kitabı) ve Mushafu'r-Reş (Kara Kitap) olmak üzere iki sözde kutsal kitabı vardır. Yezidiliğin temel ilkeleri bu iki kitaptan kaynaklanmaktadır. Ahiretin varlığına inanmayan Yezidilerin, günah kavramı da oldukça sapkındır. Okumak, yazmak, hayvanları ehlileştirmek gibi şeyler günah sayılmaktadır. Bu garip inanca göre, bir Müslümanın şeytandan Allah'a sığındığını işiten Yezidi onu öldürmelidir. Bunu yapamıyorsa intihar etmelidir. Bu davranışıyla kendisini Meleke Tavus'a kurban etmiş olur. Eğer bunu da yapamıyorsa, bu günahtan kurtulabilmek için bir hafta oruç tutmalıdır. Bütün bu bilgiler göstermektedir ki, batıl olduğu aşikar olan bu dine uyanlar büyük bir yanılgı içindedirler. |
Materyalist ve ateist düşüncenin eseri olan satanist ahlak, herkesin yalnızca kendi menfaatini düşündüğü, yardımseverliğin ve fedakarlığın göz ardı edildiği bir toplum hayatı öngörür. |
Satanizm, insanların düşdükləri mənəvi boşluğun nəticələrindən biridir. 19-cu əsrdə inkişaf edən və dünyanı sadəcə maddi dəyərlərin məcmusu olaraq göstərən düşüncə və cərəyanların hamısı, insanları böyük mənəvi boşluq içinə sürükləmişdir. Bu tarixə qədər dini dəyərlər cəmiyyətin ayrılmaz bir parçası ikən, bu tarixdən etibarən sosial çevriliş yaşanmış və din əxlaqı gözardı edilməyə başlanmışdır. Hətta çox vaxt mənəvi dəyərlər şüurlu olaraq cəmiyyət həyatından çıxarılmağa çalışılmışdır. 19-cu əsrdə inkişaf edən cərəyanların ən əhəmiyyətli ortaq nöqtələrindən biri din əxlaqına və iman edənlərə qarşı olmaları və Allah qorxusu olmadan da əxlaq ola biləcəyini müdafiə etmələridir. Ancaq din əxlaqının cəmiyyət həyatından çıxarılması böyük boşluğa səbəb olmuş, Allah qorxusu olmadan əxlaq olmasının isə əsla mümkün ola bilməyəcəyi yaşanan təcrübələrlə isbat edilmişdir.
Bu boşluq içində insanlar üçün nəyin yaxşı, nəyin pis olduğuna dair dəyərlər də mənasını itirməyə başlamış, böyük anlayış qarışıqlığı gündəmə gəlmişdir. Yalnız varlı və yaxşı həyat yaşamaq, daha çox qazanmaq və daha çox istehlak etmək, bunun üçün lazım olarsa digər insanları əzmək və istismar etmək kimi təlqinlərin təsiri altında qalan cəmiyyətlərdə bir müddət sonra, yalnız özünü düşünən, fədakarlığı bir növ saflıq olaraq qiymətləndirən, ancaq maraqlarına uyduğu müddətcə yaxşılıq edən insanlar formalaşmağa başlamışdır. Bütün bunlar insan ruhunun ən əhəmiyyətli xüsusiyyətləri və ən təməl ehtiyacları olan sevgi, mərhəmət, şəfqət, dostluq, sədaqət, vəfa kimi dəyərlərin unudulmasına, yaxşılığın yerini pisliyin almasına səbəb olmuşdur. Bu vəziyyət, din əxlaqına qarşı olan kütlələr tərəfindən xüsusi olaraq planlanmış, mənəvi dəyərlərin ortadan qaldırılması ilə süni olaraq belə mühit yaradılmışdır.
Satanizmin batıl inanışlarına göre, kötülük insanın doğasında vardır ve insan kimseye karşı sorumlu değildir. Eğer sorumluluk yoksa, insanın kötülüğü engellemesi için de bir neden kalmamaktadır. Bu vahşi anlayışın yaygınlaşması ise, çatışmaların, zulmün, acının, acımasızlığın hakim olması demektir. |
Məhz bu sosial transformasiya prosesi sonunda ortaya çıxan ən təhlükəli cərəyanlardan biri satanizmdir. Satanizm bu dövrdə inkişaf edən materialist və ateist cərəyanların məhsulu olaraq çıxmış, vəhşiliyin və azğınlığın bu fəlsəfələr tərəfindən necə adiləşdirildiyinin ən əhəmiyyətli nümunələrindən biri olmuşdur. Diqqət edilərsə, bu cərəyanlar tərəfindən müdafiə olunan dəyərlərlə satanizmin qarşıya qoyduğu iddialar bir-biri ilə tam uyğunluq təşkil edir.
Materializm və ateizm hər şeyin bu dünyadan ibarət olduğunu, həyat sona çatdığında isə hər şeyin yox olacağını irəli sürür. Buna görə insanlar heç bir şeyə qarşı məsul deyillər. Əgər məsuliyyət yoxdursa, insanın pisliyi əngəlləməsi üçün də səbəb qalmır. Halbuki bu, insanın özünü aldatmasından başqa bir şey deyil. Bütün kainatı və insanlığı üstün və güclü Yaradıcı olan Allah yaratmışdır və hər insan Yaradıcımıza qarşı məsuldur. İnsanın dünyadakı varlığı müəyyən müddət ilə məhduddur. Bu müddət bitdikdə hər kəs ölüm ilə qarşılaşacaq, ölümünün ardından da hər insan həyatı boyunca keçirdiyi hər anın hesabını vermək üçün Rəbbimizin hüzuruna çıxacaq. Məsuliyyətsiz olduqlarını və hesab verməyəcəklərini düşünərək həyatlarını davam etdirənlər isə o gün böyük itkiyə məruz qalacaqlar.
Satanizmin materializmdən və ateizmdən necə təsirləndiyini anlamaq üçün satanist qruplar tərəfindən yazılan əsərlərə baxmaq yetərli olacaq. Məsələn, Şeytan Kilsəsinin nəşr etdiyi yazılara baxdığımızda bu qrupun üzvlərinin ateist olduqlarını görərik. Bununla yanaşı, satanistlər materialistdirlər, sadəcə maddənin varlığına inanırlar. Satanistlərin əksəriyyəti Allahın varlığını inkar etdikləri kimi, bütün metafizik varlıqları (məsələn, mələkləri) də inkar edərlər. Bu səbəbdən bu kəslər əslində şeytanın varlığına da inanmazlar. Adları "şeytana tapınanlar" olmasına baxmayaraq, şeytan deyə bir varlığı qəbul etmirlər. Onlara görə şeytan, din düşmənçiliyinin simvoludur. Şeytan Kilsəsi tərəfindən nəşr olunan “A Description of Satanism“ (Satanizmin Tərifi) adlı sənəddə, bu fikirlər ifadə edilir:
Satanizm eynilə buddizm kimi ateist dindir. Hərəkətlərimiz səbəbiylə hesab verəcəyimiz orqan yoxdur. Satanistlər, müqəddəs kitabın müqəddəsliyinə, mələklərə, cənnət və cəhənnəmə, müqəddəs kitabda izah edilən şeytana, pis ruhların, yaxşı ruhların və cinlərin varlığına inanmazlar. Materializm və realizm, satanizmin başda gələn əmrləridir. Satanizm ateistdir. Biz əslində otodeistik, yəni özümüzə tapınırıq. Satanizm dinin ziddidir, yəni dinsizlikdir.6
Satanist telkinlerin insana yaptığı tahribatın en önemli göstergelerinden birisi, bu sapkınlığa kapılanların iğrenç yaşamlarıdır. |
Yenə Şeytan Kilsəsi nəşrləri arasında mövcud olan “Feared Religion” (Qorxulan Din) başlıqlı bir yazıda isə satanistlərin həqiqi inancı belə açıqlanır.
Satanistlər fövqəltəbiliyə inanmazlar; Allahın da, şeytanın da varlığına iman etməzlər. Satanist üçün, insan özünün əsl tanrısıdır. Şeytan öz heyvani və qürurlu təbiətinə görə yaşayan insanın simvoludur. Şeytan özünə tapınılacaq şüurlu varlıq deyil, daha çox hər insanın içində olan və tək bir toxunuşla hərəkətə keçəcək olan potensial qüvvədir.7
The Washington Post qəzetində satanistlərlə əlaqədar verilən xəbərdə də Laveyin satanizmi izah edilərkən, Lavey qrupunun şeytanın varlığına iman gətirmədikləri, şeytanın özünə tapınmadıqları vurğulanır. Laveyə görə şeytan, “insanın şəhvətli, acgöz, intiqam alıcı təbiətinin” başqa sözlə, bütün eqosunun simvoludur.8 Diqqət edilərsə, satanizmin təməlində insanın təbiətini vəhşi və mərhəmətsiz olaraq görmək vardır. Halbuki mərhəmətsizlik, vəhşilik, zorakılıq, acgözlük, eqoizm, intiqam almaq kimi xüsusiyyətlər insanın deyil, nəfsin xüsusiyyətləridir və daha əvvəl də ifadə etdiyimiz kimi, hər insan bunlara əngəl ola biləcək vicdan və iradəyə sahibdir.
LaVey, insanın sözde 'hayvani doğasına' göre yaşaması gerektiğini savunmaktadır. |
Satanistlərin insan təbiəti haqqındakı iddialarında bu qədər israrçı olmalarının əsl səbəbi isə, Darvinin təkamül nəzəriyyəsindən çox təsirlənmiş olmalarıdır. Saxta elmi nəzəriyyə kimi təqdim edilən bu cəfəngiyat, insanlığa fəlakət gətirən bir çox cərəyana olduğu kimi, satanizmə də fikri dayaq meydana gətirir. Necə ki, yuxarıdakı sitatda bəhs edilən ifadə olduqca diqqət çəkicidir: "Öz heyvani və qürurlu təbiətinə görə yaşayan insan" ... Bu ifadə bir mənada satanizmin əsasını təmsil edər. Satanistlərin azğın fikirlərinə görə, insan təkamül nəticəsində ortaya çıxmış heyvan növüdür və heyvan şəklində yaşamalıdır. Satanizm müdafiəçilərindən Rick Hall, “Satan Really Wants You” (Şeytan həqiqətən səni istəyir) başlıqlı məqaləsində, bir tərəfdən satanist materializmi təsvir edərkən, bir tərəfdən də darvinizm ilə satanizm arasındakı əlaqəni belə vurğulayır:
Satanist fəlsəfənin materializmi, fiziki varlıqdan fərqli, ya da daha yüksək olan hər cür mənəvi dəyəri rədd edər ... Lavey elitistdi və sosial darvinist idi.9
Satanistlərin qavraya bilmədiyi digər əhəmiyyətli həqiqət də insanın “təbiətinin qürurlu” digər ifadəylə heyvani olmadığıdır. Allah insana Öz ruhundan üfürmüş və onu ən gözəl şəkildə yaratmışdır. İnsan ruhu həssas quruluşa malikdir və mərhəmətdən, şəfqətdən, sevgidən, incəlikdən, insaniyyətdən, dostluqdan zövq alacaq şəkildə yaradılmışdır. İnsanı pisliyə və mərhəmətsiz olmağa təşviq edən ünsür, şeytan tərəfindən istiqamətləndirilən nəfsin səsidir. Və nəfsə uymaq insanı qorxunc bəlaların içinə sürükləyər.
Tüm yaşamın 'kör tesadüflerin' eseri olduğu iddiasında bulunan Darwin'in akıl ve mantık dışı öğretisi, satanizm dahil olmak üzere pek çok sapkın akımın yayılmasına neden oldu. |
Satanizm haqqında tədqiqat aparan birinin qarşılaşacağı ən əhəmiyyətli məlumatlardan biri, bu fəlsəfənin yuxarıda ifadə etdiyimiz kimi sosial Darvinizm ilə olan birə-bir əlaqəsi olacaq. Satanistlərin nəzərdə tutduğu cəmiyyət həyatını şəkilləndirən, həyata baxış aspektlərinin təməlini meydana gətirən ünsür darvinizmdir və bu bir çox satanist tərəfindən açıq şəkildə ifadə edilir. Satanistlərin qatı darvinizm müdafiəçisi olduqları bir çox yayımda da vurğulanan gerçəkdir. Satanizm üzərində apardığı tədqiqatlar ilə tanınan Rusiya Pomor Universitetindən Dr. Ruald Kristiansın satanizmə verdiyi tərif bunlardan biridir:
Satanizmi ən yaxşı şəkildə təsvir etmək istəsək satanizm, xristianlığı baş düşmən olaraq görən ateist sosial darvinizmin ən radikal halıdır. Satanizmin əslində, fövqəltəbii pis varlıqla əlaqə yaratmağa çalışmaq deyil, həyat mübarizəsində sağ qala bilmək üçün insanın içindəki xüsusiyyətləri inkişaf etdirməyə səy göstərməsidir. Bu xüsusiyyətlərin inkişafı üçün cadugər ritualları etmək lazımdır.10
Şeytan Kilsəsinin qurucusu Anton Lavey ilə ölümündən qısa müddət əvvəl reportaj aparan MF jurnalı isə, Laveyin ən əhəmiyyətli xüsusiyyətinin sosial darvinizmi kütlələrə yayması olduğunu bu sözlərlə dilə gətirir:
Satanistler için kan dökmek, kötülük yapmak, insanlara zarar vermek, toplum düzenini bozmak son derece olağan davranışlardır. Satanistler böyle bir ahlakın neden olacağı ortamdan kendilerinin de büyük zarar göreceklerini düşünemeyecek kadar akılsızdırlar. |
Anton Lavey, 1960-cı illərin sonunda hippilikdən və xristianlığın cansıxıcı əxlaqi dəyərlərindən bezən fərdlər üçün, sosial darvinizm ideologiyasını və müsbət düşüncəni başa düşülən formaya salaraq yeni bir yol meydana gətirmişdi.11
Əlbəttə satanistlərin, xristianlığın dəyərlərini cansıxıcı kimi görmələrinin səbəbi öz mühakimə dəyərlərindəki anormallıqlardan qaynaqlanır. Çünki satanistlər üçün cansıxıcılığı qırmaq; qan tökmək, pislik etmək, insanlara zərər vemək, cəmiyyətin nizamını pozmaq mənalarındadır. Bu səbəblə də din əxlaqının hüzuru, təhlükəsizliyi və sülhü əmr edən dəyərləri, satanistlər tərəfindən -din əxlaqının fəzilətini qavraya bilmədikləri və yaşaya bilmədikləri üçün- bu şəkildə qiymətləndirilə bilər.
Şeytan Kilsəsi nəşrləri arasında olan “Feared Religion” (Qorxulan Din) başlıqlı yazıda bəhs edilən “Satanizm, insanın heyvan olaraq qəbul edilməsi üçün vardır"12 maddəsi də satanizmin, darvinist dünya görüşünü cəmiyyətlərə yaymağı ən əhəmiyyətli hədəflərdən biri olaraq gördüyünü göstərməsi baxımından diqqət çəkicidir. Şeytan Kilsəsinin ağıl və məntiqdən kənar fikirlərini ehtiva edən digər əhəmiyyətli bəyanatı olan “The Nine Satanic Statements” (Doqquz Şeytani Prinsip)-in yeddincisi isə belədir:
Şeytan insanı hər hansı bir heyvan olaraq təsvir edər. Bu heyvan bəzən, digər dörd ayaq üzərində gəzən heyvanlardan daha yaxşı, bəzən də daha pisdir.13
Satanizm, insanın sadece vahşi duygularına göre yaşayan bir tür hayvan olduğunu iddia eder. Bu sapkın iddiaya göre, eğer insan bir tür hayvansa, bu durumda doğadaki vahşi hayvanlar gibi insanların da sürekli birbirleri ile çatışmaları olağandır. |
Şeytan Kilsəsinin bütün nəşrlərində insan üçün təkidlə "carnal beast" termini istifadə edilir. Bu sözün dilimizdə mənası "sadəcə şəhvətinə görə yaşayan vəhşi heyvan" deməkdir. Satanist rahib Piter Qilmorun da ifadəsi ilə “insan heyvandır və heyvan kimi davranmağa məcburdur.” Satanistlərin, insanlar arasındakı əlaqələrə və insanın digər canlılara qarşı olan rəftarına baxış bucaqlarının altında məhz bu azğın məntiq vardır: İnsan bir növ heyvandır və heyvani rəftarlar göstərməkdən çəkinməməlidir. Məsələn, satanistlər təcavüzü haqlı görürlər, çünki onlara görə təbiətdə vəhşi heyvanlar arasında təcavüz qanunidir. Satanistlərə görə bir insanın həyatına qəsd etmək də eyni şəkildə son dərəcə normaldır, çünki təbiətdə heyvanlar arasında mərhəmətsiz şəkildə həyatda qalmaq mübarizəsi davam edir. Heyvanlara əzab verərək öldürmək də eyni məntiqin məhsuludur. Əgər insan "carnal beast", yəni yalnız şəhvətinə görə yaşayan vəhşi heyvandırsa, buna görə nəyisə etməkdən çəkinməsinə ehtiyac yoxdur. Satanistlərə görə, heyvani şəkildə yaşanılan həyat sonuna qədər dəstəklənməlidir və müdafiə edilməlidir. Heyvani duyğularla hərəkət edən insanların meydana gətirdiyi cəmiyyətin necə olacağını təxmin etmək isə heç də çətin deyil. Bu vəziyyətdə, belə məntiqlə yola çıxan insanların dəhşət dolu cinayətlər işləmələrinin, qaranlıq iç dünyaya sahib olmalarının, qeyri-sabitlik sərgiləmələrini qəribsəməmək lazımdır.
Yaxşı, satanistlər insanın "yalnız şəhvətinə görə yaşayan vəhşi heyvan" olduğu inancına haradan qapılmışlar? Bu sualın tək cavabı vardır: Təkamül nəzəriyyəsi. Satanizm haqqında hazırladığı müddəada Dr. Ruald Kristiansın bu qaranlıq dini təsvir edərkən istifadə etdiyi “bir növ sosial darvinist din” tərifi, təkamül nəzəriyyəsinin satanizmin fikri quruluşu daxilindəki yerini vurğulaması baxımından diqqət çəkicidir:
Satanizm, ən güclülərin zəiflər üzərindəki hakimiyyətini müdafiə edən, çünki ancaq bu yolla insanlığın bioloji növ olaraq irəliləyə biləcəyinə və təbii və ictimai təkamüldəki liderlik roluna sahib çıxa biləcəyinə inanan bir növ sosial darvinist “din” olaraq qəbul edilə bilər. 14
“A Description of Satanism” (Satanizmin Təsviri) adlı məqalədə isə, satanizmin təməl dayaq nöqtələri, dünya görüşü və satanizmin darvinizmin ayrılmaz bir hissəsi olduğu belə ifadə edilir:
Allah'ın varlığının bilincinde olan kişiler, insanın bir hayvan olduğu yalanına inanmaz, çatışma ve kargaşa dolu bir yaşamı değil sevgi ve şefkatin hakim olduğu bir toplum düzenini savunurlar. |
Bizim prinsiplərimizə görə, bütün insanlar və heyvanlar ortaq və bəsit olan bioloji qaynaqdan gəlir. Əslində SATANİZM, İNSANLARIN İNKİŞAF ETMİŞ HEYVANDAN BAŞQA BİR ŞEY OLMADIQLARINA İNANIR. Şanslı olaraq təkamülləşməyimiz və həyatda qalmağımız istisna olmaqla, yaradılışda heç bir xüsusi yerimiz yoxdur ... Satanistlər özlərini (və bütün insanları) heyvan olaraq xarakterizə edər və Allahın özlərinə ruh verdiyi insanlar olaraq görməyə qarşı çıxarlar ... 15
Satanistlərin elmi olaraq tamamilə çökmüş, səhvləri və yanlışları ifşa olan təkamül nəzəriyyəsini belə israrla müdafiə etmələri diqqət çəkicidir. Halbuki inkişaf edən elmin bütün sahələri yaradılışın inkar edilə bilməz gerçək olduğunu ortaya qoyur. İdeoloji qayğılarla darvinizmə bağlı qalanlar böyük azğınlıq içindədirlər. Darvinizm bir daha ayağa qalxa bilməyəcək şəkildə yıxılmış və tarixin səhifələri arasına basdırılmışdır.
Kainatı və kainatda olan bütün varlıqları Allah yaratmışdır. Heç bir şey kor təsadüflərin əsəri deyil. Yaradılışın dəlilləri kainatın bir çox nöqtəsində açıq şəkildə görülərkən, kainatdakı qüsursuz nizamın və mükəmməlliyin kor təsadüflərin əsəri olduğunu iddia etmək böyük cahillikdən başqa bir şey deyil. Bu cür azğın bir inanca da ancaq satanistlər kimi, xəstə zehinləri olan kəslər sahib çıxa bilər.
Darvinist yanaşmanın nəticəsi olaraq, satanistlər bütün insanların bərabər olduğuna inanmazlar. Onlara görə bəzi insanlar zaman ərzində digərlərinə görə daha çox inkişaf etmiş və bəziləri də təkamül cədvəlinin alt pillələrində qalmışlar. Bu inanc, sonrakı sətirlərdə də görəcəyimiz kimi, satanizm ilə faşizm arasında təbii yaxınlığa səbəb olmuşdur. Ancaq satanizm faşizm kimi yalnız cəmiyyətlər və irqlər arasındakı müxtəlifliyi müdafiə etməklə qalmaz, eyni irq və cəmiyyət içində də bəzi insanların digərlərinə görə daha üstün olduğunu müdafiə edir. Buna görə pisliyin gücünü qavramış və buna inanmış olanlar digərlərinə görə daha üstündür və onlara istədikləri kimi davranma haqqına sahibdirlər.
Bütün bu məlumatların göstərdiyi kimi, satanizm təkamül nəzəriyyəsini mərkəzinə yerləşdirmiş ateist dindir. Təkamül nəzəriyyəsi insanın heyvan növü olduğunu müdafiə edir, satanistlər isə buna görə davranış və düşüncə qəlibləri inkişaf etdirirlər. Təkamül nəzəriyyəsini müdafiə edən bioloqların, filosofların və mütəfəkkirlərin kitablarına baxanda, orada da yuxarıda verdiyimiz satanist məqalələrdə bəhs edilən cümlələrin demək olar ki, eynisini görə bilərsiniz. Məsələn, az əvvəl sitat gətirdiyimiz satanist ifadələrin bənzərlərini, Riçard Dokinz, Stefen C. Quld, Deniel Denet, Karl Saqan kimi darvinist və ateist mütəfəkkirlərin kitablarında da tapmaq mümkündür. Onlar da insanları bir növ inkişaf etmiş heyvan, həyatı isə mübarizə sahəsi olaraq görür, ancaq güclü olanların ayaqda qala biləcəklərini ifadə edir, yəni insanın təbiətini satanistlərin özlərinə təyin etdikləri şəkildə açıqlayırlar.
Satanistlerin cahil yorumlarından birisi de kötülüğün kendilerini güçlü kılacağına inanmalarıdır. Oysa kötülük hiçbir zaman insanı üstün kılmaz, tam tersine insanı içinden çıkılamaz felaketlerin içine iter. |
Məsələn, “Meet My Cousin the Chimpanzee” (Qohumum Şimpanze ilə tanış olun) başlıqlı yazısında, məşhur təkamülçü Riçard Dovkinz uzun-uzun insanların atasının meymunlar olduğu cəfəngiyatını izah edir və bunları deyir:
Meymunlara bənzədiyimizi qəbul edirik, ancaq gerçəkdə meymun olduğumuzun çox zaman fərqində deyilik ... şimpanzelərin, qorillaları və oranqutanları özünə daxil edən, amma insanları kənarda buraxan tək təbii sinifləndirmə belə yoxdur ... Özümüz də daxil olmaqla yaşayan bütün böyük meymunlar, ailə-uşaq bağı ilə bir-birinə bağlıdır. 16
Atəşli təkamül müdafiəçisi olan Stefen Cey Quld isə “Darvin və sonrası” adlı kitabında, "mərhəmətsizlik, təcavüzkarlıq, qısaca ümumi pislik, meymunabənzər atalarımızdan bizə qalan qandallardır" düşüncəsini müdafiə edir. 17 Bir başqa məqaləsində, insanlığın və kainatın təsadüflərin əsəri olduqlarını belə iddia edir:
Bu gün buradayıq, çünki bir qrup qəribə balıq üzgəclərini quru heyvanlarında olan ayaqlara çevirə biləcək anatomiyaya sahib idilər; çünki dünya buz dövründə tam mənası ilə heç bir zaman donmadı; çünki bundan dörddə bir milyon il əvvəl Afrikadan çıxan kiçik və zəif canlılar bu günə qədər həyatda qalmağı bacardırlar. Bütün bunlar üçün daha ali cavablar axtara bilərsiniz, amma belə bir cavab yoxdur. .18
Göründüyü kimi, elm adına ortaya çıxan bu kəslərin qarşıya qoyduqları elm və ağıldan uzaq iddialar, satanizm kimi bir çox azğın ideologiyaya fikri zəmin meydana gətirir. Bu kəslər təkidlə bəhs etdiyimiz yanlış düşüncələri müdafiə edərək, bütün insanlığı ölçüləri çox geniş miqyaslı fəlakətlərin içinə salır. Halbuki, kainatı və insanı Allah üstün sənət ilə yaratmışdır. Hər insane onu yaradan Allaha qarşı məsuldur. Bu, açıq-aydın bir həqiqətdir. Bu həqiqətdən qaçmağa çalışanlar, bunun üçün ağılsız yalanlar irəli sürənlər isə ölümləri ilə birlikdə nə qədər böyük xətanın içində olduqlarını qavrayacaqlar.
Satanistlerin hayal ettiği toplum, zayıfların, güçsüzlerin, ihtiyaç içinde olanların ezildiği ve ölümlerine terk edildikleri bir toplumdur. |
Təkamül nəzəriyyəsinin nəzərdə tutduğu "insan heyvandır" şüarını, fəlsəfələrinin təməli olaraq qəbul edən satanistlər, insanların heyvan kimi yaşadığı və davrandığı dünya qurma həsrətindədirlər. Satanizmə görə ideal cəmiyyət nizamı tamamilə darvinist dəyərlərin hakim olduğu cəmiyyətdir. Xəyal etdikləri bu dünyanın təməl qaydası, “güclülər zəifləri əzər” prinsipidir. Satanizmin yanlış inancına görə hər insan, varlığını davam etdirə bilmək və “həyat mübarizəsində” müvəffəqiyyətli ola bilmək üçün özünü inkişaf etdirmək və “təkamül” olaraq irəlilətmək məcburiyyətindədir. Bunu bacara bilməyən insan tək buraxılaraq, yox olmağa tərk edilməlidir. Eyni qayda ictimai sahədə də etibarlıdır. Bunu bacara bilməyən cəmiyyətlər, mədəniyyətlər və millətlər də yox olmağı qəbul etməlidirlər. Tam mənası ilə sosial darvinist ideologiya olan satanizmə görə əhali planlaşdırılmasının ən təsirli yolu da zəif olanların yox olmasını qəbul etməklə təmin ediləcək. 19
Şeytan Kilsəsi rahiblərindən yazıçı Bödn H. Volf 1976-ci ildə nəşr olunan “Şeytan İncili”nin ön sözündə satanizmin həyat fikrini bu şəkildə açıqlayır:
Satanizm lovğa, eqoist və mərhəmətsiz fəlsəfədir. Bu fəlsəfə, insanların doğuşdan eqoist və şiddətə meyilli varlıqlar olduğu, həyatın Darvinin “həyatda qalma mübarizəsindən ibarət olduğu və yalnız ən güclülərin həyatda qaldığı fikrinə əsaslanır. Yer üzünün isə -şəhərləşmiş cəmiyyətlər də daxil olmaq üzrə-balta girməmiş meşələrdəkinə bənzər, bitmək bilməyən rəqabəti qazanmaq üçün döyüşçülər tərəfindən idarə olunması inancına əsaslanır.20
Volfun da söylədiyi kimi satanizmin nəzərdə tutduğu həyat şəkli “qarşıdurmaya, rəqabətə, şiddətə, eqoizmə, mərhəmətsizliyə” əsaslanır. Şeytan Kilsəsinin “baş rahib”lərindən Piter H. Qilmor da bunu açıq şəkildə ifadə edir:
Satanist ahlak, fakirlere ve muhtaçlara yardım götüren her türlü programın sona ermesini gerektirir. Satanistlerin sapkın değerleri, zayıf olanın elimine edilmesini savunur. |
Dövrümüzdə satanizmin əslində nə olduğuna birlikdə baxaq: Elitizmə (seçilmişlərin iqtidarına) və sosial darvinizmə əsaslanan, bacarıqlıların ağılsızlar üzərində hakimiyyətinin yenidən qurulmasını müdafiə edən ... və son iki min ildir insan növünün təkamülünü axsatmış olan "bərabərlik" əfsanəsini kökündən qaldırmağı istəyən mərhəmətsiz din ... 21
Piter Qilmorun “son iki min il”-dən deyərək nəzərdə tutduğu, xristianlıqdır. Xristianlıqdan əvvəl avropalı cəmiyyətlər bütpərəst və ya ateist mədəniyyətə sahib idilər və bu mədəniyyətlərin təməl xüsusiyyətlərindən biri, insanların barbar, vəhşi və mərhəmətsiz olması idi. Şəfqət, mərhəmət, zəiflərə kömək, insanlar arasında bərabərlik və ədalət kimi ilahi dinlərə aid olan əxlaqi anlayışlar, xristianlıq vəsiləsiylə Avropa cəmiyyətləri tərəfindən öyrənildi. Məhz satanistlərin məqsədi, “haqlı olan güclüdür” prinsipinə əsaslanan bu əxlaqi anlayışları tamamilə ortadan qaldırmaq və bunun yerinə “güclü olan haqlıdır” prinsipinə əsaslanan sosial darvinist dünya qurmaqdır.
Necə ki, Qilmor məqaləsinin davamında bunu açıq şəkildə dilə gətirməkdən çəkinməz:
Satanistlər insanlığın ictimai quruluşunu fərqli laylara ayrılmış şəkildə görürlər, bu səbəbdən hər insan öz təbii qabiliyyətləri (və ya bunların yoxluğu) nəticəsində fərqli bir yerə gəlir. Ən güclülərin həyatda qalması prinsipi (satanistlər tərəfindən) cəmiyyətin hər səviyyəsində müdafiə edilir; fərdlərin həyatda qalması və ya itirməsində, özlərini ayaqda tuta bilməyən millətlərin bunun nəticələrinə dözməsində də. Hər səviyyədə ediləcək hər cür kömək, mənfəət qarşılığında olmalıdır. Bunun sayəsində, yəni zəiflərin sosial darvinizmin nəticələrinə dözmələrinə icazə verilməsiylə, dünya əhalisində əhəmiyyətli azalma olacaq. Necə ki, təbiət hər zaman öz uşaqlarını gücləndirmək və lazım olsa ortadan qaldırmaq üçün hərəkətə keçmişdir. Bu ağrılıdır, amma dünyanın gerçəyidir .... 22
Satanistlerin de savundukları Sosyal Darwinizm, Thomas Malthus'un fikirlerinden etkilenmiştir. Malthus'un zalim ve acımasız anlayışı ise, fakirlere temizliği tavsiye etmek yerine tam tersi alışkanlıklara teşvik etmeyi, şehirlerde sokakları daha dar yapmayı, daha fazla insanı evlere doldurmayı ve insanlara veba bulaştırmayı öngörür. |
Qilmorun bu məqaləsini şərh edərkən Dr. Kristiansın, bəhs edilən ideologiyanın praktikada tətbiq olunması vəziyyətində ictimai nizamın və kasıblara və köməyə möhtac olanlara yardım aparan hər cür proqramın sona çatacağına diqqət çəkər. Bu vəziyyətdə kömək proqramlarının yerini, zəngin və güclü olan fərdlərə məqsədlərinə çata bilmək üçün hər cür asanlığın təmin ediləcəyi tətbiqlər alacaq. Və bu qaydalara əməl etməyən kəslər də uyğun şəkildə bu rəftarlarının qarşılığını alacaq, məsələn, cəmiyyətin qabaqcıllarının ehtiyaclarını qarşılamaq üçün iş düşərgələrində məcburi işçi olaraq istifadə ediləcəklər. 23
Göründüyü kimi, satanizm və satanizmin ən əhəmiyyətli fikri dayağı olan darvinizmin təklif etdiyi cəmiyyət modelləri insanlığı böyük fəlakətə sürükləyəcək modeldir. Allahın insanlara əmr etdiyi və Quranda bildirilən əxlaq isə, cəmiyyətləri hər zaman rifaha, hüzura və sülhə aparacaq əxlaqdır. Quran əxlaqının yaşandığı cəmiyyətlərdə düşkünlər və ehtiyac içində olanlar qorunur, bütün insanlara bərabər davranılır, məzlumun haqqı hər zaman müdafiə olunur.
Müasir satanizm üzərində böyük təsiri olan Alister Crouli isə, özünə şeytandan gəldiyini iddia etdiyi mesajlarda bunların bildirildiyini söyləmişdir:
Burax mənim xidmətçilərimin sayı az və gizli olsun, onlar daha çoxlarını və bilinənləri idarə edəcəklər ... Cəmiyyətin xaricində qalanlar və ayaqda dura bilməyənlərlə bizim işimiz ola bilməz, burax onları öz acizlikləri içində ölsünlər. Onlara mərhəmət bəsləmə ... Yıxılana mərhəmət etmə! Onlar məni heç maraqlandırmır. Mən onlar üçün deyiləm. Onlara dəstək olma, dəstək olanlardan və dəstək olunanlardan nifrət edirəm.24
Qısacası, Şeytan Kilsəsi bunu müdafiə edir: "Kasıblara, aclara, zəiflərə kömək etməyin, buraxın ölsünlər. Bu, təbiətin qanunudur. Beləcə əhali azalar və güclülər daha çox imkan əldə edərlər!" Satanist ideologiyanın bu dəlisov anlayışı ilə qurulacaq olan cəmiyyət nizamı vəhşi meşə həyatından fərqlənməyəcək.
Allah insanlara dostluğu, kardeşliği, yardımseverliği, fedakarlığı emreder. Allah korkusunun hakim olduğu toplumlarda ihtiyaç içinde olanlar hep korunup kollanır. |
Bu zalım və mərhəmətsiz sistem əslində satanistlərin öz kəşfi deyil. Bu fikirləri ilk dəfə dilə gətirən insan, 19-cu əsrdə yaşamış olan İngilis iqtisadçısı Tomas Maltusdur. Maltus, “An Essay on the Principle of Population” (Əhali prinsipi üzərinə bir sınaq) adlı kitabında, dünya əhalisinin artımını əngəlləmək üçün, “kasıbları və zəifləri qorumaqdan imtina edilməli olduğunu” müdafiə etmişdir. “Nazilərin elmi arxa planı” adlı məqalədə isə, Maltusun populyasiya ilə əlaqədar fikirləri və 19-cu əsr Avropasının rəhbərlərinin buna verdiyi əhəmiyyət belə çatdırılır:
19-cu əsrin ilk yarısında Avropada idarəçi sinfin üzvləri, yeni kəşf edilən “əhali artımı problemi”ni müzakirə etmək və kasıbların ölüm nisbətlərini artırmaq üçün, Maltusun fikirlərini tətbiq etmə üsullarını planlamaq üçün bir araya gəldilər. Vardıqları nəticə qısaca belə idi: "Kasıblara təmizliyi tövsiyə etmək yerinə onları tam əks olan vərdişlərə təşviq etməliyik. Şəhərlərimizdəki küçələri daha dar etməliyik, daha çox insanı evlərə doldurmalıyıq və vəba gətirməyə çalışmalıyıq. Ölkəmizdə kəndlərimizi durğun sulara yaxın etməliyik, bataqlıqlarda yaşamağı təşviq etməliyik və s. ..." 25
Maltusun nəzəriyyəsi çox tətbiq olunmamış, amma bir başqa nəzəriyyəyə yol açdığı üçün tarixə keçmişdir. Bəhsi keçən nəzəriyyə Darvinin təkamül nəzəriyyəsidir. Darvin, öz nəzəriyyəsinin təməl daşları olan, “həyat mübarizəsi” və “güclü olmayan fərdlərin ələnməsi kimi anlayışları Maltusdan təsirlənərək inkişaf etdirmişdir və məqalələrində də bunu açıq şəkildə ifadə etmişdir. Açıq şəkildə görüldüyü kimi, satanistlərin dünya görüşü Darvinin nəzəriyyəsi ilə eyni qaynaqdan bəslənir və hər ikisinin də gəldiyi nəticə "sosial darvinizmdir", yəni Darvinin nəzəriyyəsinin cəmiyyətə uyğunlaşdırılmasından başqa bir şey deyil.
Bununla yanaşı, əxlaqi dəyərlərin düşmən olaraq görüldüyü satanist ortamda, hər cür əxlaqsızlıq yaşanacaq, hətta soyğunlar, cinayətlər təşviq olunacaq. Çünki bu cahil fəlsəfəyə görə bunlar insanın təbiətində olan və qarşı çıxılmamalı pisliklərdir.
Halbuki bunların hamısını Allah qadağan etmişdir. Allah insanlara kasıblara kömək etməyi, insanlara yaxşı davranmağı, ehtiyacı olanı qoruyub mühafizə etməyi, yardımlaşmağı, pisliyi yaxşılıqla əvəz etməyi, səbir etməyi, mülayim xasiyyətli olmağı, mərhəmətli və tolerant davranmağı əmr etmişdir. Mövzuyla əlaqədar ayələrdən biri belədir:
Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir. (Nur surəsi, 22
Allahın əmrlərinə görə yaşayan insanların meydana gətirdiyi cəmiyyətlər, gözəl əxlaqın yaşandığı, hər kəsin bir-birinə sevgi və hörmət göstərdiyi, bir-birinə mərhəmət və şəfqətlə yaxınlaşdığı cəmiyyətlər olur. Bu da cəmiyyətə sülh, hüzur, sükunət və təhlükəsizliyin hakim olmasını təmin edər.
Faşizm de tıpkı satanizm gibi temel felsefesini Sosyal Darwinizm'e dayandıran, öfke ve kin dolu bir ideolojidir. |
Daha əvvəl də ifadə etdiyimiz kimi, satanistlərin darvinizmə duyduqları yaxınlıq, faşizm və satanizm arasında təbii ittifaqın inkişafını təmin etmişdir. Bilindiyi kimi, faşizm də eynilə satanizm kimi təməl fəlsəfəsini sosial darvinizmə dayandırır. Faşizmə görə dünya, fərqli irqlər arasındakı qarşıdurma və “həyat mübarizəsi” sahəsidir. Qan tökmək, müharibə etmək, digər insanlara acı çəkdirmək faşistlərin gözündə həm guya müqəddəs bir vəzifə, həm də zövqdür. (Ətraflı məlumat üçün bax. Harun Yəhya, Darvinizmin Qanlı İdeologiyası: Faşizm , İstanbul, 2001)
Faşizm və satanizm arasındakı ortaq nöqtələrin digəri, 19-cu əsrin ateist və din düşməni filosoflarını Nitşseyə olan heyranlıqlarıdır. Nitşse, bütün ilahi dinlərə qarşı nifrət dolu yazılar yazmış, özünü “dəccal” olaraq təyin etmiş və ağlını itirərək ölmüşdür. Məqalələrində sevgi, şəfqət, mərhəmət kimi əxlaqi ərdəmlərə hücum etmiş, bunların yerinə dünyada qəddarlığın hakim olmasını və yalnız güc sahiblərinin hakimiyyət qurmasını müdafiə etmişdir. Nitşsenin fikirlərinə sahib çıxanların başında Nazilər gəlir və bu gün də neo-Nazi qrupları Nitşse təlimini müdafiə edir. Digər Nitşse pərəstişkarının axını da, başda ifadə etdiyimiz kimi, satanistlərdir. Şeytan Kilsəsi tərəfindən nəşr olunan “A Description of Satanism” (Satanizmin tərifi) adlı məqalədə belə deyilir:
Nitşse ümumiyyətlə, satanist düşüncəli insan olaraq xatırlanır. Laveyin Nitşsedən təsirlənmiş olduğu isə şübhəsizdir; Lavey ondan bəhrələnmişdir.26
Nietzsche'nin ateist görüşlerinden derinden etkilenen LaVey, eserlerinde sık sık Nietzsche'den alıntılar yapmıştır. |
Satanistlər, Avropa və Amerikadakı faşist qruplarla əməkdaşlıq içində olduqlarını açıq şəkildə qəbul etməkdən çəkinməzlər. Məsələn, Anton Lavey və satanizmin öndə gələn digər adı Blenç Barton, satanizm ilə faşizm arasındakı əlaqəyə dair sualları belə cavablandırmışdır:
Anton Lavey: Bu müqəddəs olmayan ittifaqdır. O cür insanların (faşistlərin) çoxu indiyə qədər bizimlə əlaqə qurdular. Həqiqətən də nasional sosialist Almaniyadakı (Nazi Almaniyasındakı) anti-xristian güc satanistlər üçün olduqca cəzbedicidir. Dram, işıqlandırma və xareoqrafiya ilə milyonlarla insanı (din əleyhinə) hərəkətə keçirmişlər.
Blenç Barton: satanizmlə faşizm arasında ortaq zəmin meydana gətirən ən əhəmiyyətli ünsür estetikadır. Nasional sosializm (Nasizm) və satanizmin estetik anlayışları bir birinə paraleldir.27
Bartonun bəhs etdiyi "estetika" isə, əslində bu iki qaranlıq ideologiyanın ruh halını əks etdirən çirkinliklərdən və mənfur şeylərdən başqa bir şey deyil. Satanist-Faşist "estetika" anlayışının ən yaxşı nümunələrini, bu fəlsəfəni mənimsəmiş olan bəzi “heavy metal” və “black metal” musiqi qruplarının konsertlərində və ya video kliplərində görmək mümkündür.
'Satanist estetik' pislik, iğrençlik, ürkütücülük ile eş anlamlıdır. Bu batıl ideolojiden etkilenen bazı müzik grupları ve bu grupların izleyicileri, gerek ürkütücü kıyafet ve makyajları gerekse sergiledikleri vahşetle tiksindirici bir tablo oluşturmaktadırlar. |
Məsələn, satanist-faşist musiqi qruplarının ən tanınmışlarından biri olan İngilis "Cradle of Filth" (Pislik yatağı) adlı qrup, bütün mövzularını pislik, iyrənclik və qaranlıq üzərinə inşa edir. Qrupun video klipləri, yeri palçıq və qətran örtülü, divarları qan və murdarlıq axan, qaranlıq və rütubətli yerlərdə çəkilir. Qrup üzvləri üzlərinə son dərəcə diksindirici və qorxunc makiyajlar edir, homoseksualizm və murdarlıq xatırladan paltarlar geyinirlər. Qrupun konsertlərində dinə təhqirlər edilir, dini kitablar tamaşaçılar tərəfindən cırılıb parçalanır.
Digər qrupun solisti və eyni zamanda Şeytan Kilsəsinin üzvlərindən olan Merilin Menson isə pərəstişkarlarına ailələrinə, cəmiyyətə və dini təşkilatlara hücum etmələri üçün məsləhətlər verir. Menson, 1995-ci ildə verdiyi reportajda soruşulan "təkamül haqqındakı düşüncələriniz nədir" sualına isə belə cavab vermişdir.
Sosial darvinizmə inanıram, bu səbəbdən cəmiyyətin təkamülünə inanıram. Darvin nəzəriyyəsinə də inanıram ... amma yaradılış fikrinə və yaradılışı müdafiə edənlərə qapalıyam. Mənim üçün bir şey ifadə etmir.28
Satanizm və faşizmin ortaq dəyərlərindən biri də yevgeni nəzəriyyəsidir. Şikəst və xəstə insanların cəmiyyətdən təmizlənməsi və sağlam fərdlərin cütləşdirilərək çoxaldılmasını nəzərdə tutan yevgeni nəzəriyyəsi, xüsusilə Nazi Almaniyasında tətbiq edilmişdir. Yevgeni nəzəriyyəsinə görə, necə sağlam heyvanlar bir-birləriylə cütləşdirərək yaxşı heyvan cinsləri əldə edilirsə, bir insan irqi də islah edilə bilər. İnsan irqinin islah edilməsinə mane olan ünsürlər isə (şikəstlər, xəstələr, ağıl xəstələri kimi ...) cəmiyyətdən təmizlənməlidir. Nazi Almaniyasında bu yanlış məntiqə uyğun olaraq on minlərlə irsi xəstə və ağıl xəstəsi insan mərhəmətsizcə öldürülmüşdür.
Satanizm də eyni qorxunc cinayətləri müdafiə edir. Satanistlərin yevgeniyə baxış bucaqları öz qaynaqlarında bu şəkildə yer alır:
Satanistlər həmçinin yevgeni nəzəriyyəsinin tətbiqinə keçərək təbiət qanunlarının inkişaf etdirilməsi üçün yollar axtarırlar ... Bu, qabiliyyətli insanları dəstəkləyərək, gen hovuzunu insanlığın daha sürətli inkişafını təmin edəcək şəkildə inkişaf etdirilməsidir. Bu, dünya səviyyəsində ümumi olaraq tətbiq olunan üsuldur ... Genetik kodlar və soyumuzu davam etdirəcək olanları seçmə imkanımız olana qədər satanistlər ən yaxşıların ən yaxşılarla birləşməsini müdafiə edirlər. .29
Geçtiğimiz yüzyıl boyunca yaklaşık 120 milyon insanın hayatına mal olmuş olan komünizm, kendilerini satanist olarak tanımlayan ideologlar tarafından üretilmiştir. |
Satanizmin qaranlıq dünyasının bir başqa ünsürü, kommunist ideologiyadır. Ötən əsr ərzində təxminən 120 milyon insanın həyatına son qoymuş olan kommunizm30, özlərini satanist olaraq təyin edən ideoloqlar tərəfindən çıxarılmışdır.
Kommunizmin qurucusu olan Karl Marksın həyatı bu mövzuda maraqlı bəzi işarələr verir. Marksın hər cür dini inanca şiddətlə düşmən olduğu bilinən həqiqətdir. Məhz bu düşmənçiliyin altında, Marksın satanist təlimlərlə olan əlaqəsi yatır. Vatikan Universitetindən məşhur tarixçi Məlekay Martin, bu mövzuda bu məlumatı verir:
Gənclik dövrlərində Berlin Universitetində oxuyan Karl Henrix Marks, kin duyğusunu alovlandıran çox təhlükəli mərasim kimi bir növ satanizmə maraq göstərdi. O gündən sonra yazdığı şeirləri “Oulanem”ə həsr etdi. “Oulanem”, şeytan üçün istifadə edilən mistik ad idi.31
Sadəcə Karl Marks deyil, kommunizm tarixində əhəmiyyətli bir yerə sahib olan Mixail Bakunin də satanistdir. Bakunin anarxizmin banisi olaraq bilinir və anarxizm, kommunizmin radikal versiyasından başqa bir şey deyil. Dövləti, dini, ailəni və hər cür ictimai dəyəri yox etməyi məqsəd qoyan anarxist ideologiyanı düstur edən Bakunin, ilhamını satanizmdən almış və bunu açıq şəkildə ifadə etmişdir. Şeytanın Allaha olan üsyanını, kommunistlərin dinə, dövlətə və cəmiyyətə olan üsyanına bənzədən Bakunin, "İblis, bütün inqilabçıların qabaqcılı və yol göstəricisidir" deyə yazmışdır.32
Bu gün satanistlərin internet saytlarında və nəşrlərində Bakuninin sözləri təriflənərək çatdırılır və beləcə Bakunin tərəfindən yaradılan anarxist-kommunist ideologiyanın təbliğatı aparılır. Məsələn, "Satanist Qırmızılar" (Satanic Reds) adlı bir internet saytında, "satanizm-kommunizm" ideologiyası açıq şəkildə müdafiə olunur və belə deyilir:
Niyə Qırmızılar? Ah, bu qorxunc ad! Qırmızı hər zaman "radikallıqla" eyni mənalı olmuşdur. Gerçək kommunist ölkə olan Sovetlər Birliyi, Satanist İncilin dövlət qulluqçuları tərəfindən oxunduğu və üstəlik muzeyə yerləşdirildiyi tək ölkədir.33
Bəhs etdiyimiz "Satanist Qırmızılar" qrupunun emblemi, satanist ulduz içində oraq-çəkic simvoludur. Qrup, "Baş katib, komissar və proletariat" şəklində təşkilatlanmışdır və bu quruluş saytda açıqlanır. Həmçinin qrupun internet saytlarında kommunist ideologiyanı müdafiə edən, hətta kommunizmin ən qanlı diktatorları olan Stalin və Maonu tərifləyən məqalələr yer alır. Məsələn, “Stalin haqlı idi” (Stalin Was Right) adlı bir məqalədə, 40 milyon insanı qətl etmiş olan bu böyük canini mədh edən və qətliamlarını haqlı kimi göstərən şərhlər var.34
Satanizm belası ile mücadelenin en önemli aşaması eğitimdir. Genç insanlar ilk bakışta, sapkın ideolojilerin yanılgılarını ve aldatmacalarını fark etmekte zorlanabilirler, ancak bu noktada velilere, eğitimcilere ve sosyal bilimcilere çok önemli sorumluluklar düşmektedir. Manevi değerlerine sahip çıkmayı öğrenen bir insanın, sapkın ideolojilerin tuzağına düşmesi, Allah'ın izni ile, mümkün değildir. |
Satanizmin qaranlıq təlqinlərinin təsiri altında qalan gənclər ilk əvvəl nə qədər böyük təhlükəyə qarışdıqlarının fərqində olmaya bilərlər. “Sərbəst yaşamaq”, “qaydalara qarşı çıxmaq”, “tək başına həyatda qala bilmək” kimi təlqinlərlə bu bəlanın içinə çəkilən gənc insanlar, haqqında bəhs etdiyimiz ideologiyanın həm ətraflarına, həm özlərinə fəlakət gətirən ideologiya olduğunu dərhal analiz etməyə bilərlər. Maraqlı, sirli və yeni bir dünya ilə tanış olduqlarını düşünüb bir anda özlərini bu axına qapdıra bilərlər. Bu səbəblə gənclərin satanizm mövzusunda əhatəli olaraq məlumatlandırılmaları və maarifləndirmələri zəruri əhəmiyyət daşıyır.
Buraya qədər araşdırdığımız məlumatlar, “satanizm bəlası haradan çıxdı” deyə düşünən valideynlər, müəllimlər və ya sosioloqlar üçün yol göstərici olmalıdır. Əgər bir cəmiyyətdə insanlara, “siz meymunlardan təkamül keçirmiş heyvan növüsünüz” deyilirsə, bu böyük yalan qəzetlərdə, jurnallarda, dərs kitablarında, saxta “elmi” qaynaqlarda israrla təkrarlansa, o cəmiyyətdə satanizm və ya buna bənzər vəhşi ideologiyaların inkişafı da son dərəcə normal olar. Bu gerçəyin əhəmiyyətlə nəzərə alınması və təhsil sisteminin, mədəni və ictimai siyasətlərin buna görə təyin olunması lazımdır. Əks halda, satanist ruhi xəstəlik halında günahsız insanları öldürən gənclərə “niyə cinayət işlədin” deyə soruşulduğunda, onlar da “çünki vəhşi heyvanlar öldürmək üçün yaşayar, mən də vəhşi heyvanam” cavabını verəcəklər.
Buna görə satanizmə qarşı aparılacaq fikri mübarizədə birinci addım, bu azğın axını ideologiya olaraq bəsləyən qaynaqların qurudulması olmalıdır. Bunun üçün də edilməli olan, başda darvinizm olmaqla bu ideologiyaların səhvlərinin və yalanlarının ifşa edilməsidir. Ancaq bununla yanaşı, gənclərin mənəvi cəhətdən də şüurlandırılması tələb olunur. Allahın bütün kainatı yoxdan var etdiyini bilən, Allaha qarşı məsuliyyətlərinin fərqində olan, öldükdən sonra təkrar dirildiləcəyinin və dünyada keçirdiyi hər anın hesabını verəcəyinin şüurunda olan bir insanın hər hansı azğınlığa düşməsi, özünə və ətrafına zərər verəcək fəaliyyətlərdə olması mümkün deyil.
Uluslararası satanist örgütlerden birisi de Set Tapınağı'dır. Örgüt 1975 yılında, fazlasıyla ticarileştiğini düşündüğü için Şeytan Kilisesi'nden ayrılan Micheal Aquino tarafından kuruldu. Örgüte ismini veren Set, eski Mısır inançlarında yer alan sözde karanlık tanrısı idi. Aynı kelime İbranicede ise şeytan anlamına gelmekteydi. Set Tapınağı ile Şeytan Kilisesi arasındaki en temel görüş ayrılığı, tapınak üyelerinin şeytanı sadece sembolik bir kavram olarak görmemeleridir. Tapınağa üye olanlar Set'i sembolik bir figür olarak görmedikleri gibi tapınağı da sadece dini değerlere bir karşı çıkış olarak değerlendirmezler. Tapınak üyeleri satanizmi şöyle tarif ederler: Şeytanın varlığına evreni var eden ruhsal güç olarak inanmak, şeytana tapmak ve onun belirlediği kurallara ve standartlara göre yaşayarak şeytana itaat etmek. Set Tapınağı'nda 'kara büyü' çok önemli bir yer tutar. İnsanın kendisini büyü ile geliştirebileceğine inanılır. Öyle ki, tapınağa yeni üye olanlara ilk olarak kara büyüyüyü, büyünün felsefesini, yapılması gereken özel işlemleri anlatan özel tanıtım broşürleri verilir.35 |
3- Aleister Crowley, A Legacy of Satanism, http://www.gothicpress.freeserve.co.uk/Aleister%20Crowley.htm
4- Gordon Melton, Encyclopedia of American Religions, Volume III, Triumph Bopoks, 1991, səh. 141-142
5- Blanche Barton, The Church of Satan, Hell's Kitchen Productions, 1991, səh. 79-88
6- A Description of Satanism, http://simon.crabtree.com/satanism/modern.html
7- Peter H. Gilmore, Satanism: The Feared Religion, A New Age; Essays on Current Religious Beliefs and Practices, Merrimac Books,1992
8- The Washington Post Magazine, 8 Fevral 1986
9- Rick Hall, Satan Really Wants You, SCREW, Nömrə 1, 548, 2 Noyabr 1998
10- Roald E. Kristiansen and Nikolay M. Terebikhin Arkhangelsk, Religion, Church and Education in the Barents Region, Russia: Pomor University Publishing House, 1997
11- www.churchofsatan.com/Pages/
MFInterview.html
12- Peter H. Gilmore, Satanism: The Feared Religion, A New Age; Essays on Current Religious Beliefs and Practices, Merrimac Books,1992
13- Anton Szandor Lavey, The Satanic Bible, 1969, səh. 25-33
14- Roald E. Kristiansen and Nikolay M. Terebikhin Arkhangelsk, Religion, Church and Education in the Barents Region, Russia: Pomor University Publishing House, 1997
15- A Description of Satanism, http://www.dpjs.co.uk/modern.html
16- http://www.fortunecity.com/emachines/e11/86/chimp.html
17- Stephen Jay Gould, Darwin ve Sonrası, Çev. Ceyhan Temürcü, Ankara: Tübitak, May 2000, səh. 282
18- http://www.brainyquote.com/
quotes/quotes/s/q141267.html
19- Roald E. Kristiansen and Nikolay M. Terebikhin Arkhangelsk, Religion, Church and Education in the Barents Region, Russia: Pomor University Publishing House, 1997
20- Burton H. Wolfe, Author and priest in the Church of Satan, Introduction of "The Satanic Bible", San Francisco, 25 Dekabr 1976
21- Peter H. Gilmore, Satanism: The Feared Religion, A New Age; Essays on Current Religious Beliefs and Practices, Merrimac Books,1992
22- Peter H. Gilmore, Satanism: The Feared Religion, A New Age; Essays on Current Religious Beliefs and Practices, Merrimac Books,1992
23- Roald E. Kristiansen and Nikolay M. Terebikhin Arkhangelsk, Religion, Church and Education in the Barents Region, Russia: Pomor University Publishing House, 1997
24- Aleister Crowley, A Legacy of Satanism, http://www.gothicpress.freeserve.co.uk/Aleister%20Crowley.htm
25- Theodore D. Hall, The Scientific Background of the Nazi Purification Program, http://www.trufax.org/avoid/nazi.html
26- A Description of Satanism, http://www.dpjs.co.uk/modern.html
27- Micheal Moynihan, Didrik Soderlind, Lords of Chaos, http://www.dpjs.co.uk/modern.html
28- An Interview with Marilyn Manson at the Capitol Ballroom, Washington D.C., 9 Noyabr 1995
29- Peter H. Gilmore, Satanism: The Feared Religion, A New Age; Essays on Current Religious Beliefs and Practices, Merrimac Books,1992
30- Komünist rejim ve örgütlerin toplam 120 milyon aşkın insanı katlettiği, dünyaca ünlü "Komünizmin Kara Kitabı" adlı eserde istatistiklerle açıklanmaktadır. Komünizmin Kara Kitabı, İstanbul: Doğan Kitapçılık, Mart 2000
31- Malachi Martin, The Keys of This Blood, səh. 200
32- Order Of The Left Hand Path, http://www.satanist.net/satan/Satanism/Olhp/Olhp.htm
33- Why do we call ourselves Red Satanics? FAQ, http://www.geocities.com/satanicreds/faq.html
34- Stalin Was Right, http://www.geocities.com/satanicreds/stalin-w-right.html
35- J. Gordon Melton, Encyclopedia of American Religions, Volume III, Triumph Bopoks, 1991, səh. 141-142