Satanist Əxlaq

Buraya qədər üzərində dayandığımız kimi, satanizm, hər cür dini və əxlaqi dəyəri rədd edən, İlahi dinləri xatırladacaq hər cür fakta qarşı çox böyük düşmənçilik bəsləyən, din əxlaqında bildirilən hər cür gözəl xüsusiyyətin tam tərsini etməyi özünə hədəf qəbul edən və bunları edərkən də şeytana qulluq etdiyini iddia edən azğın təlimdir.

Satanistlər, islam, xristianlıq və yəhudilik kimi ilahi dinlərdə əmr edilən sevgiyə, şəfqətə, doğruluğa, dürüstlüyə əsaslanan; yalan danışmağı, oğurluğu, öldürməyi, insanlara zərər verməyi qadağan edən əxlaqa tamamilə qarşıdırlar. Satanizm haqq dinlərdəki bütün günahları işləməyi guya ucalıq, bir növ üstünlük olaraq görür, bu səbəbdən də tərəfdarlarını bu günahları işləməyə təşviq edər. Bu azğın təlimə görə əsl olan, kin, qəzəb, intiqam kimi hisslərdə və pislikdə sərhəd tanımaz olmaqdır.

...şeytanın adımlarını izlemeyin. Gerçekte o, sizin için apaçık bir düşmandır.O, size yalnızca, kötülüğü, çirkin-hayasızlığı ve Allah'a karşı bilmediğiniz şeyleri söylemenizi emreder.
(Bakara 168-169)

Quranda şeytanın arxasından gedən şəxslərin vəziyyəti “...şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu” (Əraf surəsi, 175) şəklində bildirilir. Digər ifadəylə bu kəslər, şeytanla birlik olmanın nəticəsində nəfslərinin əsiri olmuşlar və həyatları hər cür ifrat və azğınlıqla doludur. Ayələrdə şeytanla əlaqəyə girən insanların xüsusiyyətləri bu şəkildə xəbər verilir:

Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar. Şeytanlar vəhydən eşitdiklərini kahinlərə təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır! (Şuəra surəsi, 221-223)

Həmişə şeytana qulaq asan və şeytanın əxlaqını yaşayan satanistlər, cəhənnəm həyatını da bir növ ideal model olaraq qiymətləndirirlər. Bu səbəblə satanistlərin yaşadıqları yerlər qaranlıq və rütubətli olur. Estetika anlayışları cəhənnəmin vəhşiliyini və dəhşətini xatırladacaq şəkildə, qan və şiddətin görüntüsü üzərinə quruludur. Həsrətini duyduqları cəmiyyət quruluşu da, bu əxlaqın gərəyi olaraq, cəhənnəm xalqının yaşayacağı quruluşdur. Satanist əxlaqın yaşanması vəziyyətində kimsənin kimsəni həqiqətən sevmədiyi, kimsənin kimsəyə etibar etmədiyi, həyatın hər sahəsində narahatlığa və dəhşətin yaşandığı, xəyanətin və vəfasızlığın hakim olduğu, fahişəliyin, oğurluğun, adam öldürmənin, işgəncənin, qırğınların və min cür cinayətin yayılmış olduğu, bədbəxtliyin və ümidsizliyin bütün insanları əhatə etdiyi cəmiyyət ortaya çıxacaq.

Bu nöqtədə satanistlərin yanıldıqları əhəmiyyətli bir mövzu daha vardır. Satanistlər cəhənnəmi istədiklərini dediklərində bu, onların cəhənnəmin necə bir yer olduğunu bilməmələrindən, cəhənnəmi zehinlərində tam mənası ilə canlandıra bilməmələrindən qaynaqlanır. Allah Quranda bizə cəhənnəmin necə qorxunc və dəhşətli bir yer olduğunu təfərrüatları ilə bildirmişdir. Cəhənnəm o qədər dəhşətli bir yerdir ki, cəhənnəmi görən, hətta uzaqdan uğultusunu duyan insanlar ondan qoruna bilmək üçün yalvarmağa başlayarlar. Cəhənnəm əzabını dadan kəslər, Rəbbimizə, özlərini cəhənnəmdən çıxarması üçün dua edərlər. Əgər özlərinə imkan verilsə, dünya həyatında işlədikləri cinayətləri bir daha əsla işləməyəcəklərinə dair and içərlər. Ancaq o gün artıq peşman olmaq üçün çox gecdir. Ayələrdə belə buyurulmuşdur:

Satanistlerin cehennemi istediklerini söylemeleri, cehennemin nasıl dehşetli bir yer olduğunu gereği gibi düşünemiyor olmalarından kaynaklanmaktadır.

Onlar Cəhənnəm odunu uzaq məsafədən gördükdə belə onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını eşidəcəklər. Onlar əlləri boynunda bağlı halda Cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər. Onlara deyilər: “Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!” (Furqan surəsi, 12-14)

Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq” – dediklərini görəydin! (Ənam surəsi, 27)

Yaxşı, bir insan necə olur ki, belə həyatın ideal həyat tərzi olduğuna inanır? Bu sualın cavabı isə, satanistlərin həyata baxış bucaqlarında gizlidir:

1. Satanistlər heç bir şeyə və heç kimə qarşı məsul olmadıqlarına inanırlar. Heç kimsənin özlərinə doğruları göstərə bilməyəcəyini, öz doğrularına ancaq özlərinin qərar verə biləcəklərini iddia edirlər. (Halbuki onlar da şeytanın ilhamı ilə qərar verirlər.) Bir satanist üçün tək məsuliyyət öz nəfsinə qarşıdır. Bu səbəblə də nəfsinin hər cür azdırıcı əmrini yerinə yetirər. Yalandan, kin tutmaqdan, intiqam almaqdan, insanlara və özünə zərər verməkdən zövq alar. Fiziki olaraq pis, rütubətli, cəhənnəmə bənzər ortamlardan zövq alar. Mətbuata əks olunan satanist toplantı yerləri və ayinlər, satanist musiqi ilə məşğul olan qrupların fiziki görünüşləri, satanist əxlaqın əhəmiyyətli nümunələridir. Satanistlərin bu tərz həyatdan zövq almaları, pisliyi, vəhşiliyi, şiddəti və rütubəti seçimələri də Allahın bir ayəsidir. Allah Ənam surəsində "... şeytan da onlara etdikləri əməlləri (bəzəkli) göstərdi." (Ənam surəsi, 43) şəklində buyurur. Yəni şeytan onlara bu etdikləri pislikləri gözəl və cazibədar göstərərək, onları böyük yalanın içinə salır, bu şəkildə onları Allahın yolundan uzaqlaşdırır.

2. Satanizm nəfsin məmnunluğu üzərinə quruludur. Onsuz da nəfsin məqsədi də şeytanın əmrlərini yerinə yetirmək, bu şəkildə onu razı etməkdir. Yalnız nəfslərinin istəklərinə görə yaşamaq istədiklərini və bunu da “azadlıq” olaraq gördüklərini ifadə edən satanistlər üçün, narkotik, spirt, fahişəlik, oğurluq kimi əxlaqsızlıqlar həyat şəkli halını almışdır. Mətbuatda bəhs edilən xəbərlərdə də gördüyümüz kimi bu əxlaqsızlıqlar çox zaman daha irəli ölçülərdə da yaşanır. Məsələn, satanistlər təcavüz, kiçik uşaqlara istiqamətli cinsi təcavüzlər, müxtəlif heyvanların əziyyət edilərək qətl edilməsi, öz qanlarının, ya da qətl etdikləri heyvanların qanlarının içilməsi kimi iyrənclikləri sanki qürur içində açıqlayarlar. Eyni məntiqlə cinayəti də qanuni görərlər. Allahın Bəqərə surəsində bildirdiyi kimi, şeytan onlara "... çirkin həyasızlığı ..." (Bəqərə surəsi, 268) əmr edir, onlar da bu əmri laqyedliklə yerinə yetirirlər. Allah insanları şeytanın yalanlarına qarşı Nur surəsində də bu şəkildə xəbərdar edər:

Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir. Nur surəsi, 21)

3. Satanistlərin ən diqqətə çarpan xüsusiyyətlərindən biri də üsyankar xarakterləridir. Onlar başda din əxlaqı olmaqla, cəmiyyətin nizamını meydana gətirən hər cür qaydaya qarşıdırlar. Onsuz da qaydaların yıxılmaq üçün yazıldığını bir-birlərinə təlqin edərlər. Bu üsyanları ailə içində başlayır, məktəbdə, yoldaşlarının ətraflarında davam edir. Heç bir qaydaya tabe olmaq istəməz, hər zaman problem çıxaran, problemli insanlar olarlar. Şeytanın ən əhəmiyyətli xüsusiyyətinin üsyan olduğunu, özlərinin də üsyançı şəxsiyyətləriylə tanınmaları lazım olduğunu ifadə edərlər.

Şeytan, insan nefsindeki nefret, intikam, hırs, öfke, şiddet ve şehvet gibi duyguları, bu insanlara kendi yolunda hizmet ettirmek için kullandırır. Allah Meryem Suresi'nde, "Görmedin mi, Biz gerçekten şeytanları, kafirlerin üzerine gönderdik, onları tahrik edip kışkırtıyorlar." (Meryem Suresi, 83) şeklinde bildirmekte, şeytanın Allah'ın zikrinden uzak olan inkarcıları 'sürekli kışkırtıp', kötülüğe sevk ettiğini haber vermektedir. Günümüz satanizminin kurucusu olarak kabul edilen Anton LaVey de, Satanic Bible (Şeytan İncili) adlı kitabında satanizmin temel prensiplerini aktarırken, takipçilerine kötülüğü diledikleri gibi yaşamaları ve yaymaları için telkinde bulunmaktadır. Hatta kendisi ile yapılan bir röportajda LaVey, "Kanunların kesin olarak çiğnenmek için yapıldığını hissediyorum... Sokakta birini soymakta hiçbir yanlışlık görmüyorum" demektedir.36 LaVey'in bu sözlerini, kitabın ilk bölümünde üzerinde durduğumuz Sosyal Darwinist yaklaşımla açıklamak mümkündür. Çünkü satanizm materyalist ve Darwinist bir öğretidir ve bu düşünceye göre şiddet, tabiatın kendisinde vardır, kaçınılmazdır. Bu saçma inanışa göre insanın doğasında zaten var olan şiddet, sınırsızca yaşanmalı, insan kendine hiçbir sınırlama getirmemelidir. Bu şiddeti engellemek ya da önlemeye çalışmak insanın doğasına aykırıdır ve bunu engellemek mümkün değildir. İşte bu nedenle de insan ve toplum düşmanı olan satanizm insanlığa büyük bir kaos ve sonucunda da şiddetli bir yıkım getirir.

Şeytan insanları sürekli kötülüğe ve isyana sevk eder. Bu nedenle şeytanın etkisi altına giren insanlar, hiçbir kurala uymak istemez, her zaman sorun çıkaran, problemli kişiler olurlar.

Üstəlik, təbiətdə satanistlərin qarşıya qoyduqları kimi davamlı qarşıdurma yoxdur. Canlıların balalarının həyatda qalmalarını təmin edə bilmək və ya öz icmalarının fərdlərini qoruya bilmək üçün göstərdikləri fədakarlıqlar fövqəladədir. Bu fədakarlıqlar çox vaxt satanistlər və darvinistlər tərəfindən gözardı edilir. Satanistlərin qarşıdurmanı zərurətmiş kimi göstərmələri böyük yalandır. İnsanlar və cəmiyyətlər varlıqlarına zidd düşərək deyil, həmrəylik ilə, həmişə birlikdə davranaraq davam etdirərlər. Qarşıdurma və şiddət isə o cəmiyyətin sonu deməkdir.

4. Satanizm, sosial darvinist düşüncənin gərəyi olaraq, zəiflərə, ehtiyac içində olanlara və yaşlılara hörmət və mərhəmət etməz. Onları ortadan qaldırılmalı olan “parazitlər” kimi qiymətləndirər. Sevgi, şəfqət, mərhəmət və fədakarlıq kimi xüsusiyyətləri zəiflik olaraq xarakterizə edərlər. Bu gözəl xüsusiyyətlərin din əxlaqını ağıla gətirməsi satanistlərdə çox böyük narahatlıq meydana gətirər. Satanistlərə görə, insan həyatını davam etdirə bilmək və həyatda qala bilmək üçün hər cür pisliyə üz tuta bilər. Satanizm bütün bunları qanuni görür. Bunun səbəbi, daha əvvəl də üzərində dayandığımız kimi, darvinist düşüncənin nəticəsi olaraq “həyatın vəhşi arena” olduğu və yalnız güclü olanların yaşaya biləcəyi istiqamətindəki səhv anlayışdır. Satanizmdəki təcavüzkar və zalım xarakterin təməlində də bu anlayış yatır. Bu səbəblə də satanizm cəmiyyətin faydasını və insanlığın faydasını qətiyyən düşünməz, fərdilik üzərinə quruludur. “Əgər bir şey sənə fayda verirsə bunu et, əgər sənə deyil, başqasına fayda verirsə, bunun üçün səy sərf etmə” yanaşmasını müdafiə edər. Bu yanaşmanın nəticəsi isə eqoist, insafsız, insaniyyətsiz, zalım və mərhəmətsiz kəslərdən ibarət olan cəmiyyətdir. Anton Lavey aşağıdakı sözlərlə dilə gətirdiyi ideal cəmiyyət nizamı, satanizmin müdafiə etdiyi mərhəmətsizliyi vurğulaması baxımından olduqca diqqət çəkicidir:

İdeal olaraq heç bir qaydanın və nizamın olmaması lazımdır ki, onun sayəsində ov olanlar ov olacaqlarını biləcəklər və ovçular da ovçu olacaqlarını biləcəklər. Məhz bütün məsələ budur. İnsanların, yəni bu dünyanın insan heyvanlarının bir az daha çox şüura sahib olmaları, insanlığın bir parça təkmilləşə bilməsində ya da bir parça irəliləməsində böyük rol oynayacağını düşünürəm....37

Laveyə görə bir növ heyvanlar kütləsi olan cəmiyyətdə, heç bir qayda və heç bir nizam olmamalıdır. Cəmiyyəti “ovlayanlar” və “ov olanlar” olaraq iki sinifə ayıran Laveyin nəzərdə tutduğu bu həyat stilində, cəmiyyət içindəki hər cür əlaqəni də ovlanmaq anlayışı müəyyən edəcək, eynilə vəhşi bir arenada yaşanırmış kimi ...

Satanistlerin en büyük yanılgılarından biri de, sevgi, şefkat, merhamet ve fedakarlık gibi güzel özellikleri bir zayıflık olarak nitelendirmeleridir. Bu güzel özelliklerin din ahlakını akla getirmesi satanistlerde çok büyük bir rahatsızlık meydana getirir. Oysa Allah insan ruhunu bu güzelliklerden zevk alacak şekilde yaratmıştır.

Heç bir qaydanın tanınmadığı bu cəmiyyətdə nizamın necə təmin ediləcəyi isə satanizmin vəhşi üzünü göstərən başqa nümunədir. Türkiyədə fəaliyyət göstərən satanist bir qəbilə lideri, satanizmin bu mövzudakı şərhini belə açıqlayır:

.. Bu qayda (nə istəyirsənsə onu et qaydası), 18-ci əsrin əvvəlindən bəri yavaşlamış olan insan təkamülünü sürətləndirə bilər. Çünki tamamilə azad buraxılan insan ağrını daddığı təqdirdə, hər hansı bir təzyiq olmadan öz özünü məhdudlaşdıracaq.38

Əslində satanistlərin qayda və qanun düşmənçilikləri çox ağılsızcadır, çünki nizamsız və qanunsuz bir cəmiyyət onların da əleyhinə olacaqdır. Cəmiyyətlərin varlığını davam etdirmələri üçün zəruri olan hüzur və sabitlik dövlətin varlığı və dövlətin qoyduğu qanunların tətbiq olunması ilə təmin olunur. Din əxlaqı da dövlətə itaəti tələb edir. İnsanların digərlərinə qarşı mərhəmət etmədən cinayət işlədikləri cəmiyyət quruluşunda, bu quruluşu ağılsız bir şəkildə müdafiə edən satanistlər də “ov” halına gələcək və əzab çəkəcəklər.

Tarix bunun nümunələri ilə doludur. Terroru və qan tökməyi müdafiə edən hər kəs, nəticədə o terrorun və zorakılığın hədəfi halına gələr. Fransız inqilabında on minlərlə insanı gilyotinə göndərən Yakobin liderlərin hamısının, nəticədə öz başlarını da gilyotinə təslim etmələri kimi ... Satanistlər də, müdafiə etdikləri bu məntiqsiz fikirlərlə, həm dünyaya, həm də özlərinə gətirəcək fəlakəti alovlandırırlar.

5. Lovğalıq və təkəbbür satanizmdə təşviq edilən və mütləq sahib olunmalı xüsusiyyətlərdir. Bu səbəblə də satanistlər özləriylə eyni fikiri paylaşmayan bütün insanları saf və axmaq olaraq xarakterizə edər, ən ağıllı, ən məntiqli, ən ayıq və ən müvəffəqiyyətli olaraq özlərini görərlər. Halbuki arzu etdikləri bu böyüklük ehtirasına, "... Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur." (Mömin surəsi, 56) ayəsində də buyrulduğu kimi, heç bir zaman çatmaları mümkün deyil. Bu tip batil cərəyanlara uyaraq böyüyəcəyini sananlar hələ əvvəldən itirməyi və alçaldılmağı qəbul etmişlər. İzzəti, etibarı bu azğın təlimdə axtaranlar çox böyük səhvin içindədirlər. Çünki gerçək izzət və şərəf ancaq Allah yanındadır.

Allaha səmimi qəlblə özlərini təslim edən, iman yolunun tək qurtuluş olduğunu bilən, həyatlarının hər anını ən gözəl əxlaqı göstərərək keçirmə mövzusunda qərarlı olanlar bu izzət və şərəfə sahib olan möminlərdir. Allah iman gətirənləri Quranda belə müjdələyir:

Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar.Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür!. (Beyyinə surəsi, 7-8)

Satanizmin insanı apardığı qorxunc son

Satanistlerin tüyler ürperten ayinlerinde hayvanlar hatta insanlar vahşice katledilir. Çünkü satanistler öldürmeyi şeytana bağlılığın şartı olarak görürler. Basına yansıyan haberler satanistlerin içinde bulundukları bu karanlık ruh halini açıkça yansıtmaktadır.

Satanizm deyildiyi zaman insan ağlına gələn şeylər, şeytani ayinlər, şeytana həsr olunan heyvanların qətl edildiyi mərasimlər, qara cadu və qan içmə kimi insan təxəyyülünü zorlayan azğınlıqlardır. Şeytani ayinlər satanizmin ayrılmaz hissəsidir. Hər nə qədər şeytani mərasimləri müəyyən başlıqlı maddələr altında yığmaq mümkündürsə də, hər ölkədəki satanist qruplar öz anlayışlarına görə fərqli ayinlər nizamlayarlar. Satanistlərin öz kitablarında, jurnallarında, internet saytlarında, satanist musiqi qruplarının mahnı sözlərində bu mərasimləri bütün açıqlığıyla görmək mümkündür.

Yeni satanist olan birinə bu mərasimlər yavaş-yavaş öyrədilir. Tək başlarına ikən belə şeytanla əlaqəyə keçmək üçün ayinlər keçirmələri tövsiyə edilir. Satanist saytlardan birində yeni satanist olan birinə, "Qaranlıq güclərin səninlə əlaqəyə keçdiklərini düşündüyün anda qorxma və təşvişə düşmə... Qaranlıq qüvvələrə onların layiq olduqları hörmət və dekorasiya ilə yaxınlaş, ayinlər bunun üçündür; onlarla əlaqə qura bilmək üçün..." kimi insanları azdırmaq üçün məsləhətlər yerləşir.39 Satanist ayin isə bu şəkildə təsvir edilir:

>... Təsirli ayin keçirə bilmək üçün Laveyin kitabında göstərilən bütün vəsaitləri tapmağın şərt deyil. Bəlkə qılınclar, ayin qədəhləri, qara iplər, zəng kimi vəsaitləri alacaq pulun olmaya bilər və ya onları təmin edə biləcəyin mağaza tapmaya bilərsən. Amma yenə də ayin keçirə bilərsən ... (Qara) şamı yandır və önünə otur ... Şamın işığına baxaraq, "Hazıram Qaranlıqların əfəndisi, gücünü içimdə hiss edirəm və həyatımı şərəfləndirməni istəyirəm. Mən şeytanın tərəfdarlarından biriyəm. Yaşasın şeytan", deyə ona səslən... Bu şeytanı həyatına daxil etmənin sadə yoludur.40

Satanistlərin ayinlərdə qan tökməyə xüsusi əhəmiyyət vermələri isə, şeytanın insanlıq üzərindəki planının simvolik ifadəsidir. Şeytan, böyük nifrətlə baxdığı insan nəslinə əlindən gəldiyi qədər əzab çəkdirmək istəyir. Bu səbəblə dünyada qan tökülməsini özünə məqsəd olaraq təyin etmişdir. Və satanistlər də şeytanın bu əmrinə əməl edir, qan tökməyi açıq ritual şəklində tətbiq edirlər.

Satanist ayinlərin əsas vəsaitləri baltalar, qılınclar, iplərdir. Qan rəngi olan qırmızı və qaranlıq gücləri simvollaşdıran qara rəngləri isə bu ayinlərin ayrılmaz hissəsidir. Satanistlərin tükləri ürpərdən ayinlərindən biri də heyvanların və daha sonrakı mərhələdə insanların öldürülərək, şeytana adanmalarıdır. Satanist ayinlərində pişik, keçi kimi heyvanların qətl edilməsi çox vərdiş edilmiş hadisədir. Daha sonra bu heyvanların qanı qədəhlərə doldurulub içilir. Çünki satanistlər, bu qanla əldə edilən enerjinin ritualları idarə edən və bu rituallara qatılan kəslərin gücünü artıracağını düşünürlər. Kimin qətl ediləcəyinə necə qərar veriləcəyi isə olduqca bəsitdir: Hər hansı satanistə qarşı onun xoşlanmayacağı bir şey etmiş, onu narahat etmiş olan kəs bu rituallarda qətl edilmək üçün idealdır. 41

Tüm bu haberler satanizmin insanları nasıl korkunç bir sona götürdüğünü göstermesi açısından ibret vericidir.

Öldürməyi və qətl etməyi şeytana bağlılığın şərti olaraq görən satanistin etdiyi şərhlər isə, satanizmin insanları necə əxlaqın içinə sürüdüyünü açıq şəkildə göstərir:

... Şeytana olan bağlılığımız üçün 4-5 dəfə keçi öldürdüm ... İnsan öldürməyə gəldikdə, əvvəlcə öldürüləcək insanın şəxsən şeytan adına özünün qurban edilməsini istəməsi lazımdır. Ancaq bu şərtlər altında mən birini öldürərəm.42

Satanist ayinlərin ən dəhşət verici istiqamətlərindən biri də, bu ayinlərdə yalnız heyvanların deyil, insanların da canlarına qəsd edilməsidir. Bu mərasimlər əsnasında təcavüzə uğrayan gənc qızlar olduğu, rituallar üçün zəruri qanın olması məqsədiylə insanların belə öldürüldüyü bilinən hadisələrdəndir.

Çox vaxt da satanizmin vəhşiliyi insanın öz canına qəsd etməsi kimi sonrakı mərhələyə qədər gedib çıxır. Satanizmin insanlar üzərində meydana gətirdiyi mənəvi boşluq və ruhi qeyri-sabitlik, insanın bu ağıldankənar təlimlər uğruna intihar etməsinə səbəb olur.

Necə ki, satanistlər həyat haqqında çoxlu yanılmaya sahiblərsə, ölümə və ölümdən sonrasına dair fikirləri də bir çox azğınlıq ehtiva edir. Bəzi satanistlərə görə intihar, dünyada həsrətini duyduqları cəhənnəm həyatına bir an əvvəl qovuşmaq, bəzilərinə görə isə guya cəsarətlərini və üsyanlarını isbat etdikləri bir növ “gövdə nümayişidir”. Halbuki ölüm, bəzi satanistlərin sandığı kimi, inkar edənlər üçün qurtuluş deyil, daha çətin və əzablı, üstəlik sonsuz həyatın başlanğıcıdır. Eyni şəkildə intiharı bir növ “etiraz” olaraq görənlər də böyük səhvə düşmüşlər. Üstəlik, Allah bir insanın öz canına qəsd etməsini qəti olaraq qadağan etmişdir.

Məhz bütün bunlar şeytanın insanı çatdırmaq istədiyi qorxunc sonun nümunələrindəndir. Satanizmə özünü qapdıran insan, eynilə şeytanın istədiyi kimi, hər cür insani məziyyətini itirmiş, vəhşi, təcavüzkar, heyvana bənzər hal almışdır. Dünya həyatındakı bütün müvəqqəti bəzəklərin, şeytanın vədlərinin sınaq olduğunu fərq edə bilməmiş və bu yanlış zənlərin qarşılığını artıqlaması ilə almışlar. Allah Səba surəsində bu vəziyyəti bizlərə belə açıqlayır:

İblisin onlar barəsindəki ehtimalı doğru çıxdı. Bir dəstə mömindən başqa, qalanları onun toruna düşdülər. Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 20-21)

Üstəlik, bu sadəcə dünya həyatındakı sonlarıdır. Allahın zikrindən üz çevirmələri, İlahi dinlərə qarşı savaş açmaları, insanları şeytana qulluq etməyə çağırmalarının qarşılığını Rəbbimizin Qatında şiddətli əzabla alacaqlar. Allah Quranda bu mövzuyla əlaqədar olaraq bu şəkildə bildirir:

Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır. (Fatir surəsi, 6)

Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan isə o (kafir) ümmətlərin əməllərini özlərinə gözəl göstərmişdi. Şeytan bu gün də onların dostudur. Onlar üçün ağrılı-acılı bir əzab vardır. (Nəhl surəsi, 63)

Onlara: “Allahın nazil etdiyinə itaət edin!” – deyildikdə, onlar: “Yox! Biz əcdadımızın getdiyi yolu tutub gedəcəyik!” – deyərlər. Əgər şeytan onları Cəhənnəm odunun əzabına doğru sürükləyirsə, onda necə olsun? (Loğman surəsi, 21)

İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir asi şeytana itaət edir. Onun haqqında belə yazılmışdır: kim şeytanla dostluq etsə, şeytan onu doğru yoldan çıxardıb alovlu Odun əzabına sürükləyər. (Həcc surəsi, 3-4)

Ancaq cəhənnəm əzabıyla qarşılaşdıqlarında satanistlər daha bir təəccüb yaşayacaqlar. Dünya həyatında ardınca getdikləri, təlqinlərinə qulaq verib əmrlərinə itaət etdikləri, özlərinə vəli və dost olaraq gördükləri şeytan onlardan uzaqlaşmış və onları tək-tənha buraxmışdır. Şeytanın bu rəftarına şahid olan inkarçılar çox böyük peşmanlıq yaşayacaq, ancaq onlar üçün artıq dönüş olmayacaq. O gün onların tövbələri qəbul olunmaz, bütün əməllərinin qarşılığını əskiksiz olaraq alacaqlar. Allah bu insanların vəziyyətini ayələrdə bu şəkildə bildirir:

Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: “Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. (Furqan surəsi, 27-29)

Bu resimlerde bir satanist ayinin ön hazırlıkları ve daha sonra da ayin sırasında yaşanan vahşet görülmektedir. Kendilerini asıp, çeşitli yerlerini kesen tarikat üyeleri daha sonra da acımasızca katlettikleri keçinin kanını üzerlerine döküp içmektedirler.

Qeydlər

36- Birth of Tragedy, Issue Nömrə 4, Noyabr '86 - Yanvar '87

37- Birth of Tragedy, Issue Nömrə 4, Noyabr '86 - Yanvar '87

38- Tempo, 14-20 Fevral 2002, Sayı 7/740

39- http://www.churchofsatan.com/

Pages/Youthletter.html

40- http://www.churchofsatan.com/

Pages/Youthletter.html

41- Diyanet Avrupa, 15 Yanvar-15 Fevral, 2002, Buraxılış 34, sf. 33

42- Tempo, 14-20 Fevral 2002, Buraxılış 7/740

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş: Satanizm Təhlükəsini Tanımaq
  • Quranda Şeytanın Tərəfdarları
  • Şeytana Tapınanların Tarixi
  • Satanist Əxlaq
  • Nəticə: Şeytanın Hiyləsi Zəifdir
  • Təkamül Yalanı