Quranda Şeytanın Tərəfdarları

Son illərdə müxtəlif ölkələrdə bir-birinin ardınca həyata keçirilən satanist cinayətlər və müxtəlif intihar hadisələri "satanizm nədir?" sualını bir daha dünya gündəminə çıxardı. Ancaq satanizm üzərində aparılan araşdırmalar, müzakirələr və yazılan yazılar müəyyən çərçivədən kənara çıxa bilmədi. Satanizm çox zaman psixoloji istiqamətdən problemləri olan, ailələri və ətrafları ilə ünsiyyət qura bilməyən gənclər arasında məşhur, qəribə axın olaraq göstərildi. Halbuki satanizmi bu qədər bəsit qəbul etmək, şiddət tərəfdarı bu azğın dini bütün istiqamətləriylə insanlara tanıtmamaq çox böyük səhvdir. Bu istiqamətdə yazılan və deyilənlərin əksinə satanizm tarixi çox keçmişlərə əsaslanan, ardında qaranlıq fəlsəfə saxlayan, dünya gələcəyinə dair hədəfləri olan, qaranlıq "kilsəsi", minlərlə tərəfdarı və yazılı resursları ilə 2000-ci illərin ən təhlükəli formalaşmalarından biridir.

Əvvəlcə bunu ifadə etmək lazımdır ki, satanistlər arasında da müəyyən təcrübə və fikirlərdə fərqlər mövcuddur. Bəzən bu fərqlər satanizmin nəyi müdafiə etdiyinin başa düşülməsində səhv düşüncələrə səbəb ola bilir. Məsələn, bəzi satanistlər, dünyanı var edənin şeytan olduğu kimi azğın bir düşüncəyə inanıb onun istəklərini yerinə yetirməyi məsuliyyət olaraq görərkən (yezidilər bu qrupa daxil edilə bilər), bəziləri də şeytanı yalnız simvolik anlayış olaraq görər, öz istəklərini ilahlaşdırarlar. Əlbəttə bu fərqlər bəhs edilən fəlsəfənin azğın olduğu həqiqətini dəyişdirmir. Üstəlik, hər nə qədər bütün satanistlər eyni təşkilat altında birləşmiş deyillərsə də, bütün satanistlərin həmfikir olduğu təməl nöqtələr vardır və bu nöqtələr satanistlərin öz qaynaqlarında bu şəkildə yekunlaşdırılır:

Satanistlərin şeytani meyilləri vardır və bu mənada eynilə şeytan kimidirlər. Əxlaq qaydalarına qarşı gəlmək, qürur, etiraz, düşmənçilik kimi xüsusiyyətlərə sahibdirlər. 1

Göründüyü kimi, bu azğın cərəyanın əsl çıxış nöqtəsi, şeytanı və bütün şeytani xüsusiyyətləri özünə yol göstərici olaraq qəbul etməsidir.

Her türlü ahlaksızlığı benimseyen satanistler, şeytana taptıklarını açıkça ifade etmektedirler.

Kitabın sonrakı hissələrində dünya üzərində gün keçdikcə daha çox tərəfdar toplayan satanizmin təməl dayaqları üzərində dayanıb satanizmin qısa tarixini araşdıracağıq. Bu hissədə isə satanizmi daha yaxşı anlaya bilmək üçün, Qurandan ayələrlə şeytanı və şeytanın təmsil etdiyi zehniyyətə nəzər salacağıq.

Satanizm mövzusunu nəzərdən keçirərkən əvvəlcə üzərində dayanılmalı olan xüsus, satanistlərin əslində ateist və materialist olduqları, yəni yalnız maddənin varlığına inandıqlarıdır. Satanistlərin məntiqini araşdırarkən bunun üzərində xüsusilə dayanmaq lazımdır. Satanistlər Allahın varlığını və Quranda varlıqları bildirilən cin, mələk kimi metafizik varlıqları da inkar edərlər. Bu səbəbdən şeytanın varlığına da inanmırlar. Şeytan onlar üçün din düşmənliyinin simvoludur.

Buna baxmayaraq satanistlər simvol olaraq gördükləri şeytanı özlərinə ilah seçmişlər. Bunun təməlində azğın ideologiyalarını və rituallarını yalançı din kimi təqdim etmək məqsədi vardır. Öz batil qaydaları çərçivəsində şeytana ibadət edir, qəbilə liderləri tərəfindən təyin olunan mərasimlər yerinə yetirmək üçün müxtəlif azğın mərasimlər təşkil edirlər. Beləcə simvolları, paltarları, qaydaları və ayinləriylə şeytani din meydana gətirirlər.

Satanistlər hər sözlərində şeytanı ucaldar, ondan kömək istəyər və ondan gələn əmrlərə görə hərəkət etdiklərini söyləyərlər. Xüsusilə də qəbilə liderlərinin şeytanla davamlı əlaqə içində olduğuna, onunla danışdığına, ondan əmrlər aldığına inanılar. Yeni satanist olan biri şeytanla danışdığına inandığı bu liderə qarşı böyük bağlılıq göstərər və onun hər söylədiyini əskiksiz yerinə yetirər. Necə ki, son illərdə tez-tez rast gəlinən satanist cinayətlərdə "şeytandan əmr aldım, o səbəblə öldürdüm" deyərək özünü müdafiə edən ya da intihar etməzdən əvvəl "şeytan intihar etməyimi istəyir" şəklində qeyd qoyan şəxslərə tez-tez rast gəlinir.

İnsanlarla şeytan arasında bu əlaqə Quranda çox ətraflı olaraq təsvir edilir. Allah "... Onlar o hər üsyankar şeytana sitayiş edirlər." (Nisa surəsi, 117) ayəsiylə insanları xəbərdar etmiş, şeytanın açıq-aşkar bir düşmən olduğunu Quranda dəfələrlə ifadə etmişdir:

Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir. (Yasin surəsi, 60)

Başqa ayələrdə də, hz. İbrahimin, atasına bu şəkildə bir nəsihət etdiyi bildirilir:

Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu. Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan”. Məryəm surəsi, 44-45)

Yuxarıdakı ayələrdə keçən “şeytana qulluq etmək” anlayışı son dərəcə əhəmiyyətlidir. Çünki satanistlərin bütün sənədlərində “şeytana ibadət etmək, şeytanla əlaqə yaratmaq, şeytanın istəklərini yerinə yetirmək” kimi ifadələri tez-tez görmək mümkündür. Ancaq Allahı inkar edib, şeytanı ilah qəbul edən və bütün həyatını şeytanın istəklərinə görə quran insanlara Allahın çox böyük vədi vardır: Sonsuz cəhənnəm əzabı. Allah şeytana, onun və ona tabe olan insanların sonunu belə bildirmişdir:

... Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam. (Əraf surəsi, 18)

Şeytanın xüsusiyyətləri1

Allah Quranda şeytanı və şeytanın tərəfdarlarını müxtəlif xüsusiyyətləriylə bizlərə tanıdır. Quranda şeytan, ilk insan olan hz. Adəmdən bu yana bütün insanları Allah yolundan azdırmaq üçün səy göstərən varlıqlar olaraq bəhs edilir. Şeytan, “uzaq düşən, uzaqlaşan” mənasındadır. Sözün ərəbcə mənşəyi eyni zamanda, “qəzəbdən alışıb-yanmaq, işə yaramaz hala gəlmək” mənalarını da daşıyır. İblis isə bütün şeytanların və şeytani fəaliyyətlərin lideridir. İblisin lüğəvi mənası da, “xeyir və xoşbəxtlikdən ümid kəsmiş olmaqdan qaynaqlanan kədər və üzülmək, ümidsizlik və peşmanlıqla pərişan olmaq” mənaları daşıyır. 2

Allah hz. Adəmi yaratdığı zaman mələklərə ona səcdə etmələrini əmr etmiş, bütün mələklər bu əmrə itaət edərkən, İblis üsyan etmiş və itaətsizliyi səbəbiylə Allahın hüzurundan qovulmuşdur. Ayələrdə İblisin itaətsizliyi bu şəkildə bildirilir:

Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” Mələklərin hamısı birlikdə səcdə etdi, yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu. Allah dedi: “Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, böyüklərdənmi olmuşdun? (Sad surəsi, 71-75)

Başqa ayələrdə isə, İblisin bu üsyanının təməlində öz ağlına görə qürur və təkəbbür olduğu, insanı özündən daha aşağı gördüyü üçün üsyan etdiyi bildirilmişdir. "Dedi ki: Mən ondan daha xeyirliyəm. Sən məni oddan, onu isə palçıqdan yaratdın." (Sad surəsi, 76) ayəsi İblisin, nə qədər nankor və həyasız olduğunu da göstərir. İnsanı, mələkləri, cinləri, şeytanı və bütün kainatı yaradan Allahdır. Allah dilədiyini dilədiyi şəkildə və surətdə yaradır. Yaradılmış olan hər varlıq Rəbbimizə qarşı dərin hörmət göstərməklə məsuldur. Özünü yoxdan var edən və ona hər cür imkanı verən Allaha qulluq etməmək, itaətli davranmamaq əlbəttə çox böyük ağılsızlıq və nankorluqdur. Məhz İblis bu şüursuzluq içində hərəkət edən, bu səbəbdən bütün davranışlarında, sayıqlamalar sərgiləyən varlıqdır. Itaətsizliyi səbəbi ilə cənnətdən qovulan şeytan, özünə ən böyük düşmən olaraq insanı görər və bütün insanları doğru yoldan ayırmaq, onları hər cür bəlanın içinə sürükləmək üçün Allahdan möhlət istəmişdir. Bu vəziyyət ayələrdə bu şəkildə bildirilmişdir:

Allah dedi: “Çıx oradan! Sən artıq rəhmətimdən qovulmuşsan! Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!” İblis dedi: “Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver”. Allah dedi: “Sən möhlət verilənlərdənsən – vaxtı məlum olan günə qədər!” İblis dedi: “Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam; Təkcə Sənin seçilmiş ixlaslı qullarından başqa!” Allah dedi: “Budur haqq! Mən yalnız haqqı deyirəm! Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!” (Sad surəsi, 77-85)

Şeytan bu böyük hədəfini reallaşdırmaq üçün minlərlə ildir fəaliyyətdədir. Bu hiyləgər hərəkətini kainatın və canlılığın sonu olan qiyamət gününə qədər də davam etdirəcək. İnsanlıq tarixi boyunca istisnasız hər kəsə -onları pisliyə çəkmək üçün- yaxınlaşmış, bu mövzuda ayrı-seçkilik etməmişdir. Şeytan insanları yoldan çıxartmaq üçün heç bir xüsusiyyət güdməz. Hər yaşdan, hər statusdan, hər mədəniyyətdən və hər irqdən olan insanı öz yoluna çəkmək üçün çalışar. Fərqli sosial qruplardakı kəsləri, zəngini, kasıbı müxtəlif xarakterlərə sahib insanları təsiri altına almağa çalışar.

Ahlaki kurallara ve toplumsal değerlere karşı gelen satanistler için düzene başkaldırmak, isyankar tavırlar sergilemek çok önemlidir. Bu durum satanistleri kan dökmekten zevk alan, vahşi insanlar haline getirmektedir.

Şeytanın fəaliyyətinin miqyasını və insanlar üzərindəki təsirini anlamaq baxımından bu nöqtəni ifadə etməkdə fayda vardır: Şeytan insanı çox yaxşı tanıyar, hər mədəniyyəti, hər ideologiyanı, hər cür fikri bilər. Xüsusilə də insanın nəfsinin istəklərini və zəifliklərini çox yaxşı bilir. Buna görə tələlər hazırlaya, planlar qura bilər. Dünyanın ən ucqar nöqtəsindəki insana qədər istisnasız hər kəsə təsir etməyə çalışar. Buna qarşı olaraq insanların çoxu təhlükənin böyüklüyünün həqiqi mənada fərqinə vara bilməzlər. Çox insan, özünü pisliklərə təhrik edən və cəhənnəmə sürükləmək istəyən şeytana əhəmiyyət vermədən yaşayar. Məhz belə bir vəziyyətdə də şeytanın öz üzərində nə kimi təsir meydana gətirdiyini və necə bir sona doğru aparıldığını fərq edə bilməz. Bunun ən əhəmiyyətli səbəblərindən biri insanların şeytanı doğru tanımamalarıdır.

Şeytan haqqında ən geniş yayılmış olan səhvlərdən biri şeytanın Allahdan müstəqil güc olduğunun zənn edilməsi və (Allahı tənzih edirik) şeytanın Allaha qarşı mübarizə içində olduğunun düşünülməsidir. Satanistlərin də ən böyük səhvlərindən biri budur. Satanistlər də şeytanı ayrı bir güc olaraq düşünür və şeytanın üsyanını və itaətsizliyini özlərinə nümunə götürürlər. Özləri də nizama və yaxşılığa qarşı üsyan etdikləri təqdirdə, şeytana mübarizəsində dəstək olacaqlarına inanırlar. Halbuki gerçəkdə şeytan da Allahın yaratdığı, Ona boyun əymiş varlıqdır. Allaha olan üsyanı, yenə Allahın təyin etmiş olduğu qədər daxilindədir. Üstəlik şeytan, Allahın varlığına inanan və Allahdan qorxan varlıqdır. Özünə qiyamətə qədər müddət verilmiş olduğunun və axirət günündə etdiklərinin cəzasını çəkəcəyinin fərqindədir. Ayədə şeytanın bu xüsusiyyəti belə bildirilmişdir:

Münafiqlər şeytana bənzəyirlər. Şeytan insana: “Kafir ol!” – deyir. İnsan kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” – deyir. (Həşr surəsi, 16)

Həmçinin, şeytan bu itaətsizliyi ilə hər hansı bir mənfəət təmin etməmiş, tam tərsinə əbədi itkiyə məruz qalmışdır. Cənnətdən qovulub cəhənnəm əzabına məhkum edilən şeytanın əsl məqsədi, mümkün qədər çox insanı özü ilə birlikdə bu əzaba sürükləməkdir. Apardığı mübarizənin əsası budur. Digər ifadəylə onun mübarizəsi insanlara, insanlığın yaxşılığına qarşıdır. Və ayələrdə də görüldüyü kimi, şeytan insanı davamlı inkar etməyə, qəflətə salmağa, Allahdan uzaq yaşamağa dəvət edərkən, özü həqiqətin çox yaxşı fərqindədir. Necə ki, hesab günü gəldiyində özünə uyanları üzüstə buraxacaq və vəd etdiyi şeylərin böyük yalandan ibarət olduğunu onlara izah edəcək. Bu vəziyyətdə şeytanın qurduğu planların, insanları azdırmaq üçün hazırladığı tələlərin cadusuna qapılanların sonu böyük hüsran olacaq. Ayədə belə buyurulur:

İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin vədimə xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni Allaha şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün ağrılı-acılı bir əzab hazırlanmışdır. (İbrahim surəsi, 22)

Satanistlər də, şeytanın təlqinlərinə aldanaraq azğınlığı və pisliyi yol olaraq mənimsəyən digər insanlar kimi nə qədər böyük səhv etdiklərini şübhəsiz bir gün anlayacaqlar. Əhəmiyyətli olan bu həqiqəti dünyadaykən, gerçəklər onlara izah edildiyində qavraya bilmələridir. Çünki özlərinə öndər seçdikləri şeytan, onlara heç bir zaman sahiblənməyəcək, hər zaman yarı yolda buraxacaq. Şübhəsiz onun yalanlarına inanmaq, bəzəkli təlqinlərini gerçək sanmaq böyük şüursuzluq və ağılsızlıqdan başqa bir şey deyil.

Satanistlər şeytana aldanırlar

Şeytan insanın ən böyük düşmənidir, çünki yer üzündə olmasının məqsədi insanları Allaha imandan uzaqlaşdırmaq və Quran ayələrini yerinə yetirməkdən uzaqlaşdırmaqdır. Allah şeytanın insanları hər an müşahidə etdiyini, (Əraf surəsi, 27), hiyləgərcəsinə sinələrə və qəlblərə vəsvəsə verdiyini (Nas surəsi, 4-5), insanları qorxutmağa çalışdığını (Ali İmran surəsi, 175) və onların doğru yolu üzərinə oturduğunu (Əraf surəsi, 16) bildirir. Ancaq şeytanın Quran ayələrində təsvir edilən xüsusiyyətlərini bilməyən insan, onun insanlar üzərində meydana gətirdiyi təsirinin də fərqində olmaz. Bu səbəblə də şeytandan gələn vəsvəsələrə qulaq verər, təhriklərinə uyar və söylədiklərinə inanar. İnsanların böyük əksəriyyətinin şeytanın təsirinin fərqinə vara bilməmələrinin ən böyük səbəblərindən biri, şeytanın insanlara müxtəlif maskalar altında yaxınlaşmasıdır.

Şeytan insanlara öyüd-nəsihət verən, onları doğrulara istiqamətləndirən görünüşə bürünər. İnsanların zəifliklərini, əskikliklərini və nələrdən təsirləndiklərini çox yaxşı bildiyi üçün, onları müvəqqəti olaraq dost etmək məqsədi ilə onlardan istifadə edər. Əsl niyyətini, insanı necə bir müsibətə sürükləmək istədiyini hiss etdirməz. Təsiri altına almağa çalışdığı insanı, ona kömək etmək istədiyinə, onun yaxşılığını düşündüyünə, onu içində olduğu vəziyyətdən qurtarmağa və daha yaxşı mövqelərə çatdırmağa çalışdığına inandırdıqdan sonra bu adamı idarəsi altına alar. Bütün təlqinləri insanı öz tərəfinə çəkmək məqsədlidir. Ən əhəmiyyətli iddiası isə, tək qurtuluşun özünə tabe olunması ilə mümkün olacağıdır.

Hz. Adəmin, cənnətdən çıxarılmasına səbəb olan hadisənin səbəbi də bu hiyləgər tələdir. Şeytan hz. Adəmə və yoldaşına dost kimi yaxınlaşmış və onlara öyüd verdiyinə dair and içmişdir. Bu mövzunu xəbər verən ayələrdə belə buyurulur.

Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbədi qalanlardan olmayasınız”. Üstəlik onlara: “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm” – deyə and içdi. (Əraf surəsi, 20-21)

Şeytanı dost edinenler, kendilerini karanlık bir belanın içine sürüklemektedirler.

Şeytan hz. Adəmi və yoldaşını aldadaraq cənnətdən çıxarılmalarını təmin etmişdir. Bu vəziyyət insanın ömrü boyu qarşı-qarşıya olduğu gizli düşməninin nə qədər hiyləgər bir yalançı olduğunu ən əsas dəlillərindən biridir.

Hz. Adəmə bütün şeytanların ən böyüyü olan İblis tərəfindən verilən "mən sizin xeyirxah məsləhətçilərinizdənəm" təlqini, digər insanlara da insi şeytanlar tərəfindən həyata keçirilir. (İnsi şeytan, insan görünüşündə olan şeytanlara və ya birbaşa şeytanın ilhamı ilə hərəkət edən insanlara verilən addır. Allah Quranda insi və cini şeytanların varlığından bəhs etmiş və bunların İblisin tərəfdarları olduqlarını bildirmişdir.) Öz qövmünü Allahın yolundan uzaqlaşdırarkən onlara, "...Mən sizə ancaq öz düşündüyümü bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm” (Mümin surəsi, 29) deyən Firon bunun nümunəsidir.

Məhz satanistlərin etdiyi təlqinlər də buna bənzəyir. İnsanları, satanizmin qaranlığına çəkmək istəyən bu insi şeytanlar, bənzər yalanlarla onları aldadır. Satanizmi, insanın hər istədiyini dilədiyi kimi istifadə edə biləcəyi, insana güc verən, bütün dünyəvi çətinliklərdən uzaqlaşdıran, bütün məsuliyyətləri qaldıran, nəfsani istəklərin rahatca yaşana biləcəyi dünya olaraq göstərən satanistlər, eynilə öndərləri şeytan kimi insanları azdırmağı məqsəd bilirlər. Bu təlqinlərlə insanların yaxşılığını istəyirmiş kimi görünürlər. Halbuki bu bəzəkli təlqinlərin hamısı böyük bir yalandan ibarətdir. İlk əvvəllərdə bu yalanın təsirində qalan biri, bir müddət sonra satanist həyatın özünə azadlıq deyil, asılılıq gətirdiyini, sərhədsiz pisliyi yaşamanın isə özünü canavara çevirməyə başladığını görəcək. Xilas olmaq üçün girdiyi bu yol özünü çox böyük bir bataqlığın içinə sürüyəcək.

Şeytan “öyüd vermə” taktikasını, insanın yaxın ətrafından istifadə edərək də edə bilər. Bir yoldaşın, ya da cəmiyyətdə qibtə etdiyi bir adamın təlqini insanın üzərində çox fərqli təsir buraxa bilər. Məsələn, Quranda, iman etdikdən sonra şeytan tərəfindən aldadılan və yoldaşlarının təlqinləriylə azan kəslərdən bəhs edilir. Bu “ yoldaş”ların sözləri, şeytanın taktikasını çox dəqiq gözlər önünə sərir: “Doğru yola, bizə gəl ...” . Şeytanın bu taktikasının bildirildiyi ayələr belədir:

De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, mömin dostlarının isə: “Bizə tərəf gəl!” – deyib doğru yola çağırdıqları çaşbaş qalan kimsə kimi geriyəmi döndəriləcəyik?” De: “Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq. (Ənam surəsi, 71)

İnsan bu düşmənə qarşı son dərəcə diqqətli olmaq məcburiyyətindədir. Ancaq Allaha tam olaraq təslim olmuş və Onun zikrinə möhkəm sarılmış kəs bunu bacaracaq şüura sahib olar. Şeytanın təlqinlərinin qaynağını dərhal analiz edər və zehnindən çıxarıb atar. Əks halda insan bunları öz düşüncəsi zənn edər və iradəsini ona təslim edər. Şeytanın təlqinlərinə tabe olub, onunla birlikdə və onun əmrlərinə görə hərəkət edən insanların vəziyyətini Allah, "...Kimin yoldaşı şeytandırsa, necə də pis yoldaşdır o!” (Nisa surəsi, 38) ayəsiylə bildirmişdir. Halbuki insanın etməli olduğu Allahın bildirdiyi "... Həqiqətən, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O, öz tərəfdarlarını Od sakini olmağa çağırır." (Fatir surəsi, 6) ayəsinə uymaqdır. Şeytanın çağırışına cavab verənlərin sonu isə ayələrdə bu şəkildə bildirilir:

İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir asi şeytana itaət edir. Onun haqqında belə yazılmışdır: kim şeytanla dostluq etsə, şeytan onu doğru yoldan çıxardıb alovlu Odun əzabına sürükləyər. (Həcc surəsi, 3-4)

Buraya qədər şeytanın insanları müxtəlif üsullarla aldatdığını, onları Rəhmanın vəhyindən uzaqlaşdırdığını izah etdik. Ancaq şeytanın da Allahın yaratdığı bir varlıq olduğunu və şeytanın qurduğu bütün tələləri yaradanın da Allah olduğunu unutmamaq lazımdır. Allah insanlardan saleh olanları ortaya çıxarmaq, onları dünya həyatında sınamaq və öyrətmək kimi bir çox hikmət üzərinə şeytanı, şeytanın hər cür hiyləsini və satanizmi qədər içində yaratmışdır. Allah şeytanı vəzifələndirmiş, ona dünya həyatındakı imtahanın gərəyi olaraq insanları doğru yoldan çıxarmaq üçün cəhd göstərməsini əmr etmişdir. İsra surəsində bu əmrlər bu şəkildə bildirilir:

Onlardan gücün çatdığı kimsələri səsinlə günaha təhrik et, atlı və piyadanı onların üstünə yerit, mallarına və övladlarına şərik ol, onlara vədlər ver. Şübhəsiz ki, şeytan onlara ancaq yalan vədlər verər. (İsra surəsi, 64)

Bir sonrakı ayədə isə Allah şeytana bu şəkildə bildirir:

Əslində, Mənim ixlaslı qullarım üzərində sənin hökmranlığın olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər” (İsra surəsi, 65)

Diqqət edilsə, şeytan iman edən qullar üzərində heç bir təsir meydana gətirə bilməz. Şeytanın kimlər üzərində təsirli ola biləcəyi isə Zuxruf surəsində belə bildirilir:

Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. (Zuxruf surəsi, 36-37)

Niyə satanist olurlar?

Satanizmin son illərdə bu qədər yayılması, satanist cinayətlərdən və intiharlardan mətbuatda bu qədər bəhs edilməsi “niyə satanist olurlar?” sualını da özü ilə gətirir. Bu mövzuda yazılan məqalələrdə həmişə eyni səbəblər göstərilir, iqtisadi böhran, ya da ailə daxili problemlər kimi səbəblər qarşıya qoyularaq, insanların satanizm kimi azğın bir yolu seçmələri məqbul rəftar kimi göstərilməyə çalışılır. Ancaq bunların heç biri həqiqəti əks etdirmir.

İnsanların satanist olmalarının ən əhəmiyyətli səbəblərindən biri kitabın ilk hissələrində üzərində dayandığımız materialist, ateist və darvinist düşüncə quruluşudur. İnsanları gözələ və yaxşıya yönəldən İlahi dinlərə qarşı çox böyük düşmənçilik bəsləyən, bu düşmənçiliklərini müxtəlif şəkillərdə ifadə etmək istəyən insanlar, satanizm ilə bu kinlərini ortaya çıxarırlar. Şeytan onları müxtəlif təqinlərlə təsir altına almış, satanizmi mistik, həyəcanverici macəra kimi göstərmişdir. Allahın bir ayəsində "... Şeytan onların əməllərini özlərinə gözəl göstərmiş və onları haqq yoldan çıxartdığına görə haqqın yolunu tapa bilmirlər." (Nəml surəsi, 24) şəklində bildirmişdir. Şeytan “gözəl və bəzəkli göstərmə” üsuluyla insanları qaranlıq bir dünyaya çəkir, onları cəhənnəmə qədər sürükləyir:

Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir (Nisa surəsi, 60)

Bu kəslər satanizmi şüurlu olaraq seçən, insanları bu yola salmaq üçün səy göstərən kəslərdir. ayələrdə ancaq Allahın ayələrini inkar edən kəslərin şeytanı dost seçdikləri bildirilir:

Kim Mərhəmətli Allahın zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar. Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər. Nəhayət, o, hüzurumuza gəldikdə yoldaşına deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib arasındakı uzaqlıq qədər məsafə olaydı. Sən nə pis yoldaş imişsən!”Onlara deyilər: “Siz haqsızlıq etdiyinizə görə bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz!”
(Zuxruf surəsi, 36-39)

Satanizmi seçən ikinci kütlə isə qəzetlərə və müzakirə proqramlarına tez-tez mövzu olan cahil, problemli, yaxşı təhsil almamış kəslərdir. Problemli şəxsiyyətə sahib bu kəslər özlərinə cəmiyyət içində bir yer edə bilmək, yoldaş sahibi olmaq, komplekslərini məmnun etmək, müvəffəqiyyətsizliklərini və problemlərini unutmaq, diqqət çəkmək kimi səbəblərlə satanist ola bilərlər. “Avara hərəkəti” halına gələn bu gənclər, şeytanın təlqinlərinə aldanır, bu yolla etibar qazanacaqları yanılmasına düşərlər.

Satanizmin yalanlarına kapılanların önemli bölümünü, problemli ve iyi eğitim almamış genç insanlar oluşturur. Bu gençlerin en büyük eksikliği, içine düştükleri manevi boşluktur.

Ancaq hər iki qrupun əsas problemi Allahın dinini və Quran əxlaqını tanımamalarıdır. Bu insanlar kainatın yaradılış məqsədini və özlərinin dünyaya niyə gəldiyini bilməyən, özbaşına həyat sürdükləri yanılmasına sahib olan kəslərdir. Halbuki Allah dünyanı bütün insanlar üçün sınaq olaraq yaratmışdır. İnsan yaşadığı müddətdə Allahın dilədiyi şəkildə həyat sürməklə məsuldur. Yəni insanın yaradılış məqsədi vardır. Allah tarix boyunca haqq dinlər vasitəsilə insanların yaradılış məqsədlərini, ibadət yollarını, Özünü razı edəcək olan üstün əxlaq və rəftarları bildirmişdir. Qüsursuz yaradılışla var edilən insanın yaradılış məqsədi Allahın inanan qullarına rəhbər olaraq endirdiyi Quranda "Mən, cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım." (Zəriyət surəsi, 56) ayəsi ilə bildirilmişdir.

Məhz bu nöqtədə insanların dünyada keçirdikləri müddətin, sonsuz axirət həyatına görə çox qısa olduğunu bilərək davranmaları çox əhəmiyyətlidir. Çünki dünyada yaşayan bütün insanlar əvvəl-axır mütləq öləcək və Allahın qarşısında hesab verəcəklər. Allah “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. lacağını sınamaq üçün ölümü və həyatı yaradan Odur ...” (Mülk surəsi, 2) ayəsində də bildirdiyi kimi, insanlar həyatları boyunca müxtəlif hadisələrlə sınanırlar. Hər insanın dünya həyatındakı rəftarı axirətdəki sonsuz həyatını harada keçirəcəyini müəyyənləşdirir. Bu səbəblə azğın yolları seçən, şeytanın əmrləri ilə hərəkət edən, gözəl əxlaqı çirkin görüb, hər cür pisliyi yaşamağı azadlıq sanma səhvinə düşən insanlar çox böyük yanılmaya qapılmışlar. İnsanların bu həqiqətləri gözardı edib, laqeyd şəkildə, sanki bu dünyada olma məqsədləri yoxmuş kimi hərəkət etmələri, şeytanın təlqinlərinə özlərini alüdə edib boş və zərərli şeylərlə vaxt keçirmələri, ömürlərini ruhi xəstəliyə qapılaraq keçirmələri onları axirət əzabına doğru sürükləyir. Şeytanı dost seçən bu kəslər üçün ayələrdə bu şəkildə bildirilir:

Allah Öz bəndələrinin bir qismini doğru yola yönəltdi, digərlərinə isə haqq yoldan azmaq layiq görüldü. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutdular və elə güman edirlər ki, doğru yoldadırlar. (Əraf surəsi, 30)

Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar şeytanın firqəsindəndirlər. Şübhə yoxdur ki, şeytanın firqəsindəkilər ziyana uğrayanlardır. (Mücadilə surəsi, 19)

Allah bağışlayan və sonsuz mərhəmət sahibidir

...Şüphesiz Allah, tevbe edenleri sever, temizlenenleri de sever. (Bakara Suresi, 222)

Kitabın bura qədər olan hissəsində şeytanın insanları necə doğru yoldan uzaqlaşdırdığından və satanizm adı verilən bu azğın təlim ilə böyük tərəfdaş kütləsi əldə etdiyindən bəhs etdik. Ancaq burada cahillik nəticəsində, ya da şeytanın yalanına aldanaraq satanizm cərəyanına qapılan insanlara Allahın “tövbələri qəbul edən, çox böyük mərhəmət sahibi, qullarını bağışlayan” sifətlərini xatırlatmaq lazımdır. İnsan nə qədər böyük səhv işləmiş, nə qədər çox pislik etmiş olursa olsun, əgər etdiklərindən peşmanlıq duyub səmimiyyətlə tövbə edər və əxlaqını islah edərsə, Allah belə insanın tövbəsini qəbul edəcəyini vəd etmişdir. Bu mövzuyla əlaqədar bəzi ayələr bu şəkildədir:

Yalnız tövbə edənlər, əməllərini islah edənlər və haqqı bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm! (Bəqərə surəsi, 160)

Bundan sonra tövbə edib öz əməllərini islah edənlər isə istisnadır. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Ali İmran surəsi, 89)

Allah sizin tövbələrinizi qəbul etmək istədiyi halda, ehtiraslara qapılanlar sizi çox kənara meyl etməyə (haqdan uzaqlaşmağa) yönəldərlər. (Nisa surəsi, 27)

Hər kim haqsızlıq etdikdən sonra tövbə edib əməllərini islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Maidə surəsi, 39)

Yaşadıqları bu azğınlıqlarına görə peşman olub qəti olaraq tövbə edən, özünü Allaha təslim edən, Quran əxlaqını yaşayan insanların qarşılaşacaqları gözəl son isə Quranda bu şəkildə bildirilir:

Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər Ondan üz çevirsəniz, bilin ki, mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram. (Hud surəsi, 3)

Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, ağacları altından çaylar axan Cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!” (Təhrim surəsi, 8)

Şeytanın təsirindən necə çıxmaq olar?

Şeytanın insan üzərində çox böyük təsiri ola bilər. Şeytan o insanın həyatının hər anına hakim olmuş ola bilər. Ancaq bu, içindən çıxılmayan, həlli olmayan vəziyyət deyil. Əhəmiyyətli olan insanın bu vəziyyətdən necə çıxacağını bilməsidir. Şeytanın təsirləri nə qədər geniş əhatəli və çox istiqamətli olursa olsun, Quranda ifadə edildiyi üzrə, şeytanın bu təsirini uzaqlaşdırmaq son dərəcə asandır. Allah Quranda insanlara şeytanın təsirindən çıxmaları üçün müxtəlif yollar göstərmişdir:

Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər. (Əraf surəsi, 200-201)

Allahdan qorxmaq, Allahın ayələri üzərində düşünmək və Ona qarşı səmimi olmaq, şeytanın təsirinə qarşı çox əhəmiyyətli açardır. Çünki Allah Quranda Ondan qorxanlara “doğrunu səhvdən ayıran anlayış verəcəyini” (Ənfal surəsi, 29) bildirir. İnsanların öz üzərlərindəki mənfi təsiri təsbit edə bilmələri üçün yalnız vicdanlarının səsini dinləmələrinin yetərli olacağını da unutmamaq lazımdır. Vicdanının səsini dinləyən, səmimi insan şeytanın təsirindən rahatlıqla azad ola bilər. Çünki vicdan əsla səhv etməyən, azmayan rəhbərdir və Allahın insanlara verdiyi çox böyük bir nemətdir.

Allah, səmimi iman edən və Ona təvəkkül edən möminlərə, şeytanın hiylələrinin mütləq pozulacağının və səmimi qullarının üzərində bu tələlərin əsla təsir etməyəcəyinin müjdəsini belə verir.

Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa”. Allah dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur. Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”. (Hicr surəsi, 40-42)

Ayələrdə də bildirildiyi kimi, şeytanın təsirinin olmaması üçün yalnız səmimi olmaq, Qurana görə düşünmək və şeytandan vəsvəsə gəldiyində dərhal Allaha sığınmaq yetərli olacaq. Ancaq insanın əsla unutmamalı olduğu ən əhəmiyyətli xüsus isə, bunların heç birinin çətin olmamasıdır. Şübhəsiz şeytan Allaha inanan xalis bəndələrinə heç zaman zərər verə bilməyəcək. Çünki Allah iman edənlərin vəlisi və dəstəkçisidir. Rəhməti ilə möminləri qoruyacaq və onlara razı olacağı doğru yolu hər zaman göstərəcək.

Bununla yanaşı insanın, əhəmiyyətli mövzuları ağlında tutması və bu mövzuda diqqətli olması şeytanın təsirinin dağılması baxımından çox əhəmiyyətli amildir. Məsələn, insan bir gün mütləq öləcəyini, hər şeyin qədərdə ən gözəliylə yaradıldığını, dünya həyatının sadəcə müvəqqəti sınaq məkanı olduğunu, Allahın mütləq varlığını daima düşünməlidir. Bu həqiqətləri bilməsi və bunların şüurunda olması insana çox böyük sevinc və hüzur gətirər. İmanın gətirdiyi nemətlər heç bir şeylə müqayisə edilə bilməz.

Şeytanın insanları dünya həyatında xoşbəxt olmaları üçün yönəltdiyi maddi dəyərlərlə xoşbəxt olmağın mümkün olmayacağının ən böyük göstəricisi, hər cür imkana sahib olduqları halda heç cür həqiqi rahatlığı, xoşbəxtliyi və hüzuru tapa bilməyən insanlardır. İmanın gətirdiyi sevinc, gümrahlıq və ağıl qarşısında şeytanın heç bir taktikası təsirli ola bilməz.

Qeydlər

1- http://www.cris.com/~Amon1/satanism/onaintro.html

2- Yaşar Nuri Öztürk, Kuran Açısından Şeytancılık, səh. 54

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş: Satanizm Təhlükəsini Tanımaq
  • Quranda Şeytanın Tərəfdarları
  • Şeytana Tapınanların Tarixi
  • Satanist Əxlaq
  • Nəticə: Şeytanın Hiyləsi Zəifdir
  • Təkamül Yalanı