Kitab ərzində bəhs etdiyimiz məlumatlar bir tərəfdən satanizmin nə qədər təhlükəli və dəhşət verici dünya görüşünə sahib olduğunu gözlər önünə sərərkən, bir tərəfdən də bu cərəyanın fikri dayaqlarını bizlərə göstərmiş oldu. Bütün bu məlumatlar əsasında varılacaq ən əhəmiyyətli nəticələrdən biri, satanizmin mənəvi dəyərlərin unudulduğu, din əxlaqının gözardı edildiyi, Allah qorxusunun və sevgisinin gərəyi kimi bilinib yaşanmadığı ictimai mühitdə böyüyüb inkişaf etdiyidir. Digər əhəmiyyətli nəticə də, satanizmin tək başına hüquqi tədbirlərlə sona çatdırılmayacaq cərəyan olduğu, belə cəhdin tam əksinə satanizmin daha da güclənməsinə səbəb ola biləcəyidir.
Elə isə satanizmə qarşı icra ediləcək mübarizəni bu təməl nöqtələrdə toplamaq mümkün olacaq:
1. Bu mübarizənin ən əhəmiyyətli istiqaməti, fikri sahədə olmalıdır. Fikrən məğlub edilmiş ideologiya, tərəfdarlarının sayı nə qədər çox olarsa olsun, nə qədər çox yerə yayılmış olarsa olsun məğlubiyyətə məhkum olmuşdur. Bu səbəblə, satanizmin müdafiə etdiyi fikrin məntiqsizliklərinin, azğınlıqlarının, səhvlərinin ifşa edilməsi son dərəcə əhəmiyyətlidir. Bəzəkli şüarların, ulduzlu təbliğatların cəfəng sözlərdən ibarət olduğunun göstərilməsi, həm satanizmin yeni tərəfdarlar qazanmasını əngəlləyəcək, həm də mövcud tərəfdarların böyük yalana qapıldıqlarını görmələrini təmin edəcək.
2. Fikri mübarizənin ən əhəmiyyətli mərhələsi, satanizmi ayaqda saxlayan tutan ideoloji təməllərin çökdürülməsidir. Arxalanacaq nöqtəsi qalmayan, təməlləri yıxılmış ideologiyanın ayaqda qalmayacağı açıqdır. Kitabın müxtəlif hissələrində də gördüyümüz kimi satanizmi ayaqda saxlayan iki əhəmiyyətli ünsürdən biri materialism, digəri də darvinizmdir. Darvinizm elmi olaraq çökmüş, yanlışlığı bir çox dəlil ilə isbat edilmiş olan ideologiyadır. Hansı ki, nəzəriyyənin bəzi kütlələr tərəfindən hələ saxta elmi nəzəriyyə kimi müdafiə olunması, böyük yalan olduğunun ifşa edilməməsi satanizm kimi azğın cərəyanların da varlığını davam etdirməsinə imkan yaradır. Bu vəziyyətdə mövzunu araşdırma imkanı thbapa bilməyən, qulaqdan-qulağa məlumatlarla hərəkət edən kəslər darvinizmi hələ etibarlı cərəyan sana bilər, bu səbəbdən satanizmin də məqbul çıxış nöqtəsi olduğu səhvinə qapıla bilərlər. Belə bir səhvin önünə keçməyin tək yolu isə darvinizmin iflas etmiş ideologiya olduğunun insanlara çatdırılmasıdır.
Göklerin, yerin ve içlerinde olanların tümünün mülkü Allah'ındır. O, her şeye güç yetirendir. |
3. Bunlarla yanaşı icra edilməli olan digər əhəmiyyətli iş də, insanların düşdükləri mənəvi boşluğun aradan qaldırılmasıdır. Həyatdakı varlıq məqsədini bilən, mənəvi cəhətdən şüurlu insan heç bir azğın cərəyanın təsiri altında qalmaz. Bunun üçün, başda gənclər olmaqla, insanlara Allahın varlığının və birliyinin dəlilləri ilə izah edilməli, hər insanın etdiyi hər rəftardan Allaha qarşı məsul olduğu öyrədilməli və axirətdə qarşılaşa biləcəyi vəziyyətlərə qarşı insanlar xəbərdar edilməlidir.
4. Bütün bunlar edilərkən qəzet, jurnal və televiziya kimi kütləvi informasiya vasitələrinin bu işlərə dəstək vermələri və təhsil sisteminin də bu istiqamətdə təşkil edilməsi son dərəcə əhəmiyyətlidir. Mətbuat bu batil hərəkəti ictimaiyyətə çatdırarkən, bu cərəyanın təbliğatını etməməyə diqqət göstərməli, satanizmin bütün azğınlıqlarını ifşa edərək xalqı bu istiqamətdə məlumatlandırmalıdır. Təhsil sistemi də eyni şəkildə, həm gəncləri bu bəlaya qarşı xəbərdar etməli, həm də belə azğınlıqların təsirində qalmayacaq şəkildə şüurlu nəsillər yetişdirməlidir. Həyatın kor təsadüflərin əsəri olmadığını bilərək, Allahın gücünü və qüdrətini tanıyaraq, Quran əxlaqını öyrənərək böyüyən gəncin bu cür bəlanın içinə sürüklənməyəcəyi açıqdır.
Unutmamaq lazımdır ki, bəzi insanlar maraqdan, bəzi insanlar macəra olaraq gördüyündən, bəziləri də axtarışda olduqlarından bu azğın cərəyanın toruna düşürlər. Ancaq səbəbləri nə olursa olsun bu insanların təməldə mənəvi boşluq və məlumatsızlıq içində olduqları açıqdır. Bu vəziyyətdə satanizmlə ediləcək fikri mübarizədə, başda iman edənlər olmaqla, hər kəsə əhəmiyyətli məsuliyyət düşür. İman edənlər ilkin olaraq, "Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır." (Fatir surəsi, 6) ayəsində bildirilən həqiqəti bütün insanlara çatdırmalı və onları bu vəziyyətə qarşı xəbərdar etməlidir. Bununla yanaşı insanların din əxlaqını öyrənmələri və Quran əxlaqının yayılması üçün ciddi səy göstərməlidirlər. Çünki Allahın izni ilə Quranın nuru, satanizm də daxil olmaqla bütün azğın cərəyanları yox edəcək, insanlara həsrətini çəkdikləri gözəl və xeyirli həyat gətirəcək.
"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)