TƏK HÖKM VERƏN ALLAH`DIR

İman edənlər üçün tək yol göstərici Allah`ın elçiləri və Allah`ın sözü olan Qurandır. Quranda inananların: "Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbmi istərəm?" (Ənam surəsi, 164) –dedikləri bildirilir.

İnkar edənlər isə özlərinə Allah`dan başqa səhv yol göstəricilər tapıb, fərqli şəxsləri nümunə götürüb və batil fikirləri izləyib çox yanlış düşüncə içində yaşayırlar. Lakin ölümdən sonra sonsuz cəhənnəm əzabını gördüklərində bu böyük xətalarını ayədə xəbər verildiyi kimi: "...Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar..." (Əhzab surəsi, 67) –deyərək etiraf edəcək və peşman olduqlarını bildirəcəklər.

Axirətdə görəcəkləri bu həqiqəti dünyada görməzlikdən gələnlərin bir çoxunun hərəkətlərini müəyyən edən amil yaşadıqları cəmiyyətin haqqa əsaslanmayan ümumi mühakimələri və bəzi batil adət-ənənələridir. Bu insanlar babalarının, çevrələrinin və cəmiyyətin bəzi öndərlərinin yanlış əməllərini örnək alıb yuxarıdakı ayədə də bildirildiyi kimi, yoldan azırlar. Halbuki, Qurana uyğun olmayan hər düşüncə və hər hərəkət yanlışdır.

İman edənlər isə həmişə və hər yerdə Allah`ın əmrinə görə hərəkət edir, Quranda qadağan edilən hər düşüncədən və hər əməldən uzaq dururlar. Hər hansı bir işi görərkən və ya qərar verərkən o mövzuda Allah`ın əmrini düşünür, dərhal Qurana və Peyğəmbərimizin (səv) sünnəsinə baş vururlar. Öz istəklərinə, cəmiyyətin batil ənənələrinə və ya babalarının haqqa əsaslanmayan adətlərinə görə deyil, yalnız Allah`ın əmrinə görə hərəkət edirlər. Necə ki, Allah Quranda inananlara belə əmr edir:

Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allah`dan qorxun ki, bəlkə, sizə rəhm edilsin! (Ənam surəsi, 155)

Allah`ı tək hökm verici olaraq qəbul etməyən, Allah`ın hökmlərinə qarşı çıxan və ya Onun əmrlərindən kənar hökm çıxaran insanlar yoldan azmış olurlar. Bu insanlar böyük cəhalətlə cəmiyyətdə geniş yayılmış qayda və qanunları Allah`ın hökmlərindən üstün tuturlar. Üstəlik, bu mövzuda çox inadcıl olurlar. Doğru olanı vicdanları qəbul etsə də, kibirli və xurafatçı olduqlarına görə, ən gözəl və ən doğru olan hökmü qəbul etmirlər. Allah Quranda bu insanlar haqqında belə buyurur:

Onlara: “Allah`ın göndərdiyinə tabe olun!” –deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Bəqərə surəsi, 170)
Biz səndən əvvəl hər hansı bir məmləkətə qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan böyükləri sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik!” – dedilər. (Hər peyğəmbər öz ümmətinə) belə dedi: “Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!” Onlar: “Biz sizinlə göndərilənləri inkar edirik!” – deyə cavab verdilər. (Zuxruf surəsi, 23-24)

Bəzi insanların sahib olduğu bu yanlış düşüncə Allah`ın dinini qəbul etmələrinə və iman etmələrinə əngəl olmuşdur. Məsələn, hz. Musa (əs) və qardaşı hz. Harun (əs) qövmlərini bir olan Allah`a ibadət və qulluq etməyə çağırdıqlarında firon və öndə gələnləri ayədə xəbər verildiyi kimi: "Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!" (Yunis surəsi, 78) –deyə cavab vermişdir.

Hz. Şueybə (əs) də xalqının: " Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir?" (Hud surəsi, 87) –deyərək ağılsızlıqla üsyan etdiyi ayədə bildirilir. Bu ayələrdən göründüyü kimi, peyğəmbərlər Allah`ın hökmlərini bildirdikdə həmin insanlardan həmişə “sənin dediklərin atalarımızın və babalarımızın yoluna ziddir, ona görə də onu qəbul etmərik” kimi cavablar almışlar. İnsanlar elçilərin təbliğinə hər dövrdə inkar və düşmənliklə qarşılıq vermiş, tutduqları yolu tərk etməmişlər. Halbuki, bütün peyğəmbərlər insanları dini yalnız Allah`a həsr edib ibadət etməyə dəvət etmişdir.

Peyğəmbərimiz hz. Muhəmməd (səv) də insanları tam olaraq Allah`a yönəlməyə və Onun hökmlərinə əməl etməyə dəvət etmişdir. Quran ayələrində insanların axirətdə Allah`ın hökmləri əsasında sorğu-sual ediləcəyi bildirilmişdir. Allah Quranda Özünə şərik qoşanları və onların hökmləri əsasında özlərinə yeni və azğın bir din çıxaranları belə xəbərdar edir:

Yoxsa Allah`ın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni edən şərikləri vardır. Əgər qəti söz olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı. Şübhəsiz ki, zalımları şiddətli bir əzab gözləyir! (Şura surəsi, 21)

Rəbbimiz başqa bir ayədə belə buyurur:

Məgər oxunmaqda olan kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-nəsihət vardır! (Ənkəbut surəsi, 51)

Yuxarıdakı ayələrdən də göründüyü kimi, elçilərin dəvətinə tabe olmayanların bir qismi öz batil dinləri adına ortaya çıxır və kəmağıllıqları ucbatından peyğəmbərləri dinlərini pozmaqda ittiham edirlər. Yaxud daha da ağılsızlıq edib Allah`ın və elçisinin dediklərini əsaslı görməyib başqa din uydururlar. Şübhəsiz ki, bu, böyük bir zülm və çox çirkin bir davranışdır. Halbuki, “Ənkəbut” surəsində də bildirildiyi kimi, Allah`ın endirdiyi kitab insanlara kifayətdir.

İman edən bir insana bütün insanların necə bir inanca malik olması və ya dinlərinə necə əməl etməsi əhəmiyyətli deyildir. Önəmli olan Allah`ın Quranda insanlara bildirdikləri və Peyğəmbərimizin (səv) sünnəsidir. Quran endirildiyi dövrdə Allah insanların bir çoxunun batil inanc və əməllərini ortadan qaldırmışdır. Peyğəmbərimiz də (səv) insanların söylədiklərinə, iftiralarına və düşmən rəftarlarına əhəmiyyət verməmiş, Allah`a və Qurana bağlı qalmışdır. (www.Kuranahlaki.com)

Dövrümüzdə də iman edənlər Allah`a, Qurana və Peyğəmbərimizin (səv) sünnəsinə bağlanmalı, Allah`ın Quranda bildirdiklərindən ayrı bir yol axtarmamalıdır.

Əksəriyyətin əməlləri çox vaxt yanlış olur:

Allah`ın hökmlərini görməzlikdən gələn və cəmiyyətin çoxluğunu təşkil edən din əxlaqından uzaq çevrəyə bağlı insanların ən böyük səhvlərindən biri əksəriyyətin həmişə doğru olanları təmsil etdiyini zənn etməsidir. Halbuki, Allah insanların bir çoxunun doğru yolda olmayacağını Quranda bildirmişdir. Allah Quranda "Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allah`ın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!" (Ənam surəsi, 116) şəklində buyurur. Yəni əksəriyyətin gəldiyi qərarlar əgər Qurana uyğun deyilsə, heç bir şəkildə doğruların inikası ola bilməz. Minlərlə, yüz minlərlə, hətta yüz milyonlarla insan eyni düşünsələr də, bu, o düşüncənin doğru olduğunu göstərməz. Yuxarıdakı ayədə də Allah insanların çoxunun hökm verərkən yalnız zənn və təxminlərə əsaslandığını və bir çox insanı doğru yoldan azdırdığını büruzə verir.

Əksəriyyətin aldığı qərarlara güvənib Allah`ın əmrini tərk etmək insanları dünya və axirətdə böyük itkiyə sürükləyir. Bu insanlar Allah`ın "...Onlar özlərinə ziyan etdilər. Uyduqları (şeylər də) onlardan uzaqlaşıb qeyb oldu" (Əraf surəsi, 53) ayəsində bildirdiyi kimi, tək-tənha qalmışlar. Allah`ın endirdiyini öz uydurduqları ilə dəyişdirənlərin axirətdə hüsrana uğrayacağı ayələrdə belə bildirilir:

Allah`a iftira yaxandan daha zalım kim ola bilər? Onlar Allah`ın hüzuruna gətirilər, şahidlər belə deyərlər: “Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!” Bilin ki, zalımlar Allah`ın lənətinə gələcəklər! (Hud surəsi, 18)

Allah`a qarşı yalan uydurub düzəldən, özünə haqq gəldikdə onu təkzib edən kəsdən daha zalım kim ola bilər?! Məgər kafirlər üçün cəhənnəmdə yer yoxdur? (Ənkəbut surəsi, 68)

Möminlər isə Allah`ın hökmlərinə qəlbən təslim olurlar. Onların bu gözəl əxlaqı ayələrdə belə açıqlanmışdır:

"...Rəbbimiz elm ilə hər şeyi ehtiva etmişdir. Biz yalnız Allah`a təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan! " (Əraf surəsi, 89)

...Mən Allah`ın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allah`ındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər! (Yusif surəsi, 67)

De: "Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları barəsində Sən hökm edəcəksən!
(Zumər surəsi, 46)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Quranı Allah qoruyur
  • Tək hökm verən Allah`dır
  • Allah adına hökm verənlər
  • Quranı rəhbər tutmaq
  • Quran aləmlərə öyüddür
  • Quran furqandır; doğrunu yanlışdan ayırır
  • Quranda hər şey açıqlanmışdır
  • Quran əxlaqını yaşamaq çox asandır
  • Qurana tabe olmaq insanların üzərindəki yükü qaldırır
  • Allah insanları Quranla xəbərdar edib qorxudur
  • Möminlər Quran əxlaqını nöqsansız yaşayırlar
  • Hz. Muhəmmədin (səv) tək rəhbəri Quran idi
  • Nümunəvi Quran nəsli yetişdirməyin əhəmiyyəti
  • Nəticə