QURANI ALLAH QORUYUR

Quranın ən önəmli xüsusiyyətlərindən biri dövrümüzə qədər heç bir dəyişikliyə məruz qalmadan, Peyğəmbərimizə (səv) vəhy edildiyi halı ilə bizə çatmasıdır. Allah bunu Quranda "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq!" (Hicr surəsi, 9) ayəsi ilə vəd etmişdir.

Bilindiyi kimi, Qurandan əvvəlki haqq kitabların orijinal halı qorunmamışdır, bəzi yerlərdə məqsədli şəkildə və ya cahilliklə təhrif edilmişdir. Bu kitablara bəzi əlavələr edilmiş, bəzi yerləri dəyişdirilmiş və ya tamamilə çıxarılmışdır. Peyğəmbərimiz (səv) isə özünə hər vəhy gəldiyində onu Allah`ın köməyi ilə əzbərləmiş və həmin an güvəndiyi şəxslərə yazdırmışdır. Beləcə, Quran yazılı halda qorunmuşdur. Hz. Əbubəkr (rə) dövründə Quran tək bir nüsxə halına salınmış, hz. Osman (rə) dövründə isə Quran nüsxələri çoxaldılıb əhəmiyyətli İslam bölgələrinə göndərilmişdir.

Peyğəmbərimiz (səv) vəhy gəldikdə Quran ayələrini yadda saxlamaq üçün necə çalışdığı və buna görə Allah`ın ona necə kömək etdiyi ayələrdə belə açıqlanır:

Onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir. Biz onu oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə. Sonra onu bəyan etmək də Bizə aiddir! (Qiyamət surəsi 16-19)

Ayələrdən də göründüyü kimi, Peyğəmbərimizin (səv) Quranı yadda saxlaması hər hansı bir mövzunu əzbərləmək kimi olmamış, Allah xüsusi şəkildə Quran ayələrini Peyğəmbərimizin (səv) hafizəsinə yerləşdirmişdir. Bundan sonra, Peyğəmbərimiz (səv) yadda saxladığı ayələri güvəndiyi şəxslərə yazdırmışdır. Beləliklə, 1400 ildir ki, Allah'ın vədinə uyğun olaraq Quranın tək bir hərfi belə dəyişməmiş və Allah`ın vəhyi günümüzə qədər qorunaraq gəlmişdir. (www.Allahinsonsuzgucu.com)

Quranın Allah`ın vəhyi olduğunun və buna insanın heç bir şey əlavə etmədiyinin dəlillərindən biri Quranda heç bir ziddiyyətin olmamasıdır. Quran həm öz daxilində, həm də tarixi inkişaf və elmi tapıntılarla tam uyğunluq təşkil edir. Quranın bu xüsusiyyəti o qədər dəqiq və açıqdır ki, Rəbbimiz bir ayəsində belə buyurmuşdur:

Onlar Quran barəsində düşünməzlərmi? Əgər o, Allah`dan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. (Nisa surəsi, 82)

İnsanların yazdığı kitablarda bir çox ziddiyyətlər tapmaq mümkündür. Məsələn, elmi bir kitabda əvvəldə verilən bir məlumat sonda verilən məlumatla uyğun olmaya bilər. Quranın isə hər sözü bir-birinə uyğundur və ayələrdə kiçik də olsa ziddiyyət yoxdur. Bundan başqa, Quranda cəmiyyətlər, idarə üsulu, hərbi strategiya kimi bir çox mövzuda məlumat verilir, sadəcə keçmişdən deyil, gələcəkdəki hadisələrdən də xəbər verilir. Bu məlumatların hamısı tarixi həqiqətlərlə və eyni zamanda, Quranın vəhyindən sonra meydana gələn hadisələrlə tam uyğunluq təşkil edir. Məsələn, Quranda gələcəklə bağlı verilən xəbərlərdən biri “Rum” surəsinin ilk ayələrində yer almışdır. Bu ayələrdə Bizans İmperiyasının məğlub olduğu, lakin qısa bir vaxtda təkrar qalib gələcəyi belə bildirilmişdir:

Əlif, Lam, Mim! Rumlular məğlub oldular. Ən aşağı bir yerdə. Lakin onlar məğlubiyyətlərindən sonra qalib gələcəklər. Bir neçə ilin içində (üç illə doqquz, yaxud on il arasında). Əvvəl də, sonra da hökm Allah`ındır. O gün möminlər sevinəcəklər. (Rum surəsi, 1-4)

Bu ayələr xristian bizanslıların bütpərəst farslar tərəfindən ağır məğlubiyyətə uğramasından təqribən 7 il sonra (miladi 620) endirilmişdir. Ayələrdə Rum olaraq keçən Bizansın çox yaxında qalib gələcəyi xəbər verilmişdir. Halbuki, həmin vaxtlar Bizans o qədər gücdən düşmüşdü ki, qalib gəlməsi bir yana, mövcudluğunu qoruması belə imkansız görünürdü.

Qısası, hamının Bizansın yox olmasının gözlədiyi bir zamanda “Rum” surəsinin ilk ayələri vəhy edilmiş və Bizansın 9 il keçmədən yenidən qalib gələcəyi xəbər verilmişdir.

“Rum” surəsinin ilk ayələrinin endirilməsindən təxminən 7 il sonra, miladi 627-ci ilin dekabr ayında Bizans və Fars imperiyaları arasında Ninova xarabalıqları yaxınlığında böyük döyüş baş verdi. Bu dəfə Bizans ordusu farsları məğlub etdi. Bir neçə ay sonra farslar işğal etdiyi yerləri Bizansa geri qaytarmaq haqqında saziş bağlamağa məcbur oldular.

Beləliklə, Quranda gələcəyə dair verilən bu xəbər gerçəkləşdi. Burada verilən təkcə bu misal belə, Quranın Allah`ın sözü olduğunun və insan əli ilə yazılmadığının bir sübutudur.

Quranın bir başqa xüsusiyyəti də astronomik və bioloji mövzularda verdiyi məlumatların o dövrün zəif elmi anlayışından və batil inanclarından tamamilə fərqli olmasıdır. Məsələn, Quranın vəhy edildiyi dövrdə ərəb cəmiyyətində göy üzünü dağların tutub saxladığına inanırdılar. Dünyanın düz olduğunu və yer üzünün hər iki ucunda yer aldığı qəbul edilən yüksək dağların göy üzünə bünövrə təşkil etdiyini zənn edirdilər. Halbuki, Allah Quranda insanlara bu batil inancların gerçək olmadığını bildirmiş və belə buyurmuşdur:

Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən, sonra ərşi yaradıb hökmü altına alan... (Rəd surəsi, 2)

Bundan başqa, Quranın əlavə bir çox ayəsində xəbər verilən elmi həqiqətlər 20 və 21-ci əsr elmi tərəfindən yeni bilinən məlumatlarla paralellik təşkil edir. Bunlar Quranın Allah`ın sözü olduğunu göstərən dəlillərdən bəziləridir.

Quranın ədəbi yönü də son dərəcə üstünlüyə malikdir. Quran endirildiyi dövrdə ərəb şairləri bir-biri ilə yarışıb gözəl sözlər deyir, ortaya təsirli ədəbi əsərlər çıxarırdılar. Ancaq onlar da Quranın üslubunun gözəlliyinə heyran olmuşdular və bu müqəddəs kitabın ədəbi ehtişamını qəbul etmişdilər.

Bununla yanaşı, Quranda qüsursuz riyazi şifrə sistemi də vardır. Məsələn, bəzi kəlmələr Quranda mənaları ilə əlaqəli sayılar qədər təkrarlanır. “Gün” kəlməsi bütün Quranda 365 dəfə keçir. “Günlər” 30, “ay” kəlməsi isə 12 dəfə keçir. “Şeytan” və “mələk” kəlmələri 88 dəfə, “dünya” və “axirət” kəlmələri 115 dəfə, “yay-isti” və “qış-soyuq” kəlmələri 5 dəfə təkrarlanır. “Cəzalandırmaq” 117 dəfə, “əfv etmək” isə 234 (117x2) dəfə keçir. “Günəş (şəms)” və “işıq (nur)” kəlmələri Quranda 33 dəfə keçir. (Ətraflı məlumat üçün baxın: Harun Yəhya, “Quran möcüzələri”)

Burada qısa xülasəsini verdiyimiz bütün bu həqiqətlər Quranın insan sözü olmadığını qəti olaraq təsdiq edən dəlillərdəndir. Quran Allah`ın, Rəsulu hz. Muhəmmədə (səv) endirdiyi vəhyidir və endiyi gündən etibarən heç dəyişmədən bizlərə gəlib çatmışdır. (www.Kurandancevaplar.com)

Allah Quranın bu üstün xüsusiyyətini ayələrində belə bildirir:

Əgər bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, siz də ona bənzər bir surə gətirin və əgər doğru deyirsinizsə, onda Allah`dan savayı şahidlərinizi çağırın! Madam ki, belə bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda, kafirlər üçün hazırlanmış, yanacağı insanlardan və kibrit daşlarından ibarət olan oddan həzər edin! (Bəqərə surəsi, 23-24)

De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər. (İsra surəsi, 88)

QURANIN NURU ZEHİNLƏRİ HƏR CÜR PİSLİKDƏN TƏMİZLƏR

Adnan Oktar: Doğrudur, mən gənclərin beynini yuyuram. Yəni bütün millətimin beynini yumağa çalışıram, çünki Quranın bir xüsusiyyətidir, yəni tahir edər insanları, pislikdən təmizlər. Quran yuyucudur, gözəl ətirli sabun kimidir bir yönü ilə. Onun dəydiyi yerdə kir qalmaz, kiri aparar Quran, tər-təmiz edər. Həm də büllur kimi sudur; insanın üzərinə tökdüyündə onda heç bir kir qalmaz, heç bir şey qalmaz. QURANIN İŞIĞI BİR SU KİMİDİR, NURANİ BİR SU KİMİDİR. İnsanı yuyub tər-təmiz edər. Təbii ki, beyinlər yuyulacaq, çünki beyinlər axırzamanda kirləniblər, qəflət və dəlalət kirinə bulaşıblar, bir qismi də küfrə bulaşıb. Darvinizm, materializm, kommunizm, satanizm kimi kirli zehniyyətlər insanların beynini kirlədib. Təbii ki, bunlar yuyulmalıdır. Beyin yuyulanda tər-təmiz olur, nur saçmağa başlar. Quranın nurani suyu ilə insanlar həmişə yuyunar və tər-təmiz olarlar. O nur kiri bir anda kənara atar, yox edər. Eyni zamanda, bir işıqdır Quran. (Adnan Oktarın Tempo TV reportajından, 10 mart, 2009)

Adnan Oktar: Mən Quranın nuru ilə insanların beynini yuyuram. Beynindəki kirləri, pislik və rəzillikləri. Gözəl ətirli sabun kimidir Quran. Ənbər qoxulu sabun kimidir. Bununla beyindəki bütün pislər, qaralar, kirlər və s. tökülüb gedər. Mən beyin yuyanam. Peyğəmbərimiz (səv) də beyin yuyurdu. Bütün peyğəmbərlər beyin yudular.

Quran birbaşa özü yuyucudur, təmizləyicidir, tahirdir. Bizim vəzifəmiz onsuz da tahirlikdir. Təmizləməkdir. Beyindəki kirləri, pislikləri təmizləməklə mükəlləfik. Allah`ın o əmri bizədir, bu, bizim üçün şərəfdir. Haqq və həqiqəti beyinlərə yerləşdiririk. Gözəlliyi, sevgini, mərhəməti, şəfqəti, ədaləti, hörməti, dərin düşünməyi, şiddətli Allah qorxusunu, şiddətli Allah sevgisini, Quran eşqini, Allah eşqini, səhabə eşqini, axirətə olan sevgimizi, cənnətə olan sevgimizi, cəhənnəmdən qorxumuzu artırırıq, bunları bildiririk. Kommunist pisliklərini, faşist pisliklərini, materialist-darvinist pislikləri, nə qədər rəzillik varsa... Nur kimi bir sabundur, eyni zamanda, Quran təmizləyicidir. O ətirli sabunla tərtəmiz yuyuruq, inşaAllah. (Adnan Oktarın Destan TV reportajından, 8 mart, 2009)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Quranı Allah qoruyur
  • Tək hökm verən Allah`dır
  • Allah adına hökm verənlər
  • Quranı rəhbər tutmaq
  • Quran aləmlərə öyüddür
  • Quran furqandır; doğrunu yanlışdan ayırır
  • Quranda hər şey açıqlanmışdır
  • Quran əxlaqını yaşamaq çox asandır
  • Qurana tabe olmaq insanların üzərindəki yükü qaldırır
  • Allah insanları Quranla xəbərdar edib qorxudur
  • Möminlər Quran əxlaqını nöqsansız yaşayırlar
  • Hz. Muhəmmədin (səv) tək rəhbəri Quran idi
  • Nümunəvi Quran nəsli yetişdirməyin əhəmiyyəti
  • Nəticə