Allah insanların qaranlıqdan nura çıxması üçün hər mövzunun açıqlamasını və həllini Quranda bildirmişdir. “Nəhl” surəsində Rəbbimiz Quran haqqında belə buyurur:
Ənam” surəsində isə "...Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna cəm ediləcəklər" (Ənam surəsi, 38) şəklində bildirmişdir. Quranda hər şey ən mükəmməl və ən hikmətli şəkildə açıqlanmışdır. Bu, Allah`ın qullarına olan rəhmətinin təzahürüdür.
Allah gerçək imanın şərtlərini, insanların dünya və axirət həyatlarına aid bir çox mövzunu, imanlı insanın hansı əxlaqa sahib olmasını və bir insana ömür boyu yol göstərən mövzuları Quranda ətraflı şəkildə bildirmişdir. Ayrıca, Allah Quran vasitəsilə bizə Özünü tanıdır və bütün kainatı yoxdan var etdiyini, ehtiyacsız olduğunu, bütün nöqsanlardan münəzzəh, hər şeydən xəbərdar və eşidən olduğunu və gizlinin gizlisini bildiyini açıqlayır.
Bununla yanaşı, Quranda Allah`ın rizası üçün edilən əməllər barədə, həmçinin insanların yaradılış məqsədi, ibadət formaları, gözəl əxlaq, fiziki və mənəvi yöndən sağlam olmağın yolları, çətin anlarda alınmalı tədbirlər və müxtəlif insan xarakterləri haqqında ətraflı məlumat verilir. Bundan başqa, Quranda gündəlik həyata və sosial problemlərə dair bilgilər, elmi həqiqətlərə işarə edən ayələr vardır və qiyamət günü, cənnət və cəhənnəm mövzuları haqqında geniş məlumat verilmişdir. Yəni insanın həyatının hər anında ehtiyac duyduğu təməl bilgilərin hamısı Quranda vardır. Ayələrdə belə buyurulur:
Biz bu Quranda insanlar üçün hər cür məsəl çəkib onlara izah etdik. Lakin onların əksəriyyəti küfrdən başqa bir şeyə razı olmadı. (İsra surəsi, 89)
Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik... Kəhf surəsi, 54)
Quranda insana Allah`ın hökmlərini qeyd-şərtsiz qəbul etməsinin, yalnız Allah`ı dost və vəkil etməsinin və həyatda tək məqsədinin Allah`ın rizası, rəhməti və cənnəti olmasının gərəkdiyi bildirilir. Quran ayələri əsasında yaşayan insan üçün tək ölçü Quran, izlənməsi gərəkən tək yol da Peyğəmbərimizin (səv) yolu olmalıdır. Quranda həqiqi müsəlmanların hər dövrdə cəmiyyətlərinin batil dinindən ayrılıb Allah`a və Onun əmrlərinə yönəldiklərindən bəhs edilir. Məsələn, Quranda cəmiyyətlərinin batil dinini qəbul etmədikləri üçün qınanan və ölüm təhdidi səbəbi ilə bir mağaraya sığınan saleh gənclərin durumu “Kəhf” qissəsində xəbər verilir (Kəhf surəsi, 13-16). Quranın başqa ayələrində də hz. Yusifin (əs) Allah`a və Onun əmrlərinə yönəlməsi iman edənlərə örnək olaraq verilir:
Əlbəttə ki, cəmiyyətin batil dinindən ayrılmaq demək mənəvi olaraq bu dinin mənsublarından qopmaq mənasındadır. Digər bir ifadə ilə desək, onların Allah`ın haqq dini olan İslamdan kənar ibadət şəkillərini, inanclarını, dəyər ölçülərini, düşüncələrini, əxlaq anlayışlarını, adət və ənənələrini, davranış formalarını və danışıq üslublarını mənimsəməmələri və özlərinə əsas mənbə olaraq Allah`ın vəhyini və Elçisinin həyatını ölçü götürmələridir. (www.sonpeygamberhzmuhammed.com)
Allah Özünə qulluq edənlərə din olaraq İslamı bəyənib seçmiş, üz tutacaqları rəhbər olaraq Quranı endirmiş, Peyğəmbərimizin (səv) həyatını da nümunə etmişdir. Tək doğru və haqq yol Allah`ın yoludur. Allah`ın Quranda bildirdiyi yollardan başqaları batil və yanlışdır və ancaq xurafat, bidət və zənlərə əsaslanır. Dolayısilə, insan təkcə Quranı ölçü götürdüyü, Allah`ın əmrlərinə ciddi əməl etdiyi, Onun rizası olan saleh işləri gördüyü və yalnız Peyğəmbərimizi (səv) örnək aldığı təqdirdə, uca Rəbbimizin qatından gözəl qarşılıq uma bilər.
Quranda bildirildiyi kimi, Allah`ın sözü ən uyğundur və ancaq Quranın və Peyğəmbərimizin (səv) sünnəsini rəhbər tutan insan ən doğru və ən həqiqi məlumatları əldə edə bilər. Allah’dan başqa hakim olmadığı Quranda belə xəbər verilir:
Peyğəmbərimiz hz. Muhəmməd (səv) də qövmünə yeganə qaynağın Quran olduğunu söyləmişdir. Peyğəmbərimiz (səv) bəzi hədislərində müsəlmanlara bu öyüdləri vermişdir:
Və yenə buyurdu: “Bu qəlblər dəmir kimi pas tutar”. “Nə ilə pası təmizlənər ya Rəsulullah?” –dedilər. Buyurdu ki: “Qurani-kərimi oxumaqla və ölümü xatırlamaqla”. (Beyhəqi) Yenə buyurdu: “Mən gedirəm və sizə iki vaiz buraxıram, həmişə sizə nəsihət verərlər. Biri danışaraq söylər, digəri susaraq: danışan vaiz Qurani-kərimdir, susan vaiz isə ölümdür. (İmam Qəzali, Kimyayi-səadət, səh. 141)
Allah`dan başqa İlah olmadığına və mənim Onun elçisi olduğuma şəhadət edirsiniz, elə deyilmi? Elə isə müjdələr olsun. Bu Quran elə bir ipdir ki, bir ucu Allah`ın əlində, bir ucu da sizin əlinizdədir. Ondan yapışın. Ondan sonra əsla dəlalət və təhlükəyə düşməzsiniz. (Ramuz əl-əhadis, 1-ci cild, səh. 7, no 4)