MÖMİNLƏR QURAN ƏXLAQINI NÖQSANSIZ YAŞAYIRLAR

Möminlərin həyatda tək ölçüsü Quran ayələri və Peyğəmbərimizin (səv) sünnəsidir. Onlar həyatlarının sonuna kimi Allah`ın əmr və qadağalarına ciddi riayət edir, yalnız Allah`dan qorxur, heç kimdən mədət ummur, təlaşa, ümidsizliyə və qorxuya düşmürlər. Heç kimin qınağından qorxmurlar. Hadisələrə Quran və Peyğəmbərimizin (səv) sünnəsinə uyğun reaksiya verirlər. Bolluq zamanlarında olduğu kimi, çətin vaxtlarda da Quran əxlaqına uyğun davranırlar. Çünki bilirlər ki, Allah nemət verdiyi kimi, dilədiyində bunları xeyir və hikmətlə azalda da bilər. Hər hadisənin nəfsin tərbiyə olunması və kamilləşməsi üçün yaradılmış bir imtahan olduğunun fərqindədirlər.

Lakin Qurandan qafil yaşayan və tam iman etməyənlər bütün həyatını insanların razılığına görə qururlar. Bütün həyat fəlsəfələri, qanunları və anlayışları Qurana ziddiyyət təşkil edir. Quranı və Peyğəmbərimizin (səv) sünnəsini yol göstərici kimi qəbul etmədiklərinə görə, İslam əxlaqından uzaq bir çox batil inanc, adət və ibadət şəkilləri formalaşdırırlar.

Hz. Şüeybin qövmünə xitabından bəhs edən “...Ey qövmüm! Məgər mənim əşirətim sizə Allah`dan da əzizdir ki, Onu unudub saymırsınız?..” (Hud surəsi, 92) ayəsində olduğu kimi, bu insanlar Allah`ı unudurlar. Allah`ın hökmlərinin yerinə hər cür batil inanc və qanunlara sanki İlahi hökm kimi tabe olurlar. Qurandakı həqiqətləri görsələr də, bu batil inanclarından heç cür vaz keçmirlər. Halal və haram anlayışları yanlış düşüncələrinə, mənsub olduğu cəmiyyətin dəyər ölçülərinə və atalarından öyrəndiklərinə bağlı olaraq dəyişir. Quran hökmlərinin yerinə insanların qənaətinə dəyər verirlər.

Bu insanların həyata baxışları Quranda "...Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik!.." (Zuxruf surəsi, 23) ayəsində bildirilir.

İnsanlar dünya və axirətdə xilas olmaq üçün atalarının və ya çevrələrinin əməllərinə deyil, Qurana üz tutmalıdırlar. Quran Allah`ın heç dəyişməmiş sözüdür. Peyğəmbərimizin (səv) həyatı boyu göstərdiyi gözəl əxlaq isə iman edənlər üçün ən gözəl nümunədir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Quranı Allah qoruyur
  • Tək hökm verən Allah`dır
  • Allah adına hökm verənlər
  • Quranı rəhbər tutmaq
  • Quran aləmlərə öyüddür
  • Quran furqandır; doğrunu yanlışdan ayırır
  • Quranda hər şey açıqlanmışdır
  • Quran əxlaqını yaşamaq çox asandır
  • Qurana tabe olmaq insanların üzərindəki yükü qaldırır
  • Allah insanları Quranla xəbərdar edib qorxudur
  • Möminlər Quran əxlaqını nöqsansız yaşayırlar
  • Hz. Muhəmmədin (səv) tək rəhbəri Quran idi
  • Nümunəvi Quran nəsli yetişdirməyin əhəmiyyəti
  • Nəticə