Çox insan bu suala belə cavab verər: "Quran, dinimizin müqəddəs kitabıdır." Bu əlbəttə doğrudur; ancaq Quran əsas olaraq Allahın bütün insanlara göndərdiyi və onları məsul tutduğu kitabdır. Elə isə, insanların Quranın məzmunu, əmrləri, tövsiyələri, hökmləri ilə əlaqədar hər şeyi bilmələri lazımdır. Amma bu nöqtədə əhəmiyyətli nöqsan qarşımıza çıxar, bir çox insan Quranın məzmunu haqqında elədə fikir sahibi deyil.
Quran haqqında xalq arasında məşhur bir çox batil inanc vardır. Quran, ümumiyyətlə evlərin divarlarında bəzəkli mühafizə içində asılı durar. Və yenə ümumiyyətlə yaşlılar tərəfindən oxunar. Lakin oxuyanlar da, Quranın yalnız Ərəbcəsini oxuyarlar və Ərəb dilini bilmədiklərinə görə də, təbii olaraq məzmunu haqqında heç bir şey öyrənə bilməzlər.