Onlar kitab, hökm və elçilik verdiyimiz kəslərdir. Əgər (inkar edənlər) bunları (bu dəlilləri) inkar etsələr, Biz onların yerinə bunları inkar etməyən bir qövm gətirərik. (Ənam surəsi, 89)
Həqiqətən, Biz onlara iman edən bir qövm üçün hidayət və rəhmət olan, elmlə açıqladığımız bir Kitab gətirdik. (Əraf surəsi, 52)
Əlif, Lam, Ra! (Bu Quran) Rəbbinin izni ilə insanları qaranlıqlardan aydınlığa – yenilməz qüvvət sahibi və şükürə layiq olan Allahın yoluna çıxartmağın üçün sənə nazil etdiyimiz kitabdır. (İbrahim surəsi, 1)
Bu (Quran) insanların xəbərdar edilmələri, Allahın tək bir ilah olduğunu bilmələri və təmiz ağıl sahiblərinin düşünüb öyüd almaları üçün göndərilmiş bir təbliğdir. (İbrahim surəsi, 52)