Allah bir ayədə: "...hər şeyi müəyyən nizam və ölçü ilə yaratdığını " bildirir (Furqan surəsi, 2). Yer üzündə bu mükəmməl nizama və ölçüyə dair saysız-hesabsız işarə var. Canlı-cansız bütün varlıqlar və sistemlər bu fövqəladə nizamı açıq şəkildə göstərir və mükəmməl quruluşlarıyla təsadüfən əmələ gəlməyəcəklərini ortaya qoyurlar.
Günəşlə Yer arasındakı məsafə, atmosferdəki qazların ideal nisbətləri, günəş şüasının xüsusiyyətlərinin bitkilərin fotosintez etməsinə tam uyğun olması, dağların yer səthini sabitləşdirici xüsusiyyətləri, gecə ilə gündüzün əmələ gəlməsi, suyun canlıların həyatına tam uyğun maddə olması, heyvanların, meyvələrin, tərəvəzlərin, buludların, küləyin varlığı, hüceyrələrimizin möhtəşəm xüsusiyyətləri, DNT-nin quruluşu...
Bütün bunlar Allahın üstün sənətinin yalnız bir neçə nümunəsidir və bizə Rəbbimizin gücünün sonsuzluğunu göstərir.
Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də yayılıb-işləmə vaxtı edən Odur. (Furqan surəsi, 47)
Qaralmağa başladığı vaxt gecəyə və nəfəs almağa başladığı zaman səhərə and olsun! (Təkvir surəsi, 17-18)
...O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur... (Əraf surəsi, 54)
Gecəni və gündüzü, günəşi və ayı da yaradan Odur; hər biri bir orbitdə üzüb gedir. (Ənbiya surəsi, 33)
Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir. (Bəqərə surəsi, 29)
Diqqətli olun; göylərdə və yerdə olanların hamısı Allahındır. Əlbəttə ki, O, üzərində olduğunuz şeyi bilir. Həmçinin Ona qaytarılacaqları gün, etdiklərini onlara xəbər verəcəkdir... (Nur surəsi, 64)
Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi sapsağlam və yerli-yerində yaradan Allahın sənətidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır. (Nəml surəsi, 88)
O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, Mərhəmətli Allahdır. Bunu biləndən soruş! (Furqan surəsi, 59)
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah Zəngindir, Tərifəlayiqdir. (Loğman surəsi, 26)
O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda ağlını işlədə bilən insanlar üçün əlamətlər vardır. (Nəhl surəsi, 12)
Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda öyüd alıb düşünən insanlar üçün dəlillər vardır. (Nəhl surəsi, 13)
Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona könüllü surətdə təzim edir. Yaratmağı başladan, sonra onu geri qaytaracaq olan Odur; bu Ona görə çox asandır. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, güclü və üstün, hökm və hikmət sahibidir. (Rum surəsi, 26-27)
Ona şərik qoşduqlarınız yaxşıdır, yoxsa göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən Allah? Biz onunla könül oxşayan bağçalar saldıq. Halbuki siz onların bir ağacını belə böyüdə bilməzsiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar azğınlıq etməyə davam edənlərdir. (Nəml surəsi, 60)
Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir yardımçınız, nə də bir şəfaətçiniz vardır. Yenə də öyüd alıb düşünməyəcəksiniz? (Səcdə surəsi, 4)
Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? (Ənbiya surəsi, 30)
"O, göylərin, yerin və onların arasında olanların Rəbbidir, üstün və güclü olan, bağışlayandır". (Sad surəsi, 66)
Göylərin və yerin açarları Ona məxsusdur. O, istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Çünki O, hər şeyi biləndir. (Şura surəsi, 12)
Sizə verilən hər bir şey dünya həyatının keçici zövqüdür. Allahın yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Bunlar iman gətirib öz Rəbbinə təvəkkül edənlər üçündür. (Şura surəsi, 36)
Göylərin, yerin və onların arasında olan hər şeyin sahibi olan Allah nə qədər ucadır! O Saat barədə məlumat Onun yanındadır və siz Onun hüzuruna qaytarılacaqsınız. (Zuxruf surəsi, 85)
Andolsun əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” deyə soruşsan, mütləq: “Onları üstün, güclü və bilən Allah yaratmışdır!” deyəcəklər. O, yeri sizin üçün beşik etdi və orada sizin üçün yollar saldı ki, bəlkə doğru yolu tapasınız. (Zuxruf surəsi, 9-10)
Biz orada xurma bağları və üzümlüklər yaradıb, aralarında bulaqlar qaynadıb çıxartdıq. Onun meyvələrindən və öz əlləri ilə becərdiklərindən yemələri üçün belə etdik. Yenə də şükür etmirlər? (Yasin surəsi, 34-35)
O, göyləri dayaqsız yaratmışdır. Belə ki, bunu görürsünüz. Yerdə isə, sizi silkələməsin deyə, möhkəm dağlar qurmuşdur... (Loğman surəsi, 10)
Yeri də (necə) döşəyib-yaydıq? Orada möhkəm duran dağlar yaratdıq və “göz oxşayan və ürəkaçan” hər cütdən (neçə bitkilər) bitirdik. (Qaf surəsi, 7)
Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah çox Ucadır. (Yasin surəsi, 36)
...Həmd, göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi Allaha məxsusdur. Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur... (Casiyə surəsi, 36-37)
Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni, ondan çıxanı da, göydən enəni də, qalxanı da bilir. Harada olsanız, O sizinlədir... (Hədid surəsi, 4)
...Onların üzərinə göydən bol-bol yağış yağdırıb, evlərinin altından çaylar axıtdıq... (Ənam surəsi, 6)
...Sizin üçün bağ-bağçalar və çaylar yaratsın". (Nuh surəsi, 12)
O, göydən su endirdi və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq axdı... (Rad surəsi, 17)
Yeri yarıb fəvvarə vuran bulaqlar qaynatdıq... (Qamər surəsi, 12)
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur və axırda bütün işlər Allaha qaytarılar. (Ali İmran surəsi, 109)
İnsanlar ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini hər yana yayan Odur... (Şura surəsi, 28)
Göylərdə və yerdə nə varsa, Onundur. Şübhəsiz Allah heç nəyə ehtiyacı olmayandır, tərifəlayiqdir. (Həcc surəsi, 64)
Allahın boyası... Allah(ın boyasın)dan daha gözəl boyası olan kimdir? Biz (yalnız) Ona ibadət edənlərik. (Bəqərə surəsi, 138)
Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Eləcə də, doğru gedə bilsinlər deyə, orada geniş yollar saldıq. (Ənbiya surəsi, 31)
...Yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan... (Nəml surəsi, 61)
Səmada bürclər qoyan və orada aydınlıq (günəş) və nurlu bir ay yaradan Allah nə qədər Ucadır. (Furqan surəsi, 61)
Öyüd alıb düşünmək və şükür etmək istəyənlər üçün gecə ilə gündüzü bir-birinin ardınca gətirən Odur. (Furqan surəsi, 62)
Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, bütün heyvanatı yer üzündə törədib-yaymasında, küləklərin əsdirməsində və göylə yer arasında ram edilmiş buludları hərəkət etdirməsinə, düşünən insanlar üçün dəlillər var. (Bəqərə surəsi, 164)
Göydən lazım olduğu qədər su endirdik və onunla ölü bir diyarı diriltdik. (Zuxruf surəsi, 11)
Göydə də məbud, yerdə də məbud yalnız Odur. O, hökm və hikmət sahibidir, biləndir. (Zuxruf surəsi, 84)
Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü (quraq) bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsilə bütün məhsullardan yetişdiririk. Biz ölüləri də belə dirildəcəyik. Bəlkə, ibrət alasınız. (Əraf surəsi, 57)
Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcəkdir. Sizlərdən bəziləri vaxtilə bildiyi şeyləri unutsun deyə ömrünün ən son çağına (yaşlılığa) çatdırılacaq. Həqiqətən, Allah Biləndir, hər şeyə Qadirdir. (Nəhl surəsi, 70)
Belə ki, O, yaratdığı hər şeyi gözəl yaratdı və insanı yaratmağa palçıqdan başladı. (Səcdə surəsi, 7)
O Allah ki, var edən, mükəmməl şəkildə yaradan, “forma və surət” verəndir... (Həşr surəsi, 24)
Sizi zəif bir şeydən (nütfədən) yaradan, zəiflikdən sonra sizə qüvvət verən, qüvvətli olduqdan sonra zəiflik və qocalıq verən Allahdır... (Rum surəsi, 54)
Ancaq kim Rəbbinin məqamından qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə, həqiqətən, Cənnət onun məskəni olacaq. (Naziat surəsi, 40-41)
Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcək... (Həcc surəsi, 23)
Lakin Rəbbindən qorxub-çəkinənlər üçün uca köşklər vardır, onların üstündə də uca köşklər inşa edilmişdir... (Zumər surəsi, 20)
İstəsə, sənin üçün onların dediklərindən daha xeyirlisini, ağacları altından çaylar axan Cənnət bağlarını yaradan, sənin üçün qəsrlər inşa edə bilən Allah nə qədər Ucadır. (Furqan surəsi, 10)
Onlar orada taxtlar üzərində dirsəklənəcək və orada nə yandıran günəş, nə də donduran şaxta görəcəklər. (İnsan surəsi, 13)
(Cənnətdə) hara baxsan nemət və böyük mülk görərsən. (İnsan surəsi, 20)
...Rəbbi Öz tərəfindən onları içərisində tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir. (Tövbə surəsi, 21)
...Onları ağacları altından çaylar axan və əbədi qalacaqları Cənnətdəki uca köşklərdə yerləşdirəcəyik... (Ənkəbut surəsi, 58)
Beləcə iman edib saleh əməllər edənlər; artıq onlar “bir cənnət bağçasında”, “sevinc içində ağırlanırlar”. (Rum surəsi, 15)
De: “Bu yaxşıdır, yoxsa təqva sahiblərinə bir mükafat və son dayanacaq yeri kimi vəd edilən əbədi Cənnət?” (Furqan surəsi, 15)
Onlardan ötrü orada istədikləri hər şey vardır. Onlar orada əbədi qalacaqlar. Bu, sənin Rəbbinin Öz öhdəsinə götürdüyü və yerinə yetirilməsi arzu olunan bir vəddir. (Furqan surəsi, 16)
Onlar üçün qızıl sinilər və piyalələr dolandırılar. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey var... (Zuxruf surəsi, 71)
Göylərin və yerin mülkü Allaha məxsusdur. O, hər şeyə qadirdir. (Ali İmran surəsi, 189)
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Qoruyan olaraq Allah yetər. (Nisa surəsi, 132)