Quranda Bildirilən Müqəddəs Məkanlar

Tarix boyu peyğəmbərlərin yaşadıqları bəzi müqəddəs məkanlar (Tur dağı, Tuva vadisi kimi), Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in həyatının keçdiyi və insanlara haqq dini izah etdiyi şəhərlər Quranda diqqət çəkilən məkanlardandır.

Müqəddəs məkanlar, əvvəlcə peyğəmbərlərin və onlarla birlikdə iman edənlərin, kafirlərə qarşı aparmış olduqları çətin mübarizəni xatırladar. Eləcə də, bu müqəddəs insanların Allah yolunda göstərmiş olduqları böyük səbir və qətiyyətliliyi də həmçinin. Müqəddəs məkanlar bu xüsusiyyətləriylə iman edənlərin həyəcan və şövqlərinin artmasına vəsilə olur.

Bundan ötrü də, iman edənlər bəhs edilən torpaqlara və məkanlara mənəvi bağlılıq duyar, peyğəmbərlərin qiymətli xatirələrini daşıyan bu torpaqları tanımaq istəyərlər. Sonrakı səhifələrdə bəzi müqəddəs məkanlara yer veriləcək.

Allah Beytülhəram olan Kəbəni, haram ayı, qurbanı və boynuna nişan taxılmış qurbanlıq heyvanları insanların işlərini yoluna qoymaq üçün bir vasitə kimi müəyyən etdi. Bu ona görədir ki, siz göylərdə və yerdə olanların Allaha bəlli olmasını və Allahın hər şeyi Bilən olduğunu anlayasınız. (Maidə surəsi, 97)

Həcc, Allahın Quranda bütün müsəlmanlara əmr etdiyi bir fərzdir. Müsəlmanlar üçün olduqca mühüm bir ibadət olan həcc, Kəbənin təvaf edilməsi ilə həyata keçirilir.

Bu gün Kəbə, Məscidül-Həram kimi tanınan ərazinin atriumunun ortasında yerləşir. Hz. İbrahim və oğlu hz. İsmail tərəfindən, Allahın əmri əsasında inşa edilmişdir. "Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib..." (Həcc surəsi, 26) ayəsində də bildirildiyi kimi, hz. İbrahim Kəbəni, Allahın özünə bildirdiyi xüsusi bir yerdə və Onun əmr etdiyi şəkildə inşa etmişdir.

Kəbə, insanlar üçün toplanma və birlikdə Allah üçün ibadət etmə yeridir. Allah, Kəbənin iman edənlərin ibadət edəcəkləri, təmiz və etibarlı bir məkan olmasını əmr etmişdir.

Kəbənin diqqət və həssaslıqla qorunması müsəlmanların mühüm məsuliyyətidir. Hz. İbrahimə, Kəbənin iman edənlər üçün təmiz və hazır vəziyyətdə tutulmasını əmr edən Rəbbimiz, Quranda da Kəbəni qorumağın təkcə iman edənlərin yerinə yetirə biləcəyi bir məsuliyyət olduğunu bildirmişdir.

Kəbənin əsil sahibinin və mühafizəçilərinin iman edənlər olduğunu Allah bir ayəsində: "Onun (əsil) mühafizəçiləri yalnız qorxub-çəkinənlərdir. Lakin onların çoxu bilmir" (Ənfal surəsi, 34) deyə bildirmişdir.

Kəbəni İslam aləmində əhəmiyyətli edən digər bir xüsusiyyəti də, müsəlmanların qibləsi olmasıdır. Bütün müsəlmanlar, gündə beş vaxt namazlarını qılarkən Kəbəyə doğru üz tutaraq ibadətlərini yerinə yetirirlər.

Həqiqətən, insanlardan ötrü qurulan ilk ev Bəkkədədir (Məkkə). Belə ki, o, onlar üçün müqəddəs və hidayət olan Kəbədir. (Ali İmran surəsi, 96)

O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən belə dua etdilər: “Ey Rəbbimiz! Bunu bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən! (Bəqərə surəsi, 127)

Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” demişdik. (Həcc surəsi, 26)

İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yoldan gələn yorğun düşmüş dəvələr üstündə gəlsinlər. (Həcc surəsi, 27)

...İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın (və digər işlərin) üçün daha layiqdir. Orada təmizlənməyi qəlbən sevən kişilər vardır. Allah da təmizlənənləri sevir. (Tövbə surəsi, 108)

Hz. İbrahimin Məqamı

Yukarıda Mina'nın üstten görünüşü, yanda Mina'da inşa edilmiş olan Mescid-i Havf.

En yukarıda, Hendek Savaşı'nın yapıldığı alanda inşa edilmiş olan Yedi Mescidler adıyla anılan mescidler görülmektedir. Tarihi kaynaklara göre sağdaki mescid Peygamber Efendimiz tarafından kullanılmaktadır. Hemen üstte ise Uhud şehitliği görülmektedir.

Kəbənin şərq tərəfində, yerdən təxminən iki metr hündürlükdə və bir metr diametrində, yuxarı hissəsi şüşə ilə əhatələnmiş, aşağı hissəsi isə, mərmərlə üzlənmiş dördbucaqlı şəklində kiçik bir sahə yerləşir. Bu sahədə, hz. İbrahimin Kəbəni inşa edərkən üzərinə çıxdığı daş qorunub saxlanılır. Bu sahə İslami və tarixi mənbələrdə, Quranda bildirilən "İbrahimin məqamı" kimi qəbul edilir.

Həcərül Əsvəd adlandırılan daşın olduğu yer, ənənəyə əsasən təvafa başlama nöqtəsi qəbul edilir. Rəvayətlərə görə bu daş, hz. İbrahim tərəfindən xüsusi olaraq olduğu yerə yerləşdirilmişdir. Həcərül Əsvəd, "qara daş" mənasını verir.

Kəbənin şərq küncündə olan bu daş, yerdən 1,5 m hündürlükdədir. Rəngi sarıya çalan qara olub, oval formalıdır. Üzərində qırmızı nöqtələr var. Yan tərəfləri gümüşlə örtülmüşdür. Hacılar təvafa Həcərül Əsvədin tuşundan başlayarlar. Təvaf vaxtı bu daşa doğru dönərək, əllərini qaldırmaqla salam verərlər.

Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz... (Bəqərə surəsi, 158)

Səfa və Mərvə Kəbənin şərq tərəfində yerləşən iki təpənin adıdır. Səfa təpəsi, Hərəm bölgəsindən təxminən 15 metr və Mərvə təpəsindən isə 8 metr hündürdədir. İki təpə arasındakı məsafə təxminən 420 metrdir. İki təpənin arasında qalan sahə "Mesa" adlandırılır. Mesa, Məscidi-Harama bitişikdir. Şəkillərdə Səfa və Mərvə arasında gedib gələn hacılar görünür.

Mescid-i Haram'ın farklı açılardan görünüşleri.

Mescid-i Nebevi'nin gece ve gündüz farklı açılardan görünüşleri.

Ərafat, Məkkənin şimalında yerləşən, 24 kv. Km-lik sahəyə malik böyük və səthi hamar düzənlikdir. Hərəmdən kənarda yerləşir. Ərafat, "ərəfə" sözünün cəmi olub, "irfan" və "mərifət" kökündən gəlir. Həmçinin dağ və yüksəklik mənalarını da verir. Quranda Ərəfatdan belə bəhs edilir:

Rəbbinizdən lütf diləmək (həcc vaxtı ticarət etmək) sizə günah deyildir. Ərəfatdan axışıb gəldikdə Məşərulharamda Allahı yada salın! Sizi doğru yola yönəltdiyinə görə Onu yad edin. Hərçənd ki, bundan əvvəl siz azmışlardan idiniz. Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanmanızı diləyin. Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir. (Bəqərə surəsi, 198-199)

Mina, Məkkə ilə Məşərulharam arasında qalan yerə verilən addır. Həcc ibadəti vaxtı, hacılar Minaya da baş çəkərlər. Həccin bəzi mühüm şərtləri burada yerinə yetirilər.

Resimlerde hac döneminde Arafat veya Rahmet Dağı görülmektedir.

Sayı müəyyən olan günlərdə (zil-Hiccənin 11-i, 12-si və 13-ü) Allahı yad edin. Kim iki gün ərzində (Mina) ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz. Kim (13-cü günü Minada) yubanarsa, ona da heç bir günah olmaz. Bu, Allahdan qorxanlara aiddir. Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanılacaqsınız. (Bəqərə surəsi, 203)

Müşriklər inkar etdiklərini bildikləri halda, onların Allahın məscidlərini abadlaşdırmaq (haqqı və səlahiyyəti) yoxdur. Onların əməlləri puça çıxmışdır. Onlar Odda əbədi qalacaqlar. (Tövbə surəsi, 17)

Allahın məscidlərini yalnız Allaha və Axirət gününə iman gətirən, dosdoğru namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar abadlaşdırar. Ola bilsin ki, onlar doğru yolla gedənlərdən olsunlar. (Tövbə surəsi, 18)

Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah Ucadır. Həqiqətən, O, Eşidəndir, Görəndir. (İsra surəsi, 1)

Məscidül-Əqsa müsəlmanların ilk qibləsi olmasından ötrü, müsəlmanlar üçün ayrı bir əhəmiyyətə malikdir. Məscidül-Əqsanın Kəbədən sonra inşa edilən yer üzündəki ikinci məscid olduğu rəvayət edilir.

638-ci ildə hz. Ömərin dövründə Qüds fəth edildikdən sonra Beytul-Məqdisin yerində Məscidül-Əqsa inşa edilmişdir. Hz. Ömərin buranı məbəd kimi qəbul etməsi də, məscidi müsəlmanlar üçün qiymətli edən digər bir səbəbdir. Məscidül-Əqsa daha sonra Əməvi xəlifələrindən Əbdülməlikin ibn Mərvanın dövründə genişləndirilmişdir.

Kubbet-us Sahra ve Mescid-i Aksa'ı›n 1890 yılına ait görüntüsü

Hz. Ömer camii

Qübbətüs-Səhra məscidi, Ömər məscidi kimi də tanınır. Qübbətüs-Səhra məscid kimi inşa edilməmişdir. Binanın içində, İslam alimləri tərəfindən hz. Məhəmməd (s.ə.v)-in meraca çıxarkən üzərinə ayaq basdığına inanılan və müqəddəs qəbul edilən bir daş var.

Səhra sözü qaya parçası deməkdir, Qübbətüs-Səhra isə qaya üzərində inşa edilən qübbə mənasını verir. Qübbətüs-Səhradakı qayanın şərqində, içində Peyğəmbərimiz hz. Məhəmmədin mübarək saqqalının olduğuna inanılan uzun şkaf var.

Sina dağı

De: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər məscid yanında (səcdə etdiyiniz yerdə) üzünüzü Ona tutun və Allaha – dini məhz Ona məxsus edərək dua edin. Sizi ilk dəfə yaratdığı kimi ona qayıdacqsınız”. (Əraf surəsi, 29)

And olsun Sinay dağına! And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)! (Tin surəsi, 2-3)

O, Öz mərhəmətini istədiyi kəsə məxsus edir. Allah böyük lütf sahibidir. (Ali İmran surəsi, 74)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Kainatdakı işarələr
  • Yer Üzündəki Işarələr
  • Canlılardakı Işarələr
  • Yer Üzündəki Nemətlər
  • Texnologiyadakı Işarələr
  • Fəlakətlərdəki Ibrətlər
  • Quranda Bildirilən Müqəddəs Məkanlar