Kainatdakı işarələr

Bütün kainata mükəmməl nizam hakimdir. Göy cisimlərinin böyüklükləri və mövqeləri, kainatın genişlənmə sürəti, yer kürəsinin qalaktikamızdakı xüsusi mövqeyi, Günəş və Ayın nizamı, cazibə qüvvəsinin varlığı və bunlar kimi daha bir çox faktor dünyada canlıların yaşamasına imkan verəcək şəkildə, mükəmməl yaradılmışdır.

Bu hissədə Quranda bəhs edilən kainatla əlaqədar bəzi ayələrə yer verilir və Allahın yaratma sənətinin nümunələrindən bəziləri göz qabağına gətirilir.

Allahın Quranda: "Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu, kafirlərin zənnidir..." (Sad surəsi, 27) ayəsiylə bildirdiyi kimi, kainat bir məqsədlə yaradılmışdır. İnsan da bu məqsədə görə davranmaqla, hər şeyin hakimi olan Rəbbimizə qulluq etməklə məsuldur.

Göyləri və yeri (nümunəsiz olaraq) yaradan Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!” deyər, o da dərhal olar. (Bəqərə surəsi,117)

Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! Bu dəlillərdən sonra kafir olanlar hələ də (bəzi varlıqları və gücləri) öz Rəbbinə tay tuturlar. (Ənam surəsi, 1)

Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!” dediyi gün hər şey olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün mülk yalnız Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, hökm və hikmət sahibidir. (Ənam surəsi, 73)

Elçiləri onlara dedilər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar? O, günahlarınızı bağışlamaq və müəyyən vaxta qədər möhlət vermək üçün sizi (iman gətirməyə) çağırır”... (İbrahim surəsi, 10)

Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır. (Fatir surəsi, 41)

Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir. (Fatir surəsi, 15)

Həqiqətən, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Budur düz yol!” (Zuxruf surəsi, 64)

...Çünki Allah Haqdır. Ondan başqa ibadət etdikləri isə batildir... (Loğman surəsi, 30)

Həqiqətən, göylərin və yerin yaradılması insanların yaradılmasından daha böyük şeydir. Lakin insanların çoxu bunu bilmir. (Mümin surəsi, 57)

Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. (Ənam surəsi, 102)

Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?” deyə soruşsan, onlar mütləq: “Allah!” deyəcəklər. De: “Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” (Zumər surəsi, 38)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Kainatdakı işarələr
  • Yer Üzündəki Işarələr
  • Canlılardakı Işarələr
  • Yer Üzündəki Nemətlər
  • Texnologiyadakı Işarələr
  • Fəlakətlərdəki Ibrətlər
  • Quranda Bildirilən Müqəddəs Məkanlar