Yalan Danışmaq Şeytanla Əməkdaşlıq Etmək Deməkdir

İlk Yalançı: Şeytan

Şeytanın bəzi xüsusiyyətlərini Allah Quranda belə bildirir:

O, sizə təkcə pisliyi, çirkin əməlləri və Allaha qarşı bilmədiklərinizi söyləməyinizi əmr edər. (Bəqərə surəsi, 169)

Yalançılıq da, şeytanın insanlar üzərindəki pis təsirlərindən biridir. Şeytan, yalanı insanlara asan yol kimi göstərər və bu yöndə təlqin verər. İmanı zəif olan insanlar isə şeytanın bu pıçıltılarına uyarlar. 11-ci əsrin İslam alimlərindən Əbdülqadir Gilani; "şeytan sənə nələr etmədi ki... Yalanı sənə sevdirdi. Səhv işləri sənin üçün bəzədi"(7) sözləriylə şeytanın yalançılığı sevdirmə xüsusiyyətinə diqqət çəkmişdir.

Şeytanın digər xüsusiyyəti isə ilk yalançı olmasıdır. Allah ilk insan olan hz. Adəm (ə.s)-ı yaratdıqdan sonra, bütün mələklərə hz. Adəm (ə.s)-a səcdə etmələrini əmr etmişdir. Bütün mələklər Allahın əmrinə itaət etmiş, lakin şeytan təkəbbüründən və qısqanclığından ötrü itaət etməmişdir. Allah onu bundan ötrü hüzurundan qovmuş və axirətdə cəhənnəm əzabı içində olanlardan olacağını bildirmişdir. Şeytan isə, insanları Allahın yolundan azdırmaq üçün and içmişdir. İlk növbədə isə, hz. Adəm (ə.s) və həyat yoldaşını aldatmağa çalışmış və onlara yalan söyləmişdir. Şeytanın hz. Adəm (ə.s)-a söylədiyi yalanı Allah Quranda belə bildirir:

Şeytan, özlərindən “örtülüb gizlənən ayıb yerlərini” ortaya çıxartmaq üçün onlara vəsvəsə verdi və dedi: "Rəbbiniz sizə bu ağacı təkcə mələk və ya əbədi yaşayanlardan olmamağınız üçün qadağan etdi". Həmçinin: "həqiqətən, mən sizə öyüd verənlərdənəm" deyə and da içdi. (Əraf surəsi, 20-21)

Şeytan, yalan danışaraq hz. Adəm (ə.s)-ı aldatmışdır. Həmçinin, özünü də olduqca xoşniyyətli göstərmiş və onlara öyüd verərək yaxşılıq etdiyini söyləmişdir. Bunun üçünsə and içmişdir. İrəlidə də görüləcəyi kimi, tez-tez and içmək və xoşniyyətli olduğunu iddia etmək də yalançıların ən nəzərəçarpan xüsusiyyətlərindən biridir.

Digər bir ayədə isə, şeytanın insanlara yalan vədlər verdiyini Allah belə xəbər verir:

İş bitdikdə şeytan deyəcək: "Həqiqətən, Allah sizə həqiqi vədi verdi, mən də sizə vəd verdim, lakin sizə yalan söylədim. Mənim sizə qarşı məcburedici gücüm yox idi, təkcə sizi dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Elə isə məni qınamayın, özünüzü qınayın. Mən sizi qurtaracaq deyiləm, siz də məni qurtaracaq deyilsiniz. Doğrusu daha əvvəl məni şərik qoşmağınızı da rədd etmişdim. Həqiqət budur ki, zalımlar üçün ağrılı əzab var". (İbrahim surəsi, 22)

Şeytan Həmişə Yalan Danışar

İnsan bir qərar verərkən, bir şeyi düşünərkən, içində həm vicdanının səsi, həm də şeytanın pıçıltıları olar. Ağıl və vicdan sahibi, Allaha və axirətə inanan bir mömin həmişə vicdanının səsini dinləyər. Digərləri isə çox vatx şeytanın səsini dinləyər. Lakin şeytanın söylədiyi hər söz yalandır. Məsələn, kasıblara kömək etmək istəyən bir insanın, şeytanı ona; "əgər bu pulu kasıblara versən sənin pulun azalar, gələcəkdə bir şey baş versə zəmanətin qalmaz" kimi sözlər söyləyərək onu yaxşılıq etməkdən, xeyir əməl işləməkdən uzaq tutmağa çalışar. Halbuki, şeytan həmişəki kimi yalan deyir. Çünki insan bir xeyir iş gördükdə, Allah onun köməkçisi və dostudur. Həmçinin ruzini verən Allahdır. Həmin insan istədiyi qədər xəsislik edərək pulunu qorumağa çalışsa da, Allah istmədikcə heç bir qazanc təmin edə bilməz.

Yaxud vicdanına tabe olaraq namaz qılmağa başlamağa niyyət edən bir insana şeytan, "gələcəkdə qocalanda onsuz da qılarsan. İndi qılmasan da olar" kimi buna bənzər təlqinlər verər. Şeytan yenə yalan danışır. Çünki insanın nə qədər ömrü olacağı, nə vaxt harada öləcəyi bilinməz. Buna görə də, insan xeyirli hesab etdiyi bir şeyi təxirə salmadan, dərhal həmin anda tətbiq etməlidir.

Oğurluq edən birini də şeytan boş vədlərlə və yalanlarla aldadır. "Ehtiyacın var, bunu alsan nə olar? Onsuz da heç kim də səni görməz. Bu oğurluq belə sayılmaz, kiçik bir şeydir" kimi sözlər söyləyər. Əslində isə, heç kim görməsə və fərq etməsə belə, Allah hər an görür və eşidir. Allah Quranda insanları şeytana qarşı xəbərdar etmiş və onun insanları aldatdığını və aldananların sonunun cəhənnəm olduğunu bildirmişdir:

(Şeytan) onlara vədlər verir və onları ən ağlagəlməz xülyalara salır. Lakin şeytan onlara təkcə yalan vədlər verir. Onların sığınacaqları yer cəhənnəmdir, ondan qaçmağa bir yer tapa bilməyəcəklər. (Nisa surəsi, 120-121)

Şeytanın insanlara söylədiyi yalanlardan digəri də insanlara bir pisliyi təlqin edib sonra da; "indi bunu et, sonra tövbə edib xilas olarsan" deməsidir. Bir çox insan şeytanın bu tələsinə düşər. Halbuki bu da bir yalandır, çünki Allah pislikləri edib sonra özlərinə ölüm çatdıqda tövbə edənlərin tövbələrinin qəbul edilməyəcəyini bildirir. Bəri başdan, "onsuz da tövbə edərəm" deyərək hər cür pisliyi etmək böyük səmimiyyətsizlik və ağılsızlıqdır. Allah bir ayəsində belə hökm edir:

Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün ağrılı-acılı əzab hazırlamışıq. (Nisa surəsi, 18)

Bir insanın şeytanın yalanlarını görüb, ona əməl etməməsi üçün tək çıxış yolu Quran əxlaqını yaxşı bilməsi və yaşamasıdır. O zaman həm şeytanın, həm nəfsinin, həm də digər insanların yalanlarını və səmimiyyətsizliklərini çox yaxşı görə bilər və bunlardan çəkinə bilər. Allah bir ayəsində şeytanın hiyləsinin iman gətirən qulları üçün çox zəif olduğunu belə bildirir:

İman gətirənlər Allah yolunda; kafirlər isə tağut yolunda vuruşarlar, elə isə şeytanın dostları ilə vuruşun. Şübhəsiz ki, şeytanın hiyləsi çox zəifdir. (Nisa surəsi, 76)

Yalançılıq, Şeytana Sədaqət Göstərməkdir

Yalan danışmaq və boş vədlər vermək şeytanın ən nəzərəçarpan xüsusiyyətlərindən biridir. İnsanların yalançı olması da şeytandan qaynaqlanır. Bir insan yalan danışırsa, deməli, həmin anda şeytanın sözünə əməl edir və ona sədaqət göstərir. Aşağıdakı ayələr bəzi insanların şeytana olan bu sədaqətlərinin səbəbini açıqlayır:

Onlar, Onu tərk edib, (bəzi) dişilərə sitayiş edərlər. Onlar təkcə, o, hər cür xeyirlə əlaqəsi kəsilmiş şeytana sitayiş edərlər. Allah, ona lənət etdi. O da (belə) dedi: "And olsun, qullarından “sayı müəyyənləşdirilmiş dəstəni” (özümə xidmətçi) edəcəyəm. (Nisa surəsi, 117-118)

Heç kim etdiyi rəftarla şeytana xidmət etdiyini, ona sədaqət göstərdiyini qəbul etmək istəməz. Lakin bu insan həyatı boyu vicdanının səsini susduraraq və həmişə içində şeytanın söylədiklərinə əməl edərək, vicdanını kütləşdirmiş və həmişə şeytanına sadiq olmuşdur. Allah ayələrində bu insanlar barədə belə hökm verir:

Kim Rəhman (olan Allah)ın zikrini görməzlikdən gəlsə, Biz bir şeytana onun “üzərini qabıqla bağlatdırarıq”; artıq bu, onun yaxın dostudur; Həqiqətən bunlar (bu şeytanlar), onları doğru yoldan çıxardar; onlar isə özlərinin doğru yolda olduqlarını güman edərlər. Sonunda Bizə gəldiyi zaman, deyər: "Kaş ki, mənimlə sənin aranda iki şərq qədər (şərq ilə qərb arasındakı) məsafə olsaydı. Məgər sən nə pis yaxın dost (imişsən)". (Bu gileyləriniz,) Bu gün sizə qətiyyən fayda verməz. Çünki zülm etdiniz. Şübhəsiz ki, əzabda da şəriksiniz. (Zuxruf surəsi, 36-39)

Şeytanın ən nəzərəçarpan xüsusiyyətlərindən biri, özünü həmişə haqlı güman etməsi və təlqin verdiyi insanlara da həmişə haqlı olduqları təlqinini verməsidir. Yuxarıdakı ayələrdə də görüldüyü kimi, şeytanın dostu olan insanlar "doğru yolda olduqlarını" güman edirlər.

Yalan danışan insanlar da, həmişə özlərində haqq və düzgünlük görərlər. Yalanlarının çox etibarlı səbəbləri olduğunu zənn edərlər. Bu insanlara yalanlarını etiraf etmələri deyildiyi zaman da, təkcə bir neçə kiçik xüsusda dürüst olub digərlərini qəbul etməməkdə israr edərlər. Bunun bir səbəbi, şeytana sədaqətdən imtina edilməməsidir.

Bu sətirləri oxuyan insanların bəziləri, şeytana sədaqəti tam anlamaya bilərlər. Şeytana sədaqət göstərən insanlar, nəfsinə, qüruruna, mənliyinə, mənfəətlərinə, ehtiraslarına möhkəm sadiq olan və bunlara olan sədaqətindən ötrü haqq və doğru şeylərdən çəkinən kəslərdir. Şeytan insanın bu cür zəiflikləri ilə onu aldadar. Onu Allahın yolundan müxtəlif üsullarla azdırmağa çalışar. Dolayısilə, nəfsi, qürurü və mənfəətləri üçün yalanını etiraf etməyən və dürüst davranmayan bir insan, şeytanına xidmət edir, ona sədaqət göstərir. Bu, şeytanın bu insanı yalan xaricindəki başqa məsələlərdə də aldada biləcəyi, özündən asılı edə biləcəyi deməkdir. Çünki nəfsi üçün yalanlarından imtina edə bilməyən bir insan, dinin digər məsələlərində də iradə göstərə bilməz; bir müddət sonra şeytan səhər namazına qalxmasına, fədakarlıq etməsinə, Allahın rizasına uyğun işlər görməsinə də əngəl törədə bilər.

Dolayısilə insan heç bir xüsusda şeytana sadiq olmamalıdır. İnsanların böyük əksəriyyəti, hərdənbir şeytana riayət edilməsinin zərəri olmayacağını düşünərlər. Halbuki, bu şeytanın bir üsuludur. Şeytan insanın hər məsələdə Allahın rizasına əməl edib, tək bir xüsusda özünə riayət edilməsini qəbul edər və bundan bir üsul kimi istifadə edər. Məsələn, həyatının hər anında Allahın rizasına uyan, ibadətlərini yerinə yetirən bir insan, əgər təkcə yalan məsələsində iradəsindən istifadə edə bilməyərək, şeytana uyursa, bu şeytan üçün qazancdır.

Hər anında Allaha itaət və sədaqət göstərən insan, Allahın özündən razı olacağını ümid edə bilər. Əgər bir insan hər cür ibadətini yerinə yetirir, hətta fədakarlıqlar edir, gözəl əxlaq göstərir, lakin buna baxmayaraq yalan danışa bilirsə, bu insan, hələ tək bir xüsusda belə olsa şeytana sədaqət göstərir deməkdir.

Allah bir ayəsində bu mühüm həqiqəti insanlara belə bildirir:

Onun yaratdığı əkin və heyvanlardan Allah üçün pay ayırdılar, sonra da öz zənlərinə əsasən: "bu, Allah üçündür, bu da şərik qoşduqlarımız üçündür" dedilər. Şərikləri üçün olan (pay), Allahın tərəfinə keçməz, lakin Allaha aid olan şəriklərinin tərəfinə (payına) keçər. Necə də pis hökm verirlər? (Ənam surəsi, 136)

Allah, qazandıqlarının bir hissəsini Allah üçün, bir hissəsini də digər ilahları üçün ayıran insanların pis hökm verdiklərini bildirmişdir. Allahın razı olacağı əxlaq və imanda, şeytana heç vaxt sədaqət və ya itaət görülməz. Səmimi iman gətirən bir insan, həyatının hər anında təkcə Allahın rizasına uyğun hərəkət edər. Buna görə də, mömin bir insan yalan danışa bilməz. Allahın rizasını, rəhmətini və cənnətini həmişə yalanla əldə edəcəyi hər hansı mənfəətdən üstün tutar. Allah Zumər surəsində dinin təkcə Özünə məxsus olduğunu belə bildirir:

Xəbərin olsun; xalis (qatqısız) din təkcə Allaha məxsusdur. Ondan başqa vəlilər tutanlar (belə deyərlər:) "biz bunlara təkcə bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik". Əlbəttə, Allah öz aralarında haqqında ixtilaf etdikləri şeylər barədə hökm verəcək. Həqiqətən, Allah yalançı, kafir olan kimsəni doğru yola yönəltməz. (Zumər surəsi, 3)

Həmçinin, Allaha qəlbən bağlı olan səmimi mömin, heç vaxt şeytanı haqlı çıxardacaq bir rəftar da göstərməz. Çünki şeytan insanların böyük əksəriyyətinin özünə tabe olacağını söyləmişdir. Beləliklə də, öz aləmində, Allahın yoluna qarşı müharibə başlatmış və nə qədər çox insan özünə tabe olsa, o qədər böyük qələbə qazanacağını hesab etmişdir. Şeytanın bu yanlış və azğın məntiqini Allah ayələrdə belə xəbər verir:

And olsun ki, İblis, özləri haqqında zənnini təsdiqləmiş oldu, beləliklə iman gətirən bir dəstədən başqa, qalanları ona tabe oldular. Halbuki onun, özlərinə qarşı heç bir məcburedici gücü yox idi; təkcə Biz axirətə iman gətirənlə ona şübhə edəni ayırd etmək üçün (ona bu imkanı verdik). Sənin Rəbbin hər şeyi qoruyandır. (Səba surəsi, 20-21)

Allahın ayələrindən də aydın olduğu kimi, şeytan xeyli yanılır. Öz aləmində insanları öz tərəfinə çəkərək qazanc əldə edəcəyini zənn edir. Halbuki nə qədər çox insanı azdırsa da, bunun nəticəsində heç bir qazanc təmin edə bilməyəcək, azdırdıqları ilə birlikdə əbədiyyən cəhənnəm əzabı içində yaşayacaq. Həmçinin şeytan tələ qurduğunu zənn edərkən əslində özü çox böyük tələyə düşmüşdür. Allah, yuxarıdakı ayələrdə də bildirildiyi kimi, şeytana, yaxşı insanlarla pis insanları bir-birindən ayırd etmək üçün bu imkanı verdiyini bildirmişdir. Şeytan, insanların dünya həyatında imtahan olunması üçün bir vasitədir və onun insanlar üzərində heç bir məcburedici gücü yoxdur. Şeytan, sadəcə, insanların həqiqi üzlərini ortaya çıxartmaq üçün bir vəsilədir. Lakin nə qədər çox insanın pis olduğunu ortaya çıxartması isə, qətiyyən onun xeyrinə deyil. Tam əksinə bu hərəkətinin nəticəsində o qədər çox insanla birlikdə cəhənnəmə sürüklənəcək.

Hər nə qədər şeytan, məharətlə azdırma üsullarından istifadə etsə də, mömin heç vaxt şeytanın zənnini haqlı çıxardacaq hərəkətlər etməz. Bundan hər an şiddətlə qaçar. Rəftar və danışıqlarında həmişə Allahın tərəfində olduğunu açıq və qəti şəkildə göstərər.

Quranda həyatlarından və danışıqlarından nümunələr verilən peyğəmbərlər bunun ən gözəl nümunəsidir. Onlar həmişə Allahı dost və vəkil tutmuşlar, şeytanın isə ən birinci düşməni olmuşlar. Allah inkar edənlərlə imanında səmimi olanların arasındakı bu fərqi Quranda belə bildirir:

Allah, iman gətirənlərin vəlisi (dostu və dəstəkçisi)dir. Onları zülmətlərdən nura çıxardar; inkar edənlərin vəliləri isə tağutdur. Onları nurdan zülmətə salarlar. Məhz onlar, Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

Dipnotlar

7. Abdülkadir Geylani, İlahi Armağan, tərcüməçi: Abdülkadir Akçiçek, Rahmet nəşriyyatı, Ankara 1962, 2-ci cild, səh. 16

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Yalan Danışmaq Haramdır
  • İnsanlar Hansı Hallarda və Niyə Yalan Danışar?
  • Allah Hər Şeyi Bilən, Görən və Eşidəndir
  • Yalan Danışmaq Şeytanla Əməkdaşlıq Etmək Deməkdir
  • Yalançının Qaranlıq Ruh Halı
  • Yalançının Özünü Aldatma Üsulları
  • Yalançının Üslubu və Rəftarı
  • Yalançının Hiyləgərliyi
  • Yalançının Itirdikləri
  • Quranda Bildirilən Yalançılar
  • Yalanı Səmimi Şəkildə Etiraf Etmək Allaha Olan Sədaqəti Göstərər
  • Yalançılığın Həlli: Allah Qorxusu
  • Axirətdə Heç Kim Yalan Danışa Bilməyəcək
  • Peyğəmbərimiz (s.ə.v)-in Yalandan Çəkinməklə Əlaqədar Hədisləri
  • İslam Alimlərinin Yalanın Zərərlər ilə Əlaqədar Sözləri
  • Nəticə: Dürüst Olanlar Həmişə Qazanar