İnsanların böyük əksəriyyəti özlərinin yaxşı insanlar olduqlarını, pis əxlaqa sahib olmadıqlarını iddia edərlər. Heç kimə zərərlərinin toxunmadığını və pis tərəflərinin olmadığını söyləyərlər. Halbuki, bu insanların çox böyük əksəriyyəti, Allahın məmnun olmadığı, insanlara qadağan etdiyi bir çox pis əxlaq xüsusiyyətinə sahibdir. Lakin bu pis əxlaq xüsusiyyətləri, bəzi cəmiyyətlərdə geniş yayıldığı və normal qarşılanıb qəbul edildiyi üçün, pis və çirkin qarşılanmır. Məsələn, dedi-qodu etmək, Allahın qadağan etdiyi, hətta bir insanın dedi-qodu etdiyi zaman, ölü qardaşının ətini yemək qədər iyrənəcəyi bir hərəkət etdiyini bildirdiyi davranışdır (Hucurat surəsi, 12). Buna baxmayaraq, bir çox insan bir yerə toplandıqda, başqa insan barədə dedi-qodu edər. Hətta, dedi-qodu üçün televiziya proqramları və jurnallarda köşələr ayrılır.
Dedi-qodu kimi lağlağılıq, xəsislik, qürur kimi xüsusiyyətlər də, Allahın insanları xəbərdar etdiyi və qarşılığının cəhənnəm olduğunu ifadə etdiyi çirkin hərəkətlərdir. Lakin, insanların böyük əksəriyyəti bu xüsusiyyətlərə sahibdir və bunları çox zərərli hesab etməzlər. Bu insanlar bir qatilin, oğrunun və ya qırğınlar törədən azğın bir diktatorun çox pis insan olduğuna qənaət gətirərlər, lakin yuxarıda göstərilən tərzdəki əxlaq pozuntularını öz aləmlərində zərərsiz və əhəmiyyətsiz hesab edərlər. Halbuki, hər cür əxlaqsızlığın, dərəcəsinə görə Allah dərgahında ədalətlə verilmiş qarşılığı var.
Bu kitabın mövzusunu təşkil edən yalançılıq, insanların bir hissəsinin üstündə çox dayanmadığı, başqaları etdiyi zaman, çox vaxt görməzlikdən gəldiyi, özləri etdikdə isə günahsız hesab etdikləri və insanların çox böyük hissəsinin sahib olduğu pis bir xüsusiyyətdir.
Dünyanın hər yerində, hər təbəqədən olan insanların mühüm hissəsi, kiçik yaşlarından etibarən tez-tez yalana müraciət edər. Bəziləri insanlara göstəriş etmək üçün, bəziləri təkəbbüründən, bəziləri insanları güldürmək üçün, bəziləri müəyyən mənfəət təmin etmək üçün, bəziləri kimdənsə özünü qorumaq üçün, bəziləri də başqasına pislik edərək böhtan atmaq üçün yalan danışar. Böyük əksəriyyəti isə çox sadə səbəblərdən ötrü və ya sırf vərdiş etdiyi üçün yalan danışar, lakin yalanın əslində nə qədər pis əxlaq pozuntusu olduğunu, Allahın yalan deyilməsini qadağan etdiyini və yalançıların axirətdə cəhənnəmlə qarşılıq görəcəklərini heç düşünməz.
Bu kitab insanları, kiçik, günahsız və ya zərərsiz hesab etdikləri, lakin özləri üçün böyük təhlükə olan yalançılığa qarşı xəbərdar etmək, onlara yalan danışmağın haram olduğunu xatırlatmaq üçün hazırlanmışdır. Kitabda, insanların niyə yalana müraciət etdikləri, yalan danışmaqdan necə imtina ediləcəyi, dürüstlüyün insana nələr qazandıracağı kimi mövzularla yanaşı, yalançıların ruh halı, yalanlarını xilasetmə üsulu kimi mövzulardan da bəhs ediləcək. Yalançılığın üsullarının ortaya çıxarılması, yalan danışanların əsaslandıqları üsullarını əllərindən alacağı üçün, müəyyən mənada onları dürüstlüyə məcbur edəcək.