Bu kitabın mövzusunu təşkil edən yalançılıq, insanların bir hissəsinin üstündə çox dayanmadığı, başqaları etdiyi zaman, çox vaxt görməzlikdən gəldiyi, özləri etdikdə isə günahsız hesab etdikləri və insanların çox böyük hissəsinin sahib olduğu pis bir xüsusiyyətdir.
Dünyanın hər yerində, hər təbəqədən olan insanların mühüm hissəsi, kiçik yaşlarından etibarən tez-tez yalana müraciət edər. Bəziləri insanlara göstəriş etmək üçün, bəziləri təkəbbüründən, bəziləri insanları güldürmək üçün, bəziləri müəyyən mənfəət təmin etmək üçün, bəziləri kimdənsə özünü qorumaq üçün, bəziləri də başqasına pislik edərək böhtan atmaq üçün yalan danışar. Böyük əksəriyyəti isə çox sadə səbəblərdən ötrü və ya sırf vərdiş etdiyi üçün yalan danışar, lakin yalanın əslində nə qədər pis əxlaq pozuntusu olduğunu, Allahın yalan deyilməsini qadağan etdiyini və yalançıların axirətdə cəhənnəmlə qarşılıq görəcəklərini heç düşünməz.
Bu kitab insanları, kiçik, günahsız və ya zərərsiz hesab etdikləri, lakin özləri üçün böyük təhlükə olan yalançılığa qarşı xəbərdar etmək, onlara yalan danışmağın haram olduğunu xatırlatmaq üçün hazırlanmışdır. Kitabda yalançılığın üsullarının ortaya çıxarılması, yalan danışanların əsaslandıqları üsullarını əllərindən alacağı üçün, müəyyən mənada onları dürüstlüyə məcbur edəcək.