Vicdanlı Bir İnsanın Allah ilə Yaxınlığı Necə Olur?

Bir insana həyatındakı ən əhəmiyyətli şeyin nə olduğunu soruşsan buna nə cavab verər? Əhəmiyyətli olan evidirmi, ailəsi, yoxsa işidirmi? Ya da bunların xaricində bəzi idealları ola bilərmi?

Ancaq cavabı hər nə olursa olsun unutmamalıdır ki, onun üçün ən əhəmiyyətli olan şeydən çox daha əhəmiyyətli və bəlkə də unutduğu mövzu var ...

Bir insanın həyatındakı ən əhəmiyyətli mövzu, özünü yaradan və sahib olduğu hər şeyi verən Allahı tanımaq və Ona yaxın olmaq üçün səy göstərməkdir. Ancaq insanların böyük bir qismi bu həqiqəti görməzlikdən gələrək yaşayarlar. Önünüzə çıxan ilk adama, hətta qarşılaşdığınız hər kəsə həyatlarındakı ən əhəmiyyətli və vacib gördükləri mövzuları soruşun. Alacağınız cavablar əksəriyyətlə dünya həyatı ilə əlaqəli olacaq.

Halbuki vicdanından istifadə edən biri, Allah ilə yaxınlığın əhəmiyyətini dərhal fərq edər və Allaha yaxınlaşmaq üçün yollar axtarar. Çünki Quranda bu əmr edilir:

Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vasitə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız. (Maidə surəsi, 35)

Vicdan Allaha yaxın olmağın vacib olduğunu necə anlayar?

Ətrafınıza baxın. Hər şey insanın ehtiyacına uyğun olaraq yaradılmışdır. Bədəninizə baxın; sizin heç bir müdaxiləniz olmadan qüsursuz şəkildə işləyir. Nə ürək döyünməyi unudar, nə də sinirlər beyinə zəruri olan mesajları lazım olduğu zamanlarda çatdırmaqda gecikər. Bəslənə bilməyiniz və bu səbəbdən yaşaya bilməyiniz üçün lazımlı bütün qidalar təbii olaraq dünyada mövcuddur. Ehtiyacınız olan oksigen atmosferdə tam lazım olan miqdarda var. Rahatca, heç düşünmədən hərəkət etməyinizi təmin edən əzələ və skelet sisteminə sahibsiniz. İstədiyinizi rahatca tutub, istədiyiniz yerə gedə və ya qaça bilirsiniz. Üstəlik sadəcə həyatda qalmağınızı təmin edən funksiyalara da sahib deyilsiniz, həmçinin çox müxtəlif zövqlər hiss edə bilirsiniz. Bunun üçün lazım olan şüur da sizə verilmişdir. Yeməklərin dadları, gördüyünüz mənzərənin gözəlliyi, seyr etdiyiniz filmin mövzusu, dostunuzun söhbəti sizi məmnun edə bilir. Və bunları sizin üçün var edən üstün güc sahibi Yaradıcı var. Sizi yoxdan, heç ikən var etmişdir. Əgər O istəməsəydi, siz heç olaraq qalacaqdınız, heç var olmayacaqdınız. Amma Allah dilədi və sizi insan surətində yaratdı.

Burada Allahın insanlara verdiyi nemətlərdən yalnız bir neçəsinə toxuna bildik. Allahın insanlara verdiyi nemətlərin hamısını burada yazmaq istəsək, “Əgər Allahın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz ...” (Nəhl surəsi, 18) ayəsində bildirildiyi kimi, buna güc yetirə bilmərik. Bundan əlavə, Allah dünya həyatında Öz yoluna tabe olanlara, insan üçün ola biləcək ən gözəl qarşılığı vəd etmişdir: Sonsuza qədər qalacağı və canının istədiyi hər şeyə sahib ola biləcəyi cənnət.

Bütün bunlar qarşılığında sizə düşən çox əhəmiyyətli məsuliyyət, əlbəttə bütün bu verdiklərinə qarşılıq Allaha şükür etməkdir. Bir ayədə belə deyilir:

Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz. (Nəhl surəsi, 78)

Həyatınız boyunca sizə verilən bütün nemətlər də yenə Allahdandır. Bu səbəblə, Allahdan başqa ilah yoxdur.

Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, Qüdrətlidir, Müdrikdir. Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz! (Fatir surəsi, 2-3)

Bir insanın yaşamasının, var olmasının, həyat sürməsinin yeganə səbəbi Allahın diləməsidir. Bu həqiqətin fərqində olan biri üçün əlbəttə ki, ən əhəmiyyətli varlıq Allah, ən əhəmiyyətli mövzu da Ona yaxınlaşmaq olacaq. Ancaq insanlar dünya həyatının sehrinə və təfərrüatlarına özlərini alüdə edərək bu həqiqəti heç düşünməzlər. Etdikləri əlbəttə böyük nankorluqdur. Çünki bu qədər əhəmiyyətli gerçəyi düşünməyən insan, yaxınlarının və ya ətrafındakı insanların özü üçün nə düşündüyünə çox əhəmiyyət verər. İnsanların gözünə girmək üçün hər şeyi edər, təqdirlərini qazanmaq üçün ciddi səy göstərər və bunun üçün müxtəlif yollar düşünər. Amma özünü yoxdan var edən Rəbbimizin məmnun etmənin yolları nələrdir, nə etsə Allahın sevgisini qazanar, düşünməz.

Bu arada insan bilməlidir ki, Allahın razılığını qazanmaq yalnız məsuliyyət deyil, eyni zamanda insana xoşbəxtlik və hüzur verəcək yeganə yoldur. Allahı unudub başqa insanların razılığını axtaranlar, ya da oxşar boş hədəflərə qapılanlar, əsla məmnun olmazlar və xoşbəxt ola bilməzlər. Halbuki, Allahın razılığı, bir insanın qəlbinin özüylə məmnun olacağı ən böyük sevinc və xoşbəxtlikdir. Çünki Qurandakı ifadə ilə, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapar:

... Tövbə edib Ona üz tutan kimsəni isə doğru yola yönəldir”. Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 27-28)

İnsanların Allahdan uzaq yaşamalarının səbəbi həm bu sirri bilməmələri, həm də dünya həyatının həqiqi məqsədini və axirətin varlığını unutmalarıdır. Halbuki, Allahın və cəhənnəmin varlığından əmin olan biri Allahı heç bir zaman unuda bilməz. Hər kəs düşünsün: Cəhənnəm atəşinin yaxınlığında dünya həyatından sorğuya çəkilən hansı insan, Allahdan başqa varlığı düşünə bilər? Belə anda Allahdan başqa varlığın məmnuniyyəti güdülərmi? O vəziyyətdəki insan başqasının sevgisini və dostluğunu axtararmı? Bu vəziyyətdə tanıdığı hər hansı birinin fikri və ya özünə yaxınlığı onun üçün əhəmiyyət daşıyarmı?

Cəhənnəm atəşini görən kəslər üçün dünyada sahib olduqları mülkün və ya tanıdıqları insanların heç bir əhəmiyyətinin qalmadığı aşağıdakı ayələrdə belə bildirilir:

Dost dostunun halını xəbər almayacaq. Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin. Xeyr! Bu, alovu şölələnən Oddur . (Məaric surəsi, 10-15)

Qurandan öyrəndiyimiz və vicdanımızla anladığımız kimi, insanın həyatının hamısı Allah üçün yaşanmalıdır. “İnsan bütün həyatını necə Allah üçün yaşayar?” deyə düşünürsünüzsə; məhz bunun da açarı vicdandır. Əgər bütün həyatınızı Allahı razı edəcək şəkildə davam etdirmək istəyirsinizsə, bunun üçün Quranın hökmlərinə uymağınız və hadisələr qarşısında da daima vicdanınızı dinləmək kifayətdir. Kiçik-böyük qarşılaşdığınız hər hadisədə vicdanınızın səsinə uymağınız, əslində Allahın razılığına uymağınız deməkdir. Bu səbəbdən içinizdəki xeyir səsini dinləməklə, hər hərəkətinizdə Allahı məmnun etmiş olarsınız.

Ancaq burada diqqət edilməli olan son dərəcə əhəmiyyətli nöqtə var: Allahı razı etmək üçün səy göstərməyən insanlar da bəzən ətraflarına və ya özlərinə görə gözəl görünən davranışlar edə bilərlər. Məsələn, xarakter olaraq insanları incitməyən, incə düşüncəli insanlar ola bilərlər. Lakin əgər işlədikləri xeyiri Allahın məmnuniyyəti üçün istəmirlərsə, etdikləri işlərin Allah Qatında keçərliliyi olmaya bilər. Çünki bu kəslər vicdanlarına əməl etdikləri üçün deyil, öz bəzi maraqları üçün yaxşılıq edirlər. Bu mənfəət, “xeyirxah” insan olaraq bilinməyin verəcəyi razılıq hissi, ya da sadəcə romantik məmnuniyyət də ola bilər.

Qısacası, insan etdiyi işdən çox, vicdana tabe olma mövzusundakı niyyətindən məsuldur. Əgər bütün həyatının “Allah üçün” olmasını istəyirsə, niyyətini dəyişdirməsi zəruridir. Məsələn, incə düşüncəli davranarkən insanların gözünə girməyi, onlardan təqdir gözləməyi deyil, Allahın məmnun olmasını axtarmalıdır. Bu daima Allahı düşünməsini, Ona yönəlməsini, Ona dua edərək hər şeyi Ondan istəməsini təmin edər. Allah daima Özünə yönələn belə qullarını Quranda belə tərifləmişdir:

Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutardı. (Sad surəsi, 17)

Həmçinin Allah Quranda Özünə yaxınlığa səbəb olacaq bəzi yolları belə bildirir:

Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər! Onlar Allaha yaxın olanlardır. (Vaqiə surəsi, 10-11)

Bədəvilərdən eləsi də vardır ki, Allaha və Axirət gününə inanır, xərclədiyini Allah yanında yaxınlıq və Peyğəmbərin dualarına nail olmaq üçün vasitə sayır. Həqiqətən də, bu, onlar üçün yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhəmətinə qovuşduracaqdır. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (Tövbə surəsi, 99)

Allah üçün edilən vicdanlı hər rəftar Allaha yaxınlaşmağa vəsilədir. Unutmamaq lazımdır ki, Allah Özünə yaxın olanları cənnətlə müjdələyir:

Amma əgər o, Allaha yaxın olanlardandırsa, onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər. Əgər o, sağ tərəf sahiblərindəndirsə, ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!” – deyiləcəkdir. (Vaqiə surəsi, 88-91)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allahın Hər İnsana İlhamı: Vicdan
  • Allahın Varlığının Dəlilləri Vicdanla Görülə Bilər
  • Vicdan və Quran
  • Vicdan və Quran İnsana Həyatının Həqiqi Məqsədini Göstərir
  • Vicdan və Quran Axirətə Qəti Olaraq İman Etməyi Əmr Edər
  • Hər An Vicdana Tabe Olaraq Quran Əxlaqını Yaşamaq
  • Vicdanlı Bir İnsanın Allah ilə Yaxınlığı Necə Olur?
  • Vicdanın Qarşısındakı Mənfi Güclər: Nəfs və Şeytan
  • İnsanlar Vicdanları Doğrunu Qəbul Etdiyi Halda Niyə Vicdanlarının Əmr Etdiklərinə Uymazlar?
  • Vicdanlı İnsanların Dünyada Yaşadıqları Ortam və Cənnət
  • Vicdanına Tabe Olmayan Kəslərin Yaşadıqları Ortam və Cəhənnəm
  • Qurandan Vicdan və Vicdansızlıq Nümunələri
  • Vicdansızlıqları ilə Tarixə Düşmüş İnsanlar
  • Nəticə