Nəticə

Ölüm heç kimsəyə uzaq deyil; bəlkə insanın təxmin etdiyindən də yaxın, bəlkə bir addım kənarındadır... Bu dünya həyatını Allahın boş məqsəd uğrunda yaratmadığı və ölümün son olmadığı isə şübhə doğurmaz həqiqətdir. Hər kəsin həyatını bu böyük həqiqətə görə tənzimləməsi lazımdır. Çünki hər insan ölümün ardından dünyada yaşadığı həyatla qiymətləndirilib, ya cənnətdə qarşılanacaq, ya da cəhənnəmə atılacaqdır. Bir insanın bu həqiqətə tam qənaəti gəlməsə, şübhə içində belə olsa, dəyişən bir şey olmaz. Elə ki, insan ölümün yox olma olmadığına, cənnətin və cəhənnəmin var olduğuna yarı-yarıya ehtimal versə belə, belə bir şeyi əsla riskə atmamalı və var gücü ilə ölümdən sonrakı həyatı üçün cəhd etməlidir.

Bunun üçün isə tək həll yolu vicdanı dinləyərək Allahın əmrlərini yerinə yetirməkdir. Əks təqdirdə, yəni insan vicdanına tabe olmursa və ya onu yüz faiz istifadə etmirsə, ölüm mələyi ilə qarşılaşdığı an, sonsuza qədər qurtula bilməyəcəyi peşmanlıq və ümidsizliyə düşəcək.

Məsələn, hal-hazırda bu kitabda vicdanı ilə düşünən insanın hansı həqiqətləri görəcəyi və bu həqiqətləri necə tətbiq edəcəyi təsvir edildi. İnsanın bunları düşünüb anlamaq və ya heç düşünmədən unutmaq kimi iki alternativi var. Və o adam də şübhəsiz bunlardan birini seçəcək. Səhv ehtimal olaraq ikinci alternativi seçdiyini düşünək. Vicdanına tabe olmadı və həyatına qaldığı yerdən davam etdi... Aradan on il keçdikdə bəlkə bu kitabın adını belə xatırlamayacaq. Ancaq unudulmamalı olan çox əhəmiyyətli mövzu var: Allah qatında bunların hər biri yazılır. Hər an insanın vicdanına tabe olub olmadığı, sağında və solunda oturan və ömür boyu onu tərk etməyən iki yazıçı mələk tərəfindən yazılır. Bu, Quranda belə bildirilmişdir:

Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın. (Qaf surəsi, 17-18)

Hesab günündə isə bu mələklərin hər yazdıqları həssas tərəzilərə yerləşdiriləcək. Bir tərəfdə vicdanlı rəftarlar və digər tərəfdə vicdansızlıqlar olacaq. İnsan bəlkə bu kitabı oxuduğunu, vicdana uymağın nə qədər əhəmiyyətli olduğunun özünə xatırladıldığını unutmuş olacaq, amma Allah burada oxuduğu tək bir sözü belə qarşısına çıxaracaq.

Əslində insanlar hələ dünyadaykən bu həqiqətlərin fərqindədirlər. Vicdanlarına üz tutduqlarından nəyin doğru, nəyin səhv olduğunu demək olar ki, qavraya bilərlər. Amma kitab boyunca bəhs etdiyimiz kimi, dünyəvi mənfəətləri uğruna həqiqətlərə arxalarını çevirərlər, dönüb qaçarlar, görməzlikdən gələrlər. Necə ki, Quranda hz. İbrahim ilə əlaqədar izah edilən hekayədə insanların vicdanlarına üz tutduqlarında doğrunu dərhal görə bildikləri, ancaq nəfsani maraqları daha üstün olduqları üçün arxa çevirdikləri belə izah edilir:

Onlar öz-özlərinə müraciətlə: “Həqiqətən də, siz zalımlarsınız” – dedilər. Sonra yenə öz bildikləri batil əqidələrinə qayıtdılar... (Ənbiya surəsi, 64-65)

Çox əhəmiyyətli həqiqət daha var: Bir insan nə edirsə etsin vicdanı onu ölənə qədər tərk etməyəcək. Çünki vicdan, insanın tamamilə öz iradəsinin xaricində gücdür; Allahın səsidir. Hər kəs ölənə qədər bu səsi eşidəcək, ancaq bu səsə əməl etməyənlər öldükdən sonra bunun şiddətli peşmanlığını dadacaqlar. Necə ki, Quranda, axirətdəki söhbətlərdən çox nümunələr verilir və bu söhbətlərin hamısında cəhənnəm əhli açıq olaraq nələri etmədikləri üçün cəhənnəmdə olduqlarını etiraf edirlər. Bu səbəbdən hər kəs nəyi etməsi, nəyi etməməsi lazım olduğunu əslində çox yaxşı bilir və vicdanından qaçışı ona fayda vermir. Cəhənnəm xalqının bu vəziyyətləri Quranda belə izah edilir:

“Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik.Kasıbı da yedizdirməzdik. Batil sözlər danışanlarla birlikdə biz də danışardıq, və Haqq-hesab gününü yalan hesab edərdik –ölüm yəqinliyi bizə gələnə qədər”. Odur ki, şəfaət edənlərin şəfaəti onlara fayda verməz. Onlara nə olub ki, nəsihətdən üz döndərirlər? Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki, ovçulardan (yaxud aslandan) qaçırlar. Əksinə, onlardan hər biri vəhy olunmuş səhifələrin məhz ona verilməsini istəyir. Xeyr! Əksinə, onlar Axirətdən qorxmurlar. Xeyr! Bu Quran bir nəsihətdir. İstəyən onu xatırlayar. (Müddəssir surəsi, 42-55)

Bu kitabı oxuyan insan, yuxarıda yazılan vəziyyətə düşmək istəmirsə bilməlidir ki, etməli olduğu şey vicdanını dinləmək, onun göstərdiyi doğrulara arxa çevirməmək, onun səsini boğmağa çalışmamaqdır.

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allahın Hər İnsana İlhamı: Vicdan
  • Allahın Varlığının Dəlilləri Vicdanla Görülə Bilər
  • Vicdan və Quran
  • Vicdan və Quran İnsana Həyatının Həqiqi Məqsədini Göstərir
  • Vicdan və Quran Axirətə Qəti Olaraq İman Etməyi Əmr Edər
  • Hər An Vicdana Tabe Olaraq Quran Əxlaqını Yaşamaq
  • Vicdanlı Bir İnsanın Allah ilə Yaxınlığı Necə Olur?
  • Vicdanın Qarşısındakı Mənfi Güclər: Nəfs və Şeytan
  • İnsanlar Vicdanları Doğrunu Qəbul Etdiyi Halda Niyə Vicdanlarının Əmr Etdiklərinə Uymazlar?
  • Vicdanlı İnsanların Dünyada Yaşadıqları Ortam və Cənnət
  • Vicdanına Tabe Olmayan Kəslərin Yaşadıqları Ortam və Cəhənnəm
  • Qurandan Vicdan və Vicdansızlıq Nümunələri
  • Vicdansızlıqları ilə Tarixə Düşmüş İnsanlar
  • Nəticə