Bu kitabda, hər zaman ədaləti, gözəl əxlaqı, təvazökar olmağı, dürüstlüyü, səmimiyyəti, qısacası hər şeyin ən doğrusunu bildirən “səs”dən bəhs edəcəyik. Bu səs, bəlkə fərqində deyilsiniz, amma daim sizinlə birlikdədir, hara getsəniz sizinlə gəlir. “Kimə aiddir bu səs” deyə düşünə bilərsiniz. Bu səs əslində sizə aiddir, sizin içinizdə; vicdanınızın səsidir ...
Vicdan kəlməsini hər kəs çox yaxşı bilir və çox tez-tez istifadə edir. Lakin əsl mənasının nə demək olduğu, həqiqətən vicdanına tabe olan insanın nələr etdiyi, digər insanlardan nə fərqinin olduğu ümumi olaraq bilinməz. Vicdan cəmiyyətdə bilinən mənasıyla məhdudlaşdırılır. Cəmiyyətdəki yayılmış anlayışa görə, yerə zibil atmayanlar, dilənçiyə pul verənlər, küçə heyvanlarını qoruyub bəsləyənlər vicdanlı insanlara nümunədir. Ancaq vicdanın, cəmiyyətdə geniş olaraq istifadə edilən bu mənasından çox üstün mənası və əhəmiyyəti vardır. Bu kitabın məqsədi, Quranda nümunələri verilən əsl vicdanı tanıtmaq və vicdanlı insanın necə düşündüyünə, vicdanı ilə necə fikirə və anlayışa sahib olduğuna və vicdanın insanların ölümdən sonrakı həyatları üçün nə qədər əhəmiyyətli olduğuna diqqət çəkməkdir. Bunun üçün isə, vicdanınızın səsini tanımağınızı və onu düşüncələrinizdəki digər səs və təlqinlərdən ayıra bilmənizi təmin edəcək məlumatlar veriləcəkdir. Həmçinin vicdanınızın sizə nələr düşündürəcəyi və etdirəcəyi mərhələ-mərhələ izah ediləcək və vicdanına tabe olan insanın necə yüksək əxlaqa sahib olacağı bildirəcəkdir. Bu kitabın məqsədi yalnız vicdanla əlaqədar məlumat vermək deyil, insanların vicdanlarına səslənərək onları hərəkətə keçirmək, gücləndirmək və bundan sonrakı həyatlarını vicdanlarına görə yaşamağa təşviq etməkdir. Və vicdanlarına tabe olmadıqları zaman necə zərərlə qarşılaşacaqlarını da göstərir.