Allahın Hər İnsana İlhamı: Vicdan

Vicdan, hər insana gözəl olan rəftarı və düşüncəni söyləyən, insanın sağlam mühakimə etməsini, doğrunu və yanlışı bir-birindən ayırd edə bilməsini təmin edən mənəvi xüsusiyyətdir.

Vicdanın əhəmiyyətli bir xüsusiyyəti bütün insanlarda ortaq olmasıdır. Yəni insanın vicdanına görə doğru olan, eyni şərtlər olduğu müddətcə digər insanların vicdanları üçün də keçərlidir. Vicdanlar heç bir zaman zidd düşməz. Bunun səbəbi isə vicdanın mənbəyidir; vicdan Allahın ilhamıdır. Allah, hər insana vicdanı vasitəsi ilə Özünün razı olacağı ən doğru və ən gözəl rəftarları bildirir.

Vicdanın Allahın ilhamı olduğu Quranın Şəms surəsində belə bildirilir:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və Allahdan qorxmağı təlqin edənə! Nəfsini günahdan təmizləyən uğur qazanmışdır. Onu günaha batıran isə ziyana uğramışdır. (Şəms surəsi, 7-10)

Yuxarıdakı ayələrdə Allah nəfsə fücuru (günaha və üsyan etməyə çalışmaq, fasiq olmaq, yalan söyləmək, baş qaldırmaq, haqdan üz çevirmək, nizamı pozmaq, əxlaqi çöküntü, təqvanın ziddi) və eyni zamanda ondan çəkinməyi ilham etdiyini bildiriir. Elə insanı pisliklərdən çəkindirən və doğrunu göstərən vicdanıdır.

Vicdanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri isə insanın öz-özünə doğrunu tapmasına köməkçi olmasıdır. Sonrakı hissələrdə bunun necə baş verəcəyindən bəhs edəcəyik. Vicdan, kimsə göstərməsə də insana doğrunu göstərəcək, ancaq əhəmiyyətli olan insanın vicdanına üz tutması, onun nə dediyini dinləməsi və nöqsansız olaraq söylədiklərini tətbiq etməkdir. Bu səbəblə vicdan dinin təməl ünsürüdür deyə bilərik.

Hər şeydən əvvəl bunu unutmamaq lazımdır: Hər insan şüur sahibi olduğu andan etibarən Allahın ona ilham etdiyi vicdanının söylədiklərindən məsuldur. Ətrafındakı hadisələri dərk etməyə başlayan, mühakimə qabiliyyəti qazanan hər insan artıq vicdanını duyacaq, nəfsi ilə vicdanını ayırd edə biləcək qabiliyyətə və vicdanına uya biləcək iradəyə sahib olmuş deməkdir. Artıq bundan sonra qarşılaşdığı hadisələr əsnasında seçdiyi yoldan hesab günü sorğu-sual olunacaqdır; vicdanına tabe olarsa, Allahın sonsuz cənnətinə layiq görüləcək, nəfsinə tabe olarsa, “qapıları kilidlənmiş” sonsuz atəşlə qarşılaşacaqdır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Allahın Hər İnsana İlhamı: Vicdan
  • Allahın Varlığının Dəlilləri Vicdanla Görülə Bilər
  • Vicdan və Quran
  • Vicdan və Quran İnsana Həyatının Həqiqi Məqsədini Göstərir
  • Vicdan və Quran Axirətə Qəti Olaraq İman Etməyi Əmr Edər
  • Hər An Vicdana Tabe Olaraq Quran Əxlaqını Yaşamaq
  • Vicdanlı Bir İnsanın Allah ilə Yaxınlığı Necə Olur?
  • Vicdanın Qarşısındakı Mənfi Güclər: Nəfs və Şeytan
  • İnsanlar Vicdanları Doğrunu Qəbul Etdiyi Halda Niyə Vicdanlarının Əmr Etdiklərinə Uymazlar?
  • Vicdanlı İnsanların Dünyada Yaşadıqları Ortam və Cənnət
  • Vicdanına Tabe Olmayan Kəslərin Yaşadıqları Ortam və Cəhənnəm
  • Qurandan Vicdan və Vicdansızlıq Nümunələri
  • Vicdansızlıqları ilə Tarixə Düşmüş İnsanlar
  • Nəticə