Nəticə

Dünya, insanın yalnız məhdud müddət ərzində qaldığı müvəqqəti iqamətgahdır. Əsil iqamətgah, gerçək yurd isə axirətdir. Dünyada davamlı xeyir ardınca qaçan möminlərin axirətdəki yurdu cənnət, həyatı boyu həqiqətlərdən qaçmış olan inkarçılarınkı isə cəhənnəm olacaq.

Mömin dünya həyatında keçirəcəyi məhdud müddət ərzində müxtəlif imtahanlarla sınanacağını bilər. Lakin onun məqsədi ilk növbədə dünyada bir yer tutmaq deyil, əsas axirətdə gözəl yer tutmaqdır. Çünki dünya həyatı çox qısa və müvəqqətidir. Axirət həyatı isə sonsuz zamanlar boyunca davam edəcək. Axirət, mükəmməliyin və tamlığın yaşanacağı bir yer olacaq. Dünya həyatı isə insanlarda axirətə həsrət olması, dünyaya tamah salıb bağlanmamaları üçün xüsusilə bəzi çatışmazlıqlarla dolu şəkildə yaradılmışdır.

Bunun dərk edərək, dünyanı ancaq mükafat qazana biləcəyi müvəqqəti bir məkan kimi görən mömin, gördüyü hər işdə axirət həsrətini, axirəti qazana bilmə arzusunu daşıyar. Axirətə iman gətirməyənlər yalnız dünyaya bağlı kiçik hədəflər əldə etdikləri halda və bunlara nail ola bilməyin ümidini yaşadıqları halda, möminlər axirəti məqsəd götürüblər.

Axirət möminin həyatı boyu həsrətini çəkdiyi yerdir. Bir an belə axirəti unudub dünya həyatına dalmaz. Axirət inancı tam olduğu üçün bütün davranışları, ibadətləri və ümidləri axirətə istiqamətlidir.

Möminlər bir-birləriylə xeyirlərdə yarışarkən, mümkün olan ən gözəl əxlaqa sahib olmağa, Allaha çox yaxın qul olmağa çalışarlarkən bu davranışlarının arxasındakı səbəb, Allaha duyduqları sevgi və iman, Allahın rəhmətinə və cənnətinə qovuşma ümididir. Ümid nə qədər güclü olsa, insanı səyi də bir o qədər güclü olacaq.

Allahın rəhmətini və cənnətini ümid etmək, insanın bütün həyatına, həyata baxışına, ibadətlərindəki səmimiyyət və qətiyyətə böyük dərəcə təsir göstərər. Allahın rəhmətini ümid edən bir insan, Allahın qadağan etdiyi bir şeyi edə bilməz, Allahın əmr etdiyi bir şeyi görməzlikdən gələ bilməz, pis söz söyləyə bilməz, vicdanın səsini eşitməzlikdən gəlməz, insanlara xeyiri, haqqı tövsiyə edər, onların pis əməl tutmasına mane olar və Allahın ona əmr etdiyi daha bir çox ibadəti şövqlə yerinə yetirər.

Bu şövqlü xarakterdə ümidsizliyə yer yoxdur. Məhz Allahın özlərindən razı olduğu insanlar bunlardır. Allah bunları cənnətlə müjdələyir:

Bu, sizə vəd olunandır; (qəlbən Allaha) yönələn, (İslamın hökmlərini) qoruyan, görmədiyi halda Rəhmandan “içi titrəyərək qorxan” və “könüldən Allaha yönəlmiş” bir qəlblə gələn kimsə üçündür. "Ona salamla daxil olun. Bu, əbədiyyət günüdür". Orada onlar üçün istədikləri hər şey vardır; qatımızda daha artığı da var. (Qaf surəsi, 32-35)

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Möminlərin Ümidvar Halları
  • Allahın Quranda Iman Gətirənlərə Verdiyi Vədlər
  • İnkarçıların Ümidsiz Halları
  • Ümidsizliyi Yaradan Şeytani Səs:
  • Peyğəmbərlərdəki Ümidvar Əxlaqdan Gözəl Nümunələr
  • Nəticə
  • Təkamül Yalanı