Eyni mühitdə olan iki fərqli insanı, məsələn, iki qapı qonşusunu düşünək. Hər ikisinin də başına eyni pis hadisə gəlmiş olsun. Hər ikisinin də evinə oğru girmiş və evindəki qiymətli əşyaları oğurlamış olsun. Ev sahiblərindən biri Allaha iman gətirmiş bir insan, digəri isə dünya ehtiraslarına qapılmış və axirəti unutmuş bir insan olsun…
İman gətirməyən insan həyatı boyu işləmiş və qazandığı pulla özünə bəzi qiymətli əşyalar satın almışdır. Əşyalarına hər şeydən çox dəyər verər, çünki bütün həyatını, şövqünü və gözləntilərini bunlar üzərinə qurmuşdur. İndi isə bir anda bütün bunlar itirmişdir. Həyatının boşa keçdiyini, əməklərinin yox olduğunu düşünər. Həmişə şikayətçi və pessimist ruh halına bürünər və hər kəsə dərd yanar. Hətta bəziləri günlərlə ağlayar, xəstə olar. Bəziləri də həmişə əsəbi hərəkətlər sərgiləyər, ətrafındakılara indici davranar. Bəzən də anidən içinə qapanıb, çarəsizliyinə və kədərinə ətrafındakıları da ortaq etməyə çalışar. Öz dili ilə desək itirdiyi bir neçə əşya ucbatından "bütün həyatı alt-üst olmuşdur".
Digər mənzildəki iman gətirən insan isə bütün bu saydıqlarımızın heç birini yaşamaz. Yan evdən gələn qışqırtı və ağlama səslərinin əksinə iman gətirən insanın evində olduqca sakit, hüzurlu vəziyyət hakim olar. Azacıq da olsa kədərlənməz və pessimizmə qapılmaz, həmişəki təvəkküllü, sabit və şən üslubunu qorumağa davam edər.
Çünki malı özünə verənin Allah olduğunu bildiyi kimi, alanın da Allah olduğunu bilir. Hadisədə mütləq özü üçün xeyir olduğunu düşünərək rahat olar. Dünyəvi ehtiraslara qapılaraq əsla gələcək qayğısına qalmaz. Allahın özünə daha gözəlini, daha xeyirlisini həm dünyada, həm də axirətdə verməsini ümid edər.
Bu və buna bənzər hadisələr müsəlmanı heç vaxt ümidsiz etməz. Əksinə, iman gətirənlərin belə hadisələrdə Allaha qarşı təslimiyyətləri daha da artar, hər vəziyyətdə Allaha şükür etməyin bəxş etdiyi rahatlıq və xoşbəxtliyini yaşayarlar. Allahın özlərini sınadığını bilərək Allahdan daha xeyirlisini ümid edərlər.