Quran Ayələri ilə Təkamülə Dəlil Gətirməyə Çalışanların Səhvi

İnanclı insan üçün əsas yol göstərici Quran və Peyğəmbərimizin (səv) sünnətidir. Allah Quranda canlıların da, kainatın da yaradılışı barəsində bir çox ayə endirib. Ancaq bu ayələrdə təkamüllə yaradılış olduğu barədə heç bir məlumat, hətta işarə belə yoxdur. Başqa sözlə, canlıların bir-birindən törədiyinə, aralarında təkamül yolu ilə əlaqə qurulduğuna dəlil olan ayə olmadığını açıq-aşkar görürük. Quranda (əvvəlki hissələrdə də qeyd etdiyimiz kimi) canlıların və kainatın Allahın “Ol” əmri ilə möcüzəvi şəkildə yaradıldığı bildirilir. Elmi kəşflərin də təkamülü yalanladığını nəzərə alsaq, görərik ki, Quran elmlə paraleldir.

Archeopteryx

Ancaq buna baxmayaraq, darvinizmi müdafiə edən bəzi müsəlmanlar mənası aydın olan ayələri yanlış təfsir edir, həqiqi mənasından başqa mənalar da əlavə edirlər. Təkamülü müdafiə etmək və Qurandan dəlil göstərmək üçün bəzi ayələrin mənasını dəyişib öz istəklərinə uyğun şəkildə şərh edirlər. Bu isə çox təhlükəli vəziyyətdir. Allah bu cür insanlar haqqında ayədə belə deyir:

"Onlardan elə bir dəstə də vardır ki, oxuduqlarını Kitabdan hesab edəsiniz deyə Kitabı oxuyarkən dillərini əyib bükürlər. Halbuki bu, Kitabdan deyildir. Onlar: "Bu, Allah qatındandır!"– deyirlər. Halbuki o, Allah qatından deyildir. Onlar bilə-bilə Allaha qarşı yalan danışırlar." (Ali İmran surəsi, 78)

Gördüyümüz kimi, ayələri şüurlu şəkildə, mənasını dəyişərək şərh etmək Quranda Allaha qarşı yalan danışmaq kimi qiymətləndirilir. Səmimi müsəlman Allaha qarşı belə yanlış etməkdən qorxar. Beləliklə, Quranda bildirilən bir mövzuda, xüsusən də Quranı bilən insanların zənlə yalan danışması, yanlış tərəfə dəstək olması, şübhəsiz ki, vicdansızlıqdır.

Əlbəttə ki, dinlə təkamülün eyni olduğunu iddia edən hər kəs üçün bunu demək olmaz. Çünki çoxu dediklərinin mənasını bilmədən, düşünmədən, ya da təkamülün, əslində, necə təhlükəli olduğunun şüurunda olmadan belə yanlış edir.

reconstruction_evolution_false

Evrimci bilim adamları, bazı Müslümanların düşündükleri gibi bilimsel delillerden değil, sahtekarlıklardan, çarpıtmalardan ve hayal ürünü delillerden güç alırlar. Rekonstrüksiyonlar da bu çarpıtmaların bir örneğidir.

Evrimciler, burun ve dudakların yapısı, saçların şekli, kaş biçimi ve kıllar gibi fosil izi bırakmayan özellikleri kasıtlı olarak evrimi destekleyici nitelikte şekillendirirler. Ortaya çıkardıkları hayali varlıkları, aileleriyle yürürken, avlanırken veya günlük hayatın başka bir kesitinde gösteren ayrıntılı resimler hazırlarlar. Oysa bu tasarımlar tamamen birer hayal ürünüdür ve gerçekte hiçbir fosille desteklenmemektedir.

Hər kəs Allah adına danışaraq, guya ayələri dəlil göstərərək insanları Quran haqqında yanlış istiqamətləndirən iddialar irəli sürməyin məsuliyyətini götürməkdən çəkinməlidir. Belələri mövzunun ciddiliyi üzərində yenidən düşünməli və hesabını axirətdə verə bilməyəcəkləri yanlışlar etməməlidirlər. Belə insanlar özləri ilə yanaşı, fikirlərini oxuyanların da yanılmasına səbəb olurlar. Bu da bir insan üçün mənəvi baxımdan çətin yükdür.

Əslində, problemin əsl mənbəyi budur: təkamülü müdafiə edən bəzi müsəlmanlar bu nəzəriyyəni elmi cəhətdən doğru zənn edir. Ona görə də düşünürlər ki, Quran da təkamülü təsdiq edir. Bu məqsədlə təkamül nəzəriyyəsini məcburi şəkildə Qurana uyğunlaşdırmağa çalışırlar. Qurana bütövlükdə baxdıqda, ya da dəlil hesab edilən Quran ayələri əvvəlki və sonrakı ayələrlə bərabər oxunduqda deyilənlərin etibarsız olduğunu görürük.

Bu hissədə təkamüllə Quran ayələrini yanlış şərh edən müsəlman təkamülçülərin hansı ayələri öz ağıllarınca təkamülə dəlil göstərdiklərini açıqlayacağıq. Həmçinin bu insanların iddialarını yenə Quranla cavablandıracaq, mötəbər mənbə kimi qəbul edilən İslam alimlərimizin təfsirləri ilə müqayisə edəcəyik.

Unudulmamalı bir həqiqət var: Quran Allahın endirdiyi şəkildə, hansısa dindənkənar fikir və fəlsəfənin təsirinə məruz qalmadan, tam səmimi qəlblə oxunub, o şəkildə açıqlanmalıdır. Açıqlayan şəxslər də Allahdan qorxaraq vicdanla hərəkət etməlidir. Bu məntiqlə oxunduqda Quranda təkamüllə yaradılış mənasına gələn heç bir bilginin olmadığı, əksinə Allahın sadəcə “Ol” deməsi ilə varlıqları və canlıları yaratdığı görünəcək.

Əgər hz.Adəmdən əvvəl yarı meymun, yarı insan canlılar yaşasa idilər, (belə bir şey yoxdur) Allah bunu bizə Quranda açıq-aşkar bildirərdi. Quranın anlaşıqlı olması və asanlıqla başa düşülməsi təkamüllə yaradılış iddiasının gerçək olmadığını göstərir.

1-ci xəta:
İnsanın "təkamül mərhələləri ilə yaradıldığı xətası

"Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz? Axı O sizi mərhələlərlə yaratdı". (Nuh surəsi, 13-14)

Təkamüllə yaradılış müdafiəçilərinin ayədə keçən "mərhələlərlə" ifadəsini "təkamül mərhələlərindən keçirərək" kimi tərcümə etməsi bu insanların şəxsi fikirlərdir və İslam alimləri tərəfindən doğru qəbul edilmir.

"Ətvar" sözü "mərhələ, hal, vəziyyət" mənasındakı "tavru" kəlməsinin cəm formasıdır və Quranda bu şəkildə başqa ayədə keçmir. İslam alimlərinin bu ayə ilə bağlı təfsirləri də bu ayədə təkamül nəzəriyyəsi ilə bağlı ifadə olmadığını təsdiq edir.

Məsələn, Əlmalılı Muhamməd Həmdi Yazır bu ayəni "Halbuki O sizi mərhələ-mərhələ bir çox hallardan keçirərək yaradıb" kimi tərcümə edib. Ayənin təfsirində isə bu mərhələləri "təkamül mərtəbələri" şəklində ifadə edib. Ancaq burada "təkamül mərtəbələri" ifadəsi ilə nəzərdə tutulan mənanın insanın fərqli canlı növündən yarandığını irəli sürən təkamül nəzəriyyəsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, təfsirin ardında bu mərhələlərin nədən ibarət olduğu belə ifadə edilir:

"...Əbus-Səudun şərhinə görə; əvvəl ünsürlər, sonra qidalar, sonra qarışıqlar, sonra sperma, sonra embrion, sonra ət parçası, sonra sümük və ət halında, sonra da tam fərqli bir yaradılışla şəkil vermişdir ."Yaradanların ən gözəli olan Allah nə qədər xeyirxahdır". (Muminun surəsi, 14). Bunları edən o gözəl Yaradıcı ucaldılmağa və hörmətə layiq deyil mi? O sizi başqa şəkildə və yaradılışla yüksəldə bilməzmi? Yaxud əzib yox edərək şiddətli əzaba sala bilməz mi? Siz niyə bunları düşünmürsünüz?"

Əlmalılının yuxarıdakı ifadələrindən də aydın olduğu kimi, bu ayədə keçən mərhələlər insanın sperma olaraq çatdığı ana bətnində əvvəl embrion, sonra ət parçası, sonra sümük və ət halında inkişaf edib, sonra da insan kimi dünyaya gəlişidir.

İmam Təbərinin təfsirində də "Nuh" surəsinin 14-cü ayəsi, "Halbuki O sizi mərhələlərdən keçirərək yaratmışdır" şəklində tərcümə edilmiş və "Əvvəl sperma halında idilər, sonra sizi qan laxtasına, ondan sonra da bir parça ət parçasına çevirib yaratdı" şəklində açıqlanmışdır.39

Ömər Nəsuhi Bilmən isə ayəni, "Sizi, şübhəsiz, müxtəlif dərəcələrlə yaratmışdır" şəklində tərcümə edərək belə təfsir edib:

Xaaliq-i Kərim (sizi şübhəsiz, müxtəlif dərəcələrdə) müxtəlif surətlərdə (yaratmışdır). Siz başlanğıcda bir nütfə idiniz, sonra qan, ət parçası, sümük sahibi oldunuz, sonra da insan kimi bədən sahəsinə atıldınız. Bütün bu hadisələr, fəza hadisələri, inqilablar bir Xaaliq-i Hakimin varlığına, qüdrət və əzəmətinə aşkar dəlil deyilmi? Nə üçün siz öz yaradılışınızı heç düşünmürsünüz!"40

Gördüyümüz kimi, İslam alimləri " Nuh" surəsinin 14-cü ayəsini eyni şəkildə şərh edib, sperm halından insan halına çevrilmə arasındakı mərhələlər olduğunu vurğulayıblar. Deməli, Quran ayələri digər ayələrdəki təfsirlərə əsaslanaraq şərh edilməlidir. Çünki Allah başqa ayələrdə insanın yaradılış mərhələlərini ana bətnindəki mərhələlər kimi izah edir. Beləliklə, " ətvarən" sözünün də eyni mənanı verdiyini açıq-aşkar görürük. Bu sözü təkamüllə əlaqələndirib insanın mənşəyinin başqa canlı növündən olduğunu irəli sürmək yanlışdır.

2-ci xəta:
Quranda təkamül prosesinə dəlil olması xətası

"İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey olmamışdır!" (İnsan surəsi, 1)

İnsanların təkamülə dəlil kimi irəli sürdüyü digər ayə isə yuxarıdakıdır. "Özü yad edilməyə dəyər bir şey deyilkən" ifadəsini insanın insan olmadan əvvəlki halı kimi açıqlayırlar. Halbuki ilk iddia kimi, bu da yanlışdır.

Altından xətt çəkilən ifadənin ərəbcəsi belədir:

"ləm yekun şəy'ən məzkurən"
Ləm yekun : deyildi
Şəy'ən : bir şey

Məzkurən : :zikredilən, adı keçən

Bu ifadəni təkamül yolu ilə yaradılışa dəlil göstərmək məntiqsiz hərəkətdir. Belə ki, bu ayə İslam alimləri tərəfindən təkamül prosesi kimi ifadə edilmir. Məsələn, Əlmalılı Hamdi Yazır bu ayədəki zaman ifadəsini belə təfsir edir:

"Başlanğıcda ilk maddələr olan ünsürlər və minerallar, sonra onlardan mərhələ-mərhələ yaradılıb orta maddələri olan bitki mənşəli, heyvani qidalar "palçıq şirəsi" (Muminun surəsi, 12), sonra onlardan süzülən yaxın maddəsi olan məniyə doğru yavaş-yavaş mərhələ və dərəcələr içində gələn bir şey olmuş, ancaq "insan" deyə yad edilən bir şey olmamışdı. Həqiqətdə insanın hər bir fərdi kimi cinsi də əzəli deyil, sonradan olmadır. Həm zamanın başlanğıcından, aləmin yaradılışından çox sonralar mövcud olmuşdur".41

Ömər Nəsuhi Bilmən isə ayəni belə təfsir edir:

Bu ayələr göstərir ki, Allah insanları heç bir şey deyilkən bir qətrə sudan eşidən və görən yaradıb…

İnsan növü başlanğıcda heç mövcud deyildi, bir müddət sonra bir qətrə sudan, torpaqdan və palçıqdan təsvir edilmiş cəsəd halına gəlib. Həmin insan o vaxt məlum deyildi, onun nə adda və nə üçün yaradıldığını göy və yer əhli bilmirdi. Sonra özünə ruh bilgisi verilməyə başlandı".42

İmam Təbəri isə ayəni, "İnsanın '(Adəmin) üzərindən elə bir zaman keçib ki, o əsnada o, şanı və üstünlüyü olan bir şey belə deyildi. O yalnız yapışqan palçıq və dəyişən bir palçıq idi" şəklində təfsir edir.43

Buna görə də ayədə keçən və zaman bildirən sözdən təkamülə dəlil kimi istifadə etmək yanlışdır.

3-cü xəta:
Sudan yaratmanın təkamüllə yaradılışa dəlil olması xətası

"İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik". (İnsan surəsi, 2)

Təkamüllə yaradılışı müdafiə edənlər bir çox ayədə keçən "insanın sudan yaradıldığı" kimi ifadələri öz iddialarına guya dəlil kimi göstərməyə çalışırlar. Sudan bütün canlıların yarandığını iddia edirlər.

Halbuki insanın sudan yaradıldığının ifadə edildiyi ayələr də İslam alimləri və təfsirçilər tərəfindən həmişə spermadan yaradılış kimi açıqlanılıb. Məsələn, Əlmalılı Muhamməd Həmdi Yazır "İnsan" surəsinin 2-ci ayəsini belə təfsir edir:

"... Bu şəkildə bir nütfədən yaradıldı. Raqibin açıqladığı kimi, nütfə saf suya deyilir. Kişinin suyuna da nütfə deyilir. Nütfə ilə məni sinonim kimi sayılır. Lakin "Qiyamət" surəsinin sonunda da keçdiyi kimi, Quranda "Tökülən nütfədən bu nütfə"(Qiyamət surəsi, 37) buyurularaq nütfənin nütfədən bir parça olduğu ifadə edilmişdir. Səhih-i Müslimdə rəvayət olunduğu kimi, "Suyun hamısından uşaq olmaz" hədisində də bir bütünün hər hissəsi nəzərdə tutularaq "bir suyun hər bir parçasından" buyrulmamış, bir hissəsi nəzərdə tutularaq " suyun hamısından" buyrulmuş olmasından uşağın meydana gəldiyi o suyun, suyun cəmi olan bütün məni deyil, onun bir hissəsindən ibarət olduğu deyildiyinə görə, nütfə mənidən bir cüz olan saf toxumun adı olduğu başa düşülür".44

İbni Təbəri isə bu ayəni; "... Adəmin nəslini kişinin və qadının bir-birinə qarışan döl sularından yaratdıq" şəklində təfsir edir.45

Ömər Nəsuhi Bilmən təfsirində isə ayəni belə açıqlanır:

"... (Şübhə yox ki, Biz insanı qarışıq bir nütfədən yaratdıq) Kişi ilə qadının bir-birinə qarışan sularından vücudə gətirdik. Bəli ... İnsanlar bir müddət nütfə, yəni duru, saf su halında və bir müddətdə " ələqə" yəni uyuşmuş qan halında və bir müddətdə muzqa, yəni kiçik ət parçası halında olublar. Daha sonra da sümük kəsilib ətlə bürünmüş, bərhəyat (yaşayan) hala gəliblər...46

Gördüyümüz kimi, insanın qarışıq bir damla sudan yaradılmasının təkamül nəzəriyyəsinin suyun içində təsadüflər nəticəsində yaranan bir hüceyrədən mərhələ-mərhələ insanın yaranması iddiası ilə əlaqəsi yoxdur. Bütün böyük müfəssirlərin açıqladığı kimi, bu ayədə də insanın ana qarnındakı yaradılışına diqqət çəkilir.

Başqa ayəyə də diqqət yetirsək, deyilənlərin yanlış olduğunu görərik. Ayədə belə buyurulur:

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, (vaxtilə) bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi, 5)

Ayədə insanın yaradılış mərhələlərindən bəhs edilir. Birinci mərhələ olan torpaq insandakı əsas mineralları və elementləri təşkil edən xammaddədir. İkinci mərhələ isə bu elementlərin ana qarnındakı yumurtanı dölləmək üçün lazımi quruluşa və genetik məlumata sahib spermalardan ibarət olan və Quranda qarışıq su kimi təsvir edilən mənidə birləşməsidir. Qısası, insanın əsas xammadəsi torpaqdır. Torpağın özü isə bir damla mənidə o insanı yaradacaq şəkildə toplanıb. Ayədə bu " su" mərhələsindən dərhal sonra insanın ana bətnindəki inkişaf mərhələsi müəyyən edilib. Halbuki təkamül nəzəriyyəsi canlı aləmin guya öz-özünə suda başlamasından insanın yaranması arasında milyonlarla fərziyyəvi mərhələ (ilk hüceyrə, tək hüceyrəlilər, çox hüceyrəlilər, onurğasızlar, onurğalılar, sürünənlər, məməlilər, primatlar və s. bunların saysız ara keçidləri kimi) olduğunu güman edir. Ayədəki sıralamada isə qətiyyən bunun vurğulanmadığı göz önündədir.

İnsanın və digər canlıların sudan yaradıldığını bildirən digər ayələrdə də təkamülə aid heç bir işarə yoxdur. Bununla bağlı bəzi ayələr aşağıdakılardır:

" Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? " (Ənbiya surəsi, 30)

"Allah hər bir canlını sudan yaratmışdır. . Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir". (Nur surəsi, 45)

Aşağıdakı ayələrdə isə "bir damla suyun məni olduğu" açıq-aşkar bildirilir:

Doğrusu, cütləri erkək və dişini yaradan Odur. Bir damla sudan (döl yatağına) məni töküləndə (min nutfetin iza tumna). Həqiqətən digər diriltmə (yenidən nəşət) də Ona aiddir.(Nəcm surəsi, 45-47)

Min : dan, dən
Nutfətin : Nütfə, bir damla
iza : -dığı zaman
tumna : mənini axıtmaq

Məgər o, (kişi) toxumundan axıdılan bir damla nütfə deyildimi??(nutfətən min məniyyin yumna) (Qiyamət surəsi, 37)

Nutfətən : nütfə, bir damla su
min : dan, dən
Məniyyin : məni
Yumna : atılıb tökülən

Qoy insan nədən yaradıldığına bir baxsın! O, süzülüb tökülən bir mayedən yaradılmışdır.(Hulika min main dafikın) Bu (maye) bel və köks sümükləri arasından çıxır. (Tariq surəsi, 5-7)

Hulika : yaradıldı
Min : dan, dən
Main : su
Dafikın : Birdən boşalan, tökülən, dəfələrlə axıdan, axıdılan.

Bəzi təfsirçilər bu ayələrdəki “canlıların sudan yaranması” ifadəsində təkamül nəzəriyyəsinə işarə olduğunu zənn edirlər. Halbuki bu çox yanlışdır. Əvvəlcə də bildirdiyimiz kimi, ayələrdə canlıların sudan yaradıldığı bildirilərək canlıların əsas maddəsinin su olduğu xəbər verilir. Belə ki, müasir biologiyada ortaya qoyulur ki, su dünyadakı hər canlının bədəninin ən əsas ünsürüdür. İnsan bədəninin təxminən 70%-i sudur. Hər canlı bədənindəki su sayəsində hüceyrədaxili, hüceyrələrarası və toxumalararası əlaqəni təmin edir. Su olmadan canlılar olmaz.

4-cü xəta:
Əvvəlcə torpaqdan, sonra isə sudan yaradılmağın təkamüllə yaradılışa işarə edildiyi xətası

"...Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni insan şəklinə salmış (Rəbbini) inkarmı edirsən?" (Kəhf surəsi, 37)

İmam Təbəri bu ayəni belə izah edir:

"Atan Adəmi torpaqdan yaradan, sonra səni bir kişinin spermasından meydana gətirən, daha sonra səni insan şəklinə salan Allahı inkar edirsən? Sənə bütün bunları verən və səni bu hala gətirən Allah sən ölüb torpağa qarışdıqdan sonra səni yenidən yeni bir məxluq olaraq yaratdı ".47

Ömər Nəsuhi Bilmən isə həmin ayəni bu cür təfsir edir:

...Sənin əsilin və yaradılışının səbəbi olan həzrəti Adəmi (torpaqdan) yaradan, sonra da səni (nütfədən) vücudunun yaradılmasındakı ən əsas maddə olan bir parça mənidən (yaradan, sonra da səni kişi cildinə salan) səni tam insan olaraq vücuda yerləşdirən Xaliqi-Kərimi (inkarmı edirsən), çünki axirət həyatını inkar etmək Onun zühuruna gələcəyini xəbər verən və buna qadir olan Allah Təalanı inkar etmək deməkdir...48

Yuxarıdakı təfsirlərdə də göründüyü kimi, "Kəhf" surəsinin 37-ci ayəsinin və insanın sudan yaradıldığının izah olunduğu digər ayələrin təkamüllə yaradılışa guya dəlil olaraq göstərilməsi yalnızca şəxsi fikirlərdir. Bu ayələrin belə mənaları yoxdur. Ayədə qeyd edilən "torpaqdan yaradılma" hz. Adəmin yaradılışını, sudan yaradılıb insan şəklinə düşmə isə spermadan yaradılmanı izah edir. Aşağıdakı ayədə də Allahın məhz palçıqdan birbaşa insan yaratdığına işarə edilir. Hz. Adəmin yaradılışından bəhs edilən bu ayədə də bir mərhələdən bəhs edilir:

Bir zaman Rəbbin mələklərə dedi: "Mən başqa şəklə düşmüş qara palçıqdan, (toxunduqda saxsı kimi) səs çıxaran quru gildən insan yaradacağam! Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!" (Hicr surəsi, 28-29)

Quranda bildirilən yaradılış mərhələləri diqqətlə oxunsa və bu mərhələlərə diqqət edilsə, təkamüllə yaradılma izahının yanlış olduğu dərhal anlaşılar.

Quranda hz. Adəmin təkamüllə mərhələ-mərhələ yaradılmadığını açıq şəkildə ifadə edən bir çox ayələr var. Bu ayələrin birində belə buyurulur:

Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. (Allah) onu torpaqdan yaratdı, sonra isə ona "Ol!"– dedi, o da oldu. (Ali İmran surəsi, 59)

Yuxarıdakı ayədə Allah hz. Adəm ilə hz. İsanın eyni şəkildə yaradıldıqlarını bildirir. Əvvəlcə də vurğuladığımız kimi, hz. Adəm atası olmadan, torpaqdan və Allahın "Ol" deməsi ilə yaradılmışdır. Hz. İsa da eynilə o cür, yəni atası olmadan, Allahın diləməsi və "Ol" əmri ilə yaradılmışdır. Ayələrdə hz. Məryəmə hz. İsanın lütf edilməsi belə açıqlanır:

Sonra (ibadət vaxtı) onlardan (gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında tam insan surətində peyda oldu. (Məryəm) dedi: "Mən səndən ər-Rəhmana sığınıram! Əgər müttəqisənsə, (mənə toxunma)". (Mələk) dedi: "Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm". (Məryəm) dedi: "Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?" (Mələk) dedi: «Elədir, lakin Rəbbin buyurdu: "Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. (Bu,) hökmü verilmiş bir işdir.» (Məryəm surəsi, 17-21)

Torpaqdan və sudan yaradılmanın bildirildiyi digər ayələrdə də əvvəlki bölmədədə də açıqladığımız kimi, insanın təkamül mərhələləri deyil, insanın yaradılışının ana bətninə düşməzdən öncə və doğulduqdan sonrakı mərhələləri izah edilir:

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, (vaxtilə) bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi, 5)

Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, sonra sizi böyüyüb yetkinlik yaşına çatasınız, daha sonra da qocalasınız deyə uşaq olaraq (ana bətnindən) çıxardan Odur. Hərçənd ki, içərinizdə (qocalmamışdan) əvvəl öldürülənlər də var. (Bu ona görədir) ki, müəyyən olunmuş vaxta yetişəsiniz və bəlkə, düşünüb daşınasınız. (Ğafir surəsi, 67)

Axıdılan bir nütfədən. (Nəcm surəsi, 46)

5-ci xəta:
İlk insanın mərhələ-mərhələ yaradıldığı xətası

dog,cat.duck

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “Ol!”– deyər, o da olar.(Bəqərə surəsi, 117)

Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan yaradacağam. (Sad surəsi, 71)

Təkamüllə yaradılma ilə bağlı digər yanılma isə yenə ayədə keçən bir ifadənin yanlış şərh olunması nəticəsində ortaya çıxır. Ayədə altından xətt çəkilən ifadə "palçıqdan bir insan yaradıram" kimi tərcümə edilib və burada guya təkamül prosesi ilə yavaş-yavaş yaradılışa işarə edildiyi iddia edilir. Ancaq ayənin ərəbcəsi bu cür tərcümənin şəxsi izah və təhrif olduğunu açıq şəkildə ortaya qoyur:

"İnni halikun beşeren min tın." = "Mən palçıqdan bir insan yaradanam."

Bu ayədə "yaradıram" ifadəsindən istifadə olunmayıb. Ayənin davamında "Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!" deyə bildirilir və buradan da "yaratma" feilinin bir anda olub bitdiyi anlaşılır.

Belə ki, İslam alimləri də bu ayəni "yaradıram" kimi tərcümə etməyiblər. Məsələn, Süleyman Atəş təfsirində ayəni belə açıqlayıb:

"Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan yaradacağam."

Allah palçıqdan bir insan yaradacağını mələklərə söyləmiş, palçığı insan şəklində düzəltmiş və ona Öz ruhundan üfürdükdən sonra mələklərə insana səcdə etmələrini əmr etmişdir. Bütün mələklər səcdə etmiş, yalnız cinlərdən olan İblis özünün atəşdən yaradıldığını, palçıqdan yaradılan insandan daha üstün olduğunu iddia edərək insanların ilk atasına səcdə etməmişdir".

İbn Təbəri də həmin ayəni "Mən palçıqdan bir insan yaradacağam" kimi tərcümə etmiş və ayəni bu cür təfsir etmişdir:

" ...Bir zamanlar Rəbbin mələklərə: Mən palçıqdan bir insan yaradacağam – buyurmuşdu ... Onun yaradılışını tamamladığım, surətini düzəltdiyim, ruhumdan ona üfürdüyüm zaman ona səcdə edin". 49

Təkamüllə yaradılmanı müdafiə edənlərin insanın mərhələ-mərhələ yaradıldığı ilə bağlı iddialarını dəstəkləmək məqsədi ilə istifadə etdikləri digər bir ayə isə belədir:

Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmişdir. (Səcdə surəsi, 7)

Bu şəxslərin yanlış şərhlərinə görə, altı xətli olan ifadə bir mərhələyə, guya təkamül prosesinə işarə edir. Halbuki burada hansısa bir prosesə işarə edilmir. Allahın yoxdan yaratması sayt boyunca vurğuladığımız kimi, bir çox ayədə geniş izah olunur və heç birində insanın mərhələlərlə yaradıldığı ilə bağlı məna yoxdur. Aşağıdakı ayələrdə də Allahın hər an bir yaratmada olduğu vurğulanır:

Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var?" De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin". (Nəml surəsi, 64)

Məgər onlar Allahın yaradılmışları əvvəlcə necə xəlq etdiyini, sonra da onları yenidən təkrarladığını görmürlərmi? Həqiqətən, bu, Allah üçün asandır. (Ənkəbut surəsi, 19)

Allah məxluqatı əvvəlcə (heçdən) yaradır, (öldürdükdən) sonra onu (yenidən) dirildir. Bundan sonra isə siz Ona qaytarılacaqsınız. (Rum surəsi, 11)

Allah kainatdakı hər şeyi anbaan yaradır və bu, təkamül demək deyil. Bu da digər iddialar kimi yalandır və Quranda bu iddianın heç bir əsası olmadığı açıq şəkildə anlaşılır. Həmçinin Ömər Nəsuhi Bilmən də bu ayəni "..."O Xaliqi-Hakim torpaqdan, sudan hz. Adəmi yaratdı" .50 İmam Təbəri isə "...Adəmin yaradılmasını palçıqdan başlatmışdı" 51kimi təfsir edir.

Aşağıdakı ayədəki altından xətt çəkilmiş ifadələr də bəzi müsəlman təkamülçülər tərəfindən guya təkamül prosesinə işarə kimi izah olunur:

Ey insan! Səni öz səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı.(İnfitar surəsi, 6-8)

Halbuki bu ayələrdə bildirilən ardıcıllığı təkamül prosesi kimi göstərməyə çalışmaq olduqca yanlışdır. Belə ki, Əlmalılı Həmdi Yazır da təfsirində bu ayəni belə açıqlayır:

"O Rəbbin ki, səni yaratdı. Burada yaratma ifadəsinin bədən və bədən üzvlərini düzəltmə, ölçülü etmə, forma vermə və hissələri birləşdirib əmələ gətirməmişdən əvvəl yaratmaq mənasında olduğu aydındır. Yenə də məlumdur ki, hər nemətin əsası olan var olma insanlara edilən ilk ilahi lütf və mərhəmətdir.

Sonra da sənin bədənini və bədən üzvlərini düzəltdi. "Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni insan şəklinə salmışdır." (Kəhf surəsi, 37) buyurulduğu və daha bir çox ayələrdə bildirildiyi kimi, yaradılışını mərhələlərdən keçirərək ruh üfürüləcək insanlıq səviyyəsinə gətirdi. Bədənini, orqanlarını yaratdı, qüvvət verdi və sənə simmetriya və ölçü verdi. Burada kökü "adl" və "ta'dil" sözlərindən gələn iki qiraət var. İkisi də eyni mənada olan bu sözlər uyğunlaşdırmaq, normal vəziyyətə gətirmək mənalarında olduğuna görə bir az əvvəl qeyd olunan "nizamlama"nın mükəmməlləşdirildiyini ifadə etmək üçün bir neçə formada təfsir edilmişdir.

Mukatildən rəvayət edildiyinə görə, göz, qulaq, əl, ayaq kimi cüt üzvlərin uyğunluğu və detalları anatomiyadan da məlum olduğu kimi, bədənin hər tərəfdən mütənasib və düzgün olduğunu bildirir və bu, "Biz onun barmaq uclarını bərpa etməyə qadirik" (Qiyamət surəsi, 75/4) ayəsində də ifadə edilir. Amma burada insanlığın xüsusiyyətini ifadə edən etibar və dəyər açıq deyildir. 52

Əbu Əli əl-Farisinin yazdığına görə, "sənə ölçü verdi" demək bu mənaların hamısını ifadə edərək "Sənə ən gözəl surət verdi və beləcə, sənə ağıl, fikir və qüdrəti qəbul edəcək qabiliyyəti verib, səni digər canlı və bitkilərə hakim etdi. Səni dünyada heç bir canlının çata bilməyəcəyi yetkinlik səviyyəsinə gətirdi"deyə təfsir edilmişdir və bu, "Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman." (Hicr surəsi, 29) "Onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik" (İsra surəsi, 70) mənalarına uyğundur. Bütün bunlar Allahın lütfü və mərhəmətidir.53

Ömər Nəsuhi Bilmən də həmin ayəni belə təfsir edir:

Bəli (O), Kərim Rəbbin ki, səni Adəmdən yaratdı, sənə faydalı, bir-birinə mütənasib orqanlar verdi. Bütün orqanlarına bir ölçü verdi, bədən quruluşuna, qamətinə gözəl müvazinət verdi. 54

İmam Təbəri də "İnfitar" surəsinin 7-ci ayəsində insanın nizamlı şəkildə yaradıldığına işarə edildiyini ifadə edir:

"Ey insan, O Rəbb ki, səni yaratmış, yaradılışını düzgün formada etmiş, səni sağlam, düzgün, doğru şəkildə meydana gətirmişdir. (Yəni səni boyu normal, düzgün nisbətdə, ən gözəl şəkildə tam insan olaraq yaratmışdır) Allah gözəl və ya çirkin olsun, səni dilədiyi kimi meydana gətirmişdir". 55

Yuxarıdakı açıqlamalardan da göründüyü kimi, ayələrdəki ifadələr olduqca açıq və aydındır. Allahın insanı sağlam, düzgün formada və tam yaratdığı bildirilir. Belə ki, buna bənzər ifadələr bir çox ayələrdə də vardır. Məsələn,"Səcdə" surəsində belə buyurulur:

Sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz? (Səcdə surəsi, 9)

Bu ayədə əvvəlcə yaradılma ifadəsindən istifadə edilmiş, daha sonra da göz, qulaq və ürək verdiyi bildirilmişdir. Beləliklə, ayədə bu mərhələlərin hər birinin eyni anda olduğu, yəni insanın göz, qulaq və qəlbi ilə birlikdə bir anda yaradıldığı xəbər verilir. Bu ayələrin insanın təkamüllə yaradılmasına işarə etdiyini iddia etmək isə olduqca yanlışdır. Belə ki, bu ayə də bütün İslam alimləri tərəfindən eyni cür təfsir edilir. Məsələn, İmam Təbəri belə açıqlayır:

"...Sonra insanı tam canlı olaraq düzgün şəkildə meydana gətirmiş, ondan sonra da ona ruhundan üfürmüş, beləcə, o, danışan canlı olmuşdur... Səsləri eşitməyimiz üçün qulaqlar, insanları görə bilməyimiz üçün gözlər, yaxşını və pisi tanıya bilməyimiz üçün ürəklər vermişdir ki, bu lütfünə görə Ona şükür edəsiniz..."56

Ömər Nəsuhi Bilmən isə ayəni "O Xaliqi Kərim yaratmağa başladığı bütün insan nəslinin hər birini yaratdı, onun bədənini ana rəhmində ikən tamamladı və ona Öz ruhundan üfürdü, yəni ona həyat verdi, yaşama gücü verdi... O Xaliqi Kərim (sizin üçün eşitməyi) elə faydalı bir nemət etdi ki, onun sayəsində söylənilən sözləri, gözəl səsləri eşidir, dinləyirsiniz və sizin üçün (gözləri, könülləri yaratdı) gözlərinizlə ətrafınızdakı hər şeyi görürsünüz, könüllərinizlə yaxşı, pis olanları qavrayır və təqdir edə bilirsiniz. Bunların hər biri nə böyük İlahi lütfdür." 57 şəklində izah etmişdir.

6-cı xəta:
Hz. Adəmin ilk insan olmadığı xətası

Təkamüllə yaradılış yanılması ilə bağlı irəli sürülən iddialardan biri isə hz. Adəmin ilk insan olmadığı, hətta insan olmadığıdır (hz. Adəmi tənzih edirik). Bu əsassız iddiaya guya dəlil olaraq aşağıdakı ayəni göstərirlər:

Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!" – dedikdə, onlar: "Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?"– söylədilər. O dedi: "Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!" . (Bəqərə surəsi, 30)

Bu iddianı müdafiə edənlər ayədə keçən "canişin bərqərar edəcəyəm" şəklindəki ifadədə ərəbcə keçən "ceale" feilini "təyin etmək" kimi açıqlayırlar. Yəni hz. Adəmin ilk insan olmadığını, bir çox insanın arasından canişin olaraq "təyin edildiyi"ni iddia edirlər. Halbuki "ceale" kəlməsinin Quranda istifadə olunan çox müxtəlif mənaları vardır. Bunlar belədir:

Ceale: Yaratmaq, icad etmək, çevirmək, etmək, qoymaq, qılmaq

Quranda "ceale" feilinin keçdiyi digər ayələrdən bəzi nümunələr belədir:

"Allah sizi tək bir nəfsdən yaratdı (ceale). Sonra ondan zövcəsini yaratdı. O sizdən ötrü səkkiz cüt heyvan endirdi…" (Zümər surəsi, 6)

"De:"Sizi yaradan, sizə qulaq, göz və ürək verən (ceale) Odur. Necə də az şükür edirsiniz! " (Mülk surəsi, 23)

"“Ayı bir nur, günəşi də çıraq etmişdir (ceale)." (Nuh surəsi, 16)

"Allah yeri sizin üçün xalıetdi (ceale). " (Nuh surəsi, 19)

Yuxarıdakı ayələrdə də göründüyü kimi, "ceale" kəlməsi Quranda çox fərqli mənalarda istifadə edilmişdir. Həmçinin bir çox ayələrdə də hz. Adəmin torpaqdan yaradıldığı bildirilir. Hz. Adəmin digər insanların arasından seçilmədiyi, xüsusi və fərqli yaradılışa sahib olduğu bu ayələrdən də anlaşılır.

Quranda hz. Adəmin ilk insan olduğu haqqında verilən digər vacib məlumat da etdiyi səhvə görə özünün və yoldaşının cənnətdən çıxarılmasıdır. Ayələrdə belə bildirilir:

Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədilə (aldadaraq) libaslarını soyundurub cənnətdən çıxartdığı kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman gətirməyənlərin dostları etdik.(Əraf surəsi, 27)

Biz dedik: "Ey Adəm! Sən zövcənlə birlikdə cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız" . Şeytan isə (ağaca yaxınlaşdırmaqla) onları aldadıb olduqları yerdən çıxartdı. Biz dedik: "Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən (olunmuş) vaxtadək məskən və gün-güzəran vardır". (Bəqərə surəsi, 35-36)

Ayələrdə bildirilən ifadələr çox açıqdır. Allah hz. Adəmi torpaqdan yaratmışdır. Hz. Adəm xüsusi yaradılışa sahibdir və bu xüsusi yaradılış onun əvvəlcə cənnətdə olmasından, daha sonra oradan çıxarılmasından bir daha anlaşılır. Amma təkamül saxtakarlığına inanan bəzi müsəlmanlar açıq-aşkar bu gerçəkləri görməzlikdən gəlir və ayələrdə keçən "cənnət " kəlməsinin axirətdəki cənnəti deyil, dünyadakı gözəl məkanları ifadə etdiyinə dair yanlış fikirlər irəli sürürlər. Halbuki hz. Adəmin yaradıldığı cənnətin bir çox xüsusiyyəti Quranda bildirilir. Orada mələklər və şeytan var. Mələklər Allahla danışırlar. Ayələrdəki ifadələr bu qədər açıq olduğu halda, Quran əxlaqına uyğun olmayan izahlarla təkamül nəzəriyyəsinə dəlil axtarmağa çalışmaq çox yanlışdır.

Bütün insanların hz. Adəmdən gəldiyini, yəni hz. Adəmin ilk insan olduğunu xəbər verən bir çox ayələrdən ikisi belədir:

Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: "Mən sizin Rəbbiniz deyiləmmi?" (–deyə) onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: "Bəli, biz şahid olduq!"– demişdilər. (Bu ona görədir) ki, siz Qiyamət günü: "Biz bundan xəbərsiz idik!"– deməyəsiniz. Yaxud: "Atalarımız bizdən əvvəl (Allaha) şərik qoşmuş, biz də onlardan sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri əməllərə görə məhv edəcəksən?"– deməyəsiniz. (Əraf surəsi, 172-173)

Qısası, hz. Adəm ilk insandır və Allahın ilk elçisidir. Bu haqda olan ayələr olduqca açıqdır və heç bir izaha ehtiyac yoxdur. İnsanların etməli olduqları tək şey Quran ayələrini səmimi qəlblə, vicdanlarının səsini dinləyərək və ixlasla oxumaqdır. Allah bu niyyətlə ayələrini oxuyan qullarına mütləq doğru olanı göstərəcəkdir.

7-ci xəta:
Quranda keçən “əcdadlarımız” ifadəsinin təkamül keçirmiş əcdadlara işarə etməsi xətası

Təkamül nəzəsiyyəsinə aldanmış bəzi müsəlmanların Quranda iddialarına dəlil kimi göstərməyə çalışdıqları digər bir ifadə isə bir çox ayələrdə bildirilən "əcdadlarımız" kəlməsidir. Təkamülçülərin yanlış təfsirinə görə, bu ifadədə guya insanın ibtidai əcdadlarına işarə edilir. Bu yanlış təfsiri açıqlamağa çalışarkən kəlmənin Quranda cəm şəkildə istifadə edildiyini dəlil kimi göstərirlər. Bu ayələrdən bəziləri belədir:

(Musa) dedi: "O sizin də, ulu babalarınızın da Rəbbidir!" (Şüəra surəsi, 26)

Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir. (Duxan surəsi, 8)

Ancaq bu, Quran əxlaqına uyğun olmayan iddiadır. Çünki bu kəlmə ayələrdə bir çox hallarda cəm şəklində işlədilir və bunu təkamüllə açıqlamaq üçün heç bir əsas yoxdur.

Quranda bu ifadənin keçdiyi başqa bir çox ayələr də var. Məsələn, "Bəqərə" surəsinin 133-cü ayəsində "ataların" kəlməsi işlənib. Buradakı "atalar" heç bir şəkildə təkamül prosesini izah etmir, insanların əvvəlki nəsillərini ifadə edir. Həmçinin "keçmişdəki atalar" ifadəsində də keçmiş nəsillərdən bəhs edilir. Bu ifadənin içində təkamülü izah edən tək bir söz belə keçmir:

Yoxsa siz Yaquba ölüm gəldikdə (onun) yanında idiniz? O zaman o, öz oğullarına dedi: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" Onlar dedilər: "Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan tək İlaha ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!" (Bəqərə surəsi, 133)

8-ci xəta:
İnsanın yaradılış forması ilə bağlı xəta

Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir. Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır. (Nuh surəsi, 17-18)

Bu ayə təkamüllə yaradılış iddiasını müdafiə edən bəzi müsəlmanların guya dəlil olaraq istifadə etdikləri ayədir. Ayədə bildirilən "torpaqdan bir bitki kimi bitirdik" ifadəsi təkamülçülər tərəfindən inorqanik təkamülə dəlil kimi istifadə olunur. Halbuki bu ifadə bir çox tərcümə və təfsirlərdə işarə edildiyi kimi, ilk insanın torpaqdan yaradılmasını ifadə edir və "torpaqdan başlamaqla cinsinizi yaratdı" mənasında bildirilir. Belə ki, Əlmalılı Həmdi Yazırın təfsirində də bu cür bildirilir:

"Ayədə iki məqam var: Birincisi, sizi ərzdə yaratdı demək atanızı ərzdə yaratdı deməkdir, yəni ilk torpaqdan onu yaratmaqla cinsinizi yaratdı. Digəri, hamınızı ərzdə yaratdı mənasındadır, çünki Allah bizi nütfələrdən, nütfəni qidalardan, qidanı bitkidən, bitkini də ərzdən yaradır" .58

Ömər Nəsuhi Bilmən "Nuh" surəsinin 17-ci və 18-ci ayələrini belə təfsir edir:

"Ey insanlar! Bunu düşündünüzmü ki: Allah Təala (sizi yerdən ot kimi bitirmişdir). Yəni: "Sizin ilk atanız olan hz. Adəmi torpaqdan yaratmışdır, yaxud sizin əsil maddəniz olan nütfələri yer üzündəki bitkilər və qida maddələri vasitəsilə bədəninizə yerləşdirmişdir. Beləcə, insanlar böyüyüb, inkişaf edib həyatı yaşamağa başlamışlar. (Sonra) da ey insanlar! O Xaliqi Əzim sizi oraya qaytaracaqdır. Yəni: siz öldükdən sonra yenidən torpağa atılacaqsınız, yenə torpaq olacaqsınız. (ve) Sonra da qəbirlərdən sizi çıxaracaqdır. Hamınız Qiyamət günü toplaşacaqsınız. Bütün bunlar bir həqiqətdir".59

Təbərinin təfsirində isə ayə belə izah olunur:

"...Allah sizi torpaqdan yaratmışdır. Yoxdan var edib meydana gətirmişdir... Sonra sizi təkrar əvvəlki halınıza, yəni torpağa çevirir. Yaradılmazdan əvvəlki vəziyyətinizə qatarılacaqsınız. Dilədiyi zaman sizi yerdən diri olaraq çıxarar." 60

İslam alimlərimizin təfsirlərində də göründüyü kimi, bu ayəni təkamüllə yaradılış saxtakarlığına əsas olaraq göstərmək qeyri-mümkündür.

Həmçinin " inorqanik təkamül" adı ilə irəli sürülən iddianın da heç bir elmi əsası yoxdur. Cansız maddələrin bir araya gələrək canlı əmələ gətirdikləri iddiası heç bir təcrübə ya da müşahidələrlə təsdiq olunmamış, elmə zidd iddiadır. Tam əksinə, fransız bioloq Pasterin 19-cu əsrin sonlarında elmi olaraq ortaya çıxartdığı gerçək, canlıların yalnızca canlılardan yarana biləcəyi gerçəyidir. Bu gerçək canlıların tamamilə şüurlu olaraq yaradıldığını, yəni bütün canlıları Yaradanın Allah olduğunu bir daha göstərir. Bu mövzudakıı elmi dəlilləri və təkamülçülərin yanılmalarını "Təkamül nəzəriyyəsinin süqutu" , "Həyatın gerçək mənşəyi", "Təkamülçülərə dəqiq cavab 1-2", "Təkamülçülərin yanılması" adlı kitablarımızda geniş şəkildə oxuya bilərsiniz.

9-cu xəta:
Quranda təbii seçməyə işarə edilməsi barədə xəta

Təkamül nəzəriyyəsinin ən təməl iddialarından biri təbii seçmənin (seleksiyanın) təkamülə səbəb olması yalanıdır. Saytın əvvəlki hissələrində də vurğuladığımız kimi, təbii seçmə təbiətdə güclü olanların sağ qalıb, zəif olanların zamanla sıradan çıxmasını müdafiə edir.

Dövrümüzdəki elm təbii seleksiyanın təkamülləşdirici gücünün olmadığını, yəni bu mexanizmin növlərin inkişafını və yeni növlərin meydana gətirmədiyini aşkar etmişdir. Ancaq görməzlikdən gəldikləri bu elmi gerçəklər təkamül prosesi ilə yaradılma yalanını müdafiə edən bəzi müsəlmanlar tərəfindən də göz ardı edilir. Bəzi müsəlmanlar da bu doqmatik darvinist fikri müdafiə edir, hətta Qurandan bu mövzuya dəlil gətirməyə çalışırlar. Onların dəlil kimi göstərdikləri bir ayə belədir:

Rəbbin istədiyini yaradır və (istədiyini də peyğəmbər) seçir. Onların isə seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır. (Qəsəs surəsi, 68)

Bu ayədə Allahın hidayət verdiyi insanları və elçi təyin etdiyi peyğəmbərləri Özünün seçdiyi açıqlanr. Ayənin təbii seçməyə işarə etdiyini iddia etmək olduqca yanlış izahdır.

İslam alimləri də bu ayələri yuxarıda ifadə etdiyimiz şəkildə izah edirlər. Məsələn, İmam Təbəri ayəni bu şəkildə təfsir edir:

"Rəbbin qullarından dilədiyini yaradar, onlardan istədiyini də iman və doğru yola yönəltmək üçün seçər. Onların seçim haqqı yoxdur. Onlar üçün istədikləri işi etmə variantı yoxdur ..." 61

Böyük təfsirçi Ömər Nəsuhi Bilmən isə həmin ayəni bu şəkildə açıqlayır:

"Bu mübarək ayələrdə Allah Təala həzrətlərinin halikiyətini, istədiyini iltizam və ixtiyar edəcəyini (seçəcəyini), elm və qüdrətini, vəhdaniyət-i sübhaniyəsini, həmd və sənaya istihkakını, hökm-i ilahisini və huzur-mənəvisinə bütün qullarının cəlb ediləcəklərini bəyan buyurur. Belə ki, heç kim o Xaliq-i Hakimin bir şeyi ixtiyar və iltizam buyurmasına mane ola bilməz. O qulların ixtiyarları bilavasitə müəssir deyil, Allah Təala onların ixtiyar və iltizam edəcəkləri şeyləri yaratmağa haşa məcbur deyil... Cənab-ı Haqq insanların rəy və ixtiyarlarına görə göndərməz, ancaq öz ixtiyari ilahisinə görə göndərər. Xeyir və səlahın nəsürətlə, nə vasitə ilə təzahür edəcəyini ancaq o Xaliq-i Kərim bilir. Heç bir şey o Xaliq-i Əzimə şərik ola bilməz və onun ixtiyarı əzəlisinə müxalif bir şeyi meydana gətirə bilməz və heç kimsənin ixtiyarı o Məbudu qədimin çox uca olan iradəsinə, ixtiyarına Muzahim, müxalif ola bilməz. 62

Əlmalılı Hamdi Yazar isə eyni ayəni bu şəkildə təfsir edir:

" Rəbbin nəyi diləsə, yaradar və seçər. Yəni istədiyini yaradar və yaratdıqlarından istədiyini də seçib bəyənər. Peyğəmbərlik şəfaət kimi yüksək işlərə aparar. Onların seçmə haqqı yoxdur. Buna görə də onların Allahdan başqa şəriklər və şəfaətçi seçməyə və müəyyən etməyə haqqları yoxdur".63

Bəzi müsəlmanların təbii seçmə mövzusuna öz ağıllarına görə Qurandan dəlil gətirdikləri ikinci ayə "Fatir" surəsinin 1-ci ayəsidir. Ayədə belə buyrulur:

Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun! O, xəlq etdiklərindən istədiyini artırır.Həqiqətən, Allah hər şeyə qadirdir. (Fatir surəsi, 1)

Təkamül nəzəriyyəsinə inanan bəzi müsəlmanlar ayədə keçən altından xətt çəkilmiş ifadəni də guya təkamülə dəlil göstərirlər. Halbuki bu ayədəki ifadədən belə bir məna çıxarılması Qurana uyğun olmadığı kimi, ağıl və məntiqlə də ziddiyyət təşkil edir. Çünki ayədə mələklərin xüsusi yaradılışı izah edilir. Belə ki, İmam Təbəri təfsirində bu ifadəni " Dilədiyi mələyin qanad sayını dilədiyi miqdarda çoxaldır. Bu artırmağı bütün məxluqatından da edə bilər. Yaratma və əmr Ona aiddir" şəklində şərh edir.64 Ömər Nəsuhi Bilmən də bu ayəni İmam Təbəri ilə eyni şəkildə açıqlayır və " O, elə bir Xaliqi-Kərimdir ki, mələkləri daha neçə qanadlara, qüvvələrə sahib edər"65 deyir.

10-cu xəta:
Qurandan mutasiyaya dəlil gətirmə xətası

Təkamül yalanına inanan bəzi müsəlmanlar təbii seçmə mövzusunda olduğu kimi, mutasiya mövzusunda da Quran ayələrini yanlış şərh edir və fərqli mənalar çıxarırlar.

Mutasiya kimi heç bir təkamülləşdirici təsiri müşahidə edilməmiş, əksinə, canlıları yalnız korlayan təbii mexanizmin təkamül nəzəriyyəsinə dəlil hesab edilməsi böyük xətadır. (Bunu elmi kitablarımızda ətraflı araşdırmışıq) Burada mövzumuz baxımından mühüm olan məsələ isə mutasiyanı təkamül mexanizmi olaraq qəbul edən müsəlman təkamülçülərin bu yanılmaya Qurandan öz ağıllarına görə dəlil gətirməyə çalışmalarıdır. Onlar bəzi ayələri əsil mənalarından tamamilə fərqli təhrif edərək izah edirlər. Həmin ayələrdə belə buyurulur:

Əgər istəsə idik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər.(Yasin surəsi, 67)

Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: " Mənfur meymunlar olun!" – dedik. (Bəqərə surəsi, 65)

Özlərinə qoyulan qadağanı pozduqları zaman Biz onlara: " Mənfur meymunlar olun!" – dedik. (Əraf surəsi, 166)

De: "Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? (Bu), Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, (axirətdə) yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!" (Maidə surəsi, 60)

(Musa) əsasını (yerə) atdı və o, dərhal açıq-aşkar bir ilan oldu. (Əraf surəsi, 107)

Əgər bir insan "təkamül nəzəriyyəsinin lehinə məcburi də olsa, Qurandan bəzi dəlillər gətirməliyəm" kimi düşünmürsə, yuxarıdakı ayələri mutasiyaya dəlil olaraq şərh etməsi qətiyyən mümkün deyil.

İlk üç ayədə Allahın möcüzəvi şəkildə canlıların bədənlərini dəyişdirəcəyindən bəhs edilmişdir. Dördüncü ayədə isə bəhs edilən əşya (əsa) canlı belə deyil, bu səbəbdən mutasiyaya məruz qalması kimi fikir əsla irəli sürülə bilməz. Bir sıra müsəlmanların bu kimi ayələrdən öz ağıllarına görə təkamül nəzəriyyəsinə dəlil gətirmələri" yaradılışçı təkamül" yanlışlığının nə qədər məntiqsiz və Quran əxlaqına uyğun olmayan fikir olduğunu göstərir.

11-ci xəta:
Quranda meymunlarla insanlar arasında soy yaxınlığının olduğu barədə xəta

Bu mövzuda bəzi insanlar tərəfindən yanlış şərh olunan ayələrdən biri də Allahın keçmişdə bir qrup yəhudini meymuna çevirməsi ilə bağlıdır. Ayələr belədir:

Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: "Mənfur meymunlar olun!"– dedik. Biz bunu onlarla (bir dövrdə) olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik. (Bəqərə surəsi, 65-66)

Bu ayələrdə təkamül nəzəriyyəsi ilə bağlı heç bir mənanın olmadığı aşkardır. Bunun bir neçə müxtəlif səbəbi var:

1) Ayədə nəzərdə tutulan cəza, böyük ehtimalla, mənəvi mənadadır. Yəni həmin yəhudilərin fiziki mənada deyil, xarakter cəhətdən meymuna bənzədilməsi nəzərdə tutula bilər. (Doğrusunu Allah bilir.)

2) Əgər nəzərdə tutulan cəza fiziki mənada reallaşmış olsa belə, bu, təbiət qanunlarının xaricində reallaşan möcüzə ola bilər. Burada Allahın diləməsi ilə bir anda möcüzəvi çevrilmə, yəni şüurlu yaradılışı görmək olur. Təkamül nəzəriyyəsində isə növlərin milyonlarla illik zaman intervallarında təsadüfən, yavaş-yavaş, pilləli olaraq bir-birlərinə çevrildikləri barədə ağıl və elmdənkənar fikirlər irəli sürülür. Bu səbəbdən Quranda bildirilən bu hadisə ilə təkamülün müdafiə etdiyi ssenarinin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Belə ki, bu ayənin davamındakı ayədə "Bunu həm çağdaşlarına, həm sonra gələcək nəsillərə “ibrətverici cəza”, təqva sahibləri üçün də “öyüd-nəsihət etdik" şəklində buyurulur. Bu, həmin insanların mənfur meymunlara çevrilmələrindən sonra gələcək nəsillərə "ibrət olmaları" məqsədilə möcüzəvi olaraq baş verdiyinə işarə edir. (Doğrusunu Allah bilir.)

3) Ayədə nəzərdə tutulan cəza tarixdə bir dəfə, yəni məhdud sayda insan üçün reallaşmışdır. Lakin təkamül nəzəriyyəsi bütün insanların meymunlarla qohum olduqlarını iddia edən ağıl və məntiqdən uzaq ssenari irəli sürür.

4) Ayədə insanların meymuna çevrilməsindən bəhs edilir. Halbuki təkamül nəzəriyyəsinin iddiası əksinədir, yəni meymundan insana.

5) Quranda " Maidə" surəsinin 60-cı ayəsində də Allahın qəzəbləndiyi azğın bir camaatın meymunlara və donuzlara çevrildiyi xəbər verilir. Ayə belədir:

De: " Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? (Bu,) Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar (axirətdə) yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!" (Maidə surəsi, 60)

Təkamül yolu ilə yaradılışı müdafiə edənlərin yanlış məntiqinə görə, o zaman yuxarıdakı ayəyə baxsaq, insanların yalnız meymunla deyil, donuzla da arasında təkamül bağı var. Halbuki təkamülçülərin donuzla insan arasında hər hansı əlaqə iddiaları yoxdur.

Buraya qədər də aydın olduğu kimi, Quranın bəzi ayələrində təkamül nəzəriyyəsinə dair bəzi işarələrin olduğu iddiası həm Quranla, həm də təkamül nəzəriyyəsinin öz iddiaları ilə ziddiyyət təşkil edir.

Qeydlər:

39. İmam Taberi, Taberi Tefsiri, Tercüme Mehmet Keskin, Ümit Yayıncılık, 6.Cilt, s.2631

40. Ömer Nasuhi Bilmen, Kuran'ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, Bilmen Yayınevi, İstanbul, 8.cilt, s. 3851

41. Elmalılı Hamdi Yazır, http:// www.kuranikerim.com/telmalili /insan-dehr.htm

42. Ömer Nasuhi Bilmen, Kuran'ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, 8.cilt, s. 3915

43. İmam Taberi, Taberi Tefsiri, 6.Cilt, s.2684

44. Elmalılı Hamdi Yazır, http:// www.kuranikerim.com/telmalili /insan-dehr.htm

45. İmam Taberi, Taberi Tefsiri, 6.Cilt, s.2684

46. Ömer Nasuhi Bilmen, Kuran'ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, 8.cilt, s. 3915

47. İmam Taberi, Taberi Tefsiri, 3.Cilt, s.1268

48. Ömer Nasuhi Bilmen, Kuran'ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, 4.cilt, s. 1958

49. İmam Taberi, Taberi Tefsiri, 4.Cilt, s.1991

50. Ömer Nasuhi Bilmen, Kuran'ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, 6.cilt s. 2763

51. İmam Taberi, Taberi Tefsiri, 4.Cilt, s.1796

52. Elmalılı Hamdi Yazır, http:// www.kuranikerim.com/telmalili /infitar.htm

53. Elmalılı Hamdi Yazır, http:// www.kuranikerim.com/telmalili /infitar.htm

54. Ömer Nasuhi Bilmen, Kuran'ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, 8.cilt, s. 3983

55. İmam Taberi, Taberi Tefsiri, 6.Cilt, s.2748

56. İmam Taberi, Taberi Tefsiri, 4.Cilt, s.1796

57. Ömer Nasuhi Bilmen, Kuran'ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, s. 2764

58. Elmalılı Hamdi Yazır, http:// www.kuranikerim.com/telmalili /nuh.htm

59. Ömer Nasuhi Bilmen, Kuran'ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, 8. cilt s. 3851

60. İmam Taberi, Taberi Tefsiri, 6.Cilt, s. 2632

61. İmam Taberi, Taberi Tefsiri, 4.Cilt, s.1701

62. Ömer Nasuhi Bilmen, Kuran'ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, 5. cilt, s. 2622

63. Elmalılı Hamdi Yazır, http:// www.kuranikerim.com/telmalili /kasas.htm

64. İmam Taberi, Taberi Tefsiri, 4.Cilt, s. 1877

65. Ömer Nasuhi Bilmen, Kuran'ı Kerim'in Türkçe Meali Alisi ve Tefsiri, 6. cilt, s. 2882

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Bəzi Müsəlmanlar Nə Üçün Təkamül Nəzəriyyəsini Müdafiə Edirlər?
  • Təkamülçü Müsəlmanların Görmədikləri Həqiqətlər
  • Allahın Yaratma Elmi
  • Quran Ayələri ilə Təkamülə Dəlil Gətirməyə Çalışanların Səhvi
  • Darvinizm Təhlükə Hesab Edilmədikdə Nələr Baş Verir
  • Nəticə