Nəticə

Sayt boyunca da vurğuladığımız kimi, təkamül nəzəriyyəsi və təkamülçülər çıxılmaz vəziyyətdədirlər. Çünki elm darvinizmi açıq şəkildə təkzib edir. Bunu anlayan təkamülçülər isə böyük təlaş içərisində çırpınırlar, iştirak etdikləri müzakirə proqramlarında, açıq iclaslarda və ya cavabsız qaldıqları istənilən mühitdə dərhal yaradılış həqiqətini müdafiə edənlərə hücum edir və saxtakarlıqlarla üstün gəlməyə çalışırlar.

Təkamülçülərin "dinlə elmi qarışdırmayaq, inanc ayrı, təkamül həqiqəti ayrı" şəklində irəli sürdükləri şüarları müsəlmanların birliyini pozmaq və apardıqları mübarizəni zəiflətmək üçündür. Bu yalanlarla dolu mesajın əsas mahiyyəti budur: "Yaşadığımız dünya elmlə açıqlana bilir. Elm isə bizə yaradılışın olmadığını göstərir, amma hər insan şəxsi düşüncəsinə görə, istədiyinə inanır" yalanıdır. Bu, böyük saxtakarlıqdır. Allahın kainatı və canlıları yaratdığı açıq həqiqətdir. Kainatdakı hər şey Allahın yaratmasının dəlilidir. Təkamülün heç bir dəlilə əsaslanmayan batil inanc olduğu gerçəkdir və yalnız insanların "özəl inancı" kimi dəyərləndirilə bilər. Müsəlmanlar "həqiqəti" materialist fəlsəfənin hökmranlığına verən, əvəzində yaradılış həqiqətini yalnız "şəxsi inanc" kimi göstərməyə çalışan bu aldadıcı təlqinlərə qarşı diqqətli olmalıdırlar.

Bu təlqini yox etmək isə çox asandır. Haqqın qarşısında batilin heç bir gücünün olmadığı bir Quran ayəsində belə bildirilir:

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda (batilin) yox olub getdiyini görərsiniz. (Allaha) aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

Bəzi müsəlmanların təkamülü guya dinlə əlaqələndirməyə çalışma cəhdlərinin səbəbi isə "batil" qarşısında duyduqları narahatlıq, əzilmə, bilgisizlik və qərarsızlıqdır. Halbuki bu olduqca yersiz əzilmə duyğusudur. Çünki təkamülçülərin özlərini müdafiə etmələri üçün nə elmi əsasları, nə də dəlilləri var. Onlar bu nəzəriyyəyə olan doqmatik bağlılıqlarına görə demaqoqluq edir, psixoloji təzyiqlə qarşılarındakıları susdurmağa çalışırlar. Əslində isə, çox çarəsiz vəziyyətdədirlər.

Bunun səbəbi mövzu ilə bağlı elmi tərəqqidən həmin müsəlmanların xəbərsiz olmalarıdır. Elmi tərəqqiləri izləməyən, təkamül nəzəriyyəsinin əsassızlığı haqqında kitabları oxumayan insan onu elmi gerçək zənn edir. Ancaq bilgisizlik bu mövzudakı əsərləri oxuyaraq rahatlıqla aradan qaldırıla biləcək əskiklikdir. Təkamül nəzəriyyəsi haqqında geniş məlumatı olan müsəlman isə təkamülçülərin iddiaları qarşısında heç vaxt qərarsız, yaxud susqun qalmaz. Bununla belə, Allahın misilsiz yaratmasını və bütün kainatda hakim olan qüsursuz sənətini dərin düşünmək, Qurana möhkəm sarılmaq və Quran ayələrində bildirilən gerçəkləri qavramaq bu mənfi təsirlərdən xilas olmanın ən asan yoludur.

Ola bilər ki, bir çox səmimi müsəlmanlar bu günə qədər sayt boyunca sadaladığımız səbəblərə görə təkamül nəzəsiyyəsini qəbul edib onu müdafiə etmişdirlər. Ancaq İslam əxlaqında insanın səhvini bildiyi anda dərhal doğru yola yönəlməsi əsasdır. Çünki darvinist düşüncənin zərərlərini bilmədən bu nəzəriyyəyə dəstək olmaqla nəzəriyyənin əsrlər boyu verdiyi zərərləri öyrəndikdən sonra dəstək olmaq eyni deyildir. Bir insan darvinizmin bu dərəcə təhlükəli olduğunu və elmi əsassızlığını bilmədən bu nəzəriyyəni dəstəkləyə bilər, amma bütün bunları öyrəndikdən sonra həmin şəxs dərhal bu təhlükəli ideologiyaya qarşı aparılan fikri mübarizəyə dəstək verərək gözəl əxlaq göstərə bilər. Allah bir ayəsində müsəlmanlara belə buyurur:

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük fəsad baş verər. (Ənfal surəsi, 73)

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Bəzi Müsəlmanlar Nə Üçün Təkamül Nəzəriyyəsini Müdafiə Edirlər?
  • Təkamülçü Müsəlmanların Görmədikləri Həqiqətlər
  • Allahın Yaratma Elmi
  • Quran Ayələri ilə Təkamülə Dəlil Gətirməyə Çalışanların Səhvi
  • Darvinizm Təhlükə Hesab Edilmədikdə Nələr Baş Verir
  • Nəticə