Darvinizm Təhlükə Hesab Edilmədikdə Nələr Baş Verir

Saytın əvvəlki bölmələrində təkamül nəzəriyyəsini dəstəkləyən bəzi inanclı insanların nəzəriyyəni müdafiə edərkən etdikləri bəzi xətalar üzərində dayandıq. Ancaq başqa mühüm məqam isə təkamül nəzəriyyəsinə inanmadıqları halda, bu nəzəriyyənin meydana gətirdiyi təhlükələri görməyən insanların laqeydliyidir.

İnanclı insanların yaradılış həqiqətinə qarşı çıxan bir nəzəriyyəni təhlükəsiz və zərərsiz görmələri, onun dirçəlməsinə tamaşa etmələri təkamül nəzəriyyəsinin cəmiyyətdə getdikcə yayılmasına və ateizmi gücləndirməsinə dəstək olur. Bu səbəbdən dindarlar təkamül nəzəriyyəsinin əsas fəlsəfəsini yaxşı anlamalıdırlar. Təkamül nəzəriyyəsi materialist fəlsəfənin guya elm adı altında ictimaiyyətə təqdim edilmiş formasıdır. Materialist fəlsəfə isə "dinsizliyin dini"dir. Bu hər müsəlmanın çiyinlərinə dinsizliyin dini ilə fikri mübarizə aparmaq vəzifəsini qoyur.

"Darvinizm təhlükə deyil" deyənlər yanılırlar

darwinism,war,dead

İnanclı insanların bir hissəsi təkamül nəzəriyyəsinin keçmişdə qaldığını, bu gün artıq qəbul edilmədiyini, bu səbəbdən müsəlmanlar baxımından o qədər böyüdüləcək bir məsələ olmadığını zənn edir. Buna görə də bu nəzəriyyənin saxtakarlıqlarını, elmdənkənar iddialarını çox əhəmiyyətsiz hesab edir və nəticədə darvinizmin təhlükə olmadığını iddia edirlər.

Təkamül nəzəriyyəsini tənqid edən elm adamlarından biri olan amerikalı professor Filip Conson təkamül nəzəriyyəsinin inanca qarşı silah olaraq necə istifadə edildiyini belə izah edir:

"Müasir elmin liderləri özlərini "dini fundamentalistlərə", yəni Yaradıcının var olduğunu və bu dünyadakı hadisələrdə rol oynadığını qəbul edənlərə qarşı aparılan mübarizənin qabaqcılları olaraq görürlər... Darvinizm isə "fundamentalizm"ə qarşı bu mübarizədə əvəzsiz ideoloji rol oynayır. Məhz bu səbəbdən bu gün elm adamları darvinizmi sınaqdan keçirməyi deyil, hər nə bahasına olsa da, onu qorumağı özlərinin məqsədi hesab edirlər. Elmi araşdırmaların qaydaları da bu ideologiyanı təsdiqləyəcək şəkildə müəyyənləşdirilir".

Təkamülçülər bu "fikri diktatorluq"la bəzi universitetləri darvinist təhsil ocaqları halına gətirir və materialist fəlsəfəni elm zənn edən insanlar yetişdirirlər. İnanclı insanların isə təhsil hüquqlarının əllərindən alınmasının zəruri olduğu düşünülür. Bunun ən bariz nümunələrindən biri təkamülçülərdən prof. dr. Əli Dəmirsoyun "Ceviz Kabuğu" adlı təkamüldən bəhs edən müzakirə proqramında əsəbi rəftarı olmuşdur. Cənab Dəmirsoy "Əgər bir alim Tanrıya iman gətirsə, universitetdə olmamalıdır. Allaha inananı universitetdən qovaram" kimi ifadələrdən istifadə edərək qərəzli təkamülçü düşüncəsini bütövlükdə ortaya qoymuşdur.

Bəlkə də, inanclı insanlar bu həqiqətləri bilmədikləri üçün hadisələri yanlış qiymətləndirir və bu səbəbdən də darvinizmi təhlükəli hesab etmirlər. Halbuki materialistlər (bunların əksəriyyəti marksistlərdir) darvinizmdən aldıqları " elmi" dəstəklə dinə qarşı ciddi mübarizə aparırlar. Elə bu səbəbdən " darvinizm təhlükəli deyil" deyən müsəlmanlar dərhal bu qəflətdən uzaqlaşmalıdırlar. Bütün dünyada təkamül nəzəriyyəsi ilə dinə qarşı ciddi ideoloji hücum olduğu halda, bu nəzəriyyənin təhlükə olmadığını demək və darvinizmi zərərsiz hesab etmək olduqca yanlış davranışdır.

İdeoloji mübarizə aparmamaq darvinizmi daha da gücləndirir

Philip Johnson
Prof. Phillip Johnson

Darvinizmin təhlükə yaratmadığını, eləcə də bitdiyini düşünənlər və bu cür fikirlərini ətraflarında yayanlar nəzəriyyənin inkişafına bilərək və ya bilməyərək kömək edirlər. Çünki bu cür yanlış məlumat verdikdə cəmiyyətdə belə təhlükənin olmadığı fikri yaranır. Bununla bağlı darvinist təbliğata, saxtakarlıq və təlqinlərə qarşı fikri və elmi mübarizə hissi yaranmır, buna qarşı tədbir görülmür.

Buna baxmayaraq, təkamül nəzəriyyəsinin tərəfdarları isə köhnə məlumatlarla da olsa, öz aləmlərində təbliğatlarını davam etdirir, hər fürsətdə nəzəriyyələrini müdafiə edirlər. Müxtəlif saxtakarlıqlar və təhriflərlə də olsa, fikirlərini ayaqda tutmağa çalışırlar. İnanclı insanlar təkamül nəzəriyyəsinin təhlükə olmadığına inandırıldıqları üçün bu mövzuda biliklərini artırmır və beləcə, qarşılarına çıxan təkamülçülərə cavab verə biləcək məlumatlardan da məhrum qalırlar.

Təkamül nəzəriyyəsinin əsassızlığını öyrənib ona qarşı mübarizə aparmaq olduqca asandır. Nəzəriyyə müasir elm qarşısında tamamilə etibarlılığını itirmişdir. Bununla bərabər elm dünyasındakı hər yeni inkişaf yaradılış gerçəyini təsdiq edir. Lakin bu gerçəklər araşdırılıb öyrənilmədikdə inanclı insanlar təkamülçülər qarşısında aciz qalacaqlar. Məlumatlı olmadıqları üçün yanlış fikir, məlumat, nümunə və izahlar qarşısında çarəsiz qalırlar. Halbuki darvinist düşüncənin əsassızlığını izah etmək üçün yazılmış olduqca çoxlu kitab, aparılmış çoxsaylı tədqiqatlar var. Amma bunlardan faydalanmaq üçün əvvəl mövcud təhlükənin fərqinə varmaq və ideoloji mübarizənin vacibliyinə inanmaq lazımdır.

Evrimci Prof. Dr. Ali Demirsoy

Darvinizmin təhlükə olmadığını düşünərək "təkamül yolu ilə yaradılış"ı müdafiə edən inanclı insanlar darvinistlər qarşısında səssiz qalmalarından da məsuldurlar. Çünki bu insanlar lazımi məlumatdan məhrum olduqlarına görə təkamülçülərin iddialarına qarşı əsaslı və tutarlı cavab verə bilmirlər. Elə bu səbəbdən də darvinistlərin fikirləri və öz inancları arasında sanki orta yol tapmağa çalışırlar. Bunun nəticəsində də "Allah canlıları təkamüllə yaradıb ", "təkamüllə din ziddiyyət təşkil etmir" kimi təhrif olunmuş fikirlər irəli sürməyə başlayırlar.

Halbuki bu, saytın əvvəlindən etibarən izah etdiyimiz kimi, Allaha iman gətirən bir insanın razıllaşmayacağı vəziyyətdir. Təkamülçülər elm adına danışdıqlarını iddia edirlər, halbuki elm adına yalan söyləyirlər. Bu səbəbdən kənardan guya elmi görünən təkamül nəzəriyyəsinə inanmamaq, onun hansı ideologiyalara "xidmət etdiyinə" baxmaq lazımdır. Təkamül nəzəriyyəsinin kökündə dayanan ateist fəlsəfəni və dinsiz ideologiyanı görməyib bu yalanı doğru qəbul etmək, ona təslim olmaq darvinizmin bəşəriyyətə gətirdiyi hər cür bəlaya ortaq olmaq deməkdir. Bu cür insanlar fərqində olmadan cəmiyyətə çox böyük zərərlər verirlər.

Elə bu səbəbdən təkamül yalanına inanan bəzi müsəlmanlar müdafiə etdikləri fikri bir daha düşünməlidirlər. Yanlış və batil olduğunu bilə-bilə qarşı tərəfə dərhal təslim olmaq, haqq dini darvinistlərin batil dininə uyğunlaşdırmağa çalışmaq olmaz. Unutmamaq lazımdır ki, bütün müsəlmanlara dinin əleyhinə olan, Allahın varlığını inkar edən hər iddianı ideoloji cəhətdən təkzib etmək, haqla batili yox etmək mühüm məsuliyyətdir. Bu məsuliyyətdən uzaqlaşaraq inkar düşüncəsi ilə ortaq bir məqamda "razılaşmaq", qarşı tərəfə güzəştə getmək və ya onların fikirlərinə təslim olmaq çox böyük yanlışdır.

Məsələn, kommunizmin yayıldığı bir cəmiyyətdə müsəlmanın vəzifəsi "kommunizmi islamlaşdırmağa çalışmaq" deyil. Bunu etmək dinin lehinə heç bir nəticə verməyəcək, əksinə, kommunizmə fayda verəcək. Müsəlmanın vəzifəsi kommunizmi fəlsəfi olaraq bütovlükdə təkzib etmək, ideoloji olaraq məğlub etmək və buna qarşı İslamın həqiqətlərini ortaya qoymaqdır. Eyni şəkildə darvinizmə qarşı da müsəlmanın vəzifəsi "darvinizmi islamlaşdırmaya çalışmaq" deyil, bu böyük yalanı fikirlə çürütmək, məğlub etmək və buna qarşı yaradılış gerçəyini ortaya qoymaqdır. Bu səbəbdən bütün müsəlmanlar bu şüurla hərəkət edərək dünya üzərindəki ateist fəlsəfələrin hər birinin dayağı olan darvinizmi dəstəkləməməlidirlər.

Darvinizm sosial təhlükədir

Okullarında gençlere Darwinizm'i bilimsel bir gerçek gibi anlatan bazı ülkeler, bu gençlere saldırganlığı, "yaşam mücadelesi"nde ayakta kalmak için savaşmak gerektiği yalanını da telkin etmektedirler.

Ön mühakimələrdən uzaq, səmimi və azad düşünən insan şüursuz atomların təsadüflər nəticəsində birləşərək düşünən, dərk edən, hiss edən, görən, eşidən, sevinən, kədərlənən, sivilizasiyalar quran, sənət əsərləri meydana gətirən, kəşflər edən alimləri meydana gətirdiyinə inanmaz. Lakin Darvinin nəzəriyyəsi bu ağılsız inancı irəli sürür. İstifadə etdikləri elmi terminologiyaya baxmayaraq, əslində, darvinistlərin inandığı məntiqin mahiyyəti belədir.

Bu yanlış məntiqə inanan insan ağıllı analizetmə və mühakimə qabiliyyətini itirməyə başlayır. Dünyanın ən qeyri-mümkün ssenarisini çox məqbul görüb qəbul etdikdən sonra qarşısına çıxan bütün iman dəlilərini (Allahın elmini) görmür. Düşünmə qabiliyyətini itirmiş, çox açıq gerçəkləri aldığı təlqinlər və edilən təbliğatlar səbəbindən görə bilməyən, sırf "əksəriyyət qəbul edir" deyə yanlış fikri kor-koranə qəbul edən bir insanı hər istiqamətə yönəltmək mümkündür. Bu mərhələyə gəldikdən sonra bu insanlar artıq vicdanlarını və ağıllarını istifadə edə bilmirlər. Belə insanın əlinə silah vermək, onu dağlara çıxarmaq və ya "Darvin bu insanın aşağı irq olduğunu deyir, buna görə də onu öldürə bilərsən" kimi yalanlara inandırmaq çox asanlaşır..

Bu məntiqlə böyüyən insanlar cəmiyyətə yalnız zərər gətirir. Dövrümüzün gəncləri gələcəyin yetkin insanları, rəhbərləri, dövlət adamları, tərbiyəçiləri olaraq qarşımıza çıxacaqlar. Bu səbəbdən əgər gələcəkdə bu gün olduğu kimi müasir, elmi səviyyəsi yüksək, xurafatlardan uzaq və inkişaf etmiş mədəniyyət ümid edilirsə, dövrümüzün gənclərinə də ona uyğun təhsil verilməlidir. İlk növbədə, gənclər darvinist yalanlardan, saxtakarlıqlardan xilas olmalıdır. Onlara təsadüf nəticəsində heyvanlardan təkamül keçirdikləri nağılları deyil, Allahın onları canlılar arasında ruha və ən yüksək şüura sahib varlıqlar kimi yaratdığı izah edilməlidir. Çünki gerçək olan budur.

darwinism, ideology, murder

Bu yanlış eğitim yüzünden kendi elleriyle terörist yetiştiren ülkeler, sonra da ürettikleri bu ölüm makinelerini tek tek toplamaya çalışmaktadırlar. Oysa kesin çözüm en başta bu gençlere Darwinist hurafelerden arınmış bir eğitim vermektir.

Əgər gənclər şərəfli, yüksək şüur və ruh sahibi varlıqlar olaraq yaradıldıqlarını bilsələr, buna yaraşan şəkildə davranacaqlar. Amma yalan olduğu halda, təsadüfən meydana gəldikləri, heyvanlardan təkamül keçirdikləri, meymunla ortaq əcdada sahib olduqları kimi yalanlara inandırılsalar, o zaman həyatı "mübarizə meydanı" kimi görəcək, bu mübarizədə üstün gəlmək üçün öz ağlına görə hər yolu doğru qəbul edəcəkdir. Beləcə şəfqət, sevgi, hörmət, qardaşlıq kimi insani xüsusiyyətlərdən uzaq, məsuliyyətsiz, eqoist və hər cür zalımlığı edən nəsil ortaya çıxmış olacaq. Beləliklə, heyvandan təkamül keçirməsi nağılına inanan insan özünü və digər insanları dəyərsiz hesab edəcək və şərəfli, əxlaqlı yaşamağı mənasız hesab edərək hər cür pisliyi və əxlaqsızlığı nümayiş etdirəcək.

O halda təhsil müəssisələrində, kitablarda, mətbuatda, ictimai platformalarda, qısası, hər yerdə təkamül uydurmaları ilə dünya gəncliyinin beyinlərinin yuyulmasına (uyuşdurulmasına ola bilermi?????) icazə verməmək və onları Quranın və elmin nəzərdə tutduğu ağıla, dərin düşünməyə yönəltmək lazımdır.

Belə ki, dünyada bir çox millət darvinizmin gənclərə verdiyi zərəri geri dönüşü olmayan bir şəkildə yaşayır. İngiltərədəki xuliqanlar, Almaniyadakı neo-nasistlər, Amerikada dazlar və daha bir çox ölkədə gənclərin əksəriyyəti bu gün bütün insanlıq xüsusiyyətlərini itirmiş şəkildə ətraflarına vəhşilik saçan qatillər, canilər olublar. Hazırda bu ölkələrin nəzarətdən çıxmış gənclərinə qarşı acizliyə düşmələrinin səbəbi vaxtı ikən bu gənclərə darvinist təhsilin verilmiş olmasıdır. Bu günə qədər türk milləti darvinizmdən güc alan kommunist, faşist ideologiyaların hiylələrinə aldanmayıb. Bu gün də eyni şəkildə, gəncliyi hədəfə alanların, onları bu cür yalanlarla yanıltmağa çalışanların oyunlarına aldanmayacaq.

Cənab Adnan Oktarın Kırşehir Ahi TV müsahibəsi. (15 iyul, 2008-ci il)

Aparıcı: Bu qədər çətinliklərə baxmayaraq, kitab yazdınız və bir çox kitablarınızda da hər zaman əvvəlcə təkamül nəzəriyyəsinə diqqət verdiniz. Niyə məhz əvvəlcə təkamül nəzəriyyəsini ön planda tutdunuz, yəni bunun nə qədər əhəmiyyəti var? Təkamül nəzəriyyəsi nə dərəcədə vacib mövzudur?

Adnan Oktar

Adnan Oktar: Müsəlmanların gözlərinin önünə pərdə çəkilib elə bil. "Bu hadisələrin arxasında nə dayanır? Bu qədər fitnənin, günahın arxasında nə durur? " – deyə düşünmürlər. "Bir insan dini hökmləri, İslamı niyə tənqid edir? " Bunu araşdırmırlar. "Dinsizlikdən, imansızlıqdan", – deyib keçirlər. Bəs bu adam niyə belə oldu? Adama baxdığımız zaman tək bir şey qarşımıza çıxır: darvinizm. Darvinizm bütünə inanır. Adamın batil dini mövcud olduğu müddətcə o dinə sadiq qalır. Əvvəlcə, o dinin əsassızlığı isbat edilməlidir. Biz bu böyük fitnənin, bu böyük yalanın oyun olduğunu insanlara izah edirik. Darvinizmin gizli gücünü, gizli təsirini indiyə qədər müsəlmanlar heç düşünə bilmədilər. İslam aləmində bunun fərqinə varılmadı. Məsələn, heç bir İslam alimi darvinizmə qarşı mənim kimi, bizim kimi mübarizə aparmadı. Bəlkə də, bu mövzudan bəziləri bir neçə sətir bəhs edib, amma bəziləri heç danışmayıb və ya açıqlama verməyib. Bunu da, Allaha şükür, mən bir nemət kimi görürəm. Allahın bu vəzifəni mənə və dostlarıma verməsini bu mövzuda bir nemət kimi görürəm. Amma daima müsəlmanların qanını soran, onları əridən bir sistem var. Yəni müsəlmanların qanını çəkən, peysərindən qanını əmən zəli kimi bir şeydir bu. Müsəlmanlar bunu görmürlər.

Adnan Oktar: O gücsüz varlığın haradan gəldiyini araşdırmaq əvəzinə, o sistemlə mübarizə aparırlar. Halbuki sistemlə mübarizə aparmağın ən gözəl üsulu həmin sistemin dinini ortadan qaldırmaqdır. Necə ki qarşımızdakı güc bizim dinimizi ortadan qaldırmağa çalışırsa, müsəlmanlar da onun dinini ortadan qaldırmalıdırlar. Çünki iki din mübarizə aparır: İslamiyyət və darvinizm. Darvinizm ateist, materialist dindir, yəni bütpərəst, şumerlər dövründən qalan dindir. Misir tarixinə baxdığımız zaman da, fironlar dövründə də eyni ideologiyanın, eyni batil inancın olduğunu görürük. Şumerlərdə də, akkadlarda da, bu hamısında var. Bu bütün əfsanələrdə var. Yəni köhnə fəlsəfə, sapqın bir dindir. Bu gizli dinin üstünü açmaq, ortaya çıxartmaq çox önəmlidir. Gizli olan, müsəlmanlığa qarşı olan hər şeyin mütləq üstü açılmalıdır. Məsələn, masonluq da belədir, gizlidir yəni. Çünki müsəlman çox açıq olur. Hətta saqqallı, cübbəli olur bəziləri. Yəni müəyyən vasitə ilə özünü büruzə verir. Namaz qılır, bəlli edir özünü. Amma mason özünü bəlli etməz. Müsəlmanlar da onlarla fikri mübarizə apara bilmirlər. Məsələn, mason özünü dindar kimi tanıdır, amma darvinist olur, ateist, materialist olur. İşin üstünü açmaq, ortaya çıxartmaq, anlatmaq, masonluğu izah etmək, darvinizmi izah etmək, gizli heç nə saxlamamaq çox həyati mövzulardır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Bəzi Müsəlmanlar Nə Üçün Təkamül Nəzəriyyəsini Müdafiə Edirlər?
  • Təkamülçü Müsəlmanların Görmədikləri Həqiqətlər
  • Allahın Yaratma Elmi
  • Quran Ayələri ilə Təkamülə Dəlil Gətirməyə Çalışanların Səhvi
  • Darvinizm Təhlükə Hesab Edilmədikdə Nələr Baş Verir
  • Nəticə