Bəzi Müsəlmanlar Nə Üçün Təkamül Nəzəriyyəsini Müdafiə Edirlər?

İnsanlar tarix boyunca kainatın və canlıların mənşəyi haqqında düşünmüş və bununla bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Bu fikirləri iki yerə ayıra bilərik: kainatı materialist düşüncə ilə izah etməyə çalışanlar və Allahın bütün kainatı yoxdan var etdiyini, yəni yaradılış həqiqətini görənlər.

Charles Darwin
Charles Darwin

Girişdə təkamül nəzəriyyəsinin materialist fəlsəfəyə əsaslanaraq irəli sürüldüyünü qeyd etmişdik. Materialist düşüncə kainatı təşkil edən maddənin var olan yeganə varlıq olduğunu iddia edir. Bu batil inanca əsasən, maddə sonsuzdan bəri vardır və maddəyə hakim olan başqa güc yoxdur. Materialistlər kainatın təsadüfən yarandığını, canlı aləmin də zamanla təsadüf nəticəsində cansız maddələrdən təkamül keçirərək əmələ gəldiyini qəbul edirlər. Bu yanlış düşüncəyə əsasən yer üzündəki bütün canlılar təbii təbiət hadisələri və təsadüflər nəticəsində ortaya çıxmışdır.

Başqa sözlə desək, materialist fəlsəfə canlıların yaranmasını təkamül nəzəriyyəsi ilə izah etməyə çalışır. Təkamül nəzəriyyəsi ilə materialist fəlsəfə bir-birini tamamlayan iki fikir sistemidir. Qədim Yunanıstanda ortaya çıxan bu birlik 19-cu əsrin ibtidai elm düşüncəsi çərçivəsində yenidən gündəmə gətirilmişdir. Təkamül nəzəriyyəsi materializmə dəstək verdiyi üçün elmi olub-olmadığına baxmadan materialistlər tərəfindən dərhal qəbul edilmişdir.

Təkamül nəzəriyyəsinin qarşısında isə yaradılış gerçəyi var. Elmi kəşflərin də müəyyən etdiyi kimi, maddə sonsuzdan bəri mövcud olmayıb və özbaşına da deyil. Allah maddəni yoxdan yaratmışdır. Canlılar da Allahın yaratması ilə var olmuşdur. Kainatdakı və canlılardakı mükəmməl nizam və tarazlıq bu həqiqətin açıq dəlilidir.

İnsanların ağıl və müşahidə ilə dərk edəcəyi yaradılış gerçəyi tarixin əvvəlindən bu yana din yolu ilə insanlara öyrədilmişdir. Bütün ilahi dinlər Allahın kainatı yoxdan "Ol" əmri ilə yaratdığını və kainatdakı qüsursuz proseslərin Allahın üstün yaratma gücünün dəlili olduğunu bildirmişdir. Bu həqiqət Quranın bir çox ayələrində də qeyd edilir. Allah "Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: "Ol!" – deyər, o da olar." (Bəqərə surəsi, 117) ayəsi ilə yoxdan və möcüzəvi şəkildə yaratdığını bildirmişdir. "Ənam" surəsində isə belə buyurulur:

nature

Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: “Ol!” – dediyi gün hər şey olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, hər şeydən Xəbərdardır. (Ənam surəsi, 73)

Müasir elm materialist-təkamülçü iddiaların əsassızlığını, yaradılış gerçəyini və təsadüfə qətiyyən yer olmadığını bizə göstərir. Göyün, yerin və bütün canlı varlıqların araşdırılması ilə ortaya çıxan hər incəlik Allahın sonsuz gücünün dəlilidir.

Materializmlə Allah inancı arasındakı fikri müxtəliflik dinlə dinsizlik arasındakı ən əsas fərqdir. Allah Quranda inkar edənlər haqqında "Bəlkə, onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?" (Tur surəsi, 35) deyə buyuraraq, onların yaradılış qarşısındakı batil iddialarına diqqət çəkir. İnkar edənlər tarix boyunca kainatın və insanların "yaradılmadığı" yalanını irəli sürmüş və bu mənasız iddianı doğru göstərmək üçün müxtəlif üsullar axtarmışlar. 19-cu əsrdə isə Darvinin nəzəriyyəsi ilə bu mövzuda böyük irəliləyiş əldə etdilər.

Bir müsəlman bu mövzuda fikri “uyğunluq” axtara bilməz. Əlbəttə ki, insanlar istədikləri kimi düşünə, istədikləri nəzəriyyəyə də inana bilərlər. Lakin Allahı və yaradılışı inkar etmək məqsədi ilə ortaya atılan nəzəriyyə ilə həmfikir olmaq mümkün deyil. Bu, tamamilə yersiz cəhddir.

Belə cəhdin müsəlmanlara zərər verəcəyini bilən təkamülçülər dindarları bunun üçün səy göstərməyə məcbur edirlər.

Təkamülçü yaradılış düşüncəsi darvinistlər tərəfindən təşviq edilir

Təkamül nəzəriyyəsini kor-koranə müdafiə edən alimlər elm sahəsində əldə edilən yeniliklər qarşısında hər gün daha da çıxılmaz vəziyyətə düşürlər. Çünki hər yeni kəşf nəzəriyyələrinin əleyhinə olur və yaradılışı təsdiq edir. Buna görə də təkamüllə bağlı kitablarda elmi faktlar deyil, demaqogiya üstünlük təşkil edir. Hətta tanınmış təkamülçü elmi jurnallar da bu nəzəriyyənin düşdüyü vəziyyəti etiraf etməyə məcbur olur. Elmi müzakirələr yaradılışı müdafiə edən alimlərin qələbəsi ilə yekunlaşır və təkamülçülərin çarəsizliyinə bütün dünya şahid olur.

Məhz bu məqamda digər saxtakarlıq nümunəsi olan təkamüllə yaradılış yalanı materialistlərin imdadına çatdı. Təkamülçülər inanclı insanların dəstəyini almaq və onların bu nəzəriyyəyə qarşı apardıqları fikri mübarizəni zəiflətmək üçün təkamüllə yaradılış yalanını dəstəkləyərək fərqli üsulu sınaqdan keçirirlər. Özləri Allaha inanmadıqları, təsadüfü ilahlaşdırdıqları (Allahı tənzih edirik), yaradılışa tamamilə qarşı olduqları halda, nəzəriyyələrinin daha tez qəbul ediləcəyini düşündükləri üçün bəziləri Allahın canlıları təkamüllə yaratdığı yalanına qarşı səs çıxartmır, hətta çox vaxt bu fikrə dəstək olurlar. Lakin bu ancaq taktikadır. Təkamülçülər dinə və yaradılışa tamamilə qarşıdırlar. Hətta yaradılış gerçəyinin cəmiyyət tərəfindən qəbul edilməməsi üçün lazım gələrsə, təkamül nəzəriyyəsi ilə yaradılış arasında uyğunluq varmış kimi göstərə bilərlər. Çünki bununla yaradılışı müdafiə edənlərin gücünü qıracaqlarını düşünürlər.

Bu zaman Allahın bütün kainatın Yaradıcısı olduğuna iman gətirib, elmin ortaya qoyduğu həqiqətlərə göz yumaraq təkamül nəzəriyyəsinə dəstək olmaq, üstəlik Qurandakı açıq-aydın izahlara baxmayaraq, təkamülün Qurana uyğun olduğunu iddia etmək çox böyük xətadır. İnanclı insanlar bu yolla materialist fəlsəfəyə dəstək olduqlarının fərqinə varmalı və bundan əl çəkməlidirlər.

"Təkamülü inkar etmək elmi inkar etməkdir" yalanı

Hazırda bütün canlıların təkamül nəticəsində meydana gəldiyini müdafiə edən müsəlmanların sayı həddindən çoxdur. Bunun səbəbi isə bu insanların bilgi əskikliyi, yanlış fikirləri və xüsusilə elmi mövzulardakı bəzi səhv məlumatlarıdır. Bunlardan ən başlıcası isə təkamül nəzəriyyəsinin elmi və sübut edilmiş həqiqət olduğu yalanıdır.

Bu insanlar bilməlidirlər ki, təkamül nəzəriyyəsi müasir elm qarşısında bütün gücünü itirmişdir. Həm molekulyar, həm bioloji, həm də paleontologiya sahələrində aparılan tədqiqatlar canlıların təkamül prosesi nəticəsində əmələ gəldiyi iddiasını yerlə bir etmişdir. Elmi faktlara baxmayaraq, təkamül nəzəriyyəsinin bu qədər gündəmdə qalmasının səbəbi isə təkamülçülərin demaqoqluğu, gətirdikləri yanlış nümunələr, sözlərdən istifadə edərək insanların gözünü boyamağa və saxtakarlıqlarla xalqı aldatmağa çalışmalarıdır. Təkamülçülərin qəsdən xalqın başa düşmədiyi elmi terminləri tez-tez işlətdikləri söhbət və yazıları araşdırsaq, nəzəriyyənin lehinə olan heç bir dəlil irəli sürmədiklərini görərik.

Darvinist nəşrləri diqqətlə incələsək, bunu görmək mümkündür. Heç vaxt dəqiq elmi dəlillərə əsaslanan izahları olmur. Təkamül nəzəriyyəsinin əsas çətinlikləri bir neçə cümlə ilə ötüşdürülür. Təbiət tarixi haqqında da bir çox hekayələr yazılır. İlk canlının cansız maddədən necə əmələ gəldiyi, fosil qeydlərindəki çatışmazlıqlar, canlılardakı kompleks sistemlər kimi əsas mövzuların üzərində heç durmurlar. Çünki açıqlayacaqları hər şey məqsədlərinə qarşı olacaq və nəzəriyyələrinin saxtakarlığını göz önünə sərəcəkdir.

Belə ki, nəzəriyyənin banisi Çarlz Darvin canlılardakı kompleks sistemlərdən biri olan gözü düşündükdə nəzəriyyəsindəki çatışmazlığı görmüş və "gözü düşünmək məni nəzəriyyəmdən soyutdu", – deyə etiraf etmişdir. Darvin kimi hazırki təkamülçü alimlər də kompleks sistemlərin təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə saldığını bilirlər. Lakin bunları dilə gətirmək əvəzinə, demaqoqluq etməyi, elmi dəlillər əvəzinə ssenarilər yazaraq özlərini üstün göstərməyə çalışmağı və müxtəlif yalanlarla təkamül nəzəriyyəsinə elmi don geyindirərək insanlara zorla qəbul etdirməyi üstün tuturlar.

Bütün bunları təkamülçülərlə yaradılışı müdafiə edən insanların qarşılaşdığı müzakirələrdə, təkamülçü məqalələrdə və ya sənədli filmlərdə görmək mümkündür. Onsuz da təkamülçülərin elmi dəlillərə dayanaraq ağıllı davranmaq kimi dərdləri yoxdur. Onlar üçün əsas olan cəmiyyəti təkamülün elmi həqiqət olduğuna inandırmaq, bunun üçün də gözdən pərdə asan "elmilik" yaratmaqdır. (Ətraflı məlumat üçün baxın: "Darwinizm'in Karanlık Büyüsü", Harun Yahya)

Təkamülçü müsəlmanlar da bu nəzəriyyənin saxta elmi görünüşündən təsirlənirlər. Xüsusilə də darvinistlərin istifadə etdikləri "təkamül nəzəriyyəsinə inanmayan doqmatikdir", "təkamül nəzəriyyəsinə inanmayan elmdən uzaqdır" kimi əsassız şüarlarından narahat olur və inanclarından çəkinirlər. Aktual olmayan bilgilərin, təkamülün təbliğat vasitəsi olan əsərlərin təsiri altında qalıb təkamülün canlıların əmələ gəlməsini izah edən yeganə nəzəriyyə olduğunu zənn edirlər. Elm dünyasındakı yenilikləri, təkamül nəzəriyyəsindəki ziddiyyətləri və bu nəzəriyyənin bütün iddialarının qüvvədən düşdüyünü bilmədiklərinə görə, dinlə təkamülü uyğunlaşdırmağa çalışırlar.

Əslində isə, təkamül və yaradılış bir-birinin əksidir. Təkamül nəzəriyyəsinin əsassızlığının sübut edilməsi nəticəsində yaradılışın gerçək olduğu qəbul edilir.

Buna görə də təkamül nəzəriyyəsi ilə bağlı müzakirələr materialistlər üçün "mübarizə yeri" hesab edilir. Mövzu ilə bağlı müzakirələri elmi yanaşma deyil, birbaşa ideoloji mübarizə olaraq görürlər. Yaradılışı müdafiə edənlərin qarşısını almaq üçün hər cür üsula əl atırlar.

Təkamül nəzəriyyəsini müdafiə edən müsəlmanlar bu fikri mübarizənin fərqinə varmalıdırlar. Darvinizm hər hansı elmi fakt deyil, insanlara Allahı inkar etdirmək üçün ortaya atılan və müdafiə edilən fikir sistemidir. Bir müsəlmanın heç bir elmi əsası olmayan nəzəriyyəni təbliğatlara aldanaraq mənimsəməsi qəbuledilməzdir.

Təkamülçülərin çoxluğundan təsirlənmələri

Prof. Arda Denkel

Təkamülçülərin insanları öz tərəflərinə çəkmək üçün istifadə etdikləri təbliğ üsullarından biri də "nəzəriyyə bütün elm dünyası tərəfindən qəbul edilir" yalanıdır. Başqa sözlə desək, təkamülçülər ətrafdakı insanlara özlərinin hər zaman çoxluq təşkil etdiklərini və çoxluğun hər zaman doğru olduğunu təlqin edirlər. "Bu qədər insanın təkamülü müdafiə etdiyinə, universitetlərdə əksəriyyətin təkamülə inandığına görə nəzəriyyə doğrudur" məntiqi ilə cəmiyyət, həmçinin inanclı insanlar üzərində psixoloji təzyiq yaratmağa çalışırlar.

Təkamülçülərin bu yalnış təbliğat üsulu təkamülçü olan Boğaziçi Universitetinin keçmiş fəlsəfə professoru mərhum Arda Denkel tərəfindən belə izah edilmişdir:

"Təkamül nəzəriyyəsini bir çox tanınmış insanların və təşkilatların təkamülü mənimsəməsimi sübut edəcək? Yoxsa məhkəmə qərarları ilə doğruluğu sübuta yetiriləcək? Doğruluğu təmin edən şey hörmətli və vəzifəli şəxslər tərəfindən doğru hesab edilməkdirmi? Bir tarixi faktı xatırlatmaq istəyirəm. Qalileo Qaliley dövrünün bütün hörmətli insanlarına, hüquqşünaslarına və xüsusilə də alimlərinə təkbaşına qarşı çıxıb, doğru olanı söyləyib müdafiə etmirdimi? İnkvizisiya məhkəmələrinin digər fəaliyyətləri də ortaya buna bənzər mənzərələr qoymadımı? Cəmiyyətdə hörmətli və vəzifəli insanları tərəfinə çəkmək nə doğruluq, nə də birbaşa elmiliklə əlaqəli bir şeydir".1

Arda Denkelin də diqqət çəkdiyi kimi, bir nəzəriyyənin əksəriyyət tərəfindən qəbul edilməsi onun doğruluğuna dəlil deyil. Elm tarixi öncə azlıq, daha sonra isə hər kəs tərəfindən qəbul edilən həqiqətlərlə doludur.

Yaratılış gerçeğini kabul eden bilim adamlarından bazıları (soldan sağa): Harvard Üniversitesi'nde astronomi ve bilim tarihi profesörü olan Prof. Owen Gingerich, Almanya Max-Planck-Gesellschaft Üniversitesi'nde fizik profesörü Prof. Carl Friedrich von Weizsacker, Oregon State Üniversitesi'nde kimya profesörü Prof. Dr. Donald Chittick, Oxford Üniversitesi fizik profesörlerinden Prof. Robert Matthews, Lehigh Üniversitesi'nde biyoloji profesörü Michael J.Behe, Washington Üniversitesi'nden Anatomi Profesörü David Menton.

Məsələnin digər tərəfi isə odur ki, bu gün təkamül nəzəriyyəsi hesab edildiyi qədər "bütün elm dünyası tərəfindən qəbul edilən nəzəriyyə" deyil. Son 20-30 il ərzində təkamül nəzəriyyəsini qəbul etməyən elm xadimlərinin sayı sürətlə artır. Əksəriyyəti kainatdakı və canlılardakı qüsursuzluğu görərək darvinizm doqmasından özlərini xilas edirlər. Bu elm xadimlərinin təkamülün əsassızlığını ortaya qoyan saysız-hesabsız araşdırmaları var. Hər biri əsasən Avropa və Amerika olmaqla dünyanın müxtəlif ölkələrindəki tanınmış universitetlərə mənsub olan bu insanlar biologiya, biokimya, mikrobiologiya, anatomiya, paleontologiya kimi elm sahələrində ixtisaslaşmış akademiklərdir. (Ətraflı məlumat üçün baxın: "Batı Dünyası Allah'a Yöneliyor", Harun Yahya, "Quran elmə yol göstərir" , Harun Yəhya) Qısası, elm dünyasının əksəriyyətinin təkamülə inandığına dair fikir irəli sürmək çox yanlışdır.

Lakin yenə də yuxarıda qeyd etdiyimiz kimi, təkamülçülər çoxluq təşkil etsələr belə bunun bir mənası yoxdur. Çoxluğun mənimsədiyi anlayışı “mütləq doğrudur” deyə qəbul etmək doğru deyil. Bu həqiqət təkamül nəzəriyyəsini qəbul edən müsəlmanlar tərəfindən də bilinməlidir. Quranda bildirildiyi kimi, tarixdəki bir çox inkarçı qövmlər Allahı və dinini inkar etmək üçün özlərinin çoxluq təşkil etdiklərini söyləyərək insanları doğru yoldan döndərməyə çalışmışlar.

Allah bu batil düşüncəyə qarşı iman gətirənləri xəbərdar etmiş və çoxluğa tabe olmanın insanları yoldan azdıracağını belə bildirmişdir:

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Bəzi Müsəlmanlar Nə Üçün Təkamül Nəzəriyyəsini Müdafiə Edirlər?
  • Təkamülçü Müsəlmanların Görmədikləri Həqiqətlər
  • Allahın Yaratma Elmi
  • Quran Ayələri ilə Təkamülə Dəlil Gətirməyə Çalışanların Səhvi
  • Darvinizm Təhlükə Hesab Edilmədikdə Nələr Baş Verir
  • Nəticə