Cahil cəmiyyətlərdə insanlar birbiri ilə yalnız mənfəət xatirinə münasibət qurur. Bir insanın digərinə qayğı göstərməsinin arxasında mütləq mənfəət güdülməsi dayanır. Təbii ki, bu vəziyyət cahil cəmiyyətin bir çox üzvü tərəfindən də dərk edilir. Bunun nəticəsi olaraq da bu insanlar onlara göstərilən münasibətin müqabilində "görəsən necə bir mənfəət gözləyir" şəklində fikirləşirlər. Əgər bir kimsə yeni bir "dünyagörüşü" yaratmağa çalışsa, bu refleks yenə dəyişməz. Həmişə "mənə bunu başa salmaqda nə marağı var" sualı ağıllarının bir küncündə durur.