Şövq və həyəcan möminlərə nə qazandırır?

Güc və qüvvə qazandırır...

İnsanlar həyatı boyu özlərini həm zehni, həm də fiziki baxımdan gücləndirə bilmənin üsullarını axtarırlar. Bunun üçün elmin və tibbin bütün imkanlarından istifadə edir, müxtəlif dərmanlar və ya zehni məşqləri ilə irəliləyiş əldə etməyə çalışırlar. Lakin həyatlarının sonuna qədər onları canlı, həyat eşqi ilə dolu, şövqlü saxlayan vasitəni tapa bilmirlər.

İnsanı həm zehni, həm də fiziki baxımdan güclü saxlayan şey imandır. İnsanın qəlbindəki Allah qorxusu onu hər an ayıq, gözüaçıq və güclü saxlayır. Allah möminlərə imanlarına və Qurana bağlı olmalarına görə sarsılmaz güc verir. İman gətirənlərin Allah’ın rizasını qazanmaq üçün göstərdikləri istək və şövqləri onlara bu bitib-tükənmək bilməyən gücü qazandırır. Dünya həyatının çox qısa olduğunu, hər an ölə biləcəklərini və hesab gününün yaxınlığını unutmamaları onların zəiflik göstərmədən hər an gümrah və canlı olmalarına kömək edir. İmanın şövqü ilə bir işi qurtardıqda digərinə başlayacaq və dayanmadan xeyirlərdə yarışacaq qədər böyük bir enerji qazanırlar. Qəlblərindəki şövq və həyəcan ilə gecə-gündüz heç fasilə vermədən xeyirli işlər, saleh əməllər edə bilirlər.

Möminlər qazandıqları bu fiziki güclə yanaşı, zehni baxımdan da diqqət və şüur açıqlığı əldə edirlər. Hadisələrin ən dolaşıq tərəflərini asanlıqla görə bilir, heç kimin ağlına gəlməyən həll yolu yarada bilir, hadisələri ən doğru şəkildə təhlil edə bilir, ən doğru nəticələri çıxara bilirlər. Fiziki baxımdan ən yorğun olduqları anlarda belə yaşadıqları şövqün təsiri ilə zehin açıqlığına sahib ola bilirlər. Allah’ın izni ilə hər işlərini ən həssas və mükəmməl şəkildə görərək uğurlu nəticələr əldə edirlər. Qısası, şövqlə gördükləri hər işdə bitməyən əzmkarlıq və güc nümayiş etdirir və heç zəiflik hiss etmirlər. İstədikləri nəticəni əldə etmədikdə isə bunda mütləq bir xeyir olduğunu bilir, əsla ümidsizliyə qapılmır, şövqlərini itirmir və Allah’ın izni ilə dünya həyatının iman gətirənlərin lehinə olacağını bilirlər.

 

Allah’ın köməyini və dəstəyini qazandırır...

Quranda “...Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir.” (Həcc surəsi, 40) ayəsi ilə Allah dininə bağlananlara dünya həyatında kömək edəcəyini vəd etmişdir.

Quranda Allah’ın möminlərə olan bu köməyinə nümunə olaraq, Talut və ordusunun həyatından bəhs olunmuşdur. Calutun ordusuna qarşı vuruşan Talutun ordusundakı insanlardan bəziləri zəiflik göstərmiş və vuruşmağa gücləri olmadığını söyləmişlər. Həqiqətən, iman gətirmiş və Allah’a şövqlə qulluq edənlər isə: “Neçə-neçə az saylı dəstələr Allah’ın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” (Bəqərə surəsi, 249) - deyərək cəsarət göstərmiş və Allah’ın yardımına sığınmışlar. Allah bu saleh qullarını yardımı ilə dəstəkləmiş və çox kiçik dəstə olduqları halda, onları Calutun ordusuna qalib etmişdir. Quranda Allah’ın bu yardımı belə izah olunmuşdur:

Talut qoşunla birlikdə yola düşdükdə (əsgərlərinə) dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir. ”Onların az bir qismi istisna olmaqla, (hamısı) ondan su içdilər. (Talut) onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra (bəziləri) dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq.” Allah’la qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allah’ın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir. Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: “Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” (Möminlər) Allah’ın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır. (Bəqərə surəsi, 249-251)

Bununla yanaşı, Allah Ona qəlbən təslim olan şəxslərin qəlblərinə bir inam və hüzur duyğusu verərək onların imanlarını artırır və mənəviyyatlarını gücləndirir. Bu, Allah’ın dinə şövqlə bağlanmalarına qarşı möminlərə etdiyi köməkdir. Qəlblərində yaşadıqları bu hüzur və inam duyğusu müsəlmanların hansı çətinlik və sıxıntı ilə qarşılaşmasından asılı olmayaraq, şövqlərini itirməmələrinə və əsla zəiflik göstərməmələrinə kömək edir. Quranda Allah’ın möminlərin şövqlərinə qarşı verdiyi dəstək belə bildirilir:

“Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allah’ındır. Allah biləndir, müdrikdir.” (Fəth surəsi, 4)

“Möminlər ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. (Allah) onların qəlbində olanı bildi, onlara rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı.” (Fəth surəsi, 18)

“Sonra Allah Öz Elçisinə və möminlərə əminlik nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası. ”
(Tövbə surəsi, 26)

Quranda inkar edənlərin Peyğəmbərimizi öldürmək üçün tələ qurduqları anda Allah’ın hz. Muhəmmədi (s.ə.v) qatından hüzur və inam duyğusu ilə dəstəklədiyi bildirilir:

“Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allah’ın sözü ucadır. Allah qüdrətlidir, müdrikdir.” (Tövbə surəsi, 40)

Allah’ın Quran ayələri ilə bildirilən bu köməyi və dəstəyi möminlərin şövqləri sayəsində dünyada alacaqları qarşılıqlardan biridir. Axirətdə alacaqları qarşılıq isə, şübhəsiz ki, daha böyükdür.

 

Cənnəti qazandırır...

Allah iman gətirib saleh əməllər edənləri belə müjdələyir:

“İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü altından çaylar axan cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: “Bu ki, əvvəlcə bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki, onlara (dünyadakının) oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar.” (Bəqərə surəsi, 25)

Allah bu neməti onların dünya həyatında göstərdikləri şövq və cəhdlərə qarşı verir. Çünki müsəlmanlar “Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə tələsin.” (Ali İmran surəsi, 133) ayəsini ən gözəl şəkildə həyatlarına keçirmiş və cənnətə qovuşmaq üçün ömür boyu şövqlə yarışmışlar. Allah “...Kim yaxşı bir iş görsə, (bilsin ki,) Allah əvəzini verəndir, biləndir.” (Bəqərə surəsi, 158) ayəsində də bildirdiyi kimi, könüldən, yəni şövqlə edilən xeyir işlərə mükafatını verir. Buna görə də möminlər dünya həyatında etdikləri zərrə qədər xeyirin də iki qat qarşılığını alacaq və Allah onlardan, onlar da Allah’dan razı qalacaqlar:

Allah dedi: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün altından çaylar axan və içində əbədi qalacaqları cənnət bağları hazırlanmışdır.Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur.” (Maidə surəsi, 119)

(O gün möminə deyiləcəkdir): “Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda, öz Rəbbinə tərəf dön! Mənim qullarımın (cərgəsinə) keç! Cənnətimə daxil ol! ” (Fəcr surəsi, 27-30)

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Şövq nədir?
  • Cahiliyyə cəmiyyətinin şövq anlayışı
  • Möminlərin şövqü
  • Şeytanın möminlərin şövqünü qırmaq səyləri
  • Möminlərin şövqü hansı rəftarından aydın olur?
  • Möminləri nə həyəcanlandırır?
  • Şövq və həyəcan möminlərə nə qazandırır?
  • Dini səthi yaşayan insanların şövqsüzlüyü
  • Şövqsüz və həvəssiz edilən işlər nə ilə nəticələnir?
  • Şövqsüzlükdən xilas olmağın yolu
  • Nəticə
  • Təkamül yalanı
  • Yaradılış həqiqəti 1
  • Yaradılış həqiqəti 2