Şeytanın möminlərin şövqünü qırmaq cəhdi

Əvvəlki səhifələrdə möminlərin şövq və həyəcanın müvəqqəti olmadığından bəhs etdik. Ancaq unutmamaq lazımdır ki, möminlərin şövqündəki bu davamlılıq və sabitlik onların səmimi imanlarından qaynaqlanır. Yoxsa dünya həyatında yaradılan imtahanın gərəyi olaraq şeytan əks yöndə davamlı ciddi mübarizə aparır və şövqlərini qırmaq üçün bütün gücü ilə çalışır.

Şeytanın dünyadakı hədəfi mənasız düşüncə və vəsvəsələrlə insanları gizli şəkildə aldatmaq və beləcə, müsibətə sürüməkdir. Ayədə şeytanın bu yöndə göstərdiyi fəaliyyət “Onları hökmən sapdıracaq, xülyalara salacağam…” (Nisa surəsi, 119) şəklində ifadə edilmişdir.

Şeytan bütün insanlara olduğu kimi, inananlara da müxtəlif yollarla yaxınlaşmağa, xeyirli və gözəl olan şeyləri onlara şər kimi göstərməyə çalışır. Bəzi hadisələrin çıxış yolu olmadığını göstərib yarı yoldan geri çevirməyi və faydalı işlərin yarımçıq buraxılmasını istəyir. İşi çətin göstərib insanları ruhdan salmağa, ümidsizliyə sövq etməyə çalışır. Tənbəlliyi təşviq edib işləri gecikdirməyi, iradəsizlik göstərmələrini istəyir.

Ancaq Quranda şeytanın bütün bu cəhd və hiyləsinin son dərəcə zəif olduğuna diqqət çəkilmişdir:

“(Şeytan) onlara vədlər verir, ürəklərində arzular oyadır. Lakin şeytan onlara yalnız yalan vədlər verir.” (Nisa surəsi, 120)

“ ... Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir!” (Nisa surəsi, 76)

Quranda imanı tam qavramadıqları bildirilən insanlar isə ağıl və vicdanlarından lazımi qədər istifadə etmədiklərinə görə, şeytanın bu tələsinə asanlıqla düşürlər. Çünki bu insanlar iman etdiklərini söyləyən, amma qəlblərində imanın dərinliyini yaşamayan kəslərdir. Buna görə, Allah`ın rizasını və cənnətini deyil, dünya həyatının keçici bəzəklərini əldə etməyi hədəf götürürlər. Məqsədlərinin möminlərdən tamamilə fərqli olduğuna görə şeytanın çağırdığı həyatı cazibəli görür, səsinə razılıq verirlər. Halbuki, şeytan hər mövzuda olduğu kimi, bu mövzuda da insanları yalnız mənasız aldanışa və sonsuz əzab yurdu olan cəhənnəm atəşinə çağırır.

Səmimi möminlər isə həyatlarını Quran əxlaqı yönündə qurduqları üçün şeytanın özlərinə hansı tələlərlə yanaşacağını, qurduğu hiylənin nə qədər zəif olduğunu çox yaxşı bilən insanlardır. Bu səbəblə, şeytanın şövqlərini qırmasına əsla izn verməzlər. Quranda möminlərin bu mövzuda göstərdiyi qərarlı və səmimi davranış belə bildirilmişdir:

“Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allah`a sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allah`dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar. Öz qardaşlarını azğınlığa sürükləyər, sonra da əl çəkməzlər.” (Əraf surəsi, 200-202)

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Şövq nədir?
  • Cahiliyyə cəmiyyətinin şövq anlayışı
  • Möminlərin şövqü
  • Şeytanın möminlərin şövqünü qırmaq səyləri
  • Möminlərin şövqü hansı rəftarından aydın olur?
  • Möminləri nə həyəcanlandırır?
  • Şövq və həyəcan möminlərə nə qazandırır?
  • Dini səthi yaşayan insanların şövqsüzlüyü
  • Şövqsüz və həvəssiz edilən işlər nə ilə nəticələnir?
  • Şövqsüzlükdən xilas olmağın yolu
  • Nəticə
  • Təkamül yalanı
  • Yaradılış həqiqəti 1
  • Yaradılış həqiqəti 2