Möminlərin yaşadığı şövq və həyəcan cahiliyyə cəmiyyətində hakim olan mənfəətə əsaslanan şövq anlayışından çox fərqlidir. İnananların şövqü Allah`a olan sevgi və bağlılıqlarından qaynaqlanır. Onlar sevgilərini cahiliyyə cəmiyyəti kimi həvəslə dünyaya deyil, özlərini yoxdan var edən, ruzi verən, yaşadan, sonsuz mərhəmət və şəfqətli olan Allah`a yönəltmişlər.
Bunun ən əhəmiyyətli səbəbi isə möminlərin hadisələri açıq şüurla qiymətləndirmələridir. Həyatı Allah`ın verdiyini, yer üzündəki canlı-cansız hər varlığı Allah`ın qoruduğunu və Onun xaricində bütün varlıqların Ona möhtac olduğunu bilirlər.
Allah`a duyduqları sevgi və bağlılığın nəticəsi olaraq həyatları boyu Allah`ın rizası üçün səy göstərirlər. Allah`ın rizasını qazanmaq istəyi möminlərin ən əhəmiyyətli şövq və sevinc qaynağıdır. Allah`ın rizasını qazanmaq və Allah`ın möminlər üçün hazırladığı cənnətə qovuşmaq arzusu onlara bitib-tükənməyən mənəvi güc və şövq qazandırır.
“Möminlər yalnız Allah`a və Peyğəmbərinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri sadiq olanlardır!” (Hucurat surəsi, 15) |
Yuxarıdakı ayədə də göründüyü kimi, Allah Quranda möminləri iman edib sonra da heç bir şübhəyə düşmədən Allah`ın rizasını qazanmaq üçün səy göstərənlər kimi təyin etmişdir. Möminlərin bu xüsusiyyəti, heç şübhəsiz ki, şövqlü olduqlarını göstərir. Çünki hər nə olursa olsun, bir ömür boyu, həm də heç bir şübhəyə qapılmadan inandıqları dəyərlərə görə səy göstərmələri ancaq imanın qazandırdığı şövqlə mümkün olur.
Möminlərin şövqünə dəstək olan bir başqa səbəb də onların “...Ona (Allah`a) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allah`ın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!” (Əraf surəsi, 56) ayəsində bildirildiyi kimi, həyatlarının sonuna qədər qorxu və ümid arasında yaşamalarıdır. Qorxu ilə ümid arasında yaşamağın mənası isə budur: iman edənlər Allah`ın özlərindən razı olub-olmadığından və cənnətə layiq əxlaq göstərib-göstərmədiklərindən heç vaxt tam əmin ola bilməzlər. Bu səbəblə də hesab günündə Allah`ın əzabı ilə qarşılaşmaqdan çəkinir və davamlı əxlaqlarını gözəlləşdirmək üçün səy göstərirlər. Eyni zamanda, Allah`ın rizasını, sevgisini qazanmaq üçün əllərindən gələn bütün səyi göstərdiklərini vicdani olaraq bilirlər. Buna görə, sonsuz mərhəmət sahibi olan Allah`ın rəhmət və cənnətinə qovuşmağı çox ümid edirlər. Bu iki hissi, yəni qorxu və ümidi eyni anda yaşadıqları üçün heç vaxt göstərdikləri cəhdi kafi bilməz, özlərini səhv və nöqsanlardan uzaq görməzlər. “... Rəbbindən və pis haqq-hesabdan qorxurlar” (Rəd surəsi, 21) ayəsi ilə də bildirildiyi kimi, Allah`ın əzabından çəkinir və dinə şövqlə sarılırlar. Allah qorxusu onları şövqləndirir və beləcə, həvəsdən düşüb zəiflik göstərməsinə mane olur. Allah`ın iman edib saleh əməllərdə olanları cənnətlə müjdələdiyini bilmək də onları canlandırır. Göründüyü kimi, möminlərin şövqü cahiliyyə cəmiyyətinin şövq anlayışından tamamilə fərqlidir. Onların gəlib keçici həyəcanları ilə müqayisədə möminlərdə Allah inancına dayanan davamlı coşqunluq vardır. Allah`ın bu şövqlərinə qarşı inananlara vəd etdiyi müjdə isə belədir:
İman gətirən bir insanın səmimiyyəti ibadətlərini yerinə yetirərkən göstərdiyi diqqət və şövqdə özünü büruzə verir. Uca Rəbbimizin fərz etdiyi 5 vaxt namaz, dəstəmaz və oruc kimi ibadətləri həyatı boyunca şövqlə yerinə yetirir. İbn Ömərdən (r.ə) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.v) belə buyurmuşdur:
"İslam dini beş təməl üzərində qurulmuşdur: Allah`dan başqa ilah olmadığına və hz. Muhəmmədin (s.ə.s) Allah`ın elçisi olduğuna şəhadət gətirmək. Namaz qılıb, zəkat vermək, Allah`ın evi Kəbəni ziyarət etmək və Ramazan orucunu tutmaq". (Buxari, İman 1, 2, Tefsiri sure(2) 30; Müslim, Îmân 19-22. Xüsusilə bax. Tirmizî, Îmân 3; Nesâî, Îmân 13)
Möminin şövqü Allah inancından qaynaqlandığı üçün daimidir, dərindir, cahiliyyə cəmiyyətindəki qısa sürən şövq anlayışından tamamilə fərqlidir. Allah Ona qarşı duyduqları sevgidən və dərin qorxudan qaynaqlanan şövqləri qarşılığında möminləri belə müjdələmişdir:
“Möminlərə Allah tərəfindən böyük bir mükafat bəxş ediləcəyi ilə müjdə ver!” (Əhzab surəsi, 47) |
Hər insanın imanı, Allah`a olan yaxınlığı və bağlılığı bir deyil. Allah möminlərin bu mövzuda öz aralarında müxtəlif dərəcələrdə olduqlarını bildirmişdir. Aralarında yarışıb önə keçənlərin olduğu kimi , orta yol tutanlar və ya qəlblərində xəstəlik olanlar da vardır:
“Sonra kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik. Onlardan kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də Allah`ın izni ilə yaxşı işlərdə irəli keçər. Bu, böyük lütfdür!” (Fatir surəsi, 32) |
Yarışıb önə keçənlərə bu gücü verən, əlbəttə ki, Allah`a olan bağlılıqları və hörmət dolu qorxularıdır. Daxilən səmimi imanları onlara Allah`ın rizasını qazanmaq yolunda yarışıb önə keçəcək qədər güclü şövq qazandırır. Quranda Allah yolunda malları və canları ilə səy göstərib önə keçən bu kəslərin Allah qatında dərəcə baxımından da üstün edildiyi bildirilmişdir:
“Zərər çəkmədən əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları əyləşənlərdən dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına vəd etmişdir. Allah mücahidlərə oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir.” (Nisa surəsi, 95-96) |
Orta yolu tutanlar isə Allah`ın rizasını qazanmaq üçün canla-başla səy göstərmək olduğu halda, orta yolu seçən kəslərdir. Onların axirətdəki durumu, əlbəttə, yarışıb önə keçənlərlə eyni olmayacaq.
Allah “Aranızda elələri də vardır ki, ağır tərpənər” (Nisa surəsi, 72) ayəsi ilə mömin birliyi içində şövq baxımından geri qalan üçüncü qrup insana diqqət çəkir. Yuxarıda “Fatir” surəsindəki ayədə bildirildiyi kimi, bu insanlar öz nəfslərinə zülm edirlər. Qurana görə, bu adamların axirətdə alacaqları qarşılıq da fərqli olacaq. Yarışıb önə keçənlər Allah qatında böyük dərəcələrlə qarşılıq görərkən şövqsüz və ağır tərpənənlər tövbə edib bu durumlarını düzəltməsələr, etdiklərinin boşa getdiyini görəcəklər.