Allah Quranın bir çox ayəsində şövqün əhəmiyyətinə diqqət çəkmiş və möminlərin sərhəd tanımadanbir-birlərini təşviq edib gücləndirmələrini tövsiyə etmişdir. "...Möminləri də təşviq et!..." (Nisa surəsi, 84) ayəsi ilə də əmr edildiyi kimi, inananları şövqləndirmək Quran əxlaqını yaşayan insanlar üçün önəmli bir ibadətdir.
Bu ayənin işarəsi yönündə bu kitabda möminlərin həyatlarının sonuna qədər hər an daha da artan şövqlərindən bəhs edəcəyik. Məqsəd bütün inananlara şövqün nə qədər böyük bir nemət və möminlərin gücünü necə artıran bir xüsusiyyət olduğunu göstərməkdir. Eyni zamanda şövqün istənilən şərtlərdə möminləri müvəffəqiyyətli edən əhəmiyyətli bir sirr olduğunu açıqlamaq, səbr və təvəkküllə çətinliklərə sinə gərib şövqlərini itirməyənlərə vəd edilən gözəllikləri müjdələməkdir. Allahın çağırışına tabe olanmöminləri hazırlamaq, təşviq edib cəsarətləndirmək və onlara "genişliyi göylərlə yer üzü qədər olan" (Ali-İmran surəsi, 133) cənnətə qovuşmaq üçün yarışmalarını bir dəxatırlatmaqdır.