Uca Allah Qurani-kərimdə İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirmişdir. Peyğəmbərimiz (səv) də hədislərində bu böyük, mübarək hadisəyə axırzamanda hz. Mehdinin (əs) vəsilə olacağını xəbər vermişdir. Quran əxlaqına uyğun olaraq və Peyğəmbərimizin (səv) bildirdiyi kimi, İslam əxlaqı sevgi ilə hakim olacaq. İslam əxlaqının hakim olması ilə yer üzü sülh və əmin-amanlığa qovuşacaq, hər cür qarışıqlığa, münaqişəyə, anarxiya və terrora son qoyulacaq. Axırzamanın qarışıqlığından və zülmündən əziyyət çəkən insanlar İslam əxlaqını yer üzünə hakim edəcək hz. Mehdinin (əs) ədalətindən, mərhəmətindən, comərdliyindən, sevgisindən, diqqətindən razı qalacaqlar. Axırzamanda hz. Mehdinin (əs), Allahın izni ilə, mütləq zühur edəcəyi Peyğəmbərimizin (səv) hədislərindən birində belə müjdələnmişdir:
Dünyada bir gün qalsa belə, (qiyamət qopmamışdan əvvəl) Allah həmin günü uzadacaq, adı adıma, atasının adı da atamın adına uyğun, əhli-beytimdən olan bir şəxs (hz. Mehdi (əs)) mütləq gələcək, zülm və haqsızlıqla dolu olan yer üzünü ədalət və insafla dolduracaq. (Ebu Davud ve Tırmizi / Büyük Hadis Külliyatı, Rudani 5-ci cild, səh. 365)
Hədislərdə bildirildiyinə görə, hz. Mehdi (əs) hicri 1400-cü ildə zühur edəcək və İslam əxlaqını yer üzünə hakim edəcək. Hz. Mehdinin (əs) zühur etməsi ilə yer üzündəki bütün zülm və haqsızlıqlar sona çatacaq, dünyaya ədalət, sülh, sevgi, əmin-amanlıq hakim olacaq. Kütubi-sittədə olan hədislər, İmam Rəbbani, Suyuti, Bərzənci, Bədiüzzaman Səid Nursi kimi böyük İslam alimlərinin verdiyi açıqlamalar əsasında hz. İsanın (əs) yenidən yer üzünə qayıtmasının, hz. Mehdinin (əs) zühurunun, İslam əxlaqının yer üzünə hakim olmasının vaxtının hicri 1400-cü il, yəni yaşadığımız dövr olduğu açıq-aydındır (ətraflı məlumat üçün bax: www.hazretimehdi.com).
Peyğəmbərimizin (səv) hədislərində verilən hadisələrin – hər cür məhsul və mal bolluğunun olması, təhlükəsizliyin, asayişin, ədalətin təmin edilməsi, sülh və səadət, maddi-mənəvi hər cür imkanın insanların rahatlığı, sevinci üçün istifadə edilməsi, ehtiyac içində olan kimsənin qalmaması, istəyənə istədiyi şeydən hesaba vurulmadan qat-qat artıq verilməsi hz. Mehdinin (əs) vəsiləsi ilə hicri 1400-cü ildə, yəni bu dövrdə olacaq. Hz. Mehdinin (əs) vəsiləsi ilə bərqərar olacaq bu ədalət və əmin-amanlıq mühiti çox geniş miqyasda və bənzərsiz olacaq. Mövzu ilə bağlı Peyğəmbərimizdən (səv) rəvayət edilən hədislərdən bəziləri aşağıdakılardır:
Qiyamətin qopması üçün zamanda sadəcə bir gündən başqa vaxt qalmasa da, Allah mənim əhli-beytimdən bir nəfəri göndərəcək. Yer üzü zülmlə dolduğu kimi, O, (HZ. MEHDİ (ƏS)) YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ. (Sünen-i Ebu Davud, 5/92)
HZ. MEHDİNİN (ƏS) ZAMANINDA ƏDALƏT O QƏDƏR GENİŞ YAYILACAQ Kİ, zorla alınan hər mal sahibinə qaytarılacaq. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 23)
HZ. MEHDİ (ƏS) ƏDALƏTLİ HAKİM OLARAQ ÇIXACAQ... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 31)
ONUN (HZ. MEHDİNİN (ƏS)) ƏDALƏTİ HƏR YERİ BÜRÜYƏCƏK və insanlar arasında hz. Peyğəmbərin sünnəsi ilə rəftar edəcək. Hətta birinə mala ehtiyacı olan kim varsa, çağırmasını deyəcək, həmin şəxs əmrini yerinə yetirdikdə ancaq bir nəfər gələcək. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 20)
Hz. Mehdiyə (əs) aralarında qadınların da olduğu 314 nəfər beyət edəcək və hər zalım onun qarşısında məğlub olacaq. DÖVRÜNDƏ O QƏDƏR ƏDALƏT OLACAQ Kİ, QƏBİRDƏKİ ÖLÜLƏR DİRİLƏRƏ QİBTƏ EDƏCƏKLƏR... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 22)
Hz. Mehdi (əs) məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi, ONU DOĞRULUQ VƏ ƏDALƏTLƏ DOLDURACAQ. (Süneni-i Ebu Davud, 5/93)
İnsanlar bal arılarının kraliçalarının ətrafında toplanması kimi, hz. Mehdinin ətrafında toplanacaqlar. DAHA ƏVVƏL ZÜLMLƏ DOLU OLAN DÜNYANI O, (HZ. MEHDİ (ƏS)) ƏDALƏTLƏ DOLDURACAQ. O QƏDƏR ƏDALƏTLİ OLACAQ Kİ, YUXUDA OLAN BELƏ OYANDIRILMAYACAQ VƏ BİR DAMLA QAN AXIDILMAYACAQ. DÜNYA SANKİ ƏSRİ-SƏADƏT DÖVRÜNƏ QAYIDACAQ. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 29)