Bu kitabın mövzusu olan "sədaqət", Quran əxlaqından uzaq yaşayan insanların tamamilə səhv baxış bucağıyla qiymətləndirdikləri, hətta bəzilərinin həqiqi mənasıyla heç bilmədiyi və yaşamadığı bir anlayışdır.
Cahil inancları mənimsəyən bəzi insanlar sədaqəti, “insanın mənfəət umduğu kəslərə bağlanması, hansı şərtlər altında olursa olsun, tamamilə o kəslərin istək və arzularını güdməsi” olaraq dəyərləndirərlər. Bu kəslərin sədaqət anlayışları, həqiqi mənasından çıxmış və müxtəlif dünyəvi maraqlara vasitə edilən sədaqət növü halına gəlmişdir.
İman etməyən bu kəslərin çox daha fərqli bir istiqamətdə yaşadıqları dərin bir sədaqət hissi var ki, bu, onların özlərinə və şeytana qarşı göstərdikləri sədaqətdir. Şeytanın və nəfsani arzularının ardınca qaçan bu kəslər, həyatlarını bu iki azdırıcıya son dərəcə sadiq qalaraq keçirər, hər an onları addım-addım izləyərlər. Halbuki, şeytana və nəfsə göstərilən sədaqətin axirətdəki qarşılığı əbədi əzabdır.
Möminlər isə, sədaqəti yer üzündəki ən doğru qaynaq olan Qurandan öyrənən, bu səbəblə, ən mükəmməl şəkildə yaşayan insanlardır. Onlar sədaqəti, sevgiyə, tərifə və sədaqətə əsil layiq olan Rəbbimizə göstərir, həyatlarının sonuna qədər Allaha qəlbən bağlılar olaraq qalırlar. Allaha olan sədaqətlərini, həyatlarının hər anında Rəbbimizi dərin bir hörmətlə ucaldaraq, Ona könüldən boyun əyib, töhfəsiz bir iman ilə təslim olaraq göstərirlər.
Uca Rəbbimiz Allah, bu gözəl davranışlarına qarşılıq, Allah qatında onlar üçün “bağışlanma və böyük mükafat” olduğunu bildirmişdir.