Səbrin Sirləri...

... Səbir edin, çünki Allah səbir edənlərlədir.
(Ənfal surəsi, 46)

Quran insanlara bilmədiklərini öyrədən və onları qeyd-şərtsiz qurtuluşa çatdıran yeganə yol göstəricidir. Dünya həyatının və axirətin bütün sirləri insanlara bu kitab vasitəsilə bildirilmişdir. İnsanın ancaq Qurandan öyrənə biləcəyi sirlərdən biri də səbirdir. Səbri təkcə gözəl əxlaqın bir parçası deyil, eyni zamanda möminləri Allahın rəhmətinə çatdıran əhəmiyyətli yoldur.

Allah səbirli olub Quran əxlaqını nöqsansız yaşayan, çətinliklərin öhdəsindən gələn və Rəbbimizin əmrlərini yerinə yetirən qullarına ummadıqları yerdən də nemət verir. Quranda səbir göstərən müsəlmanlara Allahın vəd etdiyi nemətlər barədə bəhs edilir:

Səbirli Olan Az Sayda Topluluq Allahın Izni ilə Çoxlu Sayda Topluluqları Yenə Bilər

Talut qoşunla birlikdə yola düşdükdə dedi: “Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla (hamısı) ondan su içdilər. (Talut) onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra (bəziləri) dedilər: “Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq”. Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: “Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!” Allah səbir edənlərlədir. (Bəqərə surəsi, 249)

Qurulan Hiylələr Səbirli Olub Allahdan Qorxanlara Heç Bir Şəkildə Zərər Verə Bilməz

Sizə bir uğur nəsib olsa, onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbir etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir. (Ali-İmran surəsi, 120)

Allah Səbir Edib Allahdan Qorxanlara Mələkləri ilə Yardım Edəcəyini Vəd Etmişdir

Əlbəttə, siz səbir etsəniz, (Allahdan) qorxsanız və onlar bu saat sizin üstünüzə hücuma keçsələr, Rəbbiniz nişanlanmış beş min mələklə sizə yardım edər. (Ali-İmran surəsi, 125)

Allah Səbirli Olanların Gücünü Qat-Qat Artırar

Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda yüz (səbirli kişi) olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır. (Ənfal surəsi, 65-66)

Allah Səbir Edənlərə Vəd Etdiyi Sözü Mütləq Yerinə Yetirər

(Musa ilə olan) zəif camaatı isə yer üzünün xeyir-bərəkət verdiyimiz məşriqlərinə və məğriblərinə varislər təyin etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğulları barəsindəki gözəl Sözü yerinə yetdi. Biz firon və onun xalqının qurduqlarını və tikib ucaltdıqlarını darmadağın etdik. (Əraf surəsi, 137)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Möminlərin Səbri
  • Möminlər Hansi Şeylərə Səbir Edərlər?
  • Səbrin İnsana Qazandirdiği Şeylər
  • Səbrin Sirləri...