Möminlərin Səbir Dualari

Musa öz qövmünə dedi: “Allahdan kömək diləyin və səbir edin.
Şübhəsiz ki, yer üzü Allahındır. O, qullarından dilədiyini onun varisləri təyin edir. (Gözəl) aqibət müttəqilərindir”.
(Əraf surəsi, 128)

Allah bir ayədə “Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər” (Bəqərə surəsi, 186) buyuraraq möminləri istədikləri hər şeydə Özünə dua etməyə çağırmışdır. Çünki Allah qullarını çox sevən və onlara mərhəmətli olandır. Qulları sıxıntıya düşəndə onlara asanlıq və hüzur verir. Quranda Allahın möminlərə olan bu yardımı belə ifadə edilmişdir:

Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də (sizin üçün bağışlanma diləyərlər). (Allah) möminlərə qarşı Rəhmlidir. (Əhzab surəsi, 43)

Səbrin Quran əxlaqını yaşayıb Allahın əmrlərini yerinə yetirmək üçün nə qədər əhəmiyyətli olduğunu dərk edən möminlər hər şeydə olduğu kimi, səbirdə də Allahdan yardım istəyərlər. Səbrin dünya həyatında hər cür çətinliyin açarı olduğunu, doğru olana çatdırdığını və ən əhəmiyyətlisi isə Allahın sevgisini və cənnətini qazandırdığını bilirlər. Quranda möminlərin Allahdan səbir istədiklərini bildirən dualarına yer verilmişdir. Bununla da səbrin insanlar üçün nə qədər böyük ehtiyac olduğuna diqqət çəkilmişdir:

Sən sadəcə, Rəbbimizin möcüzələri bizə gəldikdə onlara iman gətirməyimizə görə bizdən intiqam alırsan. Ey Rəbbimiz! Bizə çoxlu səbir ver və bizi müsəlman olaraq öldür. (Əraf surəsi, 126)

Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: “Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!” (Bəqərə surəsi, 250)

Quranda verilən möminlərin səbir duası eyni zamanda bizə xatırladır ki, bu mövzuda Allahdan daha çox səbir diləməliyik. Kitabından əvvəlindən bəri üzərində dayandığımız kimi, Allah səbir edən və səbirlə Ondan yardım istəyənlərə mütləq kömək edəcəyini və onlara nemətlərini artıracağını vəd etmişdir. Bu halda, insanın həyatı boyu qarşılaşdığı hər çətinlik və sıxıntıda ehtiyac duyduğu ən önəmli şeylərdən biri səbirdir. İnsanlar səbri qazandıqda şərtlərdən asılı olmayaraq, imanın şövqü və Allahın rizasını qazanmağın həyəcanı ilə mütləq üstün gələr və müvəffəqiyyətli olarlar. Allah səbrin bu sirrini möminlərə vermiş, beləliklə də, səbirli olmağı, bunun üçün dua etməyi və səbirdə yarışmağı əmr etmişdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Quranda Səbir Necə Təsvir Olunur?
  • Kimlər Gözəl Tərzdə Səbir Edə Bilir?
  • Möminlərin Səbri
  • Möminlər Hansi Şeylərə Səbir Edərlər?
  • Səbrin İnsana Qazandirdiği Şeylər
  • Səbrin Sirləri...
  • Möminlərin Səbir Dualari
  • Nəticə