Kimlər Gözəl Tərzdə Səbir Edə Bilir?

Sən təmkinlə səbir et! (Məaric surəsi, 5)

Səbrin həqiqi mənasını bilən və bunu Allahın bəyəndiyi şəkildə yaşayan yeganə topluluq möminlərdir. Çünki onlar Quranı özlərinə rəhbər təyin ediblər. Quran isə səbrin gerçək mənasını və Allah qatında hansı səbrin məqbul olduğunu açıqlayan tək qaynaqdır. Bu səbəbdən də Allahın ayədə əmr etdiyi kimi, gözəl tərzdə səbir edənlər yalnız Qurana tabe olan möminlərdir.

Möminlərin göstərdiyi bu səbrin qaynağı isə Allaha olan səmimi imanları və itaətləridir. Başqa mömin xüsusiyyətləri kimi, səbir də ancaq imanı qavramaqla ortaya çıxır. Çünki iman etmək Allahdan başqa ilah olmadığını, Onun elminin bütün varlıqları əhatə etdiyini, Allahdan başqa qədəri müəyyən edən güc olmadığını və Onun istəyindən xaric heç kimin fayda və ya zərər vermədiyini qavramaq deməkdir.

Möminlərin gözəl tərzdə səbirli olmağının başqa bir səbəbi də odur ki, onlar imanları sayəsində Rəbbimizin üstünlüyünü və ucalığını təqdir edə bilirlər. Allahın sonsuz ağıl və sonsuz elm sahibi olduğunu düşünən insan bilir ki, onun üçün ən gözəl həyatı ancaq Allah müəyyən edə bilər. Allah keçmişə və gələcəyə aid bütün məlumatları bilir. İnsanın ağlı isə sərhədlidir, həm də özünə nəyin xeyirli və nəyin zərərli olduğunu düşünərkən xəta edə bilər.

Çox vaxt olumsuz kimi görünə hadisələr bir çox yöndən adam faydalı ola bilər. Lakin insanlar bunu bilmir. Allah Quranda “...Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz” (Bəqərə surəsi, 216) ayəsi ilə bunu Qullarında xatırlatmışdır. Buna görə iman edənlər bilir ki, bu elm yalnız Allaha məxsusdur və hər bir hadisə qarşısında təvəkküllü davranıb səbir edirlər. Başqa sözlə desək, gözəl tərzdə səbir edənlərin əsas xüsusiyyətlərindən biri odur ki, onlar qədər həqiqətini qavrayan təvəkküllü insanlardır.

Quranda möminlərin səbirli və təvəkküllü olduqlarına belə diqqət çəkilmişdir:

(Onlar) səbirli olanlar və ancaq Rəbbinə təvəkkül edənlərdir. (Nəhl surəsi, 42)

İman edənlərin səbirdə qərarlı olmalarının başqa səbəbi də budur ki, onlar Allah qorxusu ilə yaşayırlar. Onlar bilir ki, Allah qullarına sonsuz mərhəmət edən və onları çox sevəndir, eyni zamanda, əzabı da şiddətlidir. Allah Quranda Ona ibadət etməkdən üz döndərən təkəbbürlü insanları əzabla qorxudur. Möminlər isə Allahın əzabından qorxub çəkinirlər. Buna görə də Allahın əmrlərinə ciddi yanaşır və səbirli davranırlar. Allah qorxusu onları bir ömür Quran əxlaqını dəqiqliklə yaşamağa yönəldir.

İman edənlər dünya həyatının gerçək üzünü bilirlər, bu da onların səbirli olmasında əsas səbəblərdən biridir. Quranda “Biz aranızdakı mücahidləri və səbir edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq” (Muhəmməd surəsi, 31) ayəsində bildirildiyi kimi, Allah ibadətdə səbirli olanları inkarçılardan ayırır. Bunun nəticəsində iman edənləri cənnətlərdə bənzərsiz mənzillərdə qonaq edəcək, inkarçılara isə sonsuza qədər qaçışın mümkün olmadığı cəhənnəmdə əzab verəcək. Dünyada hər hansı bir çətinliklə qarşılaşan möminlər bunu Allahın imtahan üçün yaratdığını bilir, bunlara səbir etməkdən əsla vaz keçmirlər. Çünki onlar bilir ki, ölümdən sonra hesab verəcəklər və səbirli olduqlarına görə bu gözəl əxlaqın qarşılığını alacaqlar. Belə ki, onların səbirli olmaqlarının əsaslarından biri də budur: hesab gününə və axirətə tamamilə inanırlar. Səbirlə yanaşdıqları hər hadisənin hesab günü qarşılarına çıxacağını və Allahın səbirli olanları rəhməti ilə müjdələdiyini bildiklərinə görə bundan güc qazanıb səbirdə daha da qərarlı olurlar.

Göründüyü kimi, Quranda bildirilən gerçək səbri yalnız möminlər yaşayırlar. Çünki Allaha səmimi iman edən, Rəbbimizin ucalığını təqdir edən, qədərə tam təvəkkül edən, Allahdan çox qorxan, dünyanın gerçək üzünü qavrayan və axirətin varlığına qəti inanan yalnız onlardır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Quranda Səbir Necə Təsvir Olunur?
  • Kimlər Gözəl Tərzdə Səbir Edə Bilir?
  • Möminlərin Səbri
  • Möminlər Hansi Şeylərə Səbir Edərlər?
  • Səbrin İnsana Qazandirdiği Şeylər
  • Səbrin Sirləri...
  • Möminlərin Səbir Dualari
  • Nəticə