Nəticə

Allah “Səbir et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma.” (Nəhl surəsi, 127)“Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy (axirətə) yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər.” (Rum surəsi, 60) ayələri ilə möminləri qarşılaşdıqları çətinliklər qarşısında ruhdan düşməmələri, kədərlənib təlaşlanmamaları və dindən dönməmələri barədə xəbərdar etmişdir. İman gətirən hər insan Allahın Quranda bildirdiyi bu ayələri heç unutmadan tətbiq etməklə və Allah üçün etdiyi xidmətdə qətiyyətli, səbirli və sadiq olmaqla məsuldur.

Güclü sədaqət hissi, özü güclü bir iman da gətirəcək və bu, möminə Allah yolunda ona üz verə biləcək hər cür çətinliyə qarşı səbir etmə şövqünü və gücünü verəcək. Həmin insanı daima Allaha yönələn, Allahı zikr edən, Ondan qorxub, Onu sevən və yalnızca Allahı Vəli bilən əməlisaleh qul halına gətirəcək. Allaha qarşı duyulan bu güclü bağlılığı sayəsində mömin bu yolda daima saleh əməllər edən və Allahın rizasını qazanmağa çalışan, üstün əxlaqlı və kamil iman sahibi dəyərli bir şəxs olacaq. Belə ki, Allaha və Onun Peyğəmbərinə qarşı duyulan sədaqət və bağlılıq möminləri iman gətirməyən insanlardan fərqləndirən, səmimiyyətlərini göstərən və onlara həyatlarının hər anında güc verən əhəmiyyətli mömin vəsfidir. Allah bir ayəsində “O kəslər ki, Allaha verdikləri sözü yerinə yetirir və əhdi pozmurlar.” (Rad surəsi, 20) şəklində buyuraraq möminlərin bu güclü sədaqətinə diqqət çəkir.

Allah yolunda qarşılarına çıxan maneələrdən heç vaxt təsirlənməyərək Quran əxlaqını yaşamağa və bu əxlaqı bütün insanlara yaymağa çalışmaları möminlərin Allaha qarşı olan sədaqətlərinin və bağlılıqlarının ən açıq dəlillərindən biridir. Allah möminlərin Ona olan səmimi itaətləri və sarsılmaz sədaqətlərinin qarşılığında onlara bu cür vəd edir:

Kim Allahı, Onun Elçisini və iman gətirənləri (özünə) dost tutarsa, (bilsin ki,) qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə surəsi, 56)

Mömin imtahanına uyğun olaraq həyatı boyu bəzi çətinliklərlə qarşılaşa bilər, amma Allahın vədinin haqq olduğunu bilərək “qələbə çalanların Allahın firqəsi olduğunu” heç vaxt unutmaz. Möminlərin cəsarətli, səbirli, güclü, fədakar əxlaq göstərə bilmələrinin və həyatlarının sonuna qədər sahib olduqları bu üstün əxlaqla yaşamalarının səbəbi Quran əxlaqına möhkəm sarılmaları və Allaha qarşı güclü itaət və sədaqətləridir. Allah Quranda hz. Nuhun sədaqətini bu mövzuda bütün möminlərə örnək göstərmiş, onun insanları gözəl əxlaqa dəvət etməsindəki qətiyyətindən və əzmindən təriflə bəhs etmişdir:

O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. Sonra mən onları aşkarcasına dəvət etdim. Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! (Nuh surəsi, 5-10)

Allaha iman gətirən hər insan hz. Nuhun əxlaqında olduğu kimi sahib olduğu və Allahın rizasını və cənnətini qazandıracaq olan bu sədaqəti qəlbində çox güclü hiss etməlidir. Bütün möminlər Allahın onlara göstərdiyi bu doğru yolda davam edə bilmək və Allahın rizasını qazana bilmək üçün Allahın “Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə (döyüşdə) Allahın Elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz. Allah onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə xərclədikləri elə bir kiçik və ya böyük məsrəf, keçdikləri elə bir vadi yoxdur ki, (buna görə) onlara (savab) yazılmasın.” (Tövbə surəsi, 120-121) ayələrinə əsasən, hər cür çətinliklərlə qarşılaşsalar da, həyatları boyu Allaha tam səmimi, bağlı qul ola bimək üçün cəhd etməyə davam etməlidirlər.

Möminlərin Allaha qarşı duyduqları bu səmimi bağlılıq onların dövlətə və millətə olan bağlılıqlarını və hörmətlərini də artırıb gücləndirir. Möminlər hər zaman Allahın rizasını qazandıracaq xeyirli işlər görməyə çalışdıqları üçün birlikdə yaşadıqları cəmiyyətə və insanlara da böyük fayda verəcəklər. Allah “Belələri Allaha, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər.” (Ali İmran surəsi, 110) ayəsi ilə möminləri insanları pislikdən uzaqlaşdırıb, yaxşılığı əmr edən, insanları hər fürsətdə gözəl əxlaq göstərməyə dəvət edən əməlisaleh insanlar olaraq bildirmişdir. Möminlər bu cür gözəl əxlaq göstərərək insanlar arasında sülh və nizamı, birlik və bərabərliyi gücləndirərək cəmiyyətin əxlaqi və mədəni dəyərlərinin daimiliyini təmin edəcəklər. Beləcə, cəmiyyətin hər bir üzvü daha güclü, daha gözəl əxlaqlı, daha səmimi və daha çalışqan olacaq. Mömin Allaha və Onun elçisinə könüldən bağlı olduğu müddətcə qarşılaşdığı çətinliklər hər zaman asanlığa çevriləcəkdir. Həyatları boyu Allaha sadiq qalan möminlər hər zaman Allahın yardımı, qoruması və rəhməti ilə qarşılaşacaqlar:

Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır. (Loğman surəsi, 22)

"Sən pak və müqəddəssən!
Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik.
Hər şeyi bilən, hökm və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • Cahil Cəmiyyətin Yanlış Sədaqət Anlayışı
  • Sədaqətin Əhəmiyyəti
  • Sədaqətin Açarı: Allah Sevgisi və Allah Qorxusu
  • Möminlərin Sədaqəti
  • Quranda Möminlərin Göstərdikləri Sədaqət Nümunələri
  • Nəticə
  • Təkamül Yalanı