Giriş

Müsəlmanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri odur ki, Quranı özünə rəhbər seçib. Quranı rəhbər tutan insan özünü, dünyanı və yaşadığı cəmiyyəti Quran ayələri işığında dəyərləndirir. Çünki əmindir ki, Qurani-kərimi onu və bütün dünyanı yaradan uca Allah nazil etmişdir. Hər şeyi yaradan uca Allah hər şeyin ən doğrusunu da bilir. "Mülk" surəsinin "Məgər yaradan bilməzmi?! O, incəliyinə qədər biləndir, xəbərdardır!" şəklindəki 14-cü ayəsi bunu təsdiq edir. Ayədə bildirilən Allahın "Xəbir" ismi "hər şeyin əslindən, gizli tərəfindən xəbərdar olan" mənasını verir.

Allah hər şeyin gizli tərəfini bilir və bu sonsuz bilginin bir qismini Quranda möminlərə açıqlayıb. Bir Quran ayəsində bu mövzu haqqında belə xəbər verilir:

Həmçinin öz içərinizdən ayələrimizi sizə oxuyan, sizi təmizləyən, kitabı və hikməti sizə öyrədən, habelə bilmədiklərinizi də sizə öyrədən bir elçi göndərdik. (Bəqərə surəsi, 151)

Buna görə də müsəlman Quran ayələrini diqqətlə oxumalıdır. Allahın ayədə bildirdiyi kimi, "Onun haqq olduğu onlara bəlli olsun deyə Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik" (Fussilət surəsi, 53) xarici aləmdə də Allahın dəlillərini görəcəyini unutmamalıdır. Quranda xarici aləmlə bağlı məlumatlar var. Bunların ən əhəmiyyətlilərindən biri müsəlmanın bir çox insan və cəmiyyətlə üzləşəcəyini xəbər verən ayələrdir. Allahın dinini və gözəl əxlaqı yaşamaqla, həmçinin bunu digər insanlara anlatmaqla vəzifəli olan mömin müxtəlif insanlarla və fərqli reaksiyalarla qarşılaşacaq. Bir çoxu onu dinləyəcək, bir çoxu da ona qarşı çıxacaq. Quranda bütün bunlar haqqında məlumat var və müsəlmanlar müxtəlif vəziyyətlərdə necə davranacaqları haqqında xəbərdar edilirlər.

Bu kitabda Quranda tez-tez bəhs edilən münafiqlərdən bəhs edəcəyik.

Münafiqlər Quran ayələrində bildirildiyi kimi, ikiüzlü və saxtakar insanlardır. Əslində iman gətirmədikləri halda, mömin kimi davranırlar. Ən önəmlisi isə saxtakarlığı təkbaşına etmirlər, möminlərin arasına girib sanki onlardanmış kimi davranmağa çalışırlar. Çünki möminlərlə birlikdə olub bəzi dünyəvi mənfəətlər əldə etmək istəyirlər. Elə zənn edirlər ki, möminlərin yanında imanlı kimi görünüb onları aldadacaq və onların malik olduğu bəzi imkanlardan faydalanacaqlar.

Mənfəət əldə edə bilməyəcəklərini anladıqda, yaxud möminlərə imtahan olaraq müsibət üz verdikdə tez onlardan ayrılıb gerçək üzlərini göstərirlər. Ayrılan zaman möminlərə zərər verib onların birliyini pozmağa çalışırlar. Möminlərdən uzaqlaşdıqdan sonra inkarçılarla əlbir olub fitnəkarlığa davam edirlər. Əlbəttə, bundan bir nəticə əldə edə bilməzlər. Bu çirkin əməllərinə görə onlara Quranda "münafiq" (nifaq salan, fitnə çıxaran) adı verilmişdir.

Quranda münafiqlər haqqında bir çox ayədə xəbər verilir və möminlərin onlara qarşı diqqətli olmaları xatırladılır. Buna görə də Qurana tabe olan mömin münafiqlərə qarşı diqqətli olub onun xüsusiyyətlərini bilməlidir. Çünki Quran əxlaqını yaşayan hər mömin camaatı münafiqlərlə mütləq qarşılaşır. Münafiqlərin yalnız Peyğəmbərimizin dövründə Məkkə və Mədinədə yaşamış camaat olduğunu düşünmək çox yanlışdır. Çünki münafiqlər hər dövrdə olduğu kimi, indi də fəaliyyət göstərir və təqlidi müsəlman xüsusiyyətləri ilə özlərini kamuflyaj etməyə çalışırlar.

Onlar bəzən özləri kimi səmimiyyətsiz insanlarla gizlicə əlbir olub haqqı gizlədirlər. Bəzən də fitnə çıxarmaqla möminlərə maddi-mənəvi zərər verməyə çalışırlar. Quran hər dövrə və hər cəmiyyətə xitab edir. Beləliklə, hər şeyi Quran ölçüsü ilə dəyərləndirən mömin Allahın "O, Öz ayələrini sizə göstərəcək, siz də onları tanıyacaqsınız" (Nəml surəsi, 93) hökmünə əsasən, münafiqlərlə əlaqədar ayələrin gerçəkləşəcəyini görəcək. Həmçinin hazırda da belə şəxslərin möcüzəvi şəkildə Quranda təsvir edildiyi kimi davrandıqlarının şahidi olacaq.

Bu baxımdan münafiqlərin pis niyyətlərini və əsl simalarını üzə çıxarmaq, məkrli planlarına qarşı ideoloji mübarizə aparmaq Allah qatında önəmli ibadətdir.

Münafiq xüsusiyyətlərini tanımaq başqa yöndən də əhəmiyyətlidir: möminlər bu xüsusiyyətlərə baxıb özünü daha da kamilləşdirməlidir. Münafiq və inkarçılara xas xüsusiyyətləri bilmək möminin həmin xüsusiyyətlərdən çəkinməsinə və daha diqqətli olmasına kömək edir. Məsələn, təkəbbürlü olmaq münafiq və inkarçı xüsusiyyətidir. Lakin mömin qəflətə düşərək təkəbbürlənə bilər. Sonra bunun yanlış olduğunu xatırlayıb tez bu xətadan üz döndərər. Bu səbəbdən möminlər münafiqlər haqqındakı ayələri oxuyarkən özünü gözdən keçirməli, həmin ayələrdən ibrət götürməlidirlər.

Kitabda Quran ayələri işığında münafiq xüsusiyyətlərindən və möminlərin çəkinməli olduqları davranışlardan bəhs ediləcək.

MÜNAFİQLƏR MÜSƏLMANLARIN ALLAHA YAXINLAŞMALARI ÜÇÜN VASİTƏDİR

ADNAN OKTAR: Münafiq və kafirlər müsəlmanların kamilləşməsi üçün cəhənnəmdən xüsusi olaraq gətirilirlər. Müsəlmanlar onlardan ibrət götürür, həmin insanlar müsəlmanların Allaha yaxınlaşmasında vasitəçilik edirlər. Allah onlar vasitəsilə müsəlmanları Özünə yaxınlaşdırır. Biz kafirlərə və münafiqlərə baxdıqca imanın və ağılın dəyərini daha çox anlayırıq, Allaha daha çox yaxınlaşırıq. Onlara qarşı fikri mübarizə apardıqca savab qazanırıq, beləliklə də, Allahın rizasını qazanırıq. Bu sistem Allaha daha çox sevgi bəsləməyimizə səbəb olur. Məsələn, Peyğəmbərimizin dövründə münafiqlər Peyğəmbərimizin və səhabələrin daha diqqətli və ehtiyatlı olmalarına təşviq etmişdir. Küfürdə də, münafiqlərdə də bu təşviqedici xüsusiyyət var, ancaq münafiqlərdə bu daha qabarıqdır. Münafiqlərin əxlaqsızlığını görən möminlər daha çox şövqlə İslama xidmət edirlər və Qurana, İslama, Allaha sevgiləri daha çox artır. (Adnan Oktarın “Kaçkar” tv müsahibəsi, 12 mart 2009)

ADNAN OKTAR: Münafiqlər hər dövrdə yaşayırlar. Onlar mikrob kimidir, cəmiyyətin mikrobu və alçaq məxluqdurlar. Rəsulullahın dövründə də, hz. Musanın dövründə də, lap əvvəllər də olublar. Ancaq bu, müsəlmanların dəyərini və savabını artırır. Bunu kömürlə almazın müqayisəsinə bənzədə bilərik. O alçaq məxluqların əxlaqsızlığını, o mübarək insanların da üstün əxlaqı, fədakarlığı, igidliyi və səbrini müqayisə etsək, möminləri daha çox sevərik. Bu yöndən də münafiqlərin varlığında hikmət və xeyir var. (Adnan Oktarın “Kral Karadeniz” tv müsahibəsi, 7 aprel 2009)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Yaradılış Həqiqəti 2/2
  • Yaradılış Həqiqəti 1/2
  • Giriş
  • Münafiqlərin Əsas Xüsusiyyətləri
  • Möminləri Aldatmaq Üçün Göstərdikləri Cəhd
  • Münafiqlərin Ağılsızlıqları
  • Fitnəkar Xüsusiyyətləri
  • Möminlərə Qarşı Fəaliyyətləri
  • Allah Münafiqləri Ortaya Çıxarıb, Onlara Əzab Verəcək
  • Təkamül Yalanı