Münafiqlər Quran ayələrində bildirildiyi kimi, ikiüzlü və saxtakar insanlardır. Əslində iman gətirmədikləri halda, mömin kimi davranırlar. Ən önəmlisi isə saxtakarlığı təkbaşına etmirlər, möminlərin arasına girib sanki onlardanmış kimi davranmağa çalışırlar. Çünki möminlərlə birlikdə olub bəzi dünyəvi mənfəətlər əldə etmək istəyirlər. Elə zənn edirlər ki, möminlərin yanında imanlı kimi görünüb onları aldadacaq və onların malik olduğu bəzi imkanlardan faydalanacaqlar.
Mənfəət əldə edə bilməyəcəklərini anladıqda, yaxud möminlərə imtahan olaraq müsibət üz verdikdə tez onlardan ayrılıb gerçək üzlərini göstərirlər. Ayrılan zaman möminlərə zərər verib onların birliyini pozmağa çalışırlar. Möminlərdən uzaqlaşdıqdan sonra inkarçılarla əlbir olub fitnəkarlığa davam edirlər. Əlbəttə, bundan bir nəticə əldə edə bilməzlər. Bu çirkin əməllərinə görə onlara Quranda “münafiq” (nifaq salan, fitnə çıxaran) adı verilmişdir.