NƏTİCƏ

Allah: “Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yaqubu da yad et! Biz yurdu anmaq xislətini onlara məxsus elədik” (Sad surəsi, 45-46) -ayələri ilə möminlərə hz.İbrahim, hz.İshaq və hz.Yaqubu nümunə çəkmişdir. Bundan əlavə, “Kitabda Musanı da yad et! Həqiqətən, o, çox səmimi idi. O, bir elçi, bir peyğəmbər idi” (Məryəm surəsi, 51) ayəsi ilə də hz.Musanın ixlaslı şəxs olduğuna diqqət çəkilmişdir. Bizim vəzifəmiz isə Allah`ın elçilərindəki bu yüksək əxlaq haqda ətraflı düşünmək və onlar kimi ixlaslı qul olmağa cəhd etməkdir.

Quranda ancaq bəsirət gözləri korlaşıb qulaqları karlaşanların Allah`ın ayə və xatırlatmalarından öyüd almayacaqları bildirilir. Həqiqi möminlər isə ayədə də bildirildiyi kimi, (O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz (Furqan surəsi, 73) Allah`dan qorxub çəkinənlərdir. Onlar Quran ayələrindəki hikmətləri görür, onlardan öyüd-nəsihət alır və ixlaslı olmağa çalışırlar. Allah`ın bu xatırlatmalarına qarşı möminlərin laqeyd qalması mümkün deyil. Əgər bu günə qədər ixlasın əhəmiyyətini düşünməsə belə, qısa müddət ərzində niyyətini yeniləməsi ixlası qazanmaq üçün kifayətdir. Bu niyyət dəyişikliyi Allah`ın izni ilə o andan sonra ediləcək əməlləri saleh əmələ çevirib, bu adamı Allah qatında yaradılmışların ən xeyirlilərindən olmaq şərəfinə çatdıracaq.

İnsanın Allah`ın razılığını qazanmaq üçün etdiyi əməllərə dünya mənfəətini qatması böyük ağılsızlıqdır. Bu adam bəlkə də illərlə çalışacaq, özünü doğru yolda zənn edəcək, ancaq ixlaslı olmaq üçün cəhd etməzsə, saf niyyətlə Allah`a yönələn qullardan ola bilməyəcək. “Kəhf” surəsində bu insanların vəziyyəti belə bildirilir:

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. (Kəhf surəsi, 103-104)

Lakin insan geriyə dönüb baxdıqda dünya həyatında keçirdiyi o qədər ildən tək bir iz belə qalmadığını görər, nə təqdirini almağa çalışdığı insanlar, nə ülviləşdirdiyi dünyəvi ideallar, nə nəfsi, nə də ixlasını zədələməyə çalışan şeytan yanında olacaq. Allah`a yönəlmədiyi üçün və imanına, xidmətinə, ibadətlərinə başqa məqsədlər də qataraq ixlasını zədələdiyi üçün Allah`ın hüzurunda tək başına, köməksiz qalacaq. Allah dünya həyatının necə böyük bir aldanış olduğunu “Hədid” surəsində bu şəkildə bildirir:

Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o, çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)

İxlaslı olmaq üçün cəhd etməyib Quranın ruhunu lazımi qaydada yaşamadığı üçün bir çox insanla müqayisədə daha çox çalışdığı halda, bütün etdiklərinin boşa getdiyini görməkmi? Yoxsa niyyətini, qəlbini və vicdanını təmiz tutmaqla, könüldən Allah`a yönəlib Ona bağlanmaq və Ondan başqa heç kimin razılığını gözləmədən sonsuz nemətlərə qovuşub, yaradılmışların ən xeyirlilərindən olmaqmı? Əlbəttə ki, ikinci variant Allah`ı sevən, Onun dostluğunu istəyən və Ona qovuşmağı ümid edən bir insanın seçəcəyi tək variantdır.

Buna görə də biz bu kitab vasitəsi ilə Allah`ı sevən, Onun dostluğunu axtaran və Ona qovuşmağı ümid edən bütün səmimi iman əhlini qurtuluşun sirrini ixlasda axtarmağa dəvət edirik. Çünki Bədiüzzamanın sözlərində də yer verdiyi kimi, ixlasla edilən tək bir əməl ixlassız olaraq edilən minlərlə əməldən daha qiymətli ola bilər. Və unutmayın ki, əgər niyyətiniz xalis, əməliniz saleh isə Allah rizası üçün etdiyiniz ən kiçik əməl belə, Allah qatında itməyəcək. Çünki ayələrdə: “Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir...” (İsra surəsi, 25) “...Allah müttəqiləri tanıyır” (Ali-İmran surəsi, 115) -buyurulmuşdur.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Giriş
  • İxlaslı insan necə olur?
  • Şeytanın möminlərin ixlasına mane olmaq cəhdi
  • İxlaslı olmağın yolları
  • İxlası zədələyən davranışlardan uzaq olmaq
  • Möminlərin gücü ixlasdan qaynaqlanır
  • Nəticə